Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-327/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: ədliyyə qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1969-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ədliyyə qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2045/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. NZ seriyalı ******* saylı xx.xx.1987-ci il tarixli hərbi biletinə əsasən iddiaçı 1987-ci il tarixdən 1989-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
2. AB-İ seriyalı 022558 saylı xx.xx.1996-cı il tarixli diploma əsasən iddiaçı 1990-cı il tarixdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetin ə daxil olmuş və 1995-ci ildə orada hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir.
3. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı, xx.xx.1982-ci il tarixli əmək kitabçasına əsasən xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Lenin adına tekstil kombinatında rəngsaz köməkçisi işləmiş, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək Kirov rayon xüsusi bölməsində inspektor vəzifəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək H.Z.Tağıyev adına BTTB-də hüquq məsləhətçisi vəzifəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək H.Z.Tağıyev adına BTTB-də hüquqşünas vəzifəsində işləmişdir. xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyind ə normativ hüquqi aktların hüquqi ekspertizası uçotu və qeydiyyatı idarəsində aparıcı mütəxəssis, baş mütəxəssis vəzifəsində işləmiş, xx.xx.2006-cı il tarixdə Normativ hüquqi aktların hüquqi ekspertizası, uçotu və qeydiyyatı idarəsinin baş məsləhətçisinin vəzifəsindən azad edilmiş, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək Ədliyyə Nazirliyi cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin aparıcı məsləhətçisi işləmişdir. xx.xx.2015-ci il tarixdən hal-hazıradək Ədliyyə Nazirliyi cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin böyük məsləhətçisi vəzifəsində işləyir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş 11 yanvar 2022-ci il tarixli məktuba əsasən Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin böyük məsləhətçisi ədliyyə müşaviri X1 Azərbayc an Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq ədliyyə orqanlarında qulluq illəri xx.xx.2017-ci il tarixə 22 il 10 ay 27 gün (hərbi xidmətdə və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təşkil etdiyi qeyd edilmişdir.
5. İddiaçı ərizə ilə 7 iyul 2021-ci il tarixdə cavabdehə müraciət edərək ədliyyə qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
6. Cavabdeh 27 iyul 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə hesablanır. Sözügedən qaydada qulluq illərinin hesablanması zamanı təhsil müddətinin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyildir. Bu səbəbdən də təhsil müddətinin iddiaçının qulluq illərinə hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “1990-1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malik olması, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə əmək pensiyasına çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə müraciət edərək, xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranmasını nəzərə alıb, həmin tarixdən pensiyanın hesablanaraq ona ödənilməsini xahiş etmiş, lakin tələbi təmin edilməmişdir. O, cavabdehin imtinasını qanunsuz hesab edir. Xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malikdir, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququ yaranmışdır. Belə ki, xx.xx.1996-cı il tari xdən hal-hazıra kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xüsusi rütbəli şəxs kimi çalışır. xx.xx.1996-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 21 il xüsusi rütbəli şəxs kimi stajı, 1990-1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla, həmçinin 2 il hərbi xidməti daxil edilməklə xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malikdir.” O, hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, 1990- 1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malikdir. Ona görə də müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində; başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «n» bəndində təsbit edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr t arixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, onun təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, m üddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixdə qəbul etdiyi 631 saylı qərarında göstərilir: “Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ailə təhsil müəssisələrind ə, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ailə təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir”. Əmək pensiyaları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-ci maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. xx.xx.2017-ci il tarixli Qanunla 9.7.1 -ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “işçiləri” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)” sözləri əlavə edilmişdir.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etir az təqdim etməmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(112)-2161/2022 nömrəli qərarı (hakim: X5) ilə iddia təmin edilmiş, iddiaçının 1990-1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malik olması, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə əmək pensiyasına çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2017-ci il tarixədək ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə olan qulluq stajı 22 il, 10 ay, 27 gün təşkil edir. İstər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə m indiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququnda haqlıdır. İddiaçının xx.xx.2017-ci il tarixə xüsusi rütbəli şəxs kimi staj müddəti 25 ildən yuxarıdır.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2045/2022 nömrəli qərarı (hakimlər: X2 (s ədrlik edən və məruzəçi), X3 və X4) ilə Bakı İnzibati Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində normativ hüquqi aktların hüquqi ekspertizası uçotu və qeydiyyatı idarəsində və cəzaların icrasına nəzarət üzrə müfəttişlikdə işləmişdir. Halbuki, məhkəmənin qərarında istin ad etdiyi "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına 2 oktyabr 2013-cü il tarixdə edilmiş dəyişiklikdən sonra həmin qərarın 1- ci hissəsinin on birinci abzası Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində işləmiş qulluqçulara şamil olunmuşdur. İddiaçı isə Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində işləməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏT BİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında" Qanun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya) Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.7. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. 19. “Əmək pensiyaları haqqında" Qanun (hazırda qüvvədə olan redaksiya) Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.7. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
20. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunu Maddə 67.... Ali, orta ixtisas, texni ki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarı
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin göstərilməlidir. əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali M əhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində m əhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.
26. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək 1990-1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malik olması, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə əmək pensiyasına çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
27. İşin halları ilə müəyyən olunur ki, iddiaçı 1990-cı il tarixdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olmuş və 1995-ci ildə orada hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir.
28. Apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarına əsasən daxili işlər orqanlarında orta, böyük və ali rəis heyətinə mənsub şəxslərə pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında xidmətə götürülməzdən əvvəl mülki ali, habelə hərbi hazırlıq silsilə və b ölmələri olan orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtı beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir.
29. Daha sonra apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, 1990-1995-ci illərdə hərbi kafedralı ali təhsil müəssisəsinin axşam şöbəsində keçirdiyi təlim vaxtının, yəni beş il müddət daxilində təlimin bir ili altı ay sayılmaqla, 2 il 6 ay müddətin onun xidmət illərinə daxil edilməklə ona yaşa görə əmək pensiyasının təmin olunmasını tələb etməkdə haqlı olmuşdur.
30. Lakin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarının 1-ci hissənin on birinci abzasında “ədliyyə” sözü xx.xx.1997-ci il tarixli, 56 nömrəli qərarla əlavə edilmişdir. Daha son ra 2 oktyabr 2013-cü il tarixli, 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1-ci hissənin on birinci abzasında “və ədliyyə” sözləri çıxarılmışdır, “orqanlarının” sözündən sonra ", Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində" sözləri əlavə edilmişdir, "xüsusi təyinatlı təhsil" sözləri "hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil” sözləri ilə əvəz edilmişdir, “o cümlədən" sözlərindən sonra “ali təhsil müəssisələrinin axşam şöbələrində və” sözləri əlavə edilmişdir.
31. İş materialları ilə də müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində normativ hüquqi aktların hüquqi ekspertizası uçotu və qeydiyyatı idarəsində və cəzaların icrasına nəzarət üzrə müfəttişlikdə işləmişdir. 32. "Zabit heyətinə mənsub şəxslərə, gizirlə rə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına 2 oktyabr 2013-cü il tarixdə edilmiş dəyişiklikdən sonra həmin qərarın 1-ci hissəsinin on birinci abzası Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində işləmiş qulluqçulara şamil olunmuşdur. İddiaçı isə Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində işləməmişdir.
33. Beləliklə, istər ali təhsil aldığı müddətdə, istərsə də 2013-cü ildən sonrakı dövrdə xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarın 1-ci hissənin on birinci abzası iddi açının işlədiyi sahə üzrə ədliyyə qulluqçularına şamil edilmədiyindən qərarın həmin bəndi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bu səbəbdən iddiaçının 1990-1995-ci illərdə ali təhsil müəssisəsinin axşam şöbəsində keçirdiyi təlim vaxtının, yəni beş il müddət daxilində təlimin bir ili altı ay sayılmaqla, 2 il 6 ay müddətin onun xidmət illərinə daxil edilməsi mümkün deyil.
34. İddiaçının əmək kitabçasından və hərbi biletindən müəyyən olunur ki, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həqiqi hərbi xidmətdə olduğu müddət və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq ədliyyə orq anlarında qulluq illəri nəzərə alındıqda onun xx.xx.2017-ci il tarixə 22 il 10 ay 27 gün qulluq stajı mövcud olmuşdur. 35.Beləliklə, iddiaçının qanunvericiliyin tələbi olan ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 25 il qulluq stajına malik olmamış, nəticədə onun ədliyyə qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunma hüququ yaranmamışdır.
36. Odur ki, kasasiya şikayəti təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2045/2022 nömrəli qərarı ləğv edilsin. İş üz rə yeni qərar qəbul edilsin. İddiaçı iddiası təmin olunmasın. Qərar qətidir.