Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-328/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İda rəsinə qarşı xx.xx.2013-cü il tarixdə 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası təyin edilərkən bu günədək bir dəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1721/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı xx.xx.1956-cı ildə Ağdam rayonunda anadan olmuşdur.
2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı xx.xx.2013-cü il tarixdə 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası təyin edilərkən bu günədək birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Həmin müraciətinin nəticəsi barə də xx xxxxxx 2020-ci il tarixdə rəsmi cavab məktubu təqdim edilərək işlədiyi dövrlərdə əmək haqqı almadığından güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Onun ümumilikdə əmək stajı 25 (iyimi beş) il 05 (beş) ay təşkil edir. Həmin əmək stajı 15 (on beş) il 04 (dörd) ay 05 (beş) gün «xxxx» Qapalı Səhmdar Cəmiyyətində yeraltı işlərdə, yəni tuneldə suvaqçı vəzifəsində işləmişdir. Onun xx.xx.2006-cı il tarixdə 50 yaşı tamam olan zaman onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Buna baxmayaraq həmin tarixdə əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə əsasən pensiya hüququnun yarandığını bilmədiyindən müraciət etməmişdir. O, xx.xx.1975-ci il tarixdən - xx.xx.1975-ci il tarixə kimi 07 (yeddi) ay 20 (iyirmi) gün Tikinti Kombinatında suvaqçı kur sunu bitirmişdir. xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixə kimi 03 (üç) il SSRİ-nin ərazisində hərbi xidmət keçmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1978-ci ilin avqust ayından xx.xx.1992-ci il tarixə kimi «xxxx» Qapalı Səhmdar Cəmiyyətində yeraltı işlərdə 13 (on üç) il 08 (səkkiz) ay suvaqçı vəzifəsində işləmişdir. Sonradan həmin iş yerindən öz xahişi ilə işdən azad olunmuşdur. Sonradan xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi 06 (altı) il 03 (üç) ay bənna vəzifəsində işləmişdir. «xxxx» Qapalı Səhmdar Cəmiyyətində xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi 01 (bir) il 07 (yeddi) ay yeraltı işlərdə suvaqçı vəzifəsində işləmişdir. Onun ümumilikdə 25 (iyimi beş) il 05 (beş) ay 20 (iyirmi) gün əmək stajının 21 (iyirmi bir) il 08 ay (səkkiz) 05 (beş ) günü əmək şəraiti zərərli və ağır olan işlər təşkil edir və işləmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2-1(112)-3791/2020 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 57 yaşdan, yəni xx xxxxxx 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunu 9.1 və 9.8-ci maddələrinə, xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində əsaslanaraq iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan peşələrə uyğun olmaqla xx.xx.2006-ci ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 25 il 06 ay 08 gün ümumi və 15 il 4 ay 05 gün güzəştli iş stajı mövcud olmadığına dair nəticəyə gəlmişdir.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə ape lyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1721/2020 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Mirzəli Abbasov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1 və 9.8-ci maddələrinə, Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsaslanaraq iddiaçının 25 il 06 ay 08 gün ümumi və 15 il 4 ay 05 gün güzəştli iş stajı mövcuddur. Yəni iddiaçıya əmək haqqının ödənilmədiyi 3 ay nəzərə alınmasa belə ona 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2013-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olduğuna dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri:
10. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə təqdim etdiyi əmək kitabçasında qeyd olunanlara əsasən iddiaçı xx.xx.2002xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “xxxx” QSC-nin “Azərtunelmetrotikinti” SC-nin Xüsusi Tamamlama İşlər İdarəsində suvaqçı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin dövrə aid əmək stajının dəqiqləşdirilməsi ilə bağlı idarə tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq 2003-cü ilin may, iyun və 2004-cü ilin aprel aylarında həmin müəssisədə əmək haqqı almadığı bildirilmişdir. Bu səbəbdən həmin dövrləri əmək stajına daxil etmək mümkün olmadığından iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. Hətta iddiaçıya əmək haqqının ödənilmədiyi 3 ay nəzərə alınmasa belə, onun 25 il 6 ay 8 gün ümumi stajı var. Halbuki, əmək kitabçasına əsasən iddiaçının 25 il 11 gün ümumi stajı var (təhsil müddətini saymadan), ondan 3 ayı çıxanda 25 ilə çatmır. Buna görə də, hesab edir ki, məhkəmə tərəfindən iddia əsaslı hesab edildiyi təqdirdə belə, yalnız geriyə 3 il üçün ödənilməsi nəzərdə tutula bilərdi. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-1721/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bild irmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
12. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:
13. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qa nunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı güzəştli şərtlərlə əmək pensiyasının 29.12.13 - xx.xx.2016-cı il dövrü üçün təyin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir, qərar qalan hissədə, yəni güzəştli şərtlərlə əmək pensiyasının xx.xx.2016-xx.xx.2019-cü il hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
15. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
16. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır.
17. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nə zərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə əsasən hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. 19. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var.
20. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraql ar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir.
21. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının cavabdehə təqdim etdiyi əmək kitabçasında qeyd olunanlara əsasən iddiaçı xx.xx.2002-xx.xx.2004cü il tarixləri arasındakı dövr ərzində “xxxx” QSC-nin “Azərtunelmetrotikinti” SC-nin Xüsusi Tamamlama İşlər İdarəsində suvaqçı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin dövrə aid əmək stajının dəqiqləşdirilməsi ilə bağlı idarə tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq 2003-cü ilin may, iyun və 2004-cü ilin aprel aylarında həmin müəssisədə əmək haqqı almadığı bildirilmişdir. Bu səbəbdən həmin dövrləri əmək stajına daxil etmək mümkün olmadığından iddiaçını n ümumi iş stajı 25 ildən az təşkil edir. Hətta iddiaçıya əmək haqqının ödənilmədiyi 3 ay nəzərə alınmasa belə, onun 25 il 6 ay 8 gün ümumi stajı var. Halbuki, əmək kitabçasına əsasən iddiaçının 25 il 11 gün ümumi stajı var (təhsil müddətini saymadan), ondan 3 ayı çıxanda 25 ilə çatmır. Buna görə də, hesab edir ki, məhkəmə tərəfindən iddia əsaslı hesab edildiyi təqdirdə belə, yalnız geriyə 3 il üçün ödənilməsi nəzərdə tutula bilərdi.
22. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər qismən əsaslıdır.
23. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli №3/2020 qərardadı ilə qərara alınmışdır ki, ““Əm ək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.”
24. İş materiallarından görünür ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə xx.xx.2019-cu ildə müraciət etmişdir.
25. Bu səbəbdən də iddiaçıya yalnız müraciət edilən tarixdən əvvəlki üç il üçün əmək pensiyası ödənilməlidir.
26. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, c avabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı güzəştli şərtlərlə əmək pensiyasının 29.12.13xx.xx.2016-cı il dövrü üçün təyin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir, qərar qalan hissədə, yəni güzəştli şərtlərlə əmək pensiyasının xx.xx.2016 - xx.xx.2019-cü il hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1721/2020 nömrəli qərarı güzəştli şərtlərlə əmək pensiyasının 29.12.13xx.xx.2016-cı il dövrü üçün təyin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qərar qalan hissədə, yəni güzəştli şərtlərlə əmək pensiyasının xx.xx.2016 xx.xx.2019-cü il hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın.