Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3263/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3263/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: iddiaçı yalnız 60,0 kv. m torpaq sahəsi ilə bağlı hüquq əldə etmişdir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X3 ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, N.Əhmədovun katibliyi ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1725/2019 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanı nda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün xxxx 2018-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyinə istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, ünvan 1 ünvanında yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi və orada inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)-693/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, X1 adına ünvan 1 ünvanında yerləşən 60,0 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, torpaq sahəsinin 60,0 kv metrdən artıq olan 180 kv.m hissəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi hissəsində iddia rədd edilmişdir (hakim – M.T.Hacıbəyova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1725/2019 saylı qərarı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyev) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bak ı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı X4 müvafiq fərdi yaşayış evinə və torpaq sahəsinə dair çıxarış almaq məqsədilə xxxx 2018-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bələdiyyə tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı, əlavə 124,0 kv.m tikintialtı torpaq sahəsinə dair sənəd, fərdi yaşayış evinə dair razılaşdırılmış eskiz layihəsi və ya istismara qəbul aktı təqdim olunmamış, həmçinin İdarənin elektron baza məlumatlarına əsasən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar olunmamış, fərdi yaşayış evi «Lukoil» yanacaq ldoldurma məntəqisindən 8-10 metr, transformator tikilisindən 4-5 metr məsafədə yerləşir, həmin əmlak dövlət mülkiyyətində olan torpaqlara aiddir, M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən verilən plan-cizgi faktiki yerləşmə mövqeyi ilə uyğunsuzluq təşkil etdiyindən, ərizənin icras ı mümkün olmamış, məhkəmə tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.2, 46.4, 55, 65, 66.1, 67, 68, 111.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11.1, 12.1-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında apardığını və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Ərazi İdarəsinin dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğunu qeyd et məklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xə bərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib et məməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)- 1725/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xxxx 2003-cü il tarixli, 03 sa ylı qərarı ilə X2 alqı-satqı yolu ilə qəsəbənin ərazisində «****r» küçəsində yerləşən 60 kv.m torpaq sahəsi eskiz-plan əsasında fərdi yaşayış evinin tikintisi üçün, hər kv.m 20800 manat ödəmək şərtilə, mülkiyyətinə satılmış, xxxx 2003-cü il tarixli, **** kassa mədaxil orderi ilə 60 kv.m torpaq sahəsinə görə iddiaçı tərəfindən ******* manat məbləğində pul ödənilmiş, Binəqədi rayon Məhkəməsinin xxxx 2004-cü il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin cavabdehlər *****Bələdiyyəsinə və X2 qarşı «bələdiyyənin xxxx 2003-cü il tarixli, 03 saylı qərarının ləğv edilməsi, qanunsuz tikilinin sökülməsi və dövlətə mənsub torpaq sahəsinin tikinti materiallarından təmizlənib əvvəlki vəziyyətə qaytarılmasına dair» iddia ərizəsi təm in edilmiş, Apellyasiya Məhkəməsinin MİMK-nın 1MK-4454/04 №-li, xxxx 2004-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi «iddianın Rəsulzadə qəsəbəsi Rezervuar küçəsində 60 kv.m sahədə tikilmiş tikilinin sökülməsi və onun əvvəlki vəziyyətə gətirilməsi» hissəsində ləğv olunmuş və həmin hissədə iddia rədd edilmiş, həmin qətnaməyə görə «İddiaçı vicdanlı sahib olaraq buna təqsiri olmadığı və məlumatı olmadığı halda torpaq sahəsini əvəzi ödənilməklə bələdiyyədən almış və orada öz vəsaiti hesabına tikinti işləri görmüş, mübahisəli sahə artıq 60 kv.m deyil, 120,0 kv metrdən çoxdur, özbaşına tikilmiş ev 120,0 kv.m sahədə inşa edilmiş, beləliklə, torpaq sahəsinin dövlət mülkiyyətinə qaytarılması tikilinin sökülməsi üçün əsas verə bilməzdi», eyni zamanda Binəqədi rayon məhkəmə sinin 2-1738/2007 saylı, xxxx 2007-ci il tarixli qətnaməsinə əsasən İddiaçı və ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Rezervuar 160 küçəsi 1 a saylı evə yaşayış hüququ tanınmış və onların həmin ünvana qeydiyyata götürülməsi Binəqədi RPİ-yə (Qeydiyyat və ŞVŞ-nə) tapşırılmışdır. Beləliklə, Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən 0,02 torpaq sahəsinə və inşa etdiyi fərdi yaşayış evinə qanunvericilikdə qeyd edilən sənədlər cavabdehə, hazırda isə məhkəməyə təqdim edilməmiş, iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində alınmasını tələb etdiyi fərdi yaşayış evi özbaşına tikili olmaqla ayrılmasına dair sənəd olmayan torpaq üzərində inşa edilmiş, iddiaçı yalnız 60,0 kv. m torpaq sahəsi ilə bağlı hüququ əldə etmiş, i ddiaçının təqdim etdiyi məhkəmə qətnamələrinə əsasən qeyd edilən torpaq sahəsi dövlət əmlakıdır, iddiaçı tərəfindən həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını əldə edilməsi Apellyasiya Məhkəməsinin qətnaməsi ilə təsdiq edilmiş, torpaq sahəsinin 60,0 kv.m-dən artıq hissəsinə iddiaçının hüquqlarını təsdiq edə bilən heç bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmiş, beləliklə, iddiaçı Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xxxx 2003-cü il tarixli, 03 saylı qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə satılmış ünvan 3 ünvanında yerləşən 60 kv.m torpaq sahəsi üzərində qanuni sahiblik hüququnu əldə etmiş, iddiaçının tələbinin qismən, 60 kv.m torpaq sahəsinə dair hissədə onun mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğu sübuta yetirilmiş, cavabdeh tərəfindən həmin hissədə iddiaçının tələbinin təmin edilməsindən imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci və 8.0.4-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, …qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırı lmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu Məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməs inin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının Binəqədi rayonu X1 Bələdiyyəsinin xxxx 2003-cü il tarixli, 03 saylı qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə satılmış ünvan 3 ünvanında yerləşən 60 kv.m torpaq sahəsi üzərində qanuni sahiblik hüququnu əldə etdiyini, bu halın Apellyasiya Məhkəməsinin hazırda qüvvədə olan məhkəmə qətnaməsi ilə də bir daha təsdiq edildiyini, beləliklə, iş materiallarına əsasən iddiaçının tələbinin qismən, 60 kv.m torpaq sahəsinə dair h issədə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğunun sübuta yetirildiyini, həmin hissədə iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinasının onun qanunla qorunan hüquqlarını pozduğunu nəzərə alaraq kassasiya şikayətinin məhkəmə tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68 və 111.1-ci maddələrinin pozulması barədə dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətl əndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1725/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1725/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3263/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3263/2019
11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver