Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-328/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli, 2-1(105)-464/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 8 nömrəli fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 17 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh b ildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 8 nömrəli fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər müraciətə əlavə edilməmişdir. Bundan başqa, ərizəyə əlavə edilmiş İddiaçı verilmiş 9 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin baxış keçirilmiş ərazidə mövcud olmadığı müəyyənləşdirilmişdir. Həmçinin müraciət üzrə əlavə olunmuş sənədlərdə göstərilən fərdi yaşayış evi söküldüyündən baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi faktiki (1317 kv.m) torpaq sahəsinin 200 kv.m hissəsinin **********07-10301 reyestr nömrəsi ilə başqa şəxsin istifadəsində olan torpaq sahəsilə üst-üstə düşdüyü aşkar edilmişdi r. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd edilənlər nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 13 oktyabr tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ona məxsus 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının faktiki istifadəsində olan 1317 kv.m (0.1317 ha) torpaq sahəsindən 200.0 kv.m (0.02 ha) hissəsi çıxılmaqla, yerdə qalan Abşeron rayonu Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus 0.1117 ha (1117.0 kv.metr) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə 2021-ci il 11 mart tarixli məhkəmə iclasında icraata qəbul etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evi və evin həyətyanı 0.12 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı və ail ə üzvləri həmin evdə daimi yaşamaqla orada daimi qeydiyyatdadır. Sözügedən yaşayış evi 1970-ci ildə keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Meşə Komitəsinin Abşeron Meşə təsərrüfatı tərəfindən ərizəyə əlavə edilmiş müqavilə əsasında iddiaçıya verilmiş, həmin yaşayış evi və həyətyanı torpaq sahəsinə dair iddiaçı adına keçmiş texniki inventarlaşdırma bürosu tərəfindən 1988-ci il tarixdə texniki pasport verilmişdir (əlavə edilir). Həmin fərdi yaşayış evi köhnə, istifadəyə yararsız olduğundan sökülmüş və yerində yenisi inşa edilmişdir. Həmin evin və torpağın qeydiyyatı ilə əlaqədar idarəyə müraciət etdikdə, ilk öncə torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmalı, bundan sonra yeni inşa edilmiş fərdi yaşayış evinin qeydiyyata alınmalı olduğu bildirilmişdir. Bununla əlaqəd ar olaraq, yalnız torpaq sahəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi barədə notarial təsdiq edilmiş ərizə (əlavə edilir) iddiaçıdan tələb edilmişdir. Bundan sonra, ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evi və evin həyətyanı 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq qaydada rəsmiləşdirilməsi ilə əlaqədar 2020-ci il 14 avqust tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdeh təşkilata müraciət etmiş, müraciəti qəbul olunaraq ********** nömrə ilə qeydiyyata alınmış və 2020-ci il 17 sentyabr tarixli, **********90 saylı məktubla müraciətinin icrasından imtina edilmişdir. Hesab edir ki, imtina tamamilə qanunsuz və əsassızdır və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. İdarənin imtinada bir d əlili “fərdi yaşayış evi və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi” olmuşdur. Bununla bağlı bildirilməlidir ki, fərdi yaşayış evi və torpaq sahəsi iddia ərizəsinə əlavə edilmiş, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Meşə Komitəsinin Abşeron Meşə təsərrüfatı ilə iddiaçı arasında bağlanılmış müqavilə əsasında iddiaçının qanuni istifadəsinə verilmiş və müvafiq sənədlərlə, habelə texniki pasportla rəsmiləşdirilmişdir. Eyni zamanda, həmin torpaq sahələri ev tikintisi üçün ayrılmış və qonşu torpaq sahələri eyni iddiaçının sənədləri əsasında torpaqlarını özəlləşdirmişlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunver iciliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Bundan başqa, iddiaçının qonşuları eyni onda olan sənədlər əsasında torpaqlarını qeydiyyata aldırmışlar. Belə olan halda, qeydiyyat orqanı tərəfindən imtina edilməsi ümumiyyətlə mümkünsüzdür. İnzibati icraat haqqında Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqı nda” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmişdir. Həmin siyahının 1.11-ci yarımbəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin siyahının 2.5-ci yarımbəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud so vxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. İdarənin imtinada göstərilən digər dəlili ərizəyə əlavə edilmiş sənədlərdə göstərilən fərdi yaşayış evinin baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etməyin mümkün olmaması və fərdi evin yerləşdiyi faktiki (1317 kv.m) torpaq sahəsinin 200 kv.m hissəsinin **********07-10301 reyestr nömrəsi ilə başqa şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi olmuşdur. İddiaçı hesab etmişdir ki, idarənin hazırkı dəlilləri ümumiyyətlə absurddur. Belə ki, ona məxsus evin ünvanı H.Aslanov küçəsi 8-dir və əlavə edilmiş texniki pasportda ev və torpaq sahəsi haqqında bütün məlumatlar göstərilib. Habelə, idarə iddiaçının qonşusu X3 məxsus fərdi yaşayış evinə dair texniki pasport tərtib edərkən səhvə yol vermişdir. Hazırda təkrar inventarlaşdırma işləri aparmaqla müvafiq düzəliş oluna bilər. Qeyd olunan normaların tələbinə əsasən torpaq sahəsi və fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmalıdır. Belə ki, iddiaçı həmin torpaqdan və fərdi yaşayış evindən qanuni istifadə edir. Çünki həmin torpaq və üzərindəki ev iddiaçının mülkiyyətində olub, həmin əmlakı qanuni əsaslarla əldə etmiş, həmin torpaq sahəsi də iddiaçının həyətyanı sahəsi olmuşdur. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər tərəflərindən araşdırılması zamanı iddiaçının istifadəsində olan 0.1317 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair 9 inventar nömrəli texniki pasportu, fərdi yaşayış evinə dair kirayə müqaviləsini təqdim etdiyi, lakin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin 4 saylı Abşeron Ərazi İdarəsinə edilən müraciətə əlavə edilmədiyi aşkarlanmışdır. Bundan əlavə olaraq bildirmişlər ki, müraciətə əlavə edilmiş İddiaçı verilmiş 9 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin baxış keçirilmiş ərazidə mövcud olmadığı müəyyənləşdirilmişdir. Həmçinin müraciət üzrə əlavə olunmuş sənədlərdə göstərilən fərdi yaşayış evi söküldüyündən baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmam ışdır. Əlavə olaraq bildirmişlər ki, fərdi yaşayış evinin yerləşdiyi faktiki (1317 kv.m) torpaq sahəsinin 200 kv.m hissəsinin **********07-10301 reyestr nömrəsi ilə başqa şəxsin istifadəsində olan torpaq sahəsilə üst-üstə düşdüyü aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 26 may tarixli, 2-1(118)-387/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı bildirmişdir ki, fərdi yaşayış evi və torpaq sahəsi iddia ərizəsinə əlavə edilmiş, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Meşə Komitəsinin Abşeron Meşə təsərrüfatı ilə iddiaçı arasında bağlanılmış müqavilə əsasında iddiaçının qanuni istifadəsinə verilmiş və müvafiq sənədlərlə, habelə texniki pasportla rəsmiləşdirilmişdir. O, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci yarımbəndinə əsaslanaraq fərdi yaşayış evinin yerləşdiyi və iddiaçının faktiki istifadəsində olan 1317 kv.m (0.1317 ha) torpaq sahəsindən 200.0 kv.m (0.02 ha) hissəsi çıxılmaqla, yerdə qalan Abşeron rayonu Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus 0.1117 ha (1117.0 kv.metr) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün iddiaçıya verilməsini istəyir. Lakin qeyd edilən siyahının 1.11-ci yarımbəndindən gö ründüyü kimi, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquqmüəyyənedici sənəd kimi müəyyən edilmişdir. İddiaçının istifadəsində olan 0.1317 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi isə kirayə müqaviləsi əsasında onun istifadəsinə verilmiş, özəlləşdirllməmiş, faktiki olaraqda sökülmüşdür. İddiaçı həmin evi sökən zaman müvafiq səlahiyyətli orqandan icazə almalı, həmin evin özəlləşməsi üçün müvafiq hərəkətlər etməli olduğu halda bunları etməmiş, hazırda texniki pasporta əsaslanaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını istəyir ki, cavabdeh inzibati orqanın mövcud qanunvericiliyə əsasən belə bir səlahiyyəti müəyyən olunmur və həmin orqan əsaslı olaraq imtina etmişdir. Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli, 2-1(105)-464/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 26 may tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi möv qeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə olunması üçün iki əsas olmalıdır: - texniki pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilməli; - həmin pasport şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid olmalıdır. Deməli, qanunverici məhdudiyyətsiz olaraq Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş bütün texniki pasportları deyil, yalnız şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportu hüquqmüəyyənedici sənəd kimi qəbul etmişdir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçının təqdim etdiyi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş 9 inventar nömrəli texniki pasport “Döv lət, İctimai Mənzil Fonduna, Mənzil Tikinti Kooperativi Fonduna aid yaşayış evinə dair texniki pasport” adlanır, həmçinin iddiaçıya kirayə verilmiş ev şəxsi mülkiyyət hüququ əsasında sonuncunun adına qeydə alınmamışdır. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab etmişdir ki, iddiaçının təqdim etdiyi texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”-nın 1.11-ci bəndinə əsasən, torpaq sahəsi üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd deyildir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları göstərilmişdir və inzibatı orqanlar həmin əsaslardan biri olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər. Hazırkı işdə həmin əsaslardan heç biri mövcud deyildir. Cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində qeyd edilən imtinaya əsas olan hallara istinad etmədən iddiaçının ərizəsini təmin etməmişdir.
14. Həmçinin Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Meşə Komitəsinin Abşeron Meşə Təsərrüfatı (sonradan X2) tərəfindən həmin ərazidə çoxsaylı fərdi yaşayış evləri ayrı-ayrı fiziki şəxslərin qanuni istifadəsinə verilmiş, həmin fərdi yaşayış evləri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və müvafiq sənədlərlə rəsmiləşdirilmişdir. Məhkəmə iş materiallarına həmin sənədlərdən bir neçəsi əlavə edilmişdir. Bununla da inzibatı icraat zaman, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarlar qəbul edilmişdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka da ir mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu ıstıqamətdəkı fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
15. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara səthi yanaşmış, sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda belə qiymət verməmiş dir. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə görə maddi və ya prosessual hüquq normalarının pozulması, yaxud düzgün təhlil olunmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə tərəfindən müəyyən edilən, iş üçün əhəmiyyəti olan halların sübut olunmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəməyə cavabdeh tərəfindən eyni əsaslar üzrə torpaq sahəsi üzərində ayrı-ayrı vətəndaşların hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd-sübutlar təqdim olunsa da məhkəmə həmin halları aydınlaşdırmamışdır. Hesab edilməlidir ki, bu hala inzibatı icraat haqqında Qanunun 11 və 12-ci maddələrini n tələblərini nəzərə alaraq qiymət verməli idi. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatl ar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə a pellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmiş, 2-ci bəndə əsasən müəyyən edilmişdir ki, təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
24. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, kirayəyə verən Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Meşə Komitəsinin Abşeron rayon M eşə Təsərrüfatı İdarəsi ilə kirayəçi X1 arasında Meşə Təsərrüfatı İdarəsinə məxsus olan Saray qəsəbəsində yerləşən sahəsi 43.8 m2 olan 3 otaqdan ibarət yaşayış sahəsinə dair mənzil kirayə müqaviləsi imzalanmış, kirayəyə verilmiş dövlət mənzil fonduna dair iddiaçının adına pasport tərtib edilmiş, həmçinin Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Abşeron Rayonlararası Texniki İnventarlaşdırma İdarəsi tərəfindən Dövlət, İctimai Mənzil Fonduna, Mənzil Tikinti Kooperativi Fonduna aid yaşayış evinə dair 9 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
25. İddiaçı tələbinin hüquqi əsası kimi yuxarıda qeyd edilən Siyahının 1.11 və 2.5-ci yarımbəndinə əsaslanaraq, fərdi yaşayış evinin yerləşdiyi və iddiaçının faktiki istifadəsində olan 0.1117 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. İstinad edilən siyahının 1.11ci yarımbəndinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına aid edilmişdir.
26. İstinad olunan normaya əsasən, daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə olunması üçün iki əsas olmalıdır: 1) texniki pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilməli; 2) həmin pasport şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid olmalıdır.
27. Göründüyü kimi, qanunverici Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş bütün texniki pasportları deyil, yalnız şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportu hüquqmüəyyənedici sənəd kimi qəbul etmişdir.
28. Hazırkı halda, iddiaçının təqdim etdiyi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş 9 inventar nömrəli texniki pasport “Dövlət, İctimai Mənzil Fonduna, Mənzil Tikinti Kooperativi Fonduna aid yaşayış evinə dair texniki pasport” adlanır, həmçinin iddiaçıya kirayə verilmiş ev şəxsi mülkiyyət hüququ əsasında sonuncunun adına qeydə alınmamışdır.
29. İddiaçının təqdim etdiyi texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”-nın 1.11-ci bəndinə əsasən, torpaq sahəsi üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd deyildir.
30. İddiaçının istinad etdiyi Siyahının 2.5-ci bəndi hazırkı işdə tətbiq oluna bilməz. Belə ki, iddiaçıya yaşayış və yaxud bağ evinin tikintisi üçün torpaq sahəsinin ayrılması iş materialları ilə müəyyən olunmur.
31. Beləliklə, iddia çının torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur.
32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli, 2-1(105)-464/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.