Məhkəmə qərarları › İş №2-1(102)-327/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-327/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-327/2021 09.02.2021 ALİ MƏHKƏMƏ İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə və üçüncü şəxslər Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: kompensasiya tələbi; İPM-in 87.8-ci maddəsinin pozuntusu; ekspert rəyinin tədqiq edilməsinin zəruriliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili X2, cavabdehin vəkili X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) və üçüncü şəxslər Binəqədi Rayon MənzilKommunal Təsərrüfat Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-948/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Kirov Rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 17/399 saylı qərarı və “X1” Kooperativinin qərarı ilə ünvan 1 ünvanında yaşayan X6 Ünvan1 dəmir qaraj quraşdırılmasına icazə verilmişdir.

2. X10 xx.xx.2014-cü il tarixdə vəfat etmiş, iddiaçı xx.xx.2015 -ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında onun vərəsəsi kimi tanınmışdır. 3. 2019-cu ildə iddiaçıya məxsus qaraj sökülmüş və həmin qaraja görə kompensasiya məbləği ödənilməmişdir.

4. İddiaçı dəfələrlə cavabdeh və üçüncü şəxslərə müraciət edərək sözügedən qarajın sökülməsinə görə ona kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh və üçüncü şəxslər isə bundan müxtəlif səbəblərlə imtina etmişdir.

5. Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti xx.xx.2019-cu il tarixli məktubunda imtinasını belə əsaslandırmışdır ki, iddiaçının ərizəsinin araşdırılması məqsədilə iddiaçı xx.xx.2019-cu il tarixində Binəqədi RİH-də qəbul olunmuş, qəbul zamanı ərizədə qeyd etdiyi xüsusatları təsdiq edən sənədlərin surətlərinin təqdim edilməsinin iddiaçıya təklif edilməsinə baxmayaraq iddiaçı tərəfindən hər hansı bir sənəd təqdim edilməmişdir. Odur ki, həmin xüsusatları təsdiq edən sənədlər təqdim edildikdən sonra müraciətə yenidən baxılacaq.

6. Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi xx.xx.2019-cu il tarixli, 490 nömrəli məktubunda imtinasını belə əsaslandırmışdır ki, iddiaçının yaşadığı həyətin abadlaşdırılması barədə sakinlərə edilən yazılı xəbərdarlıqdan sonra, qarajlar sahibləri tərəfindən sökülərək ya aparılmış, ya da təkrar qara metal toplayanlara verilmişdir və həyətin abadlaşdırılması zamanı abadlıq sahələrinə düşən tikililər üçün heç bir kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehlər Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon Mənzil-Kom munal Təsərrüfatı Birliyinə qarşı 3-ü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə Binəqədi Rayon MənzilKommunal Təsərrüfatı Birliyinin və Binəqədi Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən məhkəmə qərarı təqdim etmədən qanuni sahiblikdə və istifadədə olan Ünvan1 binanın həyətində 22 kv.m-dən ibarət olan dəmir qarajın sökülməsi nəticəsində vurulmuş 33000 (otuz üç min) manat məbləğində maddi ziyanın əvəzinin və 50000 (əlli min) manat məbləğində mənəvi zərərin əvəzinin ona ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Binəqədi Rayon İ cra Hakimiyyətinin tanınmasını, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 3-cü şəxs qismində cəlb edilməsini, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmə qərarı təqdim etmədən qanuni sahiblikdə istifadəsində olan Ünvan1 binanın həyətində 22 kv.m-dən ibarət olan dəmir qarajın sökülməsi nəticəsində vurulmuş 26800 (iyirmi altı min səkkiz yüz) manat məbləğində maddi ziyanın əvəzinin 50000 (əlli min) manat məbləğində mənəvi zərərin əvəzinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ünvan1 binanın ərazisində mərhum atası X4 şəxsi mülkiyyətində olan qaraj xx.xx.2019-cu il tarixdə heç bir məhkəmə qərarı olmadan, heç bir mərkəzi və yerli icra hakimiyyəti orqanının inzibati aktı olmadan, kompensasiya ödənilmədən, x əbərdarlıq edilmədən iradəsi əleyhinə sökülmüşdür. Mülkiyyətin toxunulmaz olmasına dair Konstitusiyanın tələblərini tapdalayan əməkdaşların ciddi şəkildə cəzalandırılması və kompensasiya ödənilməsi ilə bağlı bütün aidiyyəti orqanlara şikayətlərinə heç bir müsbət cavab verilmədiyindən məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. İddiaçı ağır onkoloji xəstə olmaqla 2-ci qrup əlildir. Sökülən qaraj mərhum atası X5 mülkiyyətinə Kirov(Binəqədi) Rayon İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli Sərəncamı və “X1’ kooperativinin qərarı ilə verilmişdir və 28 ildir onların mülkiyyətindədir. Ancaq həmin qarajın sökülməsi nəticəsində həm maddi, həm də mənəvi sarsıntılara məruz qalsa da, cavabdeh orqan ona vurulmuş ziyana görə kompensasiya ödəməkdən əsassız olaraq imtina etmişdir. 10. 1 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)3211/2019 nömrəli qərarına əsasən (hakim – A.A.Abdullayeva) iddia tələbinin qismən təmin edilərək iddiaçıya məxsus olmuş dəmir qarajın sökülməsi ilə əlaqədar olaraq 28600 (iyirmi səkkiz min altı yüz) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verilməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsi ilə də təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Odur ki, iddia tələbi maddi zərərin ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, mənəvi zərərin vurulması hissəsində isə təsdiq olunmadığından rədd edilməlidir.

12. Məhkəmə qərarından cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 21(103)-948/2020 saylı qərarı ilə (sədrlik edən və məruzəçi – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və V.Ə.Mursaqulov) apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3211/2019 nömrəli qərarının iddianın təmin edilmiş hissəsində dəyişdirilməsi, iddiaçıya məxsus olmuş dəmir qarajın sökülməsi ilə əlaqədar olaraq 26400 (iyirmi altı min dörd yüz) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, sökülmüş qarajın bazar qiymətini isə “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli BQM-9 saylı rəyinə əsasən 26400,00 manat məbləğində müəyyən etmişdir.

15. Məhkəmə qərarı xx.xx.2020-ci il tarixində cavabdehə təqdim edilmişdir.

16. Həmin qərardan cavabdeh xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)948/2020 saylı ləğv edilməsi və iddia tələbinin qeyri-mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı həmin qarajın Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsini sübut edən hər-hansı bir dəlil təqdim etməmiş və işə baxan məhkəmə instansiyaları öz qərarını yalnız iddiaçının şifahi mülahizələrinə əsaslanaraq qəbul etmişdir. Binəqədi RİH-in rayonda keçirilən hər hansı bir mühüm tədbirdə iştirak etməsi hələ qarajın sökülməsi nə dair göstərişin verilməsi demək deyil. Mövcud iş üzrə Binəqədi RİH tərəfindən hər hansı qanunsuz hərəkət edilmədiyindən məsuliyyət daşıya bilməz.

18. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədləri əsas götürərək iddia tələbini təmin etmişdir. Halbuki, “X1” Kooperativinin Nizamnaməsinin 4, 7 və 10-cu bəndlərinə əsasən dəmir qaraj kooperativin mülkiyyəti hesab olunur və digər şəxslərə satıla, bağışlana və ya hansısa bir formada təqdim edilə bilməz, dəmir qarajın digər şəxslər tərəfindən istifadə olunması üçün kooperativin üzvlərinin birgə yığıncağının qərarı əsasında verilə bilər, rəhmətə getmiş kooperativ üzvlərinin ailə üzvlərinin və vərəsələrinin istifadəsinə bir şərtlə keçə bilər ki, həmin şəxs kooperativ üzvlüyünə qəbul edilmiş olsun. Qeyd olunan hallardan göründüyü kimi, dəmir qaraj iddiaçının vərəsəlik payı sayıla bilməz və vərəsəlik predmetini təşkil etmir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır, həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən isə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Beləliklə də, iddiaçı tərəfindən sözügedən qarajın onun xüsusi mülkiyyətində olması iş materialları ilə sübut olunmur, onun tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir.

19. Bundan başqa, dəmir qarajın qiymətinin 26400,00 manat məbləğində müəyyən edilməsi ilə ba ğlı kassasiya şikayətində qeyd olunmuşdur ki, istər həmin dövrdə, istərsə də bu gün heç bir hüquqi əsası olmayan qarajın dəyəri bu qədər təşkil etmir və bu süni şişirdilmiş bu rəqəmə dövlət büdcəsinə ziyan vurmaqdan başqa bir qiymət vermək mümkün deyil.

20. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. İş mat eriallarından göründüyü kimi, iddiaçıya cavabı Binəqədi Rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi vermişdir. İddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi q aydada məlumatlandırılmalarına baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 96.5. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq ap ellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 29-1. İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur.

26. Mülki Prosessual Məcəllə: Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz r əyinə daxil etməyə haqlıdır. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun luğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına əsasən, “..Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir...”.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri d etallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X8rşı, § 29; X9rşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X8rşı, § 29; X9rşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticə si üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X8rşı, § 30; X9rşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayə t üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı aşağıdakı səbəblərdən ləğv olunmalıdır.

32. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını məhkəmə tərəfindən sökülən qarajın qiymətinin düzgün müəyyən edilməməsi və cavabdehin həmin qarajı sökməsi barədə hər hansı sübut olmadığından iddianın mümkünsüz olması təşkil edir. Məhkəmə kollegiyası hər iki dəlilə münasibət bildirməyi zəruri hesab edir.

33. Kassatorun ilkin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 26-cı bəndində qeyd olunan normaların məzmunundan göründüyü kimi, ekspert rəyi əsaslandırılmalı, rəydə ekspertin apardığı tədqiqatların müfəssəl təsviri öz əksini tapmalı və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir.

34. İşə baxan məhkəmələr də ekspert rəyinin göstərilən tələblərə uyğun tərtib olunduğunu müəyyən etmək məqsədi ilə ekspert rəyini tədqiq edərək digər sübutlarla yanaşı qiymətləndirilməlidir.

35. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə kollegiyası cavabdehin və 3-cü şəxsin apellya siya şikayətində dəlillərini nəzərə alaraq xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə qiymətləndirmə ekspertizasını təyin etmişdir. Ekspertizanın keçirilməsi “xxxx” MMC-nin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında Ünvan1 saylı binanın həyətində 22 kv.m-dən ibarət olan dəmiri qarajın qaraj sökülən zaman real bazar qiyməti nə qədər təşkil etməsi sualı qoyulmuş, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli BQM-9 saylı rəyi rəyində Ünvan1 saylı binanın həyətindəki 22 kv.m-dən ibarət olan dəmir qarajın qaraj sökülən tarixə bazar dəyəri 1 kv.m. 1200,00 manat olmaqla dəmir qarajın ümumi bazar dəyəri 26400,00 manat təşkil etdiyi müəyyən edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi isə hazırkı qərarın 26 və 33-cü bəndlərində göstərilən tələblərə zidd olaraq həmin ekspert rəyi ni tədqiq etmədən onu mötəbər sübut hesab etmiş və sökülmüş qarajın məbləğini 26400,00 manat məbləğində müəyyən etmişdir. Halbuki, yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, məhkəmə kollegiyası cavabdehin dəlillərini bu hissədə əsaslı hesab edir.

37. Belə ki, işə əlavə edilmiş ekspert rəyindən görünür ki, ekspert tərəfindən müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, daşınmaz əmlakın alqısatqısı ilə məşğul olan müxtəlif mənbələrdən əldə edilmiş şifahi sorğulara əsasən Ünvan1 saylı binanın yaxınlığında yerləşən ərazilərdə qaraj tipli tikililərin 1 kv.m.-nin orta bazar qiymətinin 1300,0 manat olduğu müəyyən edilmişdir. Beləliklə, aparılmış tədqiqatla, yuxarıda göstərilənləri nəzərə alaraq Ünvan1 saylı binanın həyətində yerləşən, sahəsi 22 kv.m. olan qaraj tikilisinin 1 kv.m.-nin hazırkı orta bazar qiyməti təqribi dəyəri 1300,0 manat təşkil etidiyini nəzərə alaraq, qarajın ümumi təqribi dəyəri 28600,0 manat məbləğində müəyyən edilmişdir.

38. Lakin xx.xx.2019-cu il tarixli, 91 nömrəli ekspert rəyini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyinin “tədqiqat prosesinin təsviri” hissəsində nəzəri olaraq tətbiq edilən yanaşmalar (metodlar) öz əksini tapsa da, hazırda mübahisələndirilən qaraja münasibətdə həmin metodlardan necə istifadə olunduğu və hansı amillər əsas götürülərək əmlakın bazar qiymətinin məhz 28600,0 manat məbləğində qiymətləndirildiyi öz əksini tapmamışdır. Məsələn, ekspert rəyində obye ktin bərpa dəyərinin analoji obyektin qiymətinə əsasən müəyyən olunduğu, analoji obyket kimi – qiymətləndirilən obyekt ilə uyğun olan (eyni funksional təyinatlı, həcm-planlı və konstruktiv quruluşlu) eyni tipli obyektin nəzərdə keçirildiyi göstərilsə də, hazırda mübahisələndirilən qarajın qiymətləndirilməsi zamanı analoji obyekt kimi hansı obyektlərin əsas götürüldüyü ekspert rəyində öz əksini tapmamışdır. Bundan başqa, istifadə edilən yanaşmalardan biri kimi uyğun satışların müqayisəsi yanaşması – sövdələşmə qiymətləri məlum olan analoji obyektlə qiymətləndirmə obyektinin müqayisəsinə əsaslanaraq qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirilməsi məcmusu qeyd olunsa da, yenə də hazırda mübahisələndirilən qaraja münasibətdə məhz hansı analoji qiymətləndirməyə istinad olunduğu əks olunm amışdır.

39. Göründüyü kimi, ekspert rəyində tədqiqat prosesi müfəssəl təsvir olunmadığından kompensasiya məbləğinin ağlabatan olub-olmadığını müəyyən etmək mümkün deyil. Belə olan halda, həmin rəyin nəticələri əsas götürülməklə qarajın dəyərinin müəyyən edilməsi və buna müvafiq kompensasiyanın tutulması yolverilməzdir.

40. Cavabdehin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin mümkünlüyü ilə bağlı həmin dəlilləri cavabdeh apellyasiya şikayətində də qeyd etmiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən həmin dəlillər qiymətləndirilməmişdir. Halbuki, hazırkı qərarın 27-28-ci bəndlərində qeyd olunan normalardan, həmçinin milli və beynəlxalq məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərdən aydın olur ki, apellyasiya instansiyası mə hkəməsi öz qərarını əsaslandırmağa və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyə borcludur. Lakin qərardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi göstərilən tələbləri də pozmuşdur. Odur ki, kassatorun dəlilləri bu hissədə də əsaslıdır.

41. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən hazırkı qərarın 25-26-cı bəndlərində qeyd olunan prosessual hüquq normalarının tələblərini pozduğundan qərar ləğv edilməlidir.

42. Cavabdeh qərarın ləğv edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidi r və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi hissəsində cavabdehin kassasiya şikayəti təmin edilə bilməz.

43. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddianın mümkünlük şərtləri ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərini qiymətləndirməli, daha sonra sökülmüş qarajın real bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspert rəyini tədqiq etməli, ekspertdən tədqiqat mənbəyini (qarajların satışına dair analoji obyektlərin müqayisəsi ilə bağlı sənədlər) tələb etməli, zəruri olduqda əlavə və ya təkrar ekspertiza təyin etməli, ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirərək ədalətli kompensasiya məbləği müəyyən etməlidir.

44. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 21(103)-948/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar