Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3263/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: elmi dərəcəyə görə Prezident təqaüdünün verilməsinin əsasları; aktiv VÖEN-in olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin Prezident təqaüdünün bərpa edilməsindən imtina olunması haqqında ## ###### 2024-cü il tarixli, 3-17- */*-T- *****/**** nömrəli qərarının ləğv edilməsi, 2023-cü ilin avqust ayınadək aylıq 300 manat məbləğində olmaqla ona ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması və 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ona ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ##.##.1951-ci il təvəllüdlüdür.
2. İddiaçıya Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Fərmanına əsasən ##.##.2021-ci il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmişdir.
3. Daha sonra hazırkı iş üzrə cavabdeh iddiaçıya “fəlsəfə doktoru” elmi dərəcəsinə görə Prezident təqaüdünün ödənilməsini 2023-cü ilin avqust ayından dayandırmışdır.
4. İddiaçı “fəlsəfə doktoru” elmi dərəcəsinə görə Prezident təqaüdünün ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir
5. Cavabdehin ## ###### 2024-cü il tarixli, *-**-*/*-T*****/**** nömrəli qərarına əsasən iddiaçının VÖEN-i aktiv olduğundan ona təqaüd təyin edilməsi mümkün hesab edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin Prezident təqaüdünün bərpa edilməsindən imtina olunması haqqında ## ###### 2024-cü il tarixli, *-**-*/*-T*****/**** nömrəli qərarının ləğv edilməsi, 2023-cü ilin avqust ayınadək aylıq 300 manat məbləğində olmaqla ona ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması və 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1951-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, 2017-ci il tarixədək əmək stajına malik olduğu və davamlı olaraq əmək fəaliyyəti göstərdiyi üçün 2017-ci il tarixdən etibarən əmək pensiyaçısıdır. Özünün əmək fəaliyyəti və elmi fəaliyyəti ilə bağlı bəzi məlumatlar aşağıdakı kimidir: 2015ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Əmək veteranı, 1985-ci ildən pedaqoji elmlər namizədidir, hal-hazırda isə pedaqoji elmlər üzrə fəlsəfə doktorudur. 1991-ci ildən baş elmi işçidir, Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfələrə görə 2016-cı ildən X2 X6 fəxri professorudur, 2016-cı ildən Türk dünyası elmlərinin və mədəniyyətinin tərəqqisindəki xidmətlərimə görə X2 X6 “Qızıl ulduz” medalı ilə təltif olunmuşdur. 2016-cı ildən elmi-tədqiqat işlərindəki xüsusi xidmətlərinə görə X1 Akademiyasının (ATEA) həqiqi üzvü-akademikidir, 2016-cı ildə ATEA-nın “Taclı ulduz” ordeni ilə təltif olunmuşdur. 2016-cı ildə elm və mədəniyyət sahəsindəki xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının İctimai Təltiflər Şurasının Beynəlxalq Mükafat Komitəsinin “Şərəf və Vicdan” ordeni ilə, 2017-ci ildə Birləşmiş Millətlər Təşkilatının İctimai Təltiflər Şurasının X5 Komitəsi tərəfindən “Qurtuluş və mərhəmət” ordeni ilə təltif edilmişdir. 2020ci ildə 200-dən çox çap olunmuş elmi əsərlərinin və 10-dan çox kitablarının müqabilində TURAN Elmlər Akademiyasının akademiki elmi rütbəsinə layiq görülmüşdür. ## ###### 2023-ci ildən TURAN Elmlər Akademiyasının vitse-prezidenti olmaqla bərabər həmin akademiyanın Azərbaycan filialının rəhbəridir, 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Bütün bunların müqabilində əmək pensiyası hüququ olduğu üçün pedaqoji elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinin müqabilində əvvəllər 120 manat, sonralar isə 300 manat olmaqla qanuni olaraq hər ay müavinət almışdır. 2023-cü ilin avqust ayından sonra isə ona məlum olmayan səbəbdən həmin müavinətin verilməsi cavabdeh orqan tərəfindən dayandırılmışdır. Bütün bu qeyd edilənlərdən görünür ki, 2021-ci ilin ######ın #-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, xxxx, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanına əsasən 2023-cü il ######ın #-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manat müəyyən edilmişdir. Qeyd edilən müddəalardan görünür ki, onun fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manat məbləğində aylıq Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ vardır. İddiaçı qanuni olaraq 2023-cü ilin avqust ayınadək bu təqaüdü alırmış, lakin bilmədiyi səbəblərdən 2023-cü ilin avqust ayından sonra bu təqaüd təqdim edilməmiş, buna görə də o təqaüdünün yenidən bərpa olunması, indiyə qədər almadığı müavinətin ödənilməsi və təqaüdün dayandırılma səbəbinin hansı qanunlar əsasında olduğunun izah etmələri üçün cavabdeh orqana yazılı ərizə ilə müraciət etmiş, onun müraciətinə cavabdehin Prezident təqaüdünün bərpa edilməsindən imtina olunması haqqında ## ###### 2024-cü il tarixli, *-**-*/*-T*****/**** saylı məktubu ilə müsbət cavab verilməmişdir.
8. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçıya ##.##.2021-ci il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmişdir. Lakin iddiaçı aktiv vergi ödəyicisi kimi (VÖEN:3100042352) qeydiyyatda olduğu üçün təqaüdünün ödənişi ##.##.2023-cü il tarixdən dayandırılmışdır. Nəticədə, ##.##.2023-cü il tarixdən ##.##.2023-cu il tarixədək Prezident təqaüdü üzrə artıq ödəmə müəyyən edilmişdir. Bildirilir ki, Mərkəzləşdirilmiş informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən, vergi ödəyicisi kimi fəaliyyəti aktiv olduğu üçün Prezident təqaüdünün ödənilməsinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən vergi ödəyicisi kimi fəaliyyəti barədə (VÖEN-in aktiv və ya dondurulmuş olması), aktiv olduğu dövrlər üzrə təqdim olunmuş bəyannamələrə (hesabatlara) əsasən dövriyyə məbləği haqqında arayış təqdim etdikdən sonra həmin dövr üzrə Prezident təqaüdü hüququna qanunvericiliyə uyğun olaraq yenidən baxılması istisna edilmir.
9. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi ## ###### 2024-cü il tarixli, *-**-*/*-T-*****/**** nömrəli qərarı ləğv edilmiş, 2023-cü ilin avqust ayınadək aylıq 300 manat məbləğində olmaqla iddiaçıya ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması və 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqanın hərəkətləri qanunsuz olmuşdur. Nəzərə alınmalıdır ki, şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması onun əmək qanunvericiliyinin tələbləri baxımından işləməsi anlamına gəlməməlidir. Adından da göründüyü kimi sahibkarlıq bir fəaliyyət növüdür ki, həmin fəaliyyət növü ilə məşğul olan şəxsin gəlirləri qeyri-müntəzəm olmaqla insanın öz fəaliyyəti ilə bağlı olan bir məşğuliyyətdir. Cavabdeh təşkilatın mövqeyi ilə razılaşsaq, onda yaşa görə əmək pensiyası ilə təmin edilmiş şəxslərin təqaüddə olduğu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olması onun əmək pensiyasının dayandırılması üçün əsas hesab edilməlidir. Göründüyü kimi büdcə və ya büdcədən kənar vəsait hesabına əmək haqqı almayan, yəni aralarında işçi ilə işəgötürən münasibətləri olmayan şəxslərin başqa fəaliyyət növü ilə (məsələn sahibkarlıq, bəstəkarlıq, rəssamlıq və sair) məşğul olması onun işləməsi anlamını təzahür eləmir. Cavabdeh təşkilat Mərkəzləşdirilmiş informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən, iddiaçının vergi ödəyicisi kimi fəaliyyəti aktiv olduğu üçün Prezident təqaüdünün dayandırılması əsassızdır. Mübahisə predmetinə dair qanunvericilik aktların heç birində Prezident təqaüdünün şəxsin VÖEN-nin olması səbəbindən dayandırılması ilə bağlı heç bir müddəa yoxdur. Fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü barədə qanunvericilik aktları isə məhz yuxarıda qeyd edilən fərmanlardır. Belə olan halda cavabdehin apardığı inzibati icraatın nəticəsi olan mübahisələndirilən qərarın qəbul edilməsi qanunsuz olmuşdur.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində birinci icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər G.Cababrova – məruzəçi, R.Ağayev və H.Babayeva) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
13. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, sahibkar qismində çıxış etməsi, habelə onun vergi ödəyicisi kimi uçota alınaraq, VÖEN-ə malik olması halı özlüyündə həmin şəxsin “xxxx” kateqoriyasına aid olmasını istisna edir. Başqa sözlə desək, şəxsin sahibkar qismində çıxış etməsi onun məhz “işləyən” şəxs kimi məşğul şəxslər kateqoriyasına aid olmasının əsası hesab olunur, habelə onun qazanca və ya gəlirə malik olması halı onun “işsiz” kateqoriyasına aid olmasını istisna edir. Belə olan halda, iddiaçı vergi ödəyicisi qismində çıxış etdiyindən (aktiv VÖEN malikdir), o, “işsiz” kateqoriyasına aid olan şəxs olmadığından, qanunun normasının tələbinə əsasən məşğul şəxs hesab olunduğundan, ona münasibətdə qeyd edilən təqaüdün verilməsini zəruri edən şərtlərdən biri olan “xxxx” şərti ödənilmir. Başqa sözlə, iddiaçının iddia tələbi qanunvericilik normasının dispozitiv şərtləri ilə uzlaşmır. Həmçinin, iddiaçı aktiv vergi ödəyicisi olduğunu, lakin heç bir gəlirinin olmadığını qeyd etsə də, həmin hal iş materialları əsasında təkzib olunur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı barəsində sığortaolunan hesabında illər üzrə əldə etdiyi gəlirləri öz əksini tapmışdır. Qeyd edilən hallara əsasən, iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmamış, iddiaçıya münasibətdə cavabdehin hərəkətləri qanunauyğun olmuşdur.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
c) kassasiya instansiya məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər Z.Quliyev – məruzəçi, N.Rəsulbəyova və K.Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
16. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ən azı 25 il çalışmış, elmi dərəcəsi olan, xxxx, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Fərmanının 1-ci bəndinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, xxxx, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunmuşdur. Həmin bəndin yazılış stilistikasından göründüyü kimi, sözügedən cümlədə açar sözlər “əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində” sözləridir, yəni həmin cümlədə Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdün alınması üçün sonradan göstərilən dörd meyar məhz yuxarıda qeyd edilmiş açar sözlərə bağlıdır. Başqa sözlə burada “xxxx” sözü əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində “xxxx” anlamını verir, belə ki, sözügedən Fərmanın 1-ci bəndindən bariz görünür ki, bu əmək pensiyası deyil, Azərbaycan Respublikası Prezidentinin elmi dərəcələrə görə təsis etdiyi təqaüddür. Həmçinin xüsusi olaraq vurğulanmalıdır ki, sözügedən Fərmanda şəxsin vergi ödəyicisi olaraq fərdi VÖEN-ə malik olub-olmaması barədə hər hansı bir qeyd-şərt yoxdur, digər tərəfdən bu Fərmanın tələbləri təsiri dairəsinə düşən şəxsin VÖEN-lə əlaqədar heç bir istisnalığı da mövcud deyildir. İddiaçı Əmək Məcəlləsinin 3, 4-1, 5 və 8-ci maddələri baxımından işləyən şəxs sayıla bilməz. Əmək Məcəlləsində müəyyən edilmiş müəssisə, işçi, işəgötürən, əmək münasibətləri, əmək müqaviləsi (kontraktı), iş yeri, ştat (ştat vahidi), kimi anlayışlar real olaraq mütəmadi əmək haqqı almaq hüququ, məzuniyyət hüququ və sair mövcud olduğu halda şəxsin işləyən sayılması üçün zəmin yarada bilər. Lakin apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri tam və hərtərəfli araşdırmadan iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.
ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər T.Axundov – məruzəçi, Z.Məmmədov və V.Hacıyev) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ən azı 25 il çalışmış, elmi dərəcəsi olan, xxxx, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Fərmanının 1-ci bəndinin cümlə quruluşundan göründüyü kimi, sözügedən cümlədə açar sözlər “əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində” sözləridir, yəni həmin cümlədə Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdün alınması üçün sonradan göstərilən 4 (dörd) meyar, məhz yuxarıda qeyd edilmiş açar sözlərə bağlıdır. Başqa sözlə, burada “xxxx” sözü əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində “xxxx” anlamını verir, belə ki, sözügedən Fərmanın 1-ci bəndindən bariz görünür ki, bu əmək pensiyası deyil, Azərbaycan Respublikası Prezidentinin elmi dərəcələrə görə təsis etdiyi təqaüddür. Həmçinin xüsusi olaraq vurğulanmalıdır ki, sözügedən Fərmanda şəxsin vergi ödəyicisi olaraq fərdi VÖEN-ə malik olub-olmaması barədə hər hansı bir qeyd-şərt yoxdur, digər tərəfdən bu Fərmanın tələbləri təsiri dairəsinə düşən şəxsin VÖEN-lə əlaqədar heç bir istisnalığı da mövcud deyildir. Eyni zamanda, Əmək Məcəlləsinin 3-cü maddəsində qeyd edilənlərdən açıq-aydın göründüyü kimi, iddiaçı Əmək Məcəlləsinin hüquq normaları baxımından işləyən şəxs sayıla bilməz. “Məşğulluq haqqında” Qanunun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs işə və qazanca malik olmayan, işə başlamağa hazır olub, müvafiq orqanda işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli şəxs kimi müəyyən edilsə də, iddiaçı isə əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs kimi bu tərifə daxil edilməyərək, VÖEN-ə malik olması isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanında nəzərdə tutulmuş “xxxx” anlayışına zidd deyil və onun işləyən şəxs kimi qəbul edilməsi həmin Fərmanın məzmununa ziddir.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Kassator əlavə olaraq göstərmişdir ki, “Məşğulluq haqqında” Qanunun 4.1.3cü maddəsinə
21. əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri də məşğul şəxslər kateqoriyasına aiddir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Beləliklə, iddiaçı aktiv vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan məşğul şəxs hesab edilməlidir. Bu səbəbdən təqaüdün təyin edilməsi üçün zəruri şərt olan “xxxx” statusunda olmadığından onun təqaüdünün dayandırılması qanunauyğun olmuşdur.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
23. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, xxxx, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Fərmanı:
1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, xxxx, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin ######ın #-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, xxxx, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir; 2.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
29. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Fərmanına əsasən ##.##.2021-ci il tarixdən təyin edilmiş Prezident təqaüdünün cavabdeh tərəfindən dayandırıldığı 2023-cü ilin avqust ayından etibarən ödənilməsidir.
30. Cavabdehin dəlillərinə əsasən iddiaçı aktiv vergi ödəyicisi kimi (VÖEN:3100042352) qeydiyyatda olduğu üçün təqaüdünün ödənişi ##.##.2023-cü il tarixdən dayandırılmışdır. Belə ki, iddiaçı aktiv vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan məşğul şəxs hesab edilməlidir.
31. Apellyasiya instansiyası məhkəməsi işə birinci dəfə baxan kassasiya instansiyası məhkəməsinin mövqeyini rəhbər tutaraq gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd edilən Fərmanda “xxxx” sözü əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində “xxxx” anlamını verir, sözügedən Fərmanda şəxsin vergi ödəyicisi olaraq fərdi VÖEN-ə malik olub-olmaması barədə hər hansı bir qeydşərt yoxdur, eləcə də, bu Fərmanın tələbləri təsiri dairəsinə düşən şəxsin VÖEN-ə malik olması Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanında nəzərdə tutulmuş “xxxx” anlayışına zidd deyil və onun işləyən şəxs kimi qəbul edilməsi həmin Fərmanın məzmununa ziddir.
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq göstərir ki, iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020ci il tarixli, **** nömrəli Fərmanında nəzərdə tutulmuş əsas şərtlərdən biri onun xxxx şəxs statusuna malik olmasıdır.
33. İş materiallarından görünür ki, iddiaçı Dövlət Vergi Xidmətində vergi ödəyicisi kimi qeydiyyata alınmış və onun VÖEN-i aktiv statusdadır. Bu hal iddiaçının sahibkarlıq fəaliyyəti subyekti kimi hüquqi statusa malik olduğunu göstərir.
34. Məhkəmə qeyd edir ki, aktiv VÖEN-in mövcudluğu şəxsin iqtisadi fəaliyyət imkanını hüquqi baxımdan təsdiq edir və onu tam passiv, yəni xxxx şəxs kateqoriyasına aid etməyə imkan vermir. Şəxs öz təşəbbüsü ilə sahibkarlıq fəaliyyəti üçün qeydiyyatdan keçmiş və bu statusu saxlamışdır.
35. Eyni zamanda məhkəmə vurğulayır ki, iddiaçı barəsində Dövlət Vergi Xidmətindən verilmiş məlumata əsasən o, vergi ödəyicisi kimi fəaliyyət göstərmiş, fəaliyyət göstərdiyi dövrlər üzrə bəyannamələr (hesabatlar) təqdim etmiş, müəyyən dövriyyəyə malik olmuşdur. Nəticədə iddiaçı aktiv VÖEN-ə malik olmaqla Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Fərmanında nəzərdə tutulan “xxxx” şəxslər kateqoriyasına aid olmamışdır.
36. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı aktiv VÖEN-ə malik olduğundan xxxx şəxs statusuna malik deyildir və bu səbəbdən Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Fərmanına əsasən fəlsəfə doktoru elmi dərəcəsinə görə təqaüdün verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərdən biri ödənilməmişdir.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya ödənilən Prezident təqaüdü 2023-cü ilin avqust ayından etibarən dayandırması qanunvericiliyin tələblərinə uyğun olduğundan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
38. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmamalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin Prezident təqaüdünün bərpa edilməsindən imtina olunması haqqında ## ###### 2024-cü il tarixli, *-**-*/*- T*****/**** nömrəli qərarının ləğv edilməsi, 2023-cü ilin avqust ayınadək aylıq 300 manat məbləğində olmaqla ona ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması və 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.