Məhkəmə qərarları › İş №2-1(102)-327/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-327/2019

29.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-327/2019 29.01.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkiliştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2436/2018 saylı iş üzrə 24 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasın da baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 14 noyabr 2017-ci il tarixli, İQ-68/1 saylı qərarına əsasən İraq Respublikası vətəndaşı iddiaçı qaçqın statusu verilməsindən imtina edilmişdir. Həmin qərarla razılaşmayan iddiaçı inzibati şikayətlə müraciət edərək qərara yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 yanvar 2018-ci il tarixli, 07 saylı qərarı ilə şikayət əsassız olduğuna görə təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehin üzərinə iddiaçının 16 avqust 2017-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulmasına, tərəflər arasında hüq uq münasibətlərinə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 14 noyabr 2017-ci il tarixli, İQ-68/1 saylı qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın və onun şikayət instansiyasının 07 saylı, 15 yanvar 2018-ci il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1580/2018 saylı, 01 avqust 2018-ci il tarixli qərarı (hakim – M.T.Hacıbəyova) ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2436/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və C.A.Yusifov) iddiaçının apellyasi ya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1580/2018 saylı, 01 avqust 2018-ci il tarixli qərarıdəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan, həmçinin maddi və prosessual normalarının pozulması yolu ilə çıxarıldığından ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Cavabdeh qaçqın anlayışının maddi hüquqi şərtlərini iddiaçıya münasibətdə düzgün tətbiq etməyib. 1951-ci il Konvensiyası 1967-ci il Protokoluna və “Qa çqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunun 1-ci maddəsində müəyyən edilmiş qaçqın anlayışına əsasən qaçqın statusunun verilməsi üçün ilkin tələb edilən zəruri maddi-hüquqi element əsaslı təqib qorxusudur. DMX iddiaçının işində əsaslı təqib qorxusu olmaması nəticəsinə gəlib. Bundan başqa, cavabdehin qərarı (əverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür.Cavabdeh qərarında aşağıdakı iki fundamental səhvə yol verilib.Cavabdeh işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliliyini qiymətləndirməyib. Belə ki, cavabdeh iddiaçının əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib, eləcə də kassatorun izahatları (pis rəftar, təhlükə) üzrə nəticəyə gəlmək üçün Mənşə Ölkəsinin Məlumatından (“MÖM”) istifadə etməyib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində kassatorun izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında kass atora münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığını yoxlanılmalıdır. İşin hallarından görünür ki, kassator yuxarıda qeyd edilmiş faktiki hallar barədə müfəssəl izahatlar vermişlər, izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Buna görə də, həmin izahatlar mötəbərlik tələbatını ödəyir. Digər tərəfdən sözügedən izahatlar BMT QAK tərəfindən hazırlanmış Mənşə Ölkəsinin Məlumatları ilə də təsdiq edilir. Nəticədə iddiaçıların izahatları mötəbərliyin daxili (müfəssəllik və ardıcıllıq) və xarici (MÖM-lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. İddiaçı öz ölkəsinin himayəsindən istifadə edə bilmir, onun əsaslı təqib qorxusu mövcuddur. Əlavə olaraq Mənşə Ölkəsinin Məlumatları ilə müəyyən olunur ki, mənşə ölkəsinin hakimiyyət orqanları iddiaçını bu təqibə qarşı qorumaq iqt idarında deyillər. Bundan başqa, iddiaçının ölkə daxili yerdəyişmə imkanları yoxdur. Göstərilənlərə əsasən onlara qaçqın statusunun verilməsinin maddi-hüquqi əsasları mövcuddur. Cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə də riayət olunmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəb ul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçq ın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən ü ç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, ərizəçinin söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, ərizəçi amerikanlı və digər əcnəbilərə işlədiyinə görə müxtəlif qruplaşmalar tərəfindən təqibə məruz qala biləcəyindən ehtiyat etdiyini, onun evinə gələnlərin də məhz bu qruplaşmaların üzvləri ola biləcəyəni, bu səbəbdən də onların təqiblərinə məruz qalmamaq üçün ölkəni tərk etdiyini bildirsə də, müsahibə zamanı onun amerikanlılarla 2007-ci ilə qədər işlədiyi, lakin nə ötən müddət ərzində, nə də sonrakı dövrlərdə heç kim tərəfindən təqib və təzyiqə məruz qalmadığını bildirmişdir. Mənşə ölkəsi barədə məlumatlardan da həmin şəxslərin son i llər ərzində təqib obyekti olduqları müşahidə edilmir. Bundan əlavə, ərizəçinin bildirdiyi kimi təqibə məruz qalacağı təqdirdə onun izlənilərək evə nə vaxt gəlib-getməsi, harada işləməsi barədə məlumat əldə etmək əvəzinə onun evdə olmadığı müddətdə evə yaxınlaşıb onun barədə əldə etmək istədikləri məlumatları ailə üzvlərində soruşmaqları inandırıcılıq baxımından qənaətbəxş qəbul edilməmişdir. Ərizəçinin bildirdiyi hadisələrlə bağlı polisə müraciət etməməsi də təqib faktının ciddi olmadığına dəlalət edir. Ərizəçinin müsahibə zamanı verdiyi izahatlardan həmçinin məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşd irilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Onun amerikanlılarla 2007-ci ilə qədər işlədiyi, lakin nə ötən müddət ərzində, nə də sonrakı dövrlərdə heç kim tərəfindən təqib və təzyiqə məruz qalmaması əsaslı təqib qorxusunun mövcudluğunu ciddi şəkildə şübhə altına alır. Cavabdeh qərar qəbul edərkən m ənşə ölkəsindəki məlumatlara da istinad etmişdir. Bundan başqa, məlum olur ki, iddiaçının özü və ailəsi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının digər məsələlər ilə bağlı təqib qorxusuna istinadı da ümumi qaydada bildirilənləri əks etdirir, konkret onlara münasibətdə belə təqibin real diskriminativ nəticələrinin nələrdə əks olunduğu göstərilmir, həmin hallara dair sübutlar təqdim olunmur. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyy ən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Bu mənada, kassasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir. Hazırkı iş üzrə cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət olunmadığına dair kassasiya şikayətində bildiril ənlər də əsaslı deyildir. Belə ki, işin hallarından müəyyən olunur ki, cavabdeh qaçqın statusunun verilməsi ilə bağlı müraciətə dair inzibati icraatı qanunvericiliklə müəyyən edilmiş qaydada aparmış, müraciətə baxarkən aparılan inzibati icraatda müraciət etmiş şəxsin iştirakını təmin etmiş, onun ətraflı izahatını almış, ona vəsatət və sübut təqdim etmək imkanı yaratmış və nəhayət, toplanmış materiallara istinadla öz qiymətləndirilməsi əsasında müvafiq qərar qəbul etmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassas iya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2436/2018 saylı iş üzrə 24 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar