Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3264/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Cavabdeh qarşı “Cavabdeh ## #### 2005-ci il tarixli, ** nömrəli və ## ### 2005-ci il tarixli, ** nömrəli qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh: - ## #### 2005-ci il tarixli, ** nömrəli qərarına əsasən bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti yararsız torpaq sahəsindən kommersiya məqsədi ilə tikinti altına 2,0 ha, tikintiyə təhkim olunmuş torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3,80 ha, cəmi 5,80 ha; - ## ### 2005-ci il tarixli, ** nömrəli qərarına əsasən bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti yararsız torpaq sahəsindən kommersiya məqsədi ilə tikinti altına 0,50 ha, tikintiyə təhkim olunmuş torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3,50 ha, cəmi 4,0 ha torpaq sahəsinin X1 qərara alınmışdır.
2. Cavabdeh ## #### 2005-ci il tarixli, ** nömrəli qərarına əsasən X1 ayrılmış 5,80 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən onun adına ## ##### 2005-ci il tarixli, JN:1272 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, Şəhriyar Bələdiyyəsinin ## ### 2005-ci il tarixli, ** nömrəli qərarına əsasən ayrılmış 4,00 ha torpaq sahəsinə dair onun adına ## #### 2005-ci il tarixli, JN:1279 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehin ## #### 2005-ci il tarixli ** nömrəli və ## ### 2005-ci il tarixli ** nömrəli qərarlarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon X2 İcraiyyə Komitəsinin ## ###### 1989-cu il tarixli, ** nömrəli, ## ###### 1990-cı il tarixli, ## #### 1991-ci il tarixli qərarı və Şamaxı Rayon İcra Hakimiyyəti başçısının ## ###### 1992-ci il tarixli, * nömrəli sərəncamı ilə “Şirvan" Ticarət Kompleksinin inşası üçün ümumilikdə 8,0 ha torpaq sahəsi “İnkişaf” Assosiasiyasının istifadəsinə ayrılmışdır. ƏMDX-nin Şamaxı ərazi şöbəsi tərəfindən keçirilən monitorinq zamanı məlum olmuşdur ki, hazırda həmin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi Şəhriyar bələdiyyəsi tərəfindən əvvəlcə ## #### 2005-ci il tarixli, ** nömrəli qərarla 5,8 ha, daha sonra ## ### 2005-ci il tarixli, ** nömrəli qərarla 4 ha olmaqla, “Şirvan” Ticarət Kompleksinin direktoru X1. Hesab edir ki, həmin bələdiyyə qərarları etibarsız hesab edilməlidir. Belə ki, həmin torpaq sahələri “İnkişaf” Assosiasiyasının istifadəsinə verilməklə, dövlət mülkiyyətində qalmışdır. Cavabdeh bələdiyyə isə öz səlahiyyət hədlərini aşmaqla ticarət kompleksinin inşası üçün ayrılmış 8 ha torpaq sahəsi də daxil olmaqla, ümumilikdə, sahəsi 9,5 ha təşkil edən, dövlət mülkiyyətində olan torpaq sahəsini “Şirvan" Ticarət Kompleksinin direktoruna satmışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** nömrəli Fərmanına və həmin Fərmanla ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq qeyd edilən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti (bələdiyyə qərarının verildiyi zaman Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti) tərəfindən satıla bilərdi. Beləliklə, qeyd edilən torpaq sahələri dövlət mülkiyyətində olmaqla həmin torpaq sahələrinin satılması hüququ səlahiyyətli dövlət orqanı kimi Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olsa da, Şəhriyar Bələdiyyəsi dövlət mülkiyyətində olan torpaq sahəsini fiziki şəxsə satmışdır.
5. Cavabdehin iddiaya dair etirazında qeyd edilmişdir ki, mübahisələndirilən bələdiyyə qərarlarından sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən tərtib edilmiş ## ##### 2005-ci il tarixli, JN **** saylı və ## #### 2005ci il tarixli, JN-**** saylı Dövlət Aktlarına əsasən həmin torpaqlar vətəndaşın mülkiyyətinə verilmişdir. DTXK fəaliyyətdə olduğu dövrdə hüquqların qeydiyyatını əks etdirən elektron baza məlumatlarına iddiaçı orqanın çıxış imkanları ən azı 2009-cu ilin iyul-avqust aylarından mövcud olmuşdur. Belə ki, ## #### 2006-cı il tarixdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaradılması ilə əlaqədar həmin dövrə qədər mülkiyyət hüquqlarının qeydiyyatını aparmış dövlət orqanlarının məlumatları, o cümlədən, DTXKnin məlumatları yeni yaradılmış DƏDRX-nə verilmişdir. 2009-cu ilin iyul ayında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin bazasında Əmlak Məsələləri Dövlət Komitəsi yaradılmış, DƏDRX həmin komitənin tabeliyinə verilmişdir. Həmin dövrdən ƏMDK-nin DTXK fəaliyyətdə olduğu dövrdə hüquqların qeydiyyatını əks etdirən elektron baza məlumatlarına çıxış imkanları mövcud olmuşdur. Mübahisə predmeti olan torpaq sahələri 2010-cu ildə ƏMDK tərəfindən təqdim edilmiş dövlət fonduna aid torpaqların siyahısında 00188687 nömrəsi ilə “Şirvan” Ticarət Kompleksinin ərazisi kimi qeyd olunmuşdur. Qeyd 4,0 ha və 5,8 ha torpaq sahələri dövlət torpaqlarına aid edilmiş ərazinin daxilində yerləşir. Hesab edir ki, hazırkı iddia növünə münasibətdə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətinə əməl edilməsidir, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi qərarlardan 2006-cı ildən məlumatı olmuş, bununla da hazırkı iddanı müddət ötürməklə qaldırmışdır. Odur ki, iş üzrə iddianın xüsusi mümkünlük şərti ödənilməmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakim L.Mirzəyeva) iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İş materiallarından görünür ki, mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir. Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyil. Həm də ən azından ona görə ki, “İnzibati icraat haqqında” Qanunun və İPM-in qəbul edilməsinin (yeni icraat qaydasının müəyyən edilməsinin) məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq (“İnzibati icraat haqqında” Qanunun preambulası), inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir.
8. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının ## ### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakimlər H.Babayeva – məruzəçi, F.Məmmədov və G.Cabbarova) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
c) birinci instansiya məhkəməsində ikinci icraat
10. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim L.Mirzəyeva) iddia mümkün sayılmamışdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmədən cavabdehin ##.##.2005-ci il tarixli, ** nömrəli və ##.##.2005-ci il tarixli, ** nömrəli qərarlarının ləğv edilməsini xahiş etsə də, qərarların mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin tərəflərindən ötürülməməsinə dair heç bir sübut təqdim etməmişdir.
12. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakimlər H.Babayeva – məruzəçi, Z.Məmmədov və G.Cabbarova) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
d) birinci instansiya məhkəməsində üçüncü icraat
14. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim L.Mirzəyeva) iddia mümkün sayılmamışdır.
15. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi cavabdehin ## #### 2005-ci il tarixli, ** nömrəli və ## ### 2005-ci il tarixli, ** nömrəli qərarlarının etibarsız hesab edilməsi olsa da, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində göstərilən inzibati aktın etibarsız hesab edilməsi əsasları hazırki mübahisə üzrə mövcud deyildir. Göründüyü kimi, iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla, mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmçinin, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti də ötürülmüşdür. Belə ki, iddiaçı cavabdehin 2007-ci il tarixdə qəbul edilmiş qərarının ləğv edilməsi ilə bağlı 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi sərəncam ## ###### 2011-ci ilədək qəbul edilmişdir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, ## ###### 2011-ci ilədək qəbul edilmiş inzibati aktlar şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində mübahisələndirilə bilər (MPM-in ## ###### 2011-ci ilədək qüvvədə olan 298-ci maddəsi - şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir).
16. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakimlər H.Babayeva - məruzəçi, T.Axundov və V.Hacıyev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə qeyd etmişdir ki, “işə baxan məhkəmənin hüquqi mövqeyi əsaslı olmasa da, iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, kollegiya öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia mübahisələndirmə deyil, müəyyən etmə və ya tanınma haqqında iddiadır və apellyasiya instansiya məhkəməsindəki ikinci icraat zamanı da kollegiya eyni mövqeyini ifadə etmiş, hazırkı iddianı müəyyən etmə və ya tanınma haqqında iddia kimi qiymətləndirərək, bu iddia növü üzrə müddətin İPM-də xüsusi mümkünlük şərti kimi nəzərdə tutulmadığını bildirmişdir. İddianın mümkün sayılmamasına münasibətdə məhkəmə kollegiyası bildirmişdir ki, artıq bu kateqoriyadan olan işlərdə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyası tərəfindən *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli və 2-1(102) ****/** nömrəli qərarları ilə məhkəmə təcrübəsi formalaşmış və vahid məhkəmə təcrübəsi olduğundan hazırda bu işlər üzrə kassasiya şikayəti mümkün sayılmır. Həmin məhkəmə təcrübəsinə görə İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXVII fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, # ###### 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti # ###### 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməz. Qanunvericiliyin tələbləri baxımından, iddiaçı Mülki Prosessual Məcəllənin ## ###### 2011-ci il tarixədək qüvvədə olmuş 298ci maddəsinin tələblərinə görə, özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi. Buna görə, iddiaçının hüququnu pozduğunu iddia etdiyi inzibati aktı ona məlum olduğu gündən 1 ay müddətində məhkəmədə mübahisələndirə bilərdi. Məlum olduğu gün dedikdə, iddiaçının həmin aktın mövcudluğu barədə həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Hazırda mübahisələndirilən inzibati akt isə qəbul edildikdən sonra yuxarıda qeyd edilən prosessual normaların qüvvədə olduğu 6 ilə yaxın müddətdə (2005-## ###### 2011-ci illər) mübahisələndirilməmişdir. İddiaçının həmin inzibati aktdan daha əvvəldən məlumatlı olmadığına dair şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, hazırkı halda, mübahisə predmeti olan sərəncamın iddiaçıya rəsmi qaydada təqdim olunduğuna dair işdə sübutlar mövcud olmasa da, işin xüsusi halları baxımından iddiaçı bələdiyyə sərəncamının mövcudluğunu bilməli idi. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq iddiaçı orqanın özü tərəfindən verilmiş ## ### 2023-cü il tarixli, *-**-*/*-****/**** nömrəli məktubdan görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən (TEKUİS) “Şirvan" Ticarət Kompleksinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi dövlət əmlakının registrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən üçüncü şəxsin nümayəndəsinə ünvanlanmış ## #### 2022-ci il tarixli, *********** nömrəli məktubdan müəyyən edilir ki, 4,0 ha və 5,8 ha torpaq sahələri 2010-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş dövlət fonduna aid torpaqların siyahısında 00188687 registr nömrəsi ilə “Şirvan" Ticarət Kompleksinin ərazisi kimi qeyd olunmuşdur. Həmçinin, DƏDKR publik hüquqi şəxsinin ## ###### 2023-cü il tarixli, 3-21-3 **/*-****/**** nömrəli məktubunda da qeyd edilmişdir ki, 2010-cu ildə dövlət mülkiyyətində olan əmlakların inventarlaşdırılması zamanı “Şirvan" ticarət kompleksinin faktiki ərazisi 8,80 ha ölçüdə daşınmaz dövlət əmlakının registrinə daxil edilmişdir. Sonradan ## ###### 2022-ci il tarixdə “Şirvan” ticarət kompleksinin faktiki ərazisinin inventarlaşması zamanı ərazinin faktiki ölçüsü 12,40 ha müəyyən olunmuş və registrə 00188687 nömrə ilə daxil edilmişdir. Beləliklə, işdə olan sənədlərin qarşılıqlı təhlilindən göründüyü kimi mübahisələndirilən bələdiyyə qərarlarında göstərilən torpaq sahələri barədə məlumat iddiaçı orqan tərəfindən hələ 2010-cu ildə dövlət əmlakının registrinə daxil edilmişdir. Odur ki, iddiaçı orqan özü tərəfindən dövlət əmlakının registrinə daxil edilmiş torpaq sahəsinə dair hüquqmüyyənedici sənədlərin olub-olmamasını ən azından registrin aparıldığı 2010-cu ildə araşdırmaq və həmin sənədləri ## ###### 2011-ci il tarixədək məhkəmə qaydasında mübahisələndirmək imkanı olmuş, lakin, iddiaçı tərəfindən bu imkandan istifadə edilməmişdir. Bundan əlavə, işin hallarından göründüyü kimi, bələdiyyə qərarlarına əsasən üçüncü şəxsə ayrılmış torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən ## ##### 2005-ci il tarixli, JN:1272 KOD ******** nömrəli, ## #### 2005-ci il tarixli, JN:1279 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları da tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin # ###### 2015-ci il tarixli, *** nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Fərmanın 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. ## ###### 2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən isə bu səlahiyyətlər İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2015-ci ildə ləğv edildikdən sonra onun müvafiq səlahiyyətləri iddiaçı orqana verilmiş, başqa sözlə, iddiaçının həmin tarixdən onun sələfi olmuş orqan tərəfindən qəbul edilmiş sənədləri, o cümlədən, hazırkı bələdiyyə qərarları əsasında qəbul edilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarından məlumatlı olmuşdur. Beləliklə, iddiaçının 2005-ci ildə qəbul edilmiş bələdiyyə qərarlarını mübahisələndirmək üçün kifayət qədər müddəti olduğu halda, o, qərarların etibarsızlığına dair 17 ilə yaxın müddət keçdikdən sonra – ## ######## 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu müddət ərzində isə onun inzibati aktdan məlumatlı olmaması ağlabatan deyildir.”
19. İddiaçı qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
20. Məhkəmənin müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Şamaxı Ərazi İdarəsinin ## ###### 2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olması öz təsdiqini tapmışdır. Qeyd olunan torpaq sahəsi dövlət əmlakı kimi dövlət əmlakının Registrində qeydə alınmışdır (registr nömrəsi – 00188687). Cavabdeh isə öz səlahiyyət hədlərini aşmaqla ticarət kompleksinin inşası üçün ayrılmış 8 ha torpaq sahəsi də daxil olmaqla ümumilikdə sahəsi 9,5 ha təşkil edən, dövlət mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq “Şirvan” Ticarət Kompleksinin direktoru X1. Beləliklə, qeyd edilən torpaq sahələri dövlət mülkiyyətində olmaqla, Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** nömrəli Fərmanına və həmin Fərmanla təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həmin torpaq sahələrinin satılması səlahiyyətli dövlət orqanı kimi Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olmuşdur. Cavabdeh isə qanunsuz olaraq dövlət mülkiyyətində olan torpaq sahəsini fiziki şəxsə satmışdır.
21. İnzibati aktın qanunsuz olmasına səbəb olan əsaslar “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində nəzərdə tutulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi qərardadında (5-ci səhifə, 30-cu bənd) hazırkı iddianın müəyyənetmə və tanıma haqqında iddia olduğunu və bunun üçün qanunvericilikdə iddia müddətinin müəyyən edilmədiyini qeyd etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2384/2024, 2-1(102)-1567/2025 və *-*(***)****/**** nömrəli qərarlarına əsasən formalaşmış məhkəmə təcrübəsinə istinad edərək iddia müddətinin ötürülməsi səbəbilə iddianı qeyri-mümkün saymışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Göründüyü kimi, İnzibati Prosessual Məcəlləyə əsasən işə baxan hakim qərarının hüquqi əsası kimi yalnız normativ hüquqi aktlara istinad edə bilər. Ali Məhkəmənin başqa işlər üzrə qəbul etdiyi qərarlarının işə baxan məhkəmə üçün məcburiliyi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır.
22. Bundan əlavə Sumqayıt Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə qaldırılmış iddianın növünü düzgün müəyyən etməmiş, bununla da, iddianın mümkünlüyünə düzgün hüquqi qiymət verməmişdir. Etibarsızlığın tanınması haqqında iddia məqsədinə görə mübahisələndirmə haqqında iddiaya yaxındır. Lakin Qanunun 65ci maddəsinin tələbi baxımından, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız və ya əhəmiyyətsiz sayıldığı, heç bir hüquqi nəticə yaratmadığı, yəni iddia predmeti mövcud olmadığı üçün qərarın etibarsızlığının tanınmasına yönəlmiş mübahisələndirmə haqqında iddianın qaldırılması istisna olunur. Qeyd edilənlərə əsasən, iddiaçının bələdiyyə qərarlarının etibarsız hesab edilməsinə dair tələbi növünə görə mübahisələndirmə deyil, müəyyən etmə və ya tanınma haqqında iddiadır. Bu mənada, hazırkı iş üzrə iddiaçı iddia növünün xüsusiyyətlərindən irəli gələn imkanlardan istifadə edərək bələdiyyə qərarlarının etibarsızlığının tanınmasına dair iddia irəli sürmüşdür. Digər tərəfdən, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq bu iddianın qaldırılması üçün 30 günlük müddət məhdudiyyəti mövcud deyildir. Lakin apellyasiya məhkəməsi ikinci icraat zamanı yuxarıda qeyd olunan mövqeyinə tam əks olan qərardad qəbul etmişdir. Beləliklə Sumqayıt Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, araşdırılmalı olan halları araşdırmamış, qərardadı əsaslandırmamışdır.
b) kassasiya şikayətinə etirazın dəlilləri
23. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 36. Müəyyən etmə və ya tanınma haqqında iddia 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 1.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 2.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 8.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 9.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının # ###### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" ##.##.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.
33. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür.
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
35. Beləliklə, göründüyü kimi iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.
36. İddiaçının hazırkı tələbi Şəhriyar bələdiyyəsinin ## #### 2005-ci il tarixli, ** nömrəli və ## ### 2005-ci il tarixli, ** nömrəli qərarlarının etibarsız hesab edilməsi barədədir.
37. Qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXVII fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, # ###### 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti # ###### 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməz.
38. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların # ###### 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığı üçün belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
39. Qanunvericiliyin tələbləri baxımından, iddiaçı Mülki Prosessual Məcəllənin ## ###### 2011-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinin tələblərinə görə, özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi. Buna görə, iddiaçının hüququnu pozduğunu iddia etdiyi inzibati aktı ona məlum olduğu gündən 1 ay müddətində məhkəmədə mübahisələndirə bilərdi. Məlum olduğu gün dedikdə, iddiaçının həmin aktın mövcudluğu barədə həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Hazırda mübahisələndirilən inzibati akt isə qəbul edildikdən sonra yuxarıda qeyd edilən prosessual normaların qüvvədə olduğu 6 ilə yaxın müddətdə (2005- 40. ##.##.2011-ci illər) mübahisələndirilməmişdir. Qeyd edilən müddət ərzində iddiaçının torpaq sahəsinin faktiki və hüquqi vəziyyətindən xəbərdar olmaması ağlabatan deyil, hətta 17 ilə yaxın müddət keçdikdən sonra həmin inzibati aktların etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi müəyyən etmə və ya tanınma haqqında iddia növünə uyğunlaşdırılaraq, həmin iddia növünə iddia müddətinin tətbiq edilməsinin nəzərdə tutulmaması əsası ilə mümkün hesab edilə bilməz.
41. Birinci instansiya məhkəməsinin sorğusuna iddiaçı orqanın özü tərəfindən verilmiş ## ### 2023-cü il tarixli məktubdan görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən (TEKUİS) “Şirvan" Ticarət Kompleksinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi dövlət əmlakının registrində qeydiyyata alınmışdır.
42. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən üçüncü şəxsin nümayəndəsinə ünvanlanmış ## #### 2022-ci il tarixli məktubdan müəyyən edilir ki, 4,0 ha və 5,8 ha torpaq sahələri 2010-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş dövlət fonduna aid torpaqların siyahısında 00188687 registr nömrəsi ilə “Şirvan" Ticarət Kompleksinin ərazisi kimi qeyd olunmuşdur.
43. Həmçinin, DƏDKR publik hüquqi şəxsinin ## ###### 2023-cü il tarixli məktubunda da qeyd edilmişdir ki, 2010-cu ildə dövlət mülkiyyətində olan əmlakların inventarlaşdırılması zamanı “Şirvan" ticarət kompleksinin faktiki ərazisi 8,80 ha ölçüdə daşınmaz dövlət əmlakının registrinə daxil edilmişdir.
44. Sonradan ##.##.2022-ci il tarixdə “Şirvan” ticarət kompleksinin faktiki ərazisinin inventarlaşması zamanı ərazinin faktiki ölçüsü 12,40 ha müəyyən olunmuş və registrə 00188687 nömrə ilə daxil edilmişdir.
45. İddiaçı tərəfindən də qeyd olunan torpaq sahəsinə dair - Şamaxı Rayon İcra Hakimiyyətinin sərəncamında (**** qeydiyyat nömrəli) olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarış məhkəməyə təqdim edilmişdir.
46. Beləliklə, sadalanan sənədlərin qarşılıqlı təhlilindən göründüyü kimi mübahisələndirilən bələdiyyə qərarlarında göstərilən torpaq sahələri barədə məlumat iddiaçı orqan tərəfindən hələ 2010-cu ildə dövlət əmlakının registrinə daxil edilmişdir.
47. Odur ki, iddiaçı orqan özü tərəfindən dövlət əmlakının registrinə daxil edilmiş torpaq sahəsinə dair hüquqmüyyənedici sənədlərin olub-olmamasını ən azından registrin aparıldığı 2010-cu ildə araşdırmaq və həmin sənədləri ##.##.2011-ci il tarixədək məhkəmə qaydasında mübahisələndirmək imkanı olmuş, lakin, iddiaçı tərəfindən bu imkandan istifadə edilməmişdir.
48. Bundan əlavə, işin hallarından göründüyü kimi bələdiyyə qərarlarına əsasən üçüncü şəxsə ayrılmış torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən ## ##### 2005-ci il tarixli, JN:1272 KOD ******** nömrəli, ## #### 2005-ci il tarixli, JN:1279 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları da tərtib edilmişdir.
49. Beləliklə, iddiaçının 2005-ci ildə qəbul edilmiş bələdiyyə qərarlarını mübahisələndirmək üçün kifayət qədər müddəti olduğu halda, o, qərarların etibarsızlığına dair 17 ilə yaxın müddət keçdikdən sonra - ##.##.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu müddət ərzində isə onun inzibati aktdan məlumatlı olmaması ağlabatan deyil, mübahisəli hüquq münasibətlərinin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olmamışdır.
50. Belə ki, İnzibati Prosessual Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər.
51. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair ## ###### 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
52. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
53. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə ## #### 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021).
54. Deryan Türkiyəyə qarşı iş üzrə ## #### 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33).
55. Beləliklə, hər bir halda iddiaçının hazırkı iddia tələbi üzrə mümkünlük şərti ödənilməmiş, iddiaçı ağlabatan müddət ərzində məhkəməyə müraciət etməmişdir.
56. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.