Məhkəmə qərarları › İş №2-1(102)-3269/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3269/2019

20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3269/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının və üçüncü şəxs X2 vəkili Nümayəndə, Cavabdehin vəkili X1, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı x1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və X3) “kompensasiyanın ödənilməsi” tələbinə da ir inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 21 avqust tarixli 2-1(103)-1855/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: x2 və onun qızı x3 iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək x4, x5, x6 və İddiaçı ünvan 1 evə olan yaşayış hüquqlarına xitam verilməklə onların yaşayış sahələrindən çıxarılmalarını, x4, x5 və x6 qarşılıqlı iddia ərizəsi verərək x2 və x3ın ünvan 1 ev üzərində xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsini və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsini xa hiş etmişlər. Yasamal Rayon Məhkəməsinin 2015-ci il 10 aprel tarixli qətnaməsi ilə ilk iddia təmin olunmuş, x3, x1, x2 və İddiaçı ünvan 1 evə dair istifadə hüquqlarına xitam verilməklə, mənzildən çıxarılmaları qət edilmiş, qarşılıqlı iddia isə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 28 oktyabr tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş və ilk iddia x1, x2 və x3 aid hissədə rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 23 may tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2003-cü ildən istifadəsində və sahibliyində olan ünvan 1 ünvanda yerləşən 30,6 kv.m fərdi yaşayış sahəsinə görə 45.900 manat əsas və 9.180 manat əlavə, cəmi 55.080 manat məbləğində kompensasiyanın ödənilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 12 mart tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək iddiaçının müstəqil ekspertlərə və Daşınmaz Əmlakın Alınması Qrupuna müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı 2019-cu il 1 aprel tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2003-cü ildən istifadəsində və sahibliyində olan ünvan 1 ünvanda yerləşən 30,6 kv.m fərdi yaşayış sahəsinə görə 45.900 manat əsas və 9.180 manat əlavə, cəmi 55.080 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdeh in imtinasını əsassız hesab edir. Belə ki, o, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmaqla 2003-cü ildən həmin ünvanda yerləşən 30,6 kv.m fərdi yaşayış sahəsində yaşamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 29 dekabr tarixli, 572 saylı Qərarı ilə həmin fərdi yaşayış sahəsinin yerləşdiyi ərazinin Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlətəhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alınması qərara alınmış və alan orqan qismində Cavabdeh müəyyən edilmişdir. Hal-hazırda həmin yaşayış evinin sökülməsinə və iddiaçının faktiki olaraq yaşayış sahəsindən məhrum olunmasına baxmayaraq, ona heç bir kompensasiya ödənilməmişdir. Hazırda qüvvədə olan qanunvericiliyə və formalaşmış hüquq praktikasına görə dövlət ehtiyacları üçün s ökülmüş yaşayış sahələrinin hər kvadrat metri üçün dövlət büdcəsindən 1.500 manat kompensasiya ödənilir. Sahibliyində olan mənzilin ümumi sahəsi 30,6 kv.m olduğunu nəzərə alaraq, həmin mənzilə görə ona 45.900 manat kompensasiya, həmin məbləğə 20% əlavə, yəni 9.180 manat, cəmi 55 080 manat ödənilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının sözügedən əmlaka dair hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından, ona kompensasiyanın verilməsi mümkün deyildir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il tarixli 1 aprel tarixli 2-1(81)1904/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 1 saylı Bakı İnz ibati-İqtisadi Məhkəməsinin 2019-cu il tarixli 1 may tarixli 2-1(81)1904/2019 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il tarixli 24 may tarixli 2-1(81)1904/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə İddiaçı mübahisəli evə dair istifadə hüququna xitam verilməklə, mənzildən çıxarılmaları qət edilmişdir. x3 ünvan 2 ünvanında yerləşən, sahəsi 30,6 kv.m olan fərdi yaşayış sahəsini dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə Cavabdehnə satmışdır (2018-ci il 14 noyabr tarixli müqavilə). Həmin müqavilə hazırda qüvvədə oldu ğundan və yaşayış sahəsinin razılaşdırılmış dəyəri üzrə kompensasiya bu sahədən istifadə hüquqları saxlanılan şəxslərə ödənildiyindən, iddiaçı eyni yaşayış sahəsinə dair təkrar kompensasiya ala bilməz. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 21 avqust tarixli 2-1(103)-1855/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 10 sentyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-c u il 25 sentyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. Həmin Qanunun 66.4.6-cı maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan şəxs yaşayış sahəsində əsas yaşayış yeri olaraq 10 ildən artıq yaşadığı təqdirdə çətinliklə bağlı əlavə ödənişin məbləği ödənilən ümumi kompe nsasiya məbləğinin 10% məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 2007-ci il 7 dekabr tarixli, 506-1İİQD saylı Qanunun tətbiqinə dair” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 2004-cü il 30 noyabr tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayış ı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. X7 Məhkəməsinin hüquqi mövqeyinə görə, mübahisəli mənzil üzərində iddiaçının hüquqları mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin mənzilə istifadə və sahiblik hüquqları ona mülkiyyətçi hüquqlarından istifadə etmək üçün əsas verir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı, üçüncü şəxs İddiaçı və onların vəkili kassasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin məhkəmə i clasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliy in icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının əsas dəlili ondan ibarətdir ki, o, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmaqla 2003-cü ildən həmin ünvanda yerləşən 30,6 kv.m fərdi yaşayış sahəsində yaşamışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, onun həmin yaşayış sahəsinə əşya hüququ vardır və “Torpaqların dövlət ehtiyacları üçün a lınması haqqında” Qanunun müddəalarına əsasən, ona iddia olunan məzmunda kompensasiya ödənilməlidir. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar onun tələbinin təmin olunmasına əsas vermir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Yasamal Rayon Məhkəməsinin 2015-ci il 10 aprel tarixli qətnaməsi ilə x3, x1, x2 və İddiaçı (hazırkı iş üzrə iddiaçının) ünvan 1 evə dair istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verməmiş, digər cavabdehlər x1, x2 və x3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 28 oktyabr tarixli qətnaməsi ilə Yasamal rayon Məhkəməsinin 2015-ci il 10 aprel tarixli qətna məsi qismən ləğv edilmiş və iddia x1, x2 və x3 aid hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 23 may tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 28 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə aktları ilə İddiaçı adıçəkilən evə dair istifadə hüququna xitam verilməklə, mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2016-cı il 28 oktyabr tarixli qətnaməsi icra edilməsi üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. X4 və x3 Bakı şəhər Yasamal rayon İcra Şöbəsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2016cı il 28 oktyabr tarixli icra sənədinin icraatına xitam verilməsini xahiş etmişlər və Yas amal rayon İcra Şöbəsinin 2017-ci il 12 sentyabr tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, x3 ünvan 2 ünvanında yerləşən, sahəsi 30,6 kv.m olan fərdi yaşayış sahəsini dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə Cavabdehnə satmışdır (2018-ci il 14 noyabr tarixli müqavilə). Adıçəkilən alğı-satqı zamanı x3nın uşaqları x2 və x4 qeydiyyatda olduqları ünvan 1 evin satılmasına etiraz etməmələri barədə notarial qaydada təsdiq edilmiş ərizələr vermişlər. Həmin müqavilə ilə yaşayış sahəsinin razılaşdırılmış dəyəri üzrə kompensasiya bu sahədən istifadə hüquqları saxlanılan şəxslərə ödənildiyindən, cavabdehin imtinası əsaslı olmuşdur. Digər tərəfdən, yuxarıda qeyd edilən məhkəmə qətnaməsinin hazırkı iddiaçıya münasibətdə icra olunmadığına və onun mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmasına baxmayaraq, onun həmin yaşayış sahəsindən istifadə (əşya) hüququnun olmadığı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. Həmin qətnamə ilə iddiaçının istifadə hüququna xitam verilməsi isə onun yaşayış sahəsindən çıxarılmasına, yaxud yaşayış yeri üzrə qeydiyyatının ləğvinə bağlı deyil. Başqa sözlə, iddiaçının istifadə hüququna qətnamənin qüvvəyə mindiyi andan xitam verilmişdir. Mənzildən çıxarılma hissəsində qətnamənin icra olunmaması isə həmin hüququ özüözlüyündə bərpa etmir. Beləliklə, iddiaçının İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 21 avqust tarixli 2-1(103)-1855/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar