Məhkəmə qərarları › İş №2-1(102)-328/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-328/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-328/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsinə dair ərizənin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınma sı və bu barədə çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə cavabdehin ərizəsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2-1(105)-754/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(118)-328/2023 nömrəli qərarına əsasən Aşağı Güzdək bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 nömrəli qərarı ilə Aşağı Güzdək qəsəbəsi ərazisində İddiaçı sahibliyinə verilmiş 0,08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınm ası və bu barədə çıxarışın, plan və ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunmuşdur.

2. Qanuni qüvvəyə mindikdən sonra həmin qərar icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. Cavabdeh ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, yeni açılmış hallarla bağlı Sumqayıt İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(118)328/2023 nömrəli qərarının ləğv edilməsini, yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsini və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı və ona əlavə edilmiş sənədlərdə göstərilən halların araşdırıl ması zamanı sözügedən torpaq sahəsinin bir hissəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı (yararsız) təyinatlı torpaqlara aid olduğu müəyyən edilmişdir. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının cavabdehə xx.xx.2021-ci il tarixli müraciətinə əlavə edilmiş bələdiyyənin yerquruluşu planından çıxarışla, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-328/2023 nömrəli qərarının icrası ilə əlaqədar onun xx.xx.2023-cü il tarixli müraciətinə əlavə edilmiş bələdiyyənin yerquruluşu planından çıxarışda qeyd edilmiş döngə nöqtələrinin koordinatları arasında fərq olduğu, faktiki olaraq Aşağı Güzdək bələdiyyəsinin xx.xx.2007-ci il tarx ili, 03 nömrəli qərarına aid iki ayrı torpaq sahəsinə dair ayrı-ayrı yerquruluşu planından çıxarışlar təqdim olunduğu müəyyən edilmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Ceyhun Məmmədov) 31 iyul 2023-cü il tarixli, 2-1(118)-328/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh hazırkı iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsas qismində sözügedən torpaq sahəsinin bir hissəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı (yararsız) təyinatlı torpaqlara aid olması, bələdiyyənin yerquruluşu planından çıxarışla Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)328/2023 nömrəli qərarının icrası ilə əlaqədar iddiaçının xx.xx.2023-cü il tarixli müraci ətinə əlavə edilmiş bələdiyyənin yerquruluşu planından çıxarışda qeyd edilmiş döngə nöqtələrinin koordinatları arasında fərq olduğu halına istinad etmişdir.

7. Cavabdeh inzibati orqanın indiki halda istinad etdiyi halların yeni açılmış hal kimi qiymətləndirilməsi inzibati prosessual qanunvericiliyin tələbinə ziddir. Belə ki, həmin əsas hazırkı iş üzrə məhkəmə araşdırmasının aparıldığı vaxt cavabdeh inzibati orqana bəlli olan hal olmaqla, o, bu barədə məlumatlı olmuş, bu hal sonradan yaranan hal kimi çıxış etməmişdir. Cavabdeh inzibati orqan tərəfindən bu barədə məhkəmə araşdırması zamanı heç bir məlumat verilməmiş, həmin hala istinad edilməmiş, mübahisələndirilməmişdir, halbuki sözügedən torpaq sahəsinin hüquqi rejimi və təyinatına dair elektron baza məlumatları, o cümlədən həmin torpaq sa həsinə dair yerquruluşu planından çıxarışa dair sənədlər məhkəmə icraatı zamanı da mövcud olmuşdur. Cavabdeh inzibati orqanın yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün verdiyi ərizədə göstərdiyi arqumentlər icraatın təzələnməsi üçün deyil, məhkəmə qərarından apellyasiya qaydasında şikayət vermək üçün əsas olmuşdur.

8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Gülnar Cabbarova /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Zaur Məmmədov) 29 sentyabr 2023-cü il tarixli, 2-1(105)-754/2023 nömrəli qərardadı ilə cavabdehin apelly asiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin ərizəsində yeni açılmış hallar kimi göstərdiyi hallar işin faktiki halları ilə təkzib olunur və həmin hallar əvvəlcədən cavabdehə məlum olan hallar kimi qiymətləndirilməlidir. Həmin məlumatların cavabdehdən asılı olmayan səbəblərdən təqdim edilməsinin mümkünsüzlüyü ilə bağlı da heç bir hal aşkar edilməmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan hallara istinad edərək qanuni qüvvəyə minmiş məhkəmə qərarını yenidən mübahisələndirməsi ilk növbədə qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altın a almaqla, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir, bu hal isə, özlüyündə qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrinə və hüquqi müəyyənlik prinsipinin mahiyyətinə ziddir.

11. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməs i ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə

101. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə

102. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş ə saslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİY ASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbay cana qarşı” işi üzrə qərarı).

19. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.

20. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti o ndan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.

22. Həmçinin nəzərə alınmalıdır ki, yeni açılmış hallar üzr ə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqi və yaxud da prosessual qanunvericilik normalarının pozulması ilə bağlı məsələlər araşdırılmır. Yeni açılmış hallar üzrə icraat zamanı işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edə bilən və ya işin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Bu zaman həmçinin ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatl ara bağlı olmamalıdır.

23. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da qeyd edilən qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına v ə risklərinə aid edilməsindən irəli gəlir.

24. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün İnzibati Prosessual Məcəllənin 100cü maddəsində təsbit olunmuş aşağıdakı dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcud olduğu məhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şər tlər birlikdə və eyni zamanda mövcud olmalıdır. Bu şərtlərin və ya onlardan hər hansı birinin mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsini istisna edir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iş üzrə məhkəmə icraatının təzələnməsi üçün əsas qismində istinad etdiyi hallar yuxarıda istinad olunan normada nəzərdə tutulmuş anlamda icraatın təzələnməsini şərtləndirən yeni hallar və ya sübutlar kimi qiymətləndirilə bilməz. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, qeyd edilən xüsusatlar cavabdehin proses iştirakçısı olduğu ilkin məhkəmə icraatının araşdırma predmetinə aid olmuş, eləcə də ilkin icraat zamanı qeyd edilən hallar cavabdehə məlum olmu ş və ya diqqətli və məsuliyyətli olacağı təqdirdə xidməti vəzifəsinə görə ən azından ona məlum olmalı idi. Bununla yanaşı, cavabdehin istinad etdiyi halların və ya sübutların ilkin icraat zamanı cavabdehdən asılı olmayan səbəblərdən təqdim olunmadığı, eləcə də cavabdehin onları təqdim etmək imkanına malik olmadığı da iş üzrə materiallardan müəyyən edilməmişdir. Cavabdeh tərəfindən də onun belə imkanını istisna edən səbəblərin mövcudluğunu təsdiq edən hər hansı sübut ərizəyə əlavə edilməmiş və məhkəməyə təqdim olunmamışdır. Bu mənada, ilkin icraat zamanı cavabdeh tərəfindən yol verilmiş ehtiyatsızlıq və ya təqsirkar davranış onun ziyanına təfsir edilməlidir. Bundan başqa, həm də cavabdeh tərəfindən istinad edilən halların məhkəmənin gəldiyi nəticəyə və cavabdehə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli və həlledici təsir göstərmək keyfiyyətinə malik olmadığı da nəzərə alınmalıdır. Belə ki, cavabdehin istinad etdiyi həmin hallar etibarlı hüquqmüəyyənedici sənəd əsasında iddiaçıya ayrılmış torpaq sahəsi üzərində iddiaçının hüququnun qeydə alınması barədə tələbin təmin olunmasından imtinaya səbəb ola bilməz.

26. Beləliklə, hazırkı ərizəyə münasibətdə qeyd olunan dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmadığından, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsini tələb etməkdə haqlı sayıla bilməz.

27. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayə ti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2-1(105)-754/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar