Məhkəmə qərarları › İş №2-1(102)-3277/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3277/2025

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3277/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan̈Respublikası̈adından Azərbaycan̈Respublikası AlïMəhkəməsinin̈InzibatïKollegiyasının cavabdeḧAzərbaycan̈Respublikasının̈IqtisadiyyaẗNazirliyïyanındäDövlət VergïXidmətïBakı̈şəhərïLokal̈Gəlirlər̈Baş̈Idarəsinə̈qarşı̈iş̈üzrə ̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈Q̈Ə̈R̈ÄR̈İ (Açar sözlər : Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi) Azərbaycan̈Respublikası AlïMəhkəməsinin̈InzibatïKollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN̈HALLARI

1. Cavabdehin ##.##.2022 tarixli **************** saylı qərarı ilə iddiaçı barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi ##.##.2023-cü il tarixli **************** nömrəli aktla rəsmiləşdirilmişdir.

2. Səyyar vergi yoxlaması aktı əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2022-ci il tarixli **************** nömrəli qərar qəbul edilmiş və iddiaçıya 2019-cu ilin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi, 2020-2022-ci illər üzrə ÖMV üzrə ümumilikdə 443.512,74 manat əlavə vergi hesablanmış, habelə Vergi Məcələsinin 57.1, 58.1 və 58.7- 1-ci maddələrinə əsasən 284.139,99 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

IŞ̈ÜZRƏ̈QƏBUL̈EDILMIŞ̈MƏHKƏMƏ̈AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativi (bundan sonra mətndə -İddiaçı MTK) cavabdeh Azərbaycan Respublikasının Cavabdeh (bundan sonra mətndə - Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2023-cü il tarixli **************** nömrəli səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2022-ci il tarixli **************** nömrəli qərarı ləğv edilməklə, əsassız hesablanmış vergi borcu və maliyyə sanksiyasının İddiaçı MTK-nın şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK bina tikinti fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisidir. MTK-ya Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.2019-cu il tarixli *** saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanında yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. MTK bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini qanunauyğun bəyan etsə də, əsassız olaraq cavabdeh tərəfindən əlavə vergilər hesablanmışdır. Belə ki, hesablama zamanı pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yolları və texniki mərtəbələr də vergi obyekti kimi nəzərə alınaraq bunlara görə əlavə vergilər hesablanmışdır.

5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, yoxlama zamanı binaların ümumi sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin dəqiqləşdirilməsi məqsədi ilə “X1” MMC-dən mütəxəssis rəyi alınmışdır. Mütəxəssisin təqdim etdiyi ##.##.2023-cü il tarixli rəyə əsasən, MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanda faktiki inşa etdiyi (A,B,C,D,E,F blokları və Layihədə olmayan hissə (faktiki mövcud olan)) yaşayış binalarının ümumi sahəsinin 32490,20 kv.m (o cümlədən, yaşayış sahəsi 9407,40 kv. m., qeyri-yaşayış sahəsi 10843,80 kv.m., zirzəminin yararlı sahəsi 2790,00 kv.m., pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yolları 8627,90 kv. m., texniki mərtəbə sahəsi 821,10 kv.m.) olduğu müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə MTK tərəfindən “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” üzrə təqdim edilmiş bəyannamələrdə hesablanmış 2219268,38 manat vergi məbləği nəzərə alınmaqla, 433963,92 manat (2653232,29-2219268,38) verginin azaldıldığı müəyyən edilmişdir. VM-in 58.1-ci maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 433963,92 manat azaldılmasına görə 50 faiz məbləğində, yəni 216981,96 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə, yoxlama ilə müəyyən edilmişdir ki, yoxlanılan dövrdə vergi ödəyicisinin bank hesabına təsisçi tərəfindən ümumilikdə 587385,00 manat qısa müddətli borc vəsaiti daxil olmuşdur. Mülki Məcəllənin 739-cü maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla, vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə, vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. VM-in 123.1-ci maddəsinə əsasən, rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Odur ki, yoxlama nəticəsində, cəlb olunmuş borc vəsaitinə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə, yoxlanılan dövrdə 95488,33 manat faiz məbləğinə 9548,82 manat ödəmə mənbəyindən vergi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, ödəmə mənbəyində vergi məbləğinin hesabatda göstərilən məbləğinin, verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 9548,82 manat məbləğə 50 faiz miqdarında - 4774,42 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

6. Bakı Inzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) ## ###### 2024-cü il tarixli, e-*- *(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisənin predmetini bina tikintisi fəaliyyətinə görə hesablanmış sadələşdirilmiş vergi üzrə binanın vergitutma obyekti olan sahəsi təşkil edir. Əslində hazırkı mübahisə verginin hesablanması ilə bağlı deyil, yaşayış binasının hansı hissələrinin həmin binanın sahəsinə aid olub-olmaması ilə bağlıdır. Belə ki, son nəticədə vergi öhdəliyinin məbləği həmin sahənin həcmindən asılı olaraq formalaşır. Mübahisənin yarandığı vaxt qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Tikilən binanın vergitutma baxımından ölçüləri müəyyən edilərkən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2012-ci il tarixli * nömrəli qərarı ilə müəyyən edilmiş tikilən binanın ölçülərinə daxil edilməyən hissələr sahədən çıxılmamalı və tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektini təşkil etməlidir. Göründüyü kimi, bina tikintisində vergitutma obyektinin müəyyən olunmasında iqtisadi əsaslandırmanın meyarı – binanın ümumi sahəsi olmasına baxmayaraq, hazırkı iş üzrə iddiaçı tərəfindən binanın ümumi sahələri mövcud vəziyyətdən az göstərilmişdir. Odur ki, iddia tələbi əsassızdır.

8. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və A.P.Oruczadə) ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **************** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ləğv edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi və hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki:

11. Cavabdeh növbədənkənar vergi yoxlaması haqqında qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etsə də, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin zəruriliyini mötəbər sübutlar və faktlarla əsaslandırmamış, sadəcə olaraq, sözügedən maddəyə istinad etmişdir ki, bu da Vergi Məcəlləsinin tələblərinə ziddir.

12. Mübahisənin mahiyyəti üzrə isə qeyd edilməlidir ki, hazırkı mübahisənin predmeti verginin hesablanması ilə bağlı deyil, yaşayış binasının hansı hissələrinin vergi hesablanması üçün nəzərə alınmasıdır. Belə ki, son nəticədə vergi öhdəliyinin məbləği həmin sahənin həcmindən asılı olaraq formalaşır. Nəzərə almaq lazımdır ki, VM-in 219.3cü maddəsində vergitutma obyekti kimi bəhs olunan “binanın hər mərtəbəsinin ümumi sahəsi” anlayışı texniki anlayışdır və vergi qanunvericiliyində həmin anlayışın açıqlaması nəzərdə tutulmamışdır. Halbuki vergilərin müəyyən edilməsinin və tutulmasının əsaslarından biri ondan ibarətdir ki, vergi qanunvericiliyi elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (VM-in 3.9-cu maddəsi). Vergi Məcəlləsinin 13.1-ci maddəsinə görə, bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin normaya əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2012-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nda yaşayış binasının ümumi sahəsinin hesablanması qaydası müəyyən edilmiş və izahı verilmişdir. Istinad edilən “Qaydalar”ın 3.1-ci bəndinə əsasən, “yaşayış binasının ümumi sahəsi – binanın mərtəbələrinin sahələrinin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildən kənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir”.

13. Bundan əlavə, cavabdehin iddiaçı tərəfindən inşa edilmiş binaların sahəsinin və əmək tutumunun müəyyən olunması məqsədi ilə ##.##.2022-ci il tarixli mütəxəssis dəvət edilməsi barədə qərarına əsasən, “X1” MMC-nin nümayəndəsi mütəxəssis qismində dəvət edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərlə rəyi hazırlamış mütəxəssisin bina tikintisi sahəsində təcrübəsinin olması təsdiq edilmir. Eyni zamanda, rəyin araşdırılması zamanı müəyyən olunmuşdur ki, binanın sahəsi hesablanarkən, bu sahəni tənzimləyən heç bir normativ hüquqi akta istinad edilməmişdir, həmçinin, mütəxəssis tərəfindən qanunvericiliklə müəyyən olunmayan özünəməxsus yanaşma nümayiş etdirilmişdir. Belə ki, əlavə vergilərin hesablanılmasına əsas pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yolları üzrə olan 8164,87 kv.m sahə olmuşdur. Mütəxəssis rəyi və səyyar vergi yoxlaması aktında xüsusən də hansı avtomobil yollarının, hansı əsasla BTSFV üzrə vergiyə cəlb edilməsi barədə heç bir açıqlama verilməmişdir. Ümumiyyətlə, Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 219.3-cü maddəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2012-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nda avtomobil yollarının binanın sahəsinə aid edilməsi, dolayı yolla isə vergiyə cəlb edilməli sahə olması barədə heç bir müddəa nəzərdə tutulmamışdır.

14. Həmçinin, birinci instansiya məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadına əsasən “tikinti-texniki obyektlərin tədqiqi və məhkəmə mühasibatlıq ekspertizası” təyin edilmiş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Mərkəz tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı rəy ilə səyyar vergi yoxlaması ilə hesablanılmış əlavə vergilər təsdiqini tapmamışdır.

15. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, yoxlanılan dövrdə vergi ödəyicisinin bank hesabına təsisçi tərəfindən 587.385,00 manat qısa müddətli borc vəsaiti daxil olmuşdur. Cavabdeh tərəfindən VM-in 123.1-ci maddəsinə istinad edilməklə, Mərkəzi Bankın müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə, yoxlanılan dövrdə 95.488,33 manat faiz əldə olunması qənaətinə gəlinmiş və buna münasibətdə 9.548,82 manat ÖMV hesablanılmışdır. Cavabdeh tərəfindən Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 739.1-ci maddəsinə və 739.2-ci maddənin 1-ci cümləsinə istinad edilsə də, yoxlama zamanı Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 739-cu maddəsinə kompleks yanaşılmamışdır. Belə ki, Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Səyyar vergi yoxlaması zamanı cəmiyyətin təsisçilərinin müstəqil peşə fəaliyyəti şəklində borc pul verməsi, həmin pulun qaytarılmasına görə gəlir əldə etməsi, həmçinin vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması sübut edilməmişdir. Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən, “Rezident” fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla, ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Göründüyü kimi, Vergi Məcəlləsinin 123.1-ci maddəsi ödəmə mənbəyində vergilərin hesablanmasını birbaşa olaraq faizlərin ödənilməsi ilə şərtləndirir. Halbuki səyyar vergi yoxlaması ilə cəmiyyətin təsisçilərə qaytardığı borc pul məbləğinə görə faizlər ödəməsi, həmçinin təsisçilərin bu cür borca görə gəlir əldə etməsi sübut edilməmişdir.

16. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya münasibətdə ÖMV bəyənnamələrinin verilməməsinə görə 2021-2022-ci illər üzrə 360 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə hesablanılmış ÖMV məbləği əsaslı olmadığından, həmin dövrlər üzrə bəyənnamə təqdim etmək öhdəliyi də olmamışdır. Müəyyən olunur ki, 2019-cu ilin 4 rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cəmiyyət həmin dövrdə BTSFV üzrə ödəyici kimi qeydiyyatda olmuşdur və dövr üzrə bəyannamə təqdim etmişdir.

17. Müəyyən olunur ki, iddiaçıya münasibətdə VM-in 58.7-1-ci maddəsinə əsasən 61.983,61 manat maliyyə sansksiyası tətbiq edilmişdir. Lakin iş materialları ilə iddiaçı tərəfindən 619.836,05 manat məbləğində əməkhaqqının nağd formada ödənilməsi “Inzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır.

18. Beləliklə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslıdır və qərarın ləğvinə əsas verir, bu səbəbdən iddia tələbi təmin edilməlidir.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

KASSASIYÄŞIKAYƏTININ̈VƏ̈ONÄQARŞÏETIRAZIN̈DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayətində işin hallarına, iddia tələbinə etirazdakı dəlillərə istinad etmiş, əlavə olaraq isə qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına və iş üzrə sübutlara düzgün qiymət verilməmişdir.

21. Belə ki, məhkəmə tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının əsaslandırılmamış olması qeyd edilsə də, səyyar vergi yoxlamasının başlanması üçün əsas ##.##.2022-ci il tarixli **************** nömrəli xidməti məlumat olmuşdur və həmin xidməti məlumat mənbəyi bəlli olan məlumat hesab edilir. Lakin məhkəmə iş üzrə araşdırma aparmadığı üçün səyyar vergi yoxlamasının başlanması üçün əsas olan mənbəyi bəlli olan məlumatları müəyyən etməmiş, formal əsaslarla və həddən artıq formalizmi tətbiq edərək yoxlamanın başlanma əsaslarını şübhə altına almışdır. Həmçinin, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə əsas olmuş hallar səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində qeyd olunmuş, əsaslandırılmış, həmin akt sübut kimi məhkəməyə təqdim edilmişdir və işin materiallarında mövcuddur.

22. Əlavə olaraq, Vergi Məcəlləsinin 219.3-cü bəndinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Mütəxəssis rəyi ilə hesablanmış sahələr, eləcə də, pilləkan, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yolları üzrə sahələr binanın tərkib hissəsinə və ümumi sahəsinə aid olduğundan vergiyə cəlb edilmişdir. Iş üzrə təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ##.##.2024-cü il tarixli */****-**/**** nömrəli ekspert rəyinə gəldikdə isə bildirilir ki, ekspert vergilərin hesablanması ilə bağlı Vergi Məcəlləsinin 219.3cü bəndini nəzərə almadan, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və eyni zamanda, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2012-ci il tarixli * saylı qərarı ilə təsdiq edilmiş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının 3.8-ci bəndinə əsaslanmışdır ki, bu da əsassızdır. Halbuki ekspert qarşısında qoyulmuş suallarda məhz Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla rəy verilməsi bildirilmişdir.

23. Vergi ödəyicisi tərəfindən vergi orqanına 2020-ci ilin II-IV, 2021-ci ilin İ-IV və 2022-ci ilin İ-II rübləri üzrə ödəmə mənbəyində vergi üzrə bəyannamə təqdim edilməmişdir. Halbuki səyyar vergi yoxlaması ilə müəyyən edilmişdir ki, iddiaçı həmin dövrlər üzrə ödəmə mənbəyində tutulan vergini dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Həmçinin, yoxlama zamanı müəyyən edilmişdir ki, 2019-cu ilin IV rübü üzrə vergi orqanına, ümumiyyətlə, sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir.

24. Bundan əlavə, əməkhaqlarının hesablanması və ödənilməsi vəziyyəti yoxlanılarkən müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində əməkhaqqı fondu 836.597,30 manat, çıxılmalardan sonra işçi heyətinə ödənilməli əməkhaqqı məbləği isə 619.836,05 manat təşkil etmişdir. Lakin yoxlanılan dövr ərzində müəssisənin bank hesablarından əməkhaqqı məbləği ödənilməmişdir. Yoxlama ilə nağd qaydada ödənilmiş əməkhaqqı məbləği 2019-cu il üçün 1210,94 manat, 2020-ci il üçün 366.598,39 manat, 2021-ci il üçün 188.053,18 manat, 2022-ci il üçün 63.973,55 manat olmaqla, ümumilikdə 619.836,05 manat müəyyən edilmişdir. Müəssisənin direktorunun yoxlamaya təqdim etdiyi ##.##.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, işçilərlə hesablaşmalar üzrə cari yoxlama dövrünün sonuna vergi öhdəliyi qalmamışdır. Beləliklə də, vergi ödəyicisinin Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin və ## ###### 2016-cı il tarixli ***-VQ nömrəli “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.4-cü maddəsinin tələblərini pozmaqla 619.836,05 manat əməkhaqqının nağd qaydada ödənilməsinə görə 61.983,61 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Iddiaçı nə iddia ərizəsində, nə də məhkəmə icraatının gedişində bu faktı təkzib etməmiş və məhkəmə tərəfindən isə, ümumiyyətlə, bu istiqamətdə hər hansı araşdırma aparılmamışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ̈EDILƏN̈HÜQUQ

26. Azərbaycan̈Respublikasının̈InzibatïProsessual̈Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN̈MÜMKÜNLÜYÜ,̈KASSASIYÄBAXIŞININ̈HƏDLƏRI

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYÄINSTANSIYÄMƏHKƏMƏSININ̈MÖVQEYI

29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində qismən əsaslı olduğundan həmin hissədə təmin edilməli, qərar qismən ləğv edilməklə, iddia həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

30. Hazırkı iş üzrə iddiaçıya mübahisələndirilən “Vergi ödəyicisinin və ya sığortaedənin qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2022-ci il tarixli **************** nömrəli qərarı ilə iddiaçıya 2019-cu ilin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi və 2020-2022-ci illər üzrə ÖMV üzrə ümumilikdə 443.512,74 manat əlavə vergi hesablanmış, habelə Vergi Məcələsinin 57.1-ci, 58.1-ci və 58.7-1-ci maddələrinə əsasən 284.139,99 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

Mübahisələndirilən qərarla hesablanmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi barədə qeydlər

31. Hazırkı iş üzrə iddiaçıya 2019-cu il üzrə qeyd edilən vergi tədiyyəsi üzrə 433.963,92 manat hesablanmış və 216.981,96 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

32. Əlavə vergilərin hesablanılmasına əsas pilləkan, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yolları üzrə olan 8164,87 kv.m sahə olmuşdur. Göründüyü kimi, hazırkı mübahisənin predmeti verginin hesablanması ilə bağlı deyil, yaşayış binasının hansı hissələrinin vergi hesablanması üçün nəzərə alınmasıdır. Belə ki, son nəticədə vergi öhdəliyinin məbləği həmin sahənin həcmindən asılı olaraq formalaşır.

33. Bununla bağlı məhkəmə kollegiyası formalaşmış məhkəmə təcrübəsinə istinad edərək,40.aşağıdakıları qeyd edir.

34. Nəzərə almaq lazımdır ki, VM-nin 219.3-cü maddəsində vergitutma obyekti kimi bəhs olunan “binanın hər mərtəbəsinin ümumi sahəsi” anlayışı texniki anlayışdır və vergi qanunvericiliyində həmin anlayışın açıqlaması nəzərdə tutulmamışdır. Halbuki, vergilərin müəyyən edilməsinin və tutulmasının əsaslarından biri ondan ibarətdir ki, vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (VM-in 3.9-cu maddəsi).

35. Vergi Məcəlləsinin 13.1-ci maddəsinə görə, bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.

36. Bu baxımdan, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin müddəaları hazırkı mübahisəyə tətbiq edilə bilər. Həmin normaya görə, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

37. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 2012-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.1-ci bəndinə görə, yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. ... Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir.

38. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarla hesablanmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin qanunsuz olmasına dair nəticəsi əsaslı olmuşdur.

Mübahisələndirilən qərarla hesablanmış ÖMV barədə qeydlər

39. Işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, mübahisələndirilən qərarla hesablanmış ÖMV müəssisənin təsisçisinin müəssisəyə verdiyi borcun qaytarılmasına görə hesablanmışdır. Məhkəmə kollegiyası təsisçinin verdiyi borca görə hesablanmış ÖMV ilə bağlı qeyd edir ki, təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinə bank faizləri tətbiq etməklə ödəmə mənbəyində vergilərin hesablanması ilə bağlı artıq vahid məhkəmə təcrübəsi formalaşmışdır və bu təcrübədə əks olunan hüquqi mövqe ondan ibarətdir ki, bu qəbildən olan işlərdə kredit və ya digər formada pul vəsaitlərinin verilməsinin təsisçinin fəaliyyət istiqamətinə daxil olmaması (yəni, onun bank təşkilatı və ya BOKT olmaması) və bu vəsaitlərin verilməsinin məqsədi nəzərə alınmalıdır. Sadalanan xüsusatların qiymətləndirilməsi həmin pul vəsaitlərinin faizlə verilən borc məbləğlərinə aid edilməsini, eləcə də pul vəsaitlərinin hərəkəti üzrə təsisçinin mənfəət əldə etməsi ehtimalını aradan qaldırır. Cavabdeh inzibati orqan isə təsisçinin iddiaçıya verdiyi həmin borc vəsaitlərindən faizlər üzrə gəlir əldə etməsini konkret sübutlara söykənmədən, ehtimal olunan hallarla əsaslandırmaqla kifayətlənir. Odur ki, cəmiyyətin təsisçisinin müstəqil peşə fəaliyyəti şəklində borc pul verməsi və həmin pulun qaytarılmasına görə gəlir əldə etməsi iş üzrə sübuta yetirilmədiyi hallarda təsisçinin müəssisəyə verdiyi borcun qaytarılmasının ÖMVyə cəlb edilməsi qanunsuz hesab edilməlidir.

41. Beləliklə, ÖMV hesablanması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi və mövqeyi əsaslı olmuşdur.

Vergi Məcəlləsinin 57.1-ci və 58.7-1-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyası barədə qeydlər

42. Mübahisələndirilən qərarla Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən ümumilikdə 400 manat maliyyə saksiyası tətbiq edilmişdir (360 manat ÖMV üzrə bəyananmənin təqdim edilməməsinə görə, 40 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə bəyananmənin təqdim edilməməsinə görə).

43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ÖMV üzrə bəyannamənin təqdim edilməməsinə görə tətbiq edilmiş maliyyə sanksiyasının qanunsuzluğu ilə bağlı mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçının hazırkı iş üzrə nə qədər ki, ÖMV ödəmək öhdəliyi olmayıb, məntiqi olaraq bəyannamə təqdim etmək öhdəliyi də yoxdur.

44. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə bəyannamənin təqdim edilməməsinə görə tətbiq edilmiş 40 manat maliyyə sanksiyası ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi 2019-cu ilin IV rübü üzrə bəyannamənin təqdim edildiyini qeyd etsə də, kassator əksini iddia edir. Odur ki, təkrar apellyasiya baxışında bununla bağlı işin halları daha ətraflı araşdırılmalıdır.

45. Bundan əlavə, mübahisələndirilən qərarla iddiaçıya Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 61.983,61 manat maliyyə sanksiya tətbiq edilmişdir. Kassator qeyd etmişdir ki, əməkhaqlarının hesablanması və ödənilməsi vəziyyəti yoxlanılarkən müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində əməkhaqqı fondu 836.597,30 manat, çıxılmalardan sonra işçi heyətinə ödənilməli əməkhaqqı məbləği isə 619.836,05 manat təşkil etmişdir. Lakin yoxlanılan dövr ərzində müəssisənin bank hesablarından əməkhaqqı məbləği ödənilməmişdir. Yoxlama ilə nağd qaydada ödənilmiş əməkhaqqı məbləği 2019-cu il üçün 1.210,94 manat, 2020-ci il üçün 366.598,39 manat, 2021-ci il üçün 188.053,18 manat, 2022-ci il üçün 63.973,55 manat olmaqla, ümumilikdə 619.836,05 manat müəyyən edilmişdir. Müəssisənin direktorunun yoxlamaya təqdim etdiyi ##.##.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, işçilərlə hesablaşmalar üzrə cari yoxlama dövrünün sonuna vergi öhdəliyi qalmamışdır. Beləliklə də, vergi ödəyicisinin Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin və ## ###### 2016-cı il tarixli ***-VQ nömrəli “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.4-cü maddəsinin tələblərini pozmaqla 619.836,05 manat əməkhaqqının nağd qaydada ödənilməsinə görə 61.983,61 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bu dəlili təkzib edən hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi isə qeyd etmişdir ki, iş materialları ilə iddiaçı tərəfindən 619.836,05 manat məbləğində əməkhaqqının nağd formada ödənilməsi “Inzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır.

47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, bu hissədə işin halları IPM-in 12.1-ci maddəsinə uyğun araşdırılmamışdır. Belə ki, kassatorun dəlillərindən hesablamanın əsaslarını müəyyən etmək olsa da, iddiaçı tərəfindən bu halları təkzib edən dəlillər irəli sürülməmişdir. Odur ki, təkrar apellyasiya baxışında bununla bağlı işin halları daha ətraflı araşdırılmalıdır.

48. Qeyd edilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qismən – “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **************** nömrəli, ##.##.2023-cü il tarixli qərarının Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatının verilməməsinə görə tətbiq edilmiş 40 manat maliyyə sanksiyasının və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən tətbiq edilmiş 61.983,61 manat maliyyə sanksiyasının ləğv edilməsi hissəsində ləğv edilməli, iş həmin hissələrdə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməli, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARÄALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı qismən – “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **************** nömrəli, ##.##.2023-cü il tarixli qərarının Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatının verilməməsinə görə tətbiq edilmiş 40 manat maliyyə sanksiyasının və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən tətbiq edilmiş 61.983,61 manat maliyyə sanksiyasının ləğv edilməsi hissəsində ləğv edilsin və iş eyni hissələrdə təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar