Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3269/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin tarixinin dəyişdirilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qa rşı “əlilliyin təyin edilməsi tarixinin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2024-cü il tarixli, 2-1(103)-2302/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya ilk dəfə 19 nömrəli Bakı nömrəli Birləşmiş şəhər xəstəxanasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında 1 il müddətinə əlillik dərəcəsi verilmiş, bundan sonra, 17 №-li şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında təkrar 1 il müddətinə əlillik dərəcəsi təyin olunmuş, daha sonra, Bakı X4nin xx.xx.2015-ci il tarixli göndərişi əsasında yenidən ona 1 il müddətinə əlillik dərəcəsi verilmiş, xx.xx.2016-cıil tarixdə isə elek tron təyinatla ona 5 il müddətinə əlillik təyin olunmuşdur. 2. 5 illik əlillik müddəti bitdiyindən sonra, Bakı X4nin göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə ona əlillik təyin olunmasından imtina edilmişdir.
3. Bundan sonra, xx.xx.2022-ci il tarixli növbəti göndərişi əsasında cavabdeh orqanın Tibb sosial ekspert komissiyası tərəfindən qiymətləndirmə aparılmış,lakin bu dəfə onun əlavə müalicəyə ehtiyacının olması səbəbi ilə imtina qərarı qəbul olunmuşdur.
4. Sonda, X2 xx.xx.2022-ci il tarixli növbəti göndərişi əsasında iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və «OFP» meyarı ilə ona 65 faiz müddətsiz əlillik təyin olunmuşdur.
5. İddiaçı cavabdehə müraciət edərək, ötürülmüş müddətə görə müavinətin ödənilməsi ni xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»na uyğun olaraq iddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən orqanizmin funksiyasının 65% pozulması ilə müddətsiz əlillik təyini barədə qərar qəbul edilmişdir.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci bəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan ş əxs hesab edilir. Ona ötürülmüş müddətə görə müavinətin ödənilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək üzərinə əlilliyinin tarixinin 24 noyabr 2021-ci il tarixdən təyin edilməsi öhdəliyini müəyyən edən qərarın qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, uzun illərdir ki, gözdən əlil kimi aldığı travma nəticəsində baş beyin xəstəlikləri, epilepsiya, korluq, ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyindən əziyyət çəkir. Ona dəfələrlə təkrar olaraq ikinci dərəcəli əlillik əyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əlilliyinin müddəti bitmiş və o, müvafiq olaraq q eydiyyatda olduğu Bakı 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına müraciət etmişdir. Həmin tibb müəssisəsi tərəfindən ilk növbədə ona stasionar müalicə olunmağı bildirilmiş və o, göndəriş əsasında X3 təxminən 10 gün müalicə olunmuşdur. Bakı 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən ona dair göndəriş TSEK-ə elektron formada göndərilmiş, lakin natamam doldurulma səbəbindən xx.xx.2022-ci il tarixdə tibb müəssisəsinə geri qaytarılmışdır. Göndərişin natamam doldurulması birbaşa tibb müəssisəsinin səhvi olmuşdur. Z.Əliyeva adına Göz institutunun tibbi rəyi əlavə olunmamışdır. Bu barədə ona sms bildiriş də göndərilmişdir. Daha sonra həmin tibb müəssisəsinin baş həkimi ona yenə də əlavə stasionar müalicə təyin etmiş, həmin xəstəxanada 14 gün stasionar müalicədə olmuşdur. Həmin tibb müəsiss əsi hər dəfə onun barəsində məlumatları yanlış və natamam doldurmuş, nəticədə göndəriş hər dəfəsində tibb müəssisəsinə geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixli Tibbi Sosial Ekspert Komissiyasının cavabında isə əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacın olduğu qeyd olunmuşdur. Halbuki, o, müxtəlif vaxtlarda dövlət və özəl tibb müəssisələrində (X4, Respublika Klinik Xəstəxanası, Medera Hospital, Respublika Neyro cərrahiyyə Xəstəxanası) müalicə almışdır. Göründüyü kimi, müvafiq tibb müəssisəsi səhlənkarlıqla onun barəsində bildirişi natamam göndərmiş və TSEK tərəfindən qəsdən imtinada konkret hansı müayinələrin aparılmalı olduğu qeyd edilməmişdir. Bütün bunlardan sonra ona xx.xx.2022-ci ildə, təxminən müraciət tarixindən 1 il sonra ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik m üddətinin qurtarması ilə bağlı ona yenidən əlilliyin təyinatı süni surətdə uzadılmış, burada müraciət edən şəxs kimi onun heç bir təqsiri və qanunsuz hərəkət və hərəkətsizliyi olmamışdır. Tibb müəssisəsinin göndərişləri hər dəfəsində natamam adı ilə geri göndərilsə də, hansı müayinələrin aparılmalı olduğu bildirilməmiş, sanki gizlədilmişdir. O, işləmir, həyat yoldaşı vəfat etmişdir, bu yaxınlarda oğlunu müddətli həqiqi hərbi xidmətə yola saldığı üçün tək yaşayır. Əlilliyinin gecikdirildiyi dövrdə qohumlardan aldığı borclar hesabına yaşamışdır.
9. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(112)-6173/2023 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia tələbi rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli imtina qərarları məhkəmə qaydasında iddiaçı tərəfindən mübahisələndirilməmiş, məhkəmə tərəfindən bununla bağlı iddiaçıya hüquqi yardım göstərilsə də, iddiaçı tələbini müvafiq qaydada dəyişdirməkdən imtina etmiş, bununla da iddiaçı ona əlillik təyin edilməsindən imtina olunması barədə cavabdehin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlarından İPM-in 38-ci maddəsi ilə müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir. Cavabdehin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli imtinaları, inzibati akt olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və hazırda da qüvvədədir, bu səbəbdən i ddiaçıya əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsi, yəni onun həmin tarixdən xx.xx.2022-ci il tarixədək əlilliyi olan şəxs sayılması barədə tələbi qanunvericiliyin tələbləri baxımından əsaslı deyildir.
12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2024-cü il tarixli, 21(103)-2302/2024 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov – sədrlik edən və məruzəçi, İ.Şirinov və G.Abbasova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya m əhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən əvvəlki üç imtina qərarları mübahisələndirilməmiş, hər dəfə həmin imtina qərarları ilə razılaşaraq müayinə və müalicə yolunu getməkdə davam etmiş, yalnız sonuncu cəhdində istəyinə nail ola bilmiş, bundan sonra isə əvvəlki imtina qərarlarının qüvvədə olmasına baxmayaraq əlillik təyinatı tarixinin əvvələ çəkilməsini tələb etmişdir. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 71.1-ci maddəsinin tələbinə görə maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Cavabdeh A gentliyin Tibbi sosial ekspert komissiyasının imtina qərarları ləğv edilmədiyi, həmin qərarlar hələ də etibarlı olduğu bir halda iddiaçının əlillik tarixinin dəyişdirilərək ona xx.xx.2021-ci il tarixdən müddətsiz əlillik təyin edilməsi istisna olunur.
15. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlar yekun qərar hesab edilə bilməz. Əlilliyin qiymətləndirilməsi ilə bağlı yekun qərar xx.xx.2022-ci il tarixdə qəbul edilib və bununla da iddiaçıya əlillik təyin olunub.
17. Bundan əlavə qeyd edilmişdir ki, məhkəmələrin inzibati akt hesab etdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarların olub-olmadığı və qəbul olunubsa surətinin məhkəməyə təqdim edilməsi tələb olunsa da, cavabdeh həmin qərarları təqdim edə bilməmişdir. Məhkəmə öz qərarında mənə hüquqi yardım göstərildiyini bildirsə də, sözü gedən qərarların cavabdehdən alınmasını təmin edə bilmədi. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydaları 1.5. Göndəriş verilməsi üçün ə sas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;
22. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıld ıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instan siyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndiri ldiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona a id müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddia tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
30. İşin yuxarıda qeyd olunan hallarında müəyyən olunur ki, iddiaçıya ilk dəfə xx.xx.2006-cı il tarixli göndərişi əsasında 1 il müddətinə əlillik dərəcəsi verilmiş, bundan sonra, xx.xx.2014-cü il tarixli göndərişi əsasında təkrar 1 il müddətinə əlil lik dərəcəsi təyin olunmuş, daha sonra, xx.xx.2015-ci il tarixli göndərişi əsasında yenidən 1 il müddətinə, xx.xx.2016-cıil tarixdə isə elektron təyinatla ona 5 il müddətinə əlillik təyin olunmuşdur. 5 illik əlillik müddəti bitdiyindən sonra, iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə ona əlillik təyin olunmasından imtina edilmişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixli növbəti göndərişi əsasında cavabdeh orqanın Tibb sosial ekspert komissiyası tərəfindən qiymətləndirmə aparılmış, lakin bu dəfə onun əlavə müalicəyə ehtiyacının olması səbəbi ilə imtina qərarı qəbul olunmuşdur. Sonda, X2 xx.xx.2022-ci il tarixli növbəti göndərişi əsasında iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və «OFP» meyarı ilə ona 65 faiz müddətsi z əlillik təyin olunmuşdur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən imtina qərarları “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
33. Lakin iddiaçı tərəfindən əvvəlki üç imtina qərarları mübahisələndirilməmişdir.
34. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi nin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı mübahisələr üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsinə dair” icmal məktubunda qeyd olunan hüquqi mövqeyə görə “əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir.”
35. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, imtina qərarları ləğv edilmədiyi, həmin qərarlar hələ də etibarlı olduğu bir halda iddiaçının əlillik tarixinin dəyişdirilərək ona xx.xx.2021-ci il tarixdən müddətsiz əlillik təyin edilməsi istisna olunur.
36. Beləliklə, ape llyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 19-22a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2024-cü il tarixli, 21(103)-2302/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərar qətidir.