Məhkəmə qərarları › İş №2-1(102)-3271/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3271/2025

15.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3271/2025 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mənzilin fərdi yaşayış evi olaraq qeydiyyata alınması və mənzilin (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. Bakı şəhəri Yasamal Rayon Icra Hakimiyyəti başçısının ##.##.2004-cü il tarixli, *** saylı sərəncamına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli, *-****/****-* saylı qətnaməsi icra edilmiş, İddiaçı yaşadığı 12-ci Xrebtovı küçəsi, 11 b saylı evin yaşayış sahəsi 163,1 kv.metr olan 8 otaqlı mənzili və 116 kv.metr qeyri-yaşayış sahəsi yaşayış fondu balansına götürülmüş və ona order verilmişdir.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 3, mənzil - (Yeni qaydalarla: ünvan 2) iddiaçının xüsusi mülkiyyətindədir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 3 ünvanında yerləşən nömrəsiz mənzilin (yeni qaydalarla: ünvan 2) fərdi yaşayış evi olaraq qeydiyyata alınması və mənzilin (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, həm həmin mənzilə (fərdi yaşayış evinə), həm də torpaq sahəsinə münasibətdə vahid əmlaka dair ona çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 3, mənzil (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.1994-cü il tarixli, */** saylı sərəncamı ilə Bakı şəhərinin Yasamal rayonunda 12-ci Xrebtovı küçəsinin adı dəyişdirilməklə, Rahib Tağıyev adlandırılmış və ünvan 3 ünvanında yerləşən nömrəsiz mənzil sahəsinə Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsi, 59, M1, m 1 ünvan rekviziti təyin edilmişdir. Lakin çıxarışda əmlakın olduğu yer ünvan 3 nömrəsiz mənzil kimi göstərilmişdir. Çıxarışda ünvan kimi yeni qaydalarla ünvan 1 qeyd edilmişdir. Halbuki, qeyd edilən əmlak mənzil deyil, fərdi yaşayış evidir. Həmçinin, cavabdeh tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il tarixli çıxarışda həmin əmlakın yerləşdiyi torpaq sahəsi barəsində məlumatlar da qeyd edilməmişdir. Hesab edir ki, ünvan 2 ünvanında yerləşən əmlak mənzil yox, fərdi yaşayış evidir və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ cavabdeh inzibati orqan tərəfindən qeydə alınmalıdır. Bu barədə, cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmadığı üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

5. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ##.##.2022-ci il tarixli, 2230143578 daxilolma nömrəli ərizə ilə Idarəyə müraciət etmiş və ##.##.2023-cü il tarixli, 233020303761 xaricolma nömrəli məktubla ona cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilmişdir ki, qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin fərdi yaşayış evi kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. Idarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, sözügedən daşınmaz əmlakın faktiki sahəsi 246.6 kv.m təşkil etməklə 8 otaqdan ibarətdir.

6. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon Icra Hakimiyyəti tərəfindən Bakı Inzibati Məhkəməsinə ünvanlanmış ## #### 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 3 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 59, M1, m 1) yaşayış sahəsində yenidənqurma işlərinin aparılmasına Rayon Icra Hakimiyyəti tərəfindən icazə verilməsinə dair hər hansı bir məlumat aşkar edilmədiyindən, xahişin icra edilməsi mümkün deyildir.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, göstərilən mənzil ümumi sahəsi 163,0 kv.m. (4 otaq yaşayış sahəsi 101,0 kv.m., köməkçi sahə 62,0 kv.m.) olmaqla, 011011006977-05101-093001 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil birmərtəbəli ayrı tikilidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən, koordinatlarla verilmiş sahə 210,0 kv.m. təşkil edir. Torpaq sahəsinə dair sənəd təqdim edilməyib. Sözügedən sahənin yarıdan çox hissəsi yeraltı su xəttinin mühafizə zolağında yerləşir. Sahə dövlət mülkiyyəti torpağıdır.

8. Bakı Inzibati Məhkəməsinin (hakim: E.A.Abdullayev) ## ###### 2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsinin əsaslandırması: 9.1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, 12-ci Xrebtovı küçəsində yerləşən, yaşayış sahəsi 163,1 kv.metr, köməkçi sahə 116 kv.metr olan 8 otaqlı **b saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsi bağlanması öhdəliyi Bakı şəhəri Yasamal Rayon Icra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qətnaməyə əsasən, Bakı şəhəri Yasamal Rayon Icra Hakimiyyəti başçısının ##.##.2004-cü il tarixli sərəncamı əsasında iddiaçıya order verilməsi qərara alınmışdır. Iddiaçı bundan sonra həmin ünvana dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Iddiaçının həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərdən də görünür ki, həmin yaşayış sahəsi mənzil kimi göstərilmişdir. Həmin yaşayış sahəsinin fərdi yaşayış evi olmasına dair hər hansı bir qeyd mövcud deyildir. 9.2. Mənzilin yerləşdiyi torpaq sahəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əldə edilməsinə əsas olan sənədlərin siyahısı göstərilmişdir. Iddiaçı tərəfindən yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəbdən, iddia tələbi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə aid hissədə də təmin edilməməlidir.

10. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: N.X.Nəbizadə /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və K.H.Əkbərov) ## #### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq qərarını onunla əsaslandırmışdır ki, iddiaçının şikayətində göstərdiyi “ ... digər tərəfdən, fərdi yaşayış evini və mənzili ayırmaq üçün yerli baxış da təyin edilə bilərdi. Məhkəmə yerli baxış da etməyə ehtiyac duymamışdır” iradı məhkəmə tərəfindən nəzərə alınmış və ## ### 2025-ci il tarixdə iddiaçı İddiaçı vəkili vəkil2 və cavabdehin təqdim etdiyi mühəndis Mütəxəssis iştirakı ilə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, baxış keçirilən yaşayış sahəsi 2 mərtəbədən ibarətdir. Ərazidə 1 damın altında 3 ayrı yaşayış sahəsi yerləşir. Sağ tərəfdəbirinci və ikinci mərtəbədə yerləşən yaşayış sahələri iddiaçı tərəfin sözlərinə görə onlara məxsusdur. Sol tərəfdə birinci mərtəbədə isə iddiaçının qohumu yaşayır. Birinci mərtəbədə yaşayış sahələri fərqli olsa da, ikinci mərtəbə tam olaraq bir yaşayış sahəsindən ibarətdir. Evin ikinci mərtəbəsində yerləşən yaşayış sahəsinə yuxarı küçədən də giriş var. Eyni zamanda həmin sahəyə ümumi həyətdən pilləkənlə də qalxmaq olar. Digər iki yaşayış sahəsinə yalnız aşağı hissədən giriş var. Yuxarı hissədə həyətyanı torpaq sahəsi mövcud deyil, yaşayış sahəsinin qapısı birbaşa yola açılır. Aşağıda isə evin qabağında ətrafı hasarlanmış və ümumi bir darvazası olan həyət mövcuddur. Yerində müayinənin keçiriləcəyi yerin girişi olaraq da, həmin darvaza məhkəmə kollegiyasına fotoşəkil vasitəsilə təqdim edilmiş və yerində müayinə həmin nöqtədən başlanılmışdır. Yerində müayinə zamanı məhkəmə kollegiyası tərəfindən müşahidə edilənlərin prizmasından iddiaçının reyestrdə adına qeydi aparılmış mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması tələbinin təmin olunma imkanının yoxlanılması üçün sözügedən “mənzil”in “fərdi yaşayış evi” anlayışına cavab verib-verməməsi araşdırılmalıdır. Qeyd olunan maddi hüquq normalarının mənasına görə, mənzil və fərdi yaşayış evinin hər ikisi bir və ya bir neçə otaqdan, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət yaşayış sahəsidir, aralarındakı fərq ondan ibarətdir ki, fərdi yaşayış evi yaşayış sahəsi olaraq fərdi müəyyən edilmiş evdir, mənzil isə çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən, strukturca ayrıca sahədir. Yuxarıda qeyd olunduğu kimi, yerində müayinə zamanı mübahisəli daşınmaz əmlakın yaşayış sahəsi olaraq fərdi müəyyən edilmiş ev olması öz təsdiqini tapmamışdır. Birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq göstərmişdir ki, iddiaçının həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərdən də görünür ki, həmin yaşayış sahəsi mənzil kimi göstərilmişdir. Həmin yaşayış sahəsinin fərdi yaşayış evi olmasına dair hər hansı bir qeyd mövcud deyildir.

13. Iddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

14. Iddiaçı kassasiya şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandıraraq qeyd etmişdir ki, iddiaçıya məxsus olan tikili digər yaşayış evlərindən təcrid şəkildədir, ayrıca girişi var. Məhkəmə qərarında da qeyd edildiyi kimi, giriş küçədən birbaşa evin içərisinədir. Digər tərəfdən, əgər mənzil olsaydı, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzil nömrəsi qeyd olunardı. Əmlak əvvəllər paylı mülkiyyətdə olmuşdur, bölgü sxemi tərtib edilərək ayrılmışdır. Fərdi yaşayış evi yamacda yerləşir. Yəni, altındakı torpaq sahəsi düz deyil. Evin girişi birbaşa torpağın üzərindədir. Mənzil birmərtəbəli ayrı tikilidir. Cavabdeh tərəfindən əmlakın fərdi yaşayış evi olmadığına istinad edilməmiş və bunu təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Iddiaçının iddia etdiyi sahə artıq dövlət qeydiyyatına alınmışdır. Qeydə alınmış sahə birmərtəbəli ayrıca tikilidir. Altında yerləşən sahəyə həmin evin birinci mərtəbəsi demək üçün hazırda heç bir əsas yoxdur. Birinci mərtəbə olsa belə, çoxmərtəbəli fərdi yaşayış evi və çoxmənzilli binanın tərkib hissəsi olan mənzil fərqli anlayışlardır. Məhkəmə həmin fərqə düzgün hüquqi qiymət verməmişdir.

15. Məhkəmə mübahisəli daşınmaz əmlakın çoxmərtəbəli fərdi yaşayış evi və çoxmənzilli binanın tərkib hissəsi olan mənzil olub-olmadığının fərqləndirilməsi üçün zəruri biliklərə malik olan ekspert dəvət edib rəy alınmasını təmin etməmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBIQ EDILƏN HÜQUQ

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən, yaşayış sahələri mənzil hüququnun obyektidir. 12.2-ci maddəsinə görə, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. 13.1-ci maddəsinə əsasən, yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri 13.2-ci maddəsinə müvafiq olaraq, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3-cü maddəsinin tələbinə görə isə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ...

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/46955" \o "Azərbaycan Respublikasının Mənzil Məcəlləsi"Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair HYPERLINK "https://eqanun.az/framework/5474" \o "yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən nömrəsiz mənzilin (yeni qaydalarla: ünvan 2) fərdi yaşayış evi olaraq qeydiyyata alınması və mənzilin (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla həm həmin mənzilə (fərdi yaşayış evinə), həm də torpaq sahəsinə münasibətdə vahid əmlaka dair iddiaçıya çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə mövqeyi ilə razılaşmışdır.

27. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, 12-ci Xrebtovı küçəsində yerləşən, yaşayış sahəsi 163,1 kv.metr, köməkçi sahə 116 kv.metr olan 8 otaqlı **b saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsi bağlanması öhdəliyi Bakı şəhəri Yasamal Rayon Icra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qətnaməyə əsasən, Bakı şəhəri Yasamal Rayon Icra Hakimiyyəti başçısının ##.##.2004-cü il tarixli sərəncamı əsasında iddiaçıya order verilməsi qərara alınmışdır. Iddiaçı bundan sonra həmin ünvana dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Iddiaçının həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərə əsasən həmin yaşayış sahəsi mənzil kimi göstərilmişdir. Həmin yaşayış sahəsinin fərdi yaşayış evi olmasına dair hər hansı bir qeyd mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı keçirilmiş yerində müayinə zamanı da mübahisəli daşınmaz əmlakın yaşayış sahəsi olaraq fərdi müəyyən edilmiş ev olması öz təsdiqini tapmamışdır.

29. Kassasiya məhkəməsi analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarlarda) aşkar və birmənalı şəkildə qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir.

30. Hazırkı iş üzrə isə iddiaçı nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi torpaq sahəsinin ona məxsus olması, habelə onun mülkiyyət hüququnun qeydə alınması üçün yuxarıda göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən sənəd təqdim etməmişdir. Bu da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar