Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3260/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxs Üçüncü şəxs) qarşı “cavabdeh tərəfindən iddiaçının tikdirdiyi və uzun illərdir fasiləsiz və etirazsız yaşadığı ünvan 4 ünvanına qanunsuz və əsassız verilmiş çıxarış və texniki pasportun ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ##.##.1973-cü il tarixli, ** nömrəli şəhadətnaməyə əsasən, iddiaçı və üçüncü şəxs rəsmi nikaha daxil olmuşlar.
2. ##.##.1986-cı il tarixli şəhadətnaməyə əsasən, iddiaçı və üçüncü şəxs arasında bağlanmış nikah ##.##.1979-cu il tarixdə ləğv edilmişdir.
3. Mübahisəli torpaq sahəsinə dair X1 adına ##.##.1968-ci il tarixli *** nömrəli “Torpaq qeydi” sənədi verilmişdir.
4. “Ev alqı-satqı haqqında” ##.##.1977-ci il tarixli müqavilənaməyə əsasən, Qusar şəhəri, Məlikov küçəsi, 600 kvadrat metr torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı ** nömrəli ev X2 tərəfindən Üçüncü şəxs satılmışdır.
5. Qusar Rayon İcra Hakimiyyəti başçısının Qusar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ## ###### 1992-ci il tarixli sərəncamı əsasında iddiaçı ilə üçüncü şəxsin birgə nikah dövründə əldə etdikləri yaşayış sahəsi 18.2 kv.metr olan fərdi yaşayış evi sökülmüş və yerində ümumi sahəsi 194.2 kv.metr olan ev tikilmişdir.
6. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## ######## 2022-ci il tarixli, 301013144918-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qusar şəhəri, Məlikov küçəsi, ev 30 ünvanında yerləşən ümumi sahəsi 195,3 kv.m olan fərdi yaşayış evi üzərində Üçüncü şəxs mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.
7. İddiaçı üçüncü şəxsin adına aparılmış qeydiyyata dair çıxarışın ləğv edilməsinə dair ərizə ilə cavabdehə müraciət etmişdir.
8. Cavabdeh ##.##.2024-cü il tarixli məktub ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Qeyd edilən çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçının tikdirdiyi və uzun illərdir fasiləsiz və etirazsız yaşadığı ünvan 4 ünvanına qanunsuz və əsassız verilmiş çıxarış və texniki pasportun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Üçüncü şəxs ilə ##.##.1973cü il tarixdə
10. rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahlarından ##.##.1976-cı il tarixdə Arzu adlı qızı doğulmuşdur. Birgə nikah dövründə ##.##.1977-ci il tarixdə ailəsi üçün X2 məxsus, ünvan 3 30) ünvanda yerləşən istifadədə olan 600 kv.m torpaq sahəsində bir otaqlı, 18,2 kv.m-dən ibarət evi 2000 (iki min) manata razılaşaraq, 1000 (bir min) manatını nağd ödəməklə, 1000 (bir min) manatını sonradan ödəyəcəklərinə razılaşaraq keçmiş həyat yoldaşı Üçüncü şəxs adına alqı-satqı edərək almışlar. Lakin evin pulunu tam ödəyə bilmədiklərinə görə onlara ünvan 5 30) ünvana köçməklərinə icazə verilməmişdir. Ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda kirayədə yaşamışlar. 1977-ci il tarixdə keçmiş həyat yoldaşı Üçüncü şəxs nisyə aldıqları evə olan borcu ödəmək məqsədilə Rusiya Federasiyasına pul qazanmaq məqsədilə gedib, iddiaçı körpə uşağı ilə kirayədə yaşamışdır. ## ##### 1979-cu il tarixdə iddiaçı keçmiş həyat yoldaşı Üçüncü şəxs gəlmədiyini görərək xərc-borc edərək evə qalıq 1000 (bir min) manat borcu ödəyərək qızı Arzu ilə keçmiş həyat yoldaşının adına aldıqları 18,2 kv.m-dən ibarət bir otaqlı evə köçmüşdür. Keçmiş həyat yoldaşı Üçüncü şəxs Rusiya Federasiyasından pulsuz qayıtmış, ## ##### 1979-cu il tarixdə birgə nikahları keçmiş həyat yoldaşı Üçüncü şəxs təklifi ilə pozulmuşdur. Birgə nikah dövründə əldə etdikləri ev 18,2 kv.m olduğundan Üçüncü şəxs əmlak tələbi ilə bağlı iddia qaldırmamış, həmin evdə birgə nikahlarından olan qızı ilə birgə yaşamağına razılıq vermiş və Üçüncü şəxs ikinci dəfə evləndiyi qadınla yaşamışdır. Evə köçdükdən 1 ay sonra iddiaçının keçmiş həyat yoldaşı Üçüncü şəxs övladı ilə birgə yaşadığı fərdi yaşayış evinə iddiaçının icazəsi olmadan evin qıfılını qırmış, evə aid əşyaların hamısını və evin sənədlərini özü ilə aparmışdır. Evə aid sənədlərin itməsi barədə “Qusar” ictimai-siyasi qəzetin ##.##.2001-ci il tarixli, 39-40 (****) nömrəli buraxılışında elan verilmişdir. Mülki işin materiallarından da görünür ki, keçmiş həyat yoldaşı Üçüncü şəxs ilə ailə nikahları pozulduqdan sonra cavabdeh Üçüncü şəxs tərəfindən əmlak bölgüsünə dair iddia qaldırılmamışdır, qarşılıqlı razılığa əsasən qeyd olunan ünvanda iddiaçı və birgə nikahdan doğulan X3 yaşamasına və həmin ünvandakı istifadədə olan torpaq sahəsinə, mənzilə sahiblik etməsinə razılıq əldə olunmuşdur. İddiaçı 1992-ci il tarixdə yaşadıqları evin uçub-dağıldığını və dar olduğunu, sahəsinin balaca olduğunu görərək evin sökülərək yerində təqdim etdiyi layihə əsasında başqa yeni evin tikintisinə icazə verilməsi barədə Qusar Rayon İcra Hakimiyyətinin başçısına müraciət etmişdir. ##.##.1992-ci il tarixli sərəncamla təsdiq olunmuş layihə əsasında yeni ev tikintisinə icazə verilməsi barədə Qusar Rayon İcra Hakimiyyəti başçısı sərəncam imzaladı. Həmin tarixdən iddiaçı sahəsi 18,2 kv.m olan, birgə nikah dövründə aldıqları evi sökdürmüş, həmin evin yerində yeni sahəsi 194,2 kv.m olan fərdi yaşayış evini tikdirmişdir. Qeyd edilən evə, evin altındakı və ətrafındakı 600 kv.m torpaq sahəsinə görə vergiləri 1977-ci il tarixdən iddiaçı-İddiaçı Şıxseyid qızı ödəyir. Evin tikintisinə çəkilən xərclər və yerli vergilərin ödənilməsi şəxsi büdcəsi hesabına həyata keçirilmişdir. Göstərildiyi kimi evin alqı-satqısına birgə nikah dövründə birgə qazanclarından 1000 (bir min) manat ödənilsə də, nikah pozulduqdan sonra evin ödənişinə qalıq 1000 (bir min) manat borc pul vəsaitini iddiaçı öz şəxsi maliyyə hesabına ödəmişdir. Dövlət Sığorta İdarəsinin arayışından və notarial tərtib edilmiş aktdan da görünür ki, evə aid sığorta, vergi və digər ödənişləri iddiaçı ödəmişdir. Qusar Rayon İcra Hakimiyyəti başçısının Qusar şəhəri üzrə nümayəndəsinin ##.##.2002-ci il tarixli, *** saylı arayışından və qonşuların notarial təsdiq olunmuş aktından da görünür cavabdeh Üçüncü şəxs ünvan 1 (əvvəlki ünvan 26) ünvanda yaşamamış və həmin ünvana heç bir pul vəsaiti ödəməmişdir. Bütün sənədlərdən görünür ki, 1977-ci il tarixdən etibarən qeyd olunan ünvandakı torpaq sahəsinə və torpaq sahəsində inşa olunan fərdi yaşayış evinə sahibliyi iddiaçı etmişdir və hazırda da edir. Fərdi yaşayış evinin layihəsi 1992-ci il tarixdən iddiaçının müraciətinə əsasən Qusar Rayon İcra Hakimiyyətinin memarlığı tərəfindən təsdiq etdiyi layihə əsasında yalnız iddiaçının maliyyəsinə əsasən tikilmişdir, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Üçüncü şəxs verilmiş saxta, qanunsuz və əsassız ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə səbəb olmuş fərdi yaşayış evinin tikintisindən Üçüncü şəxs xəbəri olmamışdır. Qusar Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən iddiaçı Üçüncü şəxs cavabdeh İddiaçı Şıxseyid qızına qarşı birgə nikah dövründə ## #### 1977-ci il tarixli alqı-satqı müqaviləsi üzrə alınmış 0,06 ha həyətyanı torpaq sahəsində onun payının 0,03 ha həcmində müəyyən edilməklə ayrılmasına dair iddiası rədd edilmişdir. Məhkəmə iclasında dinlənilən izahatlar və araşdırılan sənədlərlə müəyyən olunmuşdur ki, tərəflər ## ###### 1973-cü il tarixdə nikahı rəsmi qaydada qeyd etdirərək evlənmiş və ## ##### 1979-cu il tarixdə aralarındakı nikah pozulmuşdur. Lakin mübahisə edilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İşin hallarından göründüyü kimi mübahisələndirilən torpaq sahəsinə dair plan və ölçü sənədi əvvəlki sənədlərdə mövcud olsa da, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə bu haqda heç bir məlumat verilməmişdir və qeyd edilən torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında ## #### 1977ci il tarixdən iddiaçının sahibliyində və qanuni istifadəsində olmuşdur, bu barədə alqı-satqı haqqında müqavilənin surəti iddia ərizəsinə əlavə olunur. Həmin sənədin mövcudluğu İddiaçı Şıxseyid qızına həyətyanı torpaq sahəsi və torpaq sahəsi üzərində Qusar RİH-nin sərəncamı əsasında inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına imkan yaradır. Belə ki, mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı Şıxseyid qızının istifadəsində olması iş materialları ilə öz təsdiqini tadır. İş materiallarından göründüyü kimi əvvəlki yaşayış evi köhnəlib yararsız hala düşdüyündən Qusar Rayon İcra Hakimiyyəti başçısının razılığı ilə Qusar RİHB-sı nümayəndəsinin ##.##.1992-ci il tarixli Sərəncamı əsasında sökülmüş və Qusar RİH-i tərəfindən təsdiq olunan layihə əsasında İddiaçı Şıxseyid qızı tərəfindən yeni yaşayış evi inşa edilmişdir. Daha öncə istinad olunan maddi hüquq normaları qeyd olunan torpaq sahələrini əvəzsiz olaraq o şəxslərin mülkiyyətinə verməyi nəzərdə tutur. İddiaçı 1977-ci il tarixdən etibarən ##.##.1977-ci il tarixli “Ev alqı-satqı haqqında müqavilənamə”yə əsasən 46 ildir ki, faktiki yaşadığı ünvan 6) ünvanda yerləşən fərdi yaşayış evinə və evin altında yerləşən 600 kv.m torpaq sahəsinə faktiki olaraq sahiblik edir, torpaq sahəsinə və fərdi yaşayış evinə dair torpaq vergisini, əmlak vergisini və digər ödənişləri vaxtlı-vaxtında ödəmişdir və hal-hazırda ödəyir. ##.##.2023-cü il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciəti imtina ilə nəticələnmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli, 3- **-*-**/*-****/**** saylı məktubunda imtinanın səbəbi kimi Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun müəyyən edilməməsi göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdeh Üçüncü şəxs verilmiş ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış saxta və qanunsuzdur. Verilən imtina məktubundan aydın olur ki, ##.##.2023-cü il tarixdə Üçüncü şəxs adına çıxarış mövcud olmamışdır, əgər çıxarış mövcud olsa idi, imtinada bu haqda yazılardı. Çıxarışın verilməsi göstərilən tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasında üçüncü şəxs qismində Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə məhkəmənin icraatında baxılırdı. Cavabdeh şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ##### 2022ci il tarixli “plan və ölçü sənədlərinin ləğv edilməsi” qərarından üçüncü şəxs Üçüncü şəxs tələbinə baxılırdı, icraat sona çatmamışdı və ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı qərarı qəbul edilmiş və həmin Qərara əsasən Üçüncü şəxs qanunsuz və əsassız təqdim etdiyi “plan və ölçü sənədləri” ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı qərarı əsasında ləğv edilmişdir. Buradan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Üçüncü şəxs verilmiş ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış saxtadır, qanunsuzdur və əsassızdır.
11. İddia tələbinə dair yazılı etiraz verilməmişdir.
12. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan, 0.06 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 18.2 kv.metr olan, bir mərtəbəli, bir otaqdan ibarət fərdi yaşayış evi ## #### 1977-ci il tarixli “ev alqısatqısı haqqında” müqaviləyə əsasən X1 tərəfindən üçüncü şəxs Üçüncü şəxs satılmışdır. Daha sonra ev yararsız vəziyyətdə olduğundan iddiaçı Qusar Rayon İcra Hakimiyyətinə evin sökülərək yenidən tikintisinə icazə verilməsi üçün müraciət etmişdir. Qusar Rayon İcra Hakimiyyətinin ##.##.1992-ci il tarixli sərəncamı ilə evin tikintisinə icazə verilmişdir. Nəticədə iddiaçı ilə üçüncü şəxsin birgə nikah dövründə əldə etdikləri yaşayış sahəsi 18.2 kv.metr olan fərdi yaşayış evi sökülmüş və yerində ümumi sahəsi 194.2 kv.metr olan ev tikilmişdir. Bununla yanaşı qeyd edilmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı əsasında üçüncü şəxs Üçüncü şəxs adına tərtib edilmiş AN ****** saylı, ## ###### 2011-ci il tarixli plan-ölçü sənədi ləğv edilsə də, daha sonra ## #### 1977-ci il tarixli “ev alqı-satqısı haqqında” müqavilə əsasında mübahisə predmeti olan fərdi yaşayış evi üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli çıxarış tərtib edilmişdir. Üçüncü şəxsin adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd ## #### 1977-ci il tarixli “ev alqı-satqısı haqqında” müqavilədir. Yəni iddiaçı hal-hazırda Üçüncü şəxs adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli çıxarışı və ##.##.2022-ci il tarixli texniki pasportu deyil, onun verilməsinə əsas olmuş ## #### 1977-ci il tarixli “ev alqı-satqısı haqqında” müqaviləsini mübahisələndirməlidir. Hal-hazırda üçüncü şəxs Üçüncü şəxs adına ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş ## #### 1977-ci il tarixli “ev alqı-satqısı haqqında” müqavilə qüvvədədir. Belə olan halda, qeyd edilən alqı-satqı müqaviləsi qüvvədə olduğu və ləğv edilmədiyi təqdirdə, ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli çıxarışın ləğv edilməsi mümkün deyildir.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər İ.Quliyev – sədrlik edən, V.Əzizova və G.Cabbarova) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən və üçüncü şəxsin torpaq sahəsi üzərindəki mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas ## #### 1977-ci il tarixli “Alqı-satqı haqqında” müqavilənamə olmuşdur. Həmçinin torpaq sahəsinə dair “Torpaq qeydi” sənədinin olması da nəzərə alındıqda cavabdeh inzibati orqanın torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı hərəkətlərində qanunsuzluğun olmaması müəyyən olunur.
17. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hüquqi marağı nəzərə alınmaqla apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərmişdir ki, iddiaçı əlverişli hüquq müdafiə vasitəsi seçməmişdir. Hazırda iddiaçı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## ######## 2022-ci il tarixli, 301013144918-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışı mübahisələndirməklə mübahisəli fərdi yaşayış evinin onun tərəfindən yenidən tikilərək sahəsinin genişləndirilməsinə və uzun illərdən bəri həmin ünvanda övladı ilə yaşamasına istinad edir. Bu hal tərəflər arasında mübahisə olunmur. Məhkəmə kollegiyasının iclasında mübahisənin məhkəmədənkənar həllinə nail olunması məqsədilə iddiaçı və üçüncü şəxsin nümayəndəsinə təklif verilmiş, üçüncü şəxsin nümayəndəsi evi istəmədiklərini, Quba şəhərində torpaq sahəsi baha olduğunu da nəzərə alaraq, kənar sahələrdə daha ucuz yerdən onlara 0,03 ha torpaq sahəsi veriləcəyi təqdirdə evi və torpaq sahəsini iddiaçının mülkiyyətinə verə biləcəklərini bildirmişdir. Lakin iddiaçı evin və torpaq sahəsinin hamısının ona aid olduğunu, üçüncü şəxsə heç bir şey verməyəcəyini bildirmişdir. İddiaçının hazırkı iş üzrə mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi və həmin torpaq sahəsinin tamamı üzərində hüququnun yaranması əsası olmadığından hazırda hüquqi marağına uyğun olaraq mülki məhkəmə icraatı qaydasında mümkün hüquq müdafiə vasitələrindən istifadə etmək imkanına malikdir. Belə ki, mübahisəli torpaq sahəsinin iddiaçı ilə üçüncü şəxsin birgə nikah dövründə alınması nəzərə alınmaqla ümumi əmlakın bölünməsi ilə əlaqədar iddia qaldırıla bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs mübahisəli fərdi yaşayış evini özü tikdiyini bildirmişdir. Bu hal tərəflər arasında da mübahisə olunmur. Hər bir halda torpaq sahəsi və onun üzərində inşa edilmiş yaşayış evi üzərində iddiaçı və üçüncü şəxsin hüquqları mülki məhkəmə icraatı qaydasında müəyyən edilə bilər və həmin məhkəmə aktı əsasında daşınmaz əmlakın dövlət reyestrində yeni qeydiyyat aparıla bilər. İddiaçı əsassız olaraq torpaq sahəsinə tam hüquq ilə iddia edir və düzgün hüquq müdafiə vasitəsi seçməmişdir.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.
20. Kassator əlavə olaraq göstərir ki, bu əmlaka dair inzibati iş cavabdeh * saylı Xaçmaz Ərazi İdarəsinin və üçüncü şəxs Üçüncü şəxs kassasiya şikayətləri əsasında Azərbaycan Respublikasının Ali Məhkəməsində icraatda olduğu vaxtda qanunsuz dövlət qeydiyyatına almanı ləğv etmir, özü də, əmlak iddiaçının ailəsinin şəxsi maliyyəsi hesabına Qusar Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi layihə əsasında artıq uzun illərdən – 1992-ci ildən tikilərək iddiaçının şəxsi istifadəsindədir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ...
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Qusar şəhəri, Məlikov küçəsi, ev 30 ünvanında yerləşən evə dair üçüncü şəxs Üçüncü şəxs verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## ######## 2022-ci il tarixli, 301013144918-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. İddiaçı kassasiya şikayətində göstərir ki, mübahisələndirilən əmlaka dair inzibati iş cavabdeh * saylı Xaçmaz Ərazi İdarəsinin və üçüncü şəxs Üçüncü şəxs kassasiya şikayətləri əsasında Azərbaycan Respublikasının Ali Məhkəməsində icraatda olduğu vaxtda həmin əmlakın dövlət qeydiyyatına alınması qanunsuzdur.
33. Bununla bağlı, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından aydın olur ki, iddiaçı İddiaçı üçüncü şəxsin adına tərtib edilmiş AN ****** saylı, ## ###### 2011-ci il tarixli plan-ölçü sənədinin ləğv edilməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmış, Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ## ###### 2021-ci il tarixli qərarı ilə sözügedən plan-ölçü sənədinin verilməsinə əsas olmuş Qusar rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli qərarı mövcud olmadığından iddia tələbi təmin edilmiş və Üçüncü şəxs adına tərtib edilmiş AN ****** saylı, ## ###### 2011-ci il tarixli plan-ölçü sənədi ləğv edilmişdir. Həmin qərardan üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının *- *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra məhkəmənin həmin qərarından üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
34. Yuxarıda qeyd edilən inzibati işin hallarından göründüyü kimi həmin iş üçüncü şəxsin adına verilmiş AN ****** saylı, ## ###### 2011-ci il tarixli plan-ölçü sənədinin ləğv edilməsi ilə bağlı olmuşdur. Həmin plan-ölçü sənədinin verilməsinin əsası kimi Qusar rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli qərarı göstərilsə də, həmin qərar mövcud olmadığından iddia təmin edilmiş və Üçüncü şəxs adına tərtib edilmiş AN ****** saylı, ## ###### 2011-ci il tarixli plan-ölçü sənədi ləğv edilmişdir.
35. Halbuki, hazırkı işin hallarından göründüyü kimi iddiaçının mübahisələndiridiyi qeydiyyat əvvəlki inzibati məhkəmə icraatı nəticəsində ləğv edilən plan-ölçü sənədi (dolayısı ilə Qusar rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli qərarı) əsasında deyil, məhz ## #### 1977-ci il tarixli “Ev alqı-satqısı haqqında” müqavilənamə əsasında aparılmışdır. Hal-hazırda üçüncü şəxs Üçüncü şəxs adına ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş ## #### 1977-ci il tarixli “ev alqı-satqısı haqqında” müqavilə qüvvədə olduğundan və ləğv edilmədiyindən ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli çıxarışın ləğv edilməsi mümkün deyildir.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq, cavabdehin imtinasının qanuna uyğun olması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.