Məhkəmə qərarları › İş №2-1(102)-3267/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3267/2025

03.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3267/2025 03.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qərarının etibarsız hesab edilməsi, inzibati məhkəmə icraatının iştirakçısının iştirakı ilə işin hallarının yenidən araşdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin X2 torpaq sahəsinin satılmasına dair ##.##.2006-cı il tarixli *** saylı qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli *** №-li qərarı ilə mərhum X1 mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarılmaqla fərdi ev tikintisi üçün "Xaldan Şossesi’‘nin sol tərəfindən 0.06 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsi 36 № ilə qeydə alınmışdır

2. Yevlax rayon Havarlı Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** saylı qərarı ilə 0.07 ha torpaq sahəsi X2 adına həyətyanı məqsədi ilə ayrılmış, həmin qərar və ##.##.2006-cı il tarixli, *** saylı torpaqların alqı-satqısına dair akt əsasında ##.##.2007-ci il tarixli, 200701010 qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra ##.##.2024-cii il tarixli, 4Ə-**** reyestr nömrəli alqı-satqt əqdi əsasında X2 0.0618 ha (torpaq sahəsində azalma mövcud olduğu üçün) torpaq sahəsini X4 adına özgəninkiləşdirmişdir. Hal-hazırda 0.0616 ha torpaq sahəsi ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə X4 adınadır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin X2 torpaq sahəsinin satılmasına dair ##.##.2006-cı il tarixli *** saylı qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli *** №-li qərarı ilə mərhum X1 mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarılmaqla fərdi ev tikintisi üçün "Xaldan Şossesi’‘nin sol tərəfindən 0.06 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsi 36 № ilə qeydə alınmışdır (hazırda torpaq sahəsinin ünvanı ünvan 1 Belə ki, mərhum Xanlar Məmmədov sağlığında Mingəçevir şəhərində yerləşən “Azərkabel” zavodunda işləmiş və iş yeri üzrə mənzil uçotunda durmuşdur. Həmin vaxtlar zavodun balansında boş mənzillər olmadığına və yeni ev tikintisi nəzərdə tutulmadığına görə mərhum əri mənzil növbəsindən çıxarılmaqla fərdi ev tikintisi üçün torpaq sahəsi verilməsinə ərizə ilə razılıq vermişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının həmin sərəncamından əvvəl məsələyə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının yanında komissiyada baxılmış, torpaq sahəsinin ayrılması qərara alınaraq komissiyanın ## #### 1996-cı il tarixli 9№-li protokolu ilə rəsmiləşdirilmişdir. - Bundan sonra ayrılmış 0.06 ha torpaq sahəsi naturada Xanlar Məmmədova təhvil verilmişdir, torpaq sahəsi yerində təhvil alındıqdan bir müddət sonra torpaq sahəsi mişar daşı ilə hasara alınmış, həyətə daxil olmaq üçün qapı qoyulmuş, ağaclar əkilmişdir. Lakin həyətdə hələ ki, maddi imkan olmadığına görə yaşayış evi tikə bilməmişdir. Torpaq sahəsi 1996-cı ilin iyun ayından halhazıradək, yəni 28 ildən çoxdur ki, iddiaçının istifadəsindədir. Odur ki, cavabdehə ərizə ilə müraciət edərək 0,06 ha torpaq sahəsi üzərində mərhum X1 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq Dövlət Reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş etmiş və cavabdeh orqan ərizəyə ##.##.2024cü il tarixli *-**-*-**/*-M-*****/**** saylı yazılı cavabla imtina verərək mübahisə olduğuna görə məhkəməyə müraciət etməsini izah etmişdir. Cavabdeh ** saylı Yevlax Ərazi İdarəsi imtinasını onunla əsaslandırmışdır ki, müraciət etdiyi həmin 0.06 ha torpaq sahəsi üzərində digər bir şəxsin mülkiyyət hüququ qeydiyyata alınmışdır və daşınmaz əmlaka dair verilmiş dövlət reyestrindən çıxarışda hər hansı düzəliş və ya onun ləğv edilməsi DƏDKR publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil, belə mübahisələr məhkəmə qaydasında həll olunur. Bundan sonra onlara məxsus 0.06 ha torpaq sahəsinin hansı digər şəxsin mülkiyyətində qeydiyyata alınmasının müəyyənləşdirilməsi üçün cavabdehə vəkil sorğusu verilmişdir. Cavabdeh ** saylı Yevlax Ərazi İdarəsi ##.##.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirmişdir ki, Yevlax rayon Havarlı Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** saylı qərarı ilə 0.07 ha torpaq sahəsi X2 adına həyətyanı məqsədi ilə ayrılmış, həmin qərar və ##.##.2006-cı il tarixli, *** saylı torpaqların alqısatqısına dair akt əsasında ##.##.2007-ci il tarixli, 200701010 qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra ##.##.2024-cü il tarixli, 4Ə-**** reyestr nömrəli alqı-satqı əqdi əsasında X2 0.0618 ha (torpaq sahəsində azalma mövcud olduğu üçün) torpaq sahəsini X4 adına özgəninkiləşdirmişdir. Hal-hazırda 0.0616 ha torpaq sahəsi ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə X4 adınadır''. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli *** saylı sərəncamı ilə Xanlar Məmmədova daimi istifadəyə ayrılmış 0.06 ha torpaq sahəsi Mingəçevir şəhərinin inzibati ərazisi vahidinə daxildir, Havarlı Bələdiyyəsi ilə heç bir əlaqəsi yoxdur və Mingəçevir şəhər İcra Hakımiyyəti başçısının sözügedən qərarı hal-hazıradək qüvvədədir, ləğv edilməmişdir. Havarlı Bələdiyyəsi iddiaçının mərhum ərinə məxsus torpaq sahəsini 2006-cı ildə deyil, faktiki olaraq 2022-ci ildə satmış, lakin qəsdən alqı-satqını 2006-cı il üçün saxtalaşdırmışdır. Belə ki, mövcud qanunvericiliyə müvafiq olaraq bələdiyyə mülkiyyətində olan boş torpaqların vətəndaşlara həyətyanı sahə kimi hərrac yolu ilə satılması tələb olunduğuna görə, Havarlı Bələdiyyəsi bu torpaqların satılması qərarını 2006-cı ilin iyul ayına sənədləşdirməklə cinayət əməli törətmişdir.

6. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

7. Etirazda qeyd edilmişdir ki, X2 Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən ##.##.2006-cı il tarixdə *** saylı qərarla 0,06 ha həyatyanı məqsədilə torpaq sahəsi ayrılmışdır. X10 tərəfindən ona ayrılan torpaq sahəsinin sənədlərini Daşınmaz Əmlak Yevlax rayonuna ərizə ilə təhvil verərək özünə çıxarış verilmişdir. Nəzərə çatdırılır ki, 2004-2011-ci illər üzrə sənədlər, iclas protokolları və sairə sənədlər arxivə təhvil verilmişdir.

8. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Cavabdeh X2 torpaq sahəsinin satılmasına dair ##.##.2006-cı il tarixli *** saylı qərarının etibarsız hesab edilməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işin hallarından görünür ki, iddiaçı, sözügedən torpaq sahəsinin Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli *** №-li qərarı ilə mərhum X1 ayrılmış torpaq sahəsinin sənədləşdirilməsi üçün qeydiyyat orqanına müraciət edərkən cavabdeh tərəfindən hazırda etibarsız hesab edilməsini tələb etdiyi qərar əsasında sözügedən torpaq sahəsinin digər şəxsə satılmasından məlumatlı olmuş və məlumatı aldıqdan dərhal sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, torpaq sahəsi faktiki olaraq iddiaçının və ailə üzvlərinin istifadəsində olmuş və həmin torpaq sahəsinin bələdiyyə qərarı ilə digər şəxslərə satılması ilə bağlı hər hansı mübahisənin mövcudluğu müəyyən edilmir. Odur ki, mübahisə predmetinə münasibətdə kifayət qədər marağın olması və inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı mümkünlük şərtləri yerinə yetirilir. İddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıracaq və maddi nəticələr doğuracaqdır. İşin hallarından görünür ki, iddiaçı, mübahisəli torpaq sahəsinə münasibətdə hüquq müəyyənedici sənəd qismində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli *** №-li qərarına istinad edir. Sözügedən qərarda mərhum X1 fərdi ev tikintisi üçün "Xaldan Şossesi’‘nin sol tərəfindən ** №-li 0.06 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə mütəxəssis rəyi əldə edilmiş və müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi ##.##.2006-cı il tarixdə Mingəçevir şəhərinin ərazi hüdudları daxilində olmuşdur. İddia olunan torpaq sahəsi "Xaldan” şossesinin sol tərəfində yerləşir və "Azərkabel” zavodunun işçilərinə ayrılmış torpaq sahələri ilə eyni ərazidədir. İddia olunan torpaq sahəsinin naturada faktiki sahəsi 622 kv.m-dir, təyinatı - yaşayış məntəqələrinin torpaqları, uqodiyası - həyətyanı sahələrin altında olan torpaqlar, mülkiyyətçisi - ************ reyestr nömrəli çıxarışa əsasən X4r. İddia edilən torpaq sahəsi ##.##.2007-ci il tarixində 200701010 nömrəsi ilə X2 adına dövlət reyestrində qeydiyyata alınmış, sonradan X4 adına özgəninkiləşdirilmişdir. Məhkəmə tərəfindən Cavabdeh ##.##.2006-cı il tarixli *** saylı qərarına əlavə edilmiş torpaqayırma sənədləri qeydiyyat orqanından götürülərək öyrənilmişdir. Sözügedən torpaq sahəsinin planında həmin ərazinin keçmişdə tərəvəzçiliksüdçülük sovxozunun ərazisi olması qeyd edilsə də, mütəxəssis rəyi ilə müəyyən edilir ki, faktiki olaraq həmin ərazi "Azərkabel” zavodunun işçilərinə ayrılmış torpaq sahələri ilə eyni ərazidir. İş materiallarında olan üçüncü şəxsin adına tərtib edilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin yerləşdiyi yer ərazi olaraq Yevlax rayonu Havarlı kəndi olaraq qeyd edilmişdir. Bununla belə, ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda torpaq sahəsinin yerləşmə vəziyyəti Mingəçevir şəhəri 1-ci Günəşli küçəsi 4, yeni qaydalarla Mingəçevir şəhəri, Mikayıl Abdullayev küçəsi, giriş 6 olaraq qeyd edilmişdir. Məhkəmə tərəfindən qonşu torpaq sahələrinə dair sənədlər qeydiyyat orqanından götürülərək yoxlanılmış və müəyyən edilmişdir ki, qonşu ərazilər də, Mingəçevir şəhəri ərazinə aid olmaqla "Azərkabel” zavodunun işçilərinə ayrılmış torpaq sahələri olmuşdur. Eyni zamanda Mingəçevir bələdiyyəsinin 2003-cü ildə qəbul etdiyi iclas protokolunun qərarları ilə həmin ərazidə torpaq sahələrinin fiziki şəxslərə satılması, bununla da, iddia olunan torpaq sahəsinin Havarlı bələdiyyəsinə heç bir aidiyyətinin olmaması müəyyən edilmişdir. Göründüyü kimi iddia olunan torpaq sahəsi Cavabdeh tərəfindən ##.##.2006-cı il tarixli *** saylı qərarla satılarkən digər inzibati ərazi vahidinin hüdudları daxilində olmuş və faktiki olaraq Havarlı bələdiyyəsi inzibati ərazi hüdudlarından kənarda yerləşən torpaq sahəsi üzərində qərar qəbul etməklə aşkar şəkildə səlahiyyət həddini aşmışdır. Odur ki, ##.##.2006-cı il tarixli *** saylı qərar qəbul edilərkən Cavabdeh məkan baxımından səlahiyyətsiz inzibati orqan olduğundan iddiaçı, “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə əsasən həmin inzibati aktın etibarsız hesab olunmasını tələb etməkdə haqlı olmuşdur.

10. Üçüncü şəxs X4 həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək iddianın qeyri-mümkün sayılması barədə qərardad qərar qəbul edilməsini xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: T.H.Həsənov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və Ə.V.Kərimov) 2025-ci il ## #### tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

13. Üçüncü şəxs X4 və X2 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri

14. X2 tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax rayon Havarlı Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** saylı qərarı ilə 0.07 ha torpaq sahəsinin onun adına həyətyanı məqsədi ilə ayrılmış qərar və ##.##.2006-cı il tarixli, *** saylı torpaqların alqı-satqısına dair akt əsasında ##.##.2007-ci il tarixli, 200701010 qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən çıxarışda ünvan Yevlax rayonu, Havarlı kəndi qeyd edilmiş, hətta torpaq sahəsinin pasportunda da ünvan Yevlax rayonu, Havarlı kəndi yazılmışdır. Daha sonra ##.##.2024-cü il tarixli, 4Ə**** reyestr nömrəli alqı-satqı əqdi əsasında M.Əliyeva 0.0618 ha (torpaq sahəsində azalma mövcud olduğu üçün) torpaq sahəsini X4 və 0.0616 ha torpaq sahəsi ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüquqları əsasında onun adına qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi Yevlax rayonu, Havarlı kəndi ərazisində deyil, Mingəçevir inzibati ərazisində yerləşir. Halbuki, müvafiq torpaq sahəsi üzərində qeydiyyatı və ünvan məlumatları vətəndaş tərəfindən deyil, məhz inzibati orqan tərəfindən aparıldığı üçün bu vətəndaşın müştərək inzibati və mülki məsuliyyəti hesabına həll edilə bilməz. Üçüncü şəxs X4 iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi qərar üzrə vicdanlı tərəfdir və iddia tələblərinin təmin edilməsi onun vicdanlı olaraq əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla, bu hüquqlara qeyri-taraz müdaxilədir. Lakin, məhkəmə qeyd edilən xüsusatları nəzərə almayaraq vicdanlı mülkiyyətçinin hüquqlarına qeyri-taraz müdaxilə etmişdir. Məhkəmənin bu hüquqi mövqe tutması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması ilə deyil pozulması ilə nəticələnmiş, habelə MM-nin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etməmək baxımından ədalətsiz və qanunsuzdur. X4 daşınmaz əmlakın dövlət reyestrində olan qeydin həqiqiliyi və tamlığı prezumpsiyasına əsaslanaraq torpaq sahəsini əldə etdiyindən Mülki Məcəllənin 140-cı maddəsinə əsasən o, vicdanlı olmuşdur. Hazırki qərarın 15-ci bəndində qeyd edilən Qanuna əsasən bələdiyyəyə yalnız öz ərazisindəki torpaq sahələrinə sahiblik etmək, onlardan istifadə etmək və sərəncam vermək səlahiyyəti verilmişdir. Buna görə də, əgər bələdiyyə öz inzibati ərazisindən kənarda torpaq sahəsinə münasibətdə torpaq ayrıma fəaliyyəti həyata keçirisə, bu artıq qanunla müəyyən edilmiş səlahiyyət çərçivəsinə zidd olacaq və aparılan fəaliyyətsəlahiyyəti olmayan inzibati orqanın fəaliyyəti kimi qiymətləndiriləcəkdir. Məhkəmənin bu mövqeyi mötəbər sübutlara dayanmır, eyni zamanda sübut olunsa belə inzibati aktın ləğvi məsələsinə baxarkən etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Şəki İnzibati Məhkəməsi ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində cəlb etsə də, zəruri cəlb etmə qərardadı ilə M.Əliyeva da cəlb etməli olduğu halda cəlb etməmiş və bu baxımdan araşdırma birtərəfli aparılmışdır ki, bu da hüquqi müəyyənlik prinsipinin pozulması ilə nəticələnmişdir. Yəni, iddia tələbindən də göründüyü kimi, iddiaçı iddia ərizəsində “cavabdehin X2 torpaq sahəsinin satılmasına dair ##.##.2006-cı il tarixli *** saylı qərarının etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə torpaq sahəsinin ilkin mülkiyyətçsinin adının tələbdə olduğu halda belə nəzərə almamış, onu maraqlarına toxunan şəxs olaraq üçüncü şəxs kimi cəlb etməmişdir. Lakin, Apellyasiya məhkəməsi də bu vacib xüsusu nəzərə almamış və araşdırmanı səthi aparmışdır.

b. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, kassasiya şikayətinin əsassız olduğu, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Etirazın dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır: 92.0.3. inzibati məhkəmə icraatı iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

21. İş üzrə materiallardan görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin X2 torpaq sahəsinin satılmasına dair ##.##.2006-cı il tarixli *** saylı qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi qeyd olunan məzmunda icraata qəbul edilərək aşağı instansiya məhkəmələri tərəfindən baxılmışdır.

22. Göründüyü kimi, məhkəmələrin baxış predmeti Cavabdeh X2 torpaq sahəsinin satılmasına dair ##.##.2006-cı il tarixli *** saylı qərarı olmuşdur. Nəzərə alınmalıdır ki, Cavabdeh tərəfindən mübahisələndirilən ##.##.2006-cı il tarixli *** saylı qərarla torpaq sahəsi X2 ayrıldıqdan sonra sonuncunun mülkiyyət hüquqları həmin qərar əsasında qeydiyyata alınmış və daha sonra həmin torpaq sahəsi üçüncü şəxs olan X4 adına özgəninkiləşdirilmişdir. Hazırkı iş üzrə isə mübahisə predmeti məhz torpaq sahəsinin ayrılması barədə ilkin qərarın qanuniliyidir.

23. Bu məqsədlə Ali Məhkəmənin 2026-cı il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi, X4 iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilməsi, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarından X4 tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkün sayılmaması və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır.

24. Eyni zamanda Ali Məhkəmənin 2026-cı il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin X2 torpaq sahəsinin satılmasına dair ##.##.2006-cı il tarixli *** saylı qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə X2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin X2 torpaq sahəsinin satılmasına dair ##.##.2006-cı il tarixli *** saylı qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, 2 *(***)-***/**** nömrəli qərarından X2 tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkün hesab edilməsi qərara alınmışdır.

25. Kollegiya qeyd edir ki, İnzibati Prosessual Məcəlləsinin 92.0.3-cü maddəsinə görə, inzibati məhkəmə icraatı iştirakçısının dinlənilmə hüququnun təmin edilməməsi, məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan biri hesab edilir. Hazırki iş üzrə X2 apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməmiş, dolayı yolla onun dinlənilmə hüququ da təmin edilməmişdir.

26. X2 Məhkəmənin 2026-cı il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə hazırki inzibati iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilsə də, iş üzrə məhkəmə araşdırmaları onun iştirakı olmadan, müvafiq olaraq təqdim edəcəyi dəlillər və sübutlar qiymətləndirilmədən aparıldığından, eləcə də həmin pozuntunun aradan qaldırılması imkanı prosessual qanunvericiliyə görə kassasiya mərhələsində mümkün olmadığından apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

27. Kollegiya həmçinin qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı apellyasiya məhkəməsi tərəfindən X2 öz dəlil və sübutlarını məhkəməyə təqdim etmək imkanı yaradılmalı, eləcə də birinci instansiya məhkəməsində obyektiv səbəbdən iştirak etmədiyi nəzərə alınmaqla hüquqi marağı bunu tələb etdikdə, apellyasiya şikayəti vermək hüququnun reallaşdırılmasına dair hüquqi yardım edilməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, 2 *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar