Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3270/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: vergi qərarının ləğv edilməsi GİRİŞ HİSSƏ Hakimlər: 24.12.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, cavabdeh İdarənin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı vergi qərarlarının ləğv edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının 21 avqust 2019-cu tarixli qərarından cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamentinə qarşı (hazırda Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X4 üzrə Baş İdarəsidir) idida ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehDepartament tərəfindən qəbul olunmuş 26.11.2012-ci il tarixdə 2010-cu il üçün torpaq vergisi ilə bağlı **********798800 saylı “xxxx” bildirişin; 26.11.2012-ci il tarixdə 2011-ci il üçün torpaq vergisi ilə bağlı **********799500 saylı “xxxx” bildirişin; 26.11.2012-ci il tarixdə 2012-ci il üçün torpaq verg isi ilə bağlı **********800600 saylı “xxxx” bildiriş; 27.06.2013-cü il tarixdə 2013-cü il üçün torpaq vergisi ilə bağlı **********834400 saylı “xxxx” qərarın; 30.06.2014-cü il tarixdə 2014-cü il üçün torpaq vergisi ilə bağlı **********998600 saylı “xxxx” qərarın ləğv edilməsi və iddiaçı MMC-yə aid torpaq vergisi ilə bağlı borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 mart 2019-cu il tarixli qərarı ilə (hakim T.Əsədova; iş No 2-1(81)-753/2019) iddianın təmin edilməsi; cavabdeh Departamentin 26.11.2012-ci ildə 2010-cu il üçün torpaq vergisi ilə bağlı **********798800 №-li “xxxx” bildirişin; 26.11.2012-ci ildə 2011-ci il üçün torpaq vergisi ilə bağlı **********799500 №-li “xxxx” bildirişin; 26.11.2012-ci il tarixdə 2012-ci ilin t orpaq vergisi ilə bağlı **********800600 №-li “xxxx” bildirişin; 27.06.2013-cü il tarixdə 2013-cü il üçün torpaq vergisi ilə bağlı **********834400 №-li “xxxx” qərarın; 30.06.2014-cü il tarixdə 2014-cü il üçün torpaq vergisi ilə bağlı **********998600 №-li “xxxx” qərarın ləğv edilməsi və iddiaçı MMC-yə aid torpaq vergisi ilə bağlı borcun silinməsi qərara alınmışdır BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2019-cu tarixliqərarı ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və C.Yusifov; iş No 2-1(103)1738/2019) cavabdeh Departamentin apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 mart 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını məhkəmə kollejiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşırmadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş cavabdeh İdarənin nümayəndəsi O.Heydərli Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçı MMC-nin nümayəndələri gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlər ə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, İddiaçı MMC 13.12.2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyata alınmış və ona 0107-P356-50154 №-li şəhadətnamə verilmişdir. MMC-nin qanuni təmsilçisi X1muşdur. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 7,966441 ha torpaq sahəsi və onun üzərində yerləşən uşaq istirahət düşərgəsinin yarımçıq tikilisi tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin xüsusi mülkiyyətində olmuşdur (MH seriyalı 07.03.2008-ci il tarixli ******* №-li Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış). İddiaçı MMC xüsusi mülkiyyətində olan 7,966441 ha torpaq sahəsindən 4,216083 ha torpaq sahəsini və üzərində olan yarımçıq tikilini Ağa-zadə Cahid Nadir oğluna 515.200 manata satmış və 3,750358 ha torpaq sahəsi və onun üzərində yerləşən yarımçıq tikili isə öz mülkiyyətində qalmışdır (06.03.2009-cu il tarixli AN-İ ******* №-li notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqısatqı müqaviləsi). İddiaçı MMC xüsusi mülkiyyətində olan 3,750358 ha torpaq sahəsini və üzərində olan yarımçıq tikilini «xxxx» MMC-yə 500.000 manata satmışdır (11.03.2009-cu il tarixli AN-İ ******* №-li notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi). İddiaçı MMC-nin direktoru X3 Bakı Apellyasiya Məhkəməsinin 02.11.2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177. 2 və 205.2 və 66.3-cü maddələri ilə 8 il müddətində azadlıqdan məhrum edilmiş və 01.08.2009-cu ildən 01.08.2017-ci ilə qədər 2 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkmiş və 01.08.2017-ci ildə cəza müddəti qurtardığına görə azad olunmuşdur (01.08.2017-ci il tarixli 24 №-li arayış). Vergi orqanı tərəfindən iddiaçı MMC-də 2010-2014-cü illər üzrə torpaq vergisi növünə dair kameral qaydada vergi yoxlaması həyata keçirilmiş və ümumilikdə 39.832 manat əlavə verginin hesablanması barədə 26.11.2012-ci il tarixli **********798800 №-li xxxx bildiriş, **********799500 №li xxxx bildiriş, **********800600 №-li xxxx bildiriş, 27.06.2013-cü il tarixli **********834400 №-li xxxx qərar, 30.06.2014-cü il tarixli **********998600 №-li xxxx qərar qəbul edilmişdir. İddiaçı şirkət həmin qərarları mübahisələnd irmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, işin halları ilə təsdiq olunur ki, artıq 12.03.2009-cu ildən etibarən iddiaçı MMC-nin mülkiyyətində heç bir torpaq sahəsi olmamış və onun qanuni təmsilçisi isə 01.08.2009-cu ildən 01.08.2017-ci il tarixə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur, yəni MMC 2009-cu ildən artıq həmin torpaq sahəsinin nə mülkiyətçisi, nə də istifadəçisi olmuşdur. Bu səbəbdən həmin torpaq sahəsi iddiaçı şirkətə nisbətdə vergitutma obyekti sayıla bilməz. Eyni zamanda cavabdeh vergi orqanı mübahisə predmeti olan torpaq sahələrinin yoxlama ilə müəyyən edilmiş həcmdə iddiaçı şirkətin mülkiyyətində və istifadəsində olması halının möv cud olmasını sübut etməli olduğu halda məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, vergi orqanı kameral qaydada aparılmış yoxlama zamanı iddiaçı şirkətə torpaq vergisi üzrə əlavə vergi hesablamaqda haqlı olmamışdır. Bu səbəblərdən cavabdeh inzibati orqanın mübahisələndirilən qərarları əsassız və qanunsuzdur, iddiaçı şirkətin iddia tələbi əsaslı və qanuni olduğundan 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı olduğundan qəbul edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, işin faktiki hallarına görə, iddiaçı MMC fəaliyyət göstərən hüquqi şəxsdir və onun hazırki iddia ər izəsini təmsilçisi və direktoru olan O.Matveyev imzalamışdır. Halbuki, həmn MMC kameral vergilərin hesablanması ilə bağlı qərarların qəbul edilməsindən 4 ildən artıq müddət keçdikdən sonra mübahisələndirilmişdir. Bununla da nəinki iddia müddəti, hətta iddia müddətinin bərpa edilməsi ilə bağlı qanunla müəyyən edilmiş 1 illik müddət də ötürülmüşdür. Apellyasiya instansiya məhkəməsi qərarında O.Matveyevin 01.08.2009-cu ildən 01.08.2017-ci ilə qədər 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyini və bu səbəbdən onun vaxtında hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilmədiyini göstərsə də, yuxarıda qeyd edilən müddətdə həmin şəxsin həbsdə olması, onun təmsil etdiyi MMC-nin fəaliyyətinin dayandırılmasına səbəb olmamış, nəticədə isə, bu hal MMC-nin hüquqi şəxs olaraq Nizamnaməsində müəyyə n edilmiş öhdəliklərinin, o cümlədən vergi öhdəliklərinin icra edilməməsinə haqq qazandıran səbəb ola bilməz. Bu məsələ ilə əlaqədar cavabdeh inzibati orqan iddia müddətinin tətbiqi ilə bağlı apellyasiya instansiya məhkəməsin vəsatət verməsinə baxmayaraq həmin vəsatətə münasibət bildirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riay ət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: -birinci, o, hüquq münasibəti iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; -ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri- sabitliyin aradan qaldırılmasına xidmət göstərir; -üçüncü, iddia müddəti tərəflərə üzərindən çox v axt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bundan başqa, apellyasiya instansiya məhkəməsi qərarında iddiaçı MMC-nin mülkiyyətində olan 4,2 ha və 3,7 ha torpaq sahələrini müvafiq olaraq 06.03.2009-cu il tarixli 11.03.2009-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrinə əsasən satdığını, bu səbəbdən onun artıq 2009-cu ildən, həmin torpaq sahələrinin nə mülkiyyətçisi, nə də istifadəçisi olduğunu, nəticədə isə həmin torpaq sahələrinin MMC-yə nisbətdə vergitutma obyektinin sayıla bilmədiyini göstərsə də, həmin müqavilələrin qüvvədə olub-olmamasını, habelə bu müqavilələr üzrə torpaq sahələrinin digər şəxslərin mülki yyətinə keçib-keçməməsi məsələsini araşdırmamışdır. Azərbaycan Respublikası İPM-nin 12.1- ci maddəsinə əsasən, proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, hazırki işdən görünür ki, onun yenidən araşdırılmasına zərurət yaranmışdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkə mənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 av qust 2019-cu tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2019-cu tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-3270/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3270/2019
24.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver