Məhkəmə qərarları › İş №2-1(102)-3272/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3272/2019

11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3272/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bəhrəm qızının cavabdeh Bakı şəhəri Cavabdeh1nə və üçüncü şəxs X4qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3272/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: iddiaçının mübahisələndirdiyi qərar iş materiallarında mövcud deyildir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X6 ibarət tərkibdə, İddiaçı Bəhrəm qızının, üçüncü şəxs X10 qızının nümayəndəsi Cavabdeh2 X1, vəkili Vəkil iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdeh1nə və üçüncü şəxs X4 qarşı qeydiyyatın verilməsinə da ir qərarın etibarsız hesab olunması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)2153/2019 saylı qərardadından üçüncü şəxs X7 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X1 Cavabdeh1nə qarşı iddia ərizəsi ilə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən tikilinin özbaşına inşa edilmiş ev olduğunu, valideynlərinin vəfatından sonra qardaşı Cavabdeh2 X2 ünvan 2 ünvanında 3 otaqlı mənzil alaraq ailə üzvləri ilə birgə həmin ünvana köçdüklərini, hal-hazırda orada yaşadıqlarını, mənzili özəlləşdirib mülkiyyət hüququ qazandığını, hal-hazırda yaşadığı ünva nda yerləşən tikili iki ailənin, onun və qardaşı X4 istifadəsində olduğunu, qardaşı X3 özünün himayəsində olan 1991-ci il təvəllüdlü qızı - X1 yolla ona övladlıqa verdiyini, övladlığa vermək məhkəmə vasitəsi ilə müəyyən edildiyi halda, X1 ona övladlığa icra hakimiyyətinin sərəncamı ilə verildiyini və 2007-ci ildə yaşadığı ünvan üzrə qeydiyyata saldığını, bu haqda nə o, nə də ünvan üzrə qeydiyyatda olan qardaşı X2 müvafiq razılıq ərizəsi vermədiklərini, Cavabdeh2 göstərilən saxtakarlığı məqsədli şəkildə etdiyini, özünün mülkiyyət hüququ ilə məxsus olan evinin olmasına baxmayaraq, X3 məqsədli şəkildə hər gün onun ünvanına gəlib maneçilik törətdiyini, o, etirazını bildirəndə isə məhkəməyə müraciət edib qızı X1 qeydiyyatda olduğu, lakin bu ünvanda heç vaxt yaşamadığı sahəyə onun yaşayış sahəsi nə köçürülməsi barədə iddia qaldırdığını, birinci instansiya məhkəməsi bu iddianı rədd etsə də, X3 iddianı yuxarı instansiya məhkəməsində təmin edilməsinə bütün vasitələrdən istifadə edib nail olduğunu bildirərək, cavabdeh tərəfindən X3 yaşayış sahəsi kimi ünvan 3 ünvanının tanınmasına dair qəbul edilmiş qərarın etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)-1032/2019 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim – Ş.Ə.Süleymanova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-2153/2019 saylı qərardadı ilə (sədrlik edən İ.B.Əhmədov, hakimlər S.S.Seyidova və V.M.Məmmədov) İddiaçı Bəhrəm qızının apellyasiya şikayəti qismən təmin edilm iş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadından üçüncü şəxs X7 və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Binəqədi rayon Məhkəməsinin xxxx 2014-cü il tarixli, 2(001)-9519/14 nömrəli qətnaməsi ilə X3 İddiaçı X4 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia üzrə İdd iaçı Bəhrəm qızının X4, X2 qarşı “istifadə hüququnun itirilməsi” tələbi təmin edilmiş, qətnamə ilə X3 X1 qəsəbəsi, X5 küçəsi, döngə 1, ev 1 ünvanına olan istifadə hüququ itirilmiş hesab edilmiş, məhkəmənin həmin qətnaməsi qanunvericiliklə müəyyən edilmiş müddətdə C.İsmayılovaya verilmədiyindən, Binəqədi rayon məhkəməsinin xxxx 2014-cü il tarixli, 2(001)- 9519/14 saylı icra vərəqəsinə əsasən üçüncü şəxsi ünvan 4 ünvanından qeydiyyatdan çıxarmışlar, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxxx 2015-ci il tarixli qətnaməsi ilə Binəqədi rayon məhkəməsinin xxxx 2014-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, qətnaməyə əsasən İddiaçı Bəhrəm qızının X8ma qarşı ünvan 6 ünvanından isti fadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən İddiaçı Bəhrəm qızı tərəfindən kassasiya şikayəti verilməmişdir və qətnamə həmin hissədə qüvvəyə minərək icraya yönəldilmiş, məhkəmə qərarının icrası ilə əlaqədar üçüncü şəxsin qeydiyyatı bərpa edilmiş, hazırda məhkəmənin xxxx 2015-ci il tarixli qətnaməsi qüvvədədir və həmin qətnamə qüvvədə olduğu halda onun qeydiyyatının ləğv edilməsi tələb olunur, həmçinin Cavabdeh1 tərəfindən X1 ünvan 6 ünvanına qeydiyyata düşməsi üçün hər hansı bir qərar qəbul edilməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında əsassız olaraq ləğv edilmiş qeydiyyatı bərpa edilmişdir. Tərəflərin izahatları Üçüncü şəxs X3 nümayəndəsi Cavabdeh2 Bəhrəm oğlu və vəkili Vəkil məhkəmə kol legiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı Bəhrəm qızı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Bakı şəhəri Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, üçüncü şəxs X3 nümayəndəsi Cavabdeh2 X1, vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2153/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsində inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialar (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların dairəsinə daxil edilmiş, lakin həmin maddədə etibarsızlığı (qan uniliyi) mübahisələndirilən sənədin hüquqi akt yox, inzibati akt olması mütləqdir, iddia tələbi “Bakı şəhəri Cavabdeh1 tərəfindən X3 yaşayış sahəsi kimi ünvan 3 ünvanının tanınmasına dair qəbul edilmiş qərarın etibarsız hesab olunması”ndan ibarətdir, iddiaçının mübahisələndirdiyi qərar ümumiyyətlə iş materiallarında mövcud deyildir, məhkəmə İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya iddia tələbinin dəqiqləşdirməsi ilə bağlı yardım da etməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya də yişdirilməsinə) dair iddialara, 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəf indən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir, başqa sözlə inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən verilmiş istənilən növ sənədin deyil, yalnız “İnzibati icraat haqqında”AR Qanununun tələbləri baxımından inzibati akt hesab olunan hakimiyyət tədbirinin etibarsızlığı ilə bağlı iddialara baxıla bil ər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məcəllənin 12.2-ci maddəsinə müvafiq olaraq məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin m ünasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə məhkəmə qərarını ləğv edərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində cavabdehin qərarının etibarsız hesab edilməsini tələb etdiyi halda, birinci instansiya məhkəməsinin zəruri sübutları tələb etmədiyini, iddiaçının mübahisələndirdiyi qərarın ümumiyyətlə iş materiallarında mövcud olmadığını, bununla da İnzibati Prosessual Məcəllənin 12.1, 12.2, eləcə də 58.7-ci maddələrinin tələblərinin pozulduğunu, həmçinin məhkəmənin iddiaçıya iddia tələbinin dəqiqləşdirməsi ilə bağlı yardım da etmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-2153/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-2153/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar