Məhkəmə qərarları › İş №2-1(102)-3267/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3267/2019

20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3267/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili (nümayəndəsi) Şahbazov Tural Şamil oğlunun, Cavabdehin vəkili Bağırov Ziya Bayram oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıx arışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 avqust tarixli 2-1(103)1726/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: ünvan 1 yerləşən ümumi sahəsi 362,7 kv.m olan 18 A saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,035 ha (350 kv.m) torpaq sahəsi 2017-ci il 9 mart tarixdə mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçıya məxsus həmin binanın: - qeyri-yaşayış sahəsinə keçirilməsi üçün eskiz layihəsi tərtib olunmuş və həmin layihə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur; - eskiz layihəyə uyğun olaraq, 174,3 kv.m mansard mərtəbəsinin mövcud vəziyyətdə rəsmiləşdirilməsi və sənədləşmə işlərinin aparılması barədə Binəqədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən 2018-ci il 16 mart tarixli Sərəncam qəbul edilmişdir; - 2018-ci il 16 mart tarixdə Binəqədi rayon İcra Hakimiyyətinin binanın mövcud vəziyyətdə istismarına icazə sənədi ilə iddiaçıya qeyri-yaşayış sahəsinin istismarına icazə verilmişdir; - 2018-ci il 19 mart tarixdə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış Komissiya tərəfindən mansardla birlikdə ümumi sahəsi 537,0 kv.m (362,7+174,3) olan binadan qeyri-yaşayış sahəsi kimi istifadə olunması üçün bütün şəraitin yaradıldığına dair texniki rəy verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair mövcud vəziyyətdə hüquql arın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh 2017-ci il 29 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilmiş sənədlərdə «A» tikilisinin ümumi sahəsi 362,7 kv.m göstərilməsinə baxmayaraq, faktiki ümumi sahə 537,0 kv. m (mansard nəzərə alınmamışdır) təşkil edir və əlavə torpaq sahəsi istifadə edilməkdədir. Bundan başqa “A” tikilisinin 2-ci və mansard mərtəbəsi natamam vəziyyətdədir və təqdim edilmiş layihədəki baş planın konfiqurasiyası-sahəsi arxiv texniki pasportuna uyğun gəlmir. Torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün deyil, fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulub. Həmçinin, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş sənədlər toplusu və t am tərtib olunmuş istismara icazə təqdim edilməmişdir. Əlavə olaraq, fərdi yaşayış evi 2017-ci il 9 mart tarixli, ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçı yenidən ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi sənədləşdirilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 29 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının müraciətinə 2017-ci il 29 iyun tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. İradlar tam aradan qaldırıldığı təqdirdə ərizəyə yenidən baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsinə əsasən, tikin tisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. İddiaçı 2018-ci il 9 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən onun mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirilməsi, qeyri-yaşayış sahəsinə dair mövcud vəziyyətdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2018-ci il 16 mart tarixli, 83 saylı Sərəncamı ilə iddiaçının xüsusi mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi mövcud vəziyyətində rəsmiləşdirilməsi və müvafiq sənədləşmə işlərinin aparılması qərara alınmışdır. 2018-ci il 16 mart tarixdə Binəqədi rayon İcra Hakimiyyətinin binanın mövcud vəziyyətdə istismarına icazə sənədi ilə iddiaçıya qeyri-yaşayış sahəsinin istismarına icazə vermişdir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.4, 4.1, 8.0.5, 8.0.8, 10.2, 15-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Eti razın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 aprel tarixli 2-1(81)308/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirilməsi, qeyriyaşayış sahəsinə dair mövcud vəziyyətdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus yaşayış sahəsinin qanunvericiliyin tələblərinə müvafiq qaydada qeyri-yaşayış sahəsinə keçirilməsi başa çatdırılmışdır. Cavabdeh həmin qərardan apellyasiy a şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 avqust tarixli 2-1(103)-1726/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işin obyektiv araş dırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və ekspertiza təyin olunmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 9, 11.1, 12.1, 23-cü maddələrinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3, 55, 67, 111.1-ci maddələrinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 101.2-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Şikayət qə rarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşdən göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi 18 A saylı tikinti obyekti 2017-ci il 9 mart tarixdə daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi iddiaçının adına qeydə alınmışdır. Binəqədi Rayon İcra Hakimiyyətinin 2018-ci il 16 mart tarixli 83 №-li sərəncamı ilə iddiaçının mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi 18 A ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mansarda mərtəbəsinin mövcud vəziyyətdə rəsmiləşdirilməsinə qərar verilmişdir (iş v.71). Həmin sərəncamda qeyd olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2017-ci il 3 aprel tarixli, 69 saylı sərəncamı il ə qeyri-yaşayış sahəsinə keçirilmişdir. 2017-ci il 3 aprel tarixli, 69 saylı sərəncam işdə yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5-ci bəndinə əsasən, İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə əsasən, bu Əsasnamənin 44.11.11.5-ci bəndində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Beləliklə, iddia olunan tikinti obyekti Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2017-ci il 3 aprel tarixli 69 saylı sərəncamı ilə qeyri-yaşayış sahəsinə keçirildiyi və artıq həmin tikinti obyekti qeyd edilən tarixdən İİİ məsuliyyət səviyyəli binalara aid olmadığı halda, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı həmin tikinti obyektinə dair layihəni təsdiq etməyə və tikintiyə icazə sənədi verməyə səlahiyyətli deyildi. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər ( 12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 81.3-cü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Beləliklə, İPM-in 12 və 58.7-ci maddələrində təsbit olunmuş tələblər apellyasiya icraatında da qüvvədədir. Bundan başqa, İPM-in 87.8-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş tə krar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Şikayətdə göstərilən dövlət orqanlarının icraata cəlb edilməli olduqlarına dair dəlil də əsassızdır. Belə ki, dövlət hazırkı icraatda cavabdeh inzibati orqan (müvafiq icra hakimiyyəti orqanı) vasitəsilə təmsil olunmuşdur. Bu isə, cavabdehi həmin orqanların hüquqi yardımından istifadə etmək (onlarda olan sübutlardan istifadə etmək, mütəxəssis cəlb etmək, irəli sürdüyü dəlillərin əsasına dair rəy almaq v ə s.) imkanından məhrum etmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 avqust tarixli 2-1(103)-1726/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar