Məhkəmə qərarları › İş №2-1(102)-3280/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3280/2019

24.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3280/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsinə dair Çıxarışın verilməsi GİRİŞ HİSSƏ 24.12.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi hakim), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı vəkili X4 iştirakı ilə İddiaçı Cavabdehnə və 3-cü şəxslər Ağdaş rayonu Qulbəndə Bələdiyyəsinə, X7 qarşı torpaq sahəsinə dair Çıxarışın verilməsi haqqında iddia tələbinə dair iş üzrə Şəki Apel lyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 avqust 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə və 3-cü şəxslər Ağdaş rayonu Qulbəndə Bələdiyyəsinə və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu Qulbəndə kəndində yerləşən 0,15 ha torpaq sahəsinə iddiaçının adına Çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 26 noyabr 2018-ci-ci il tarixli qərarı ilə (hakim K.Vəliyev; iş No 2-1(084)1294/2018) iddia tələbinin təmin edilməsi; cavabdeh İdarənin üzərinə Ağdaş rayonu, Qülbəndə kəndində yerləşən 0,15 ha torpaq sahəsinə iddiaçının adına daşınmaz ə mlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən M.Hüseynov, hakimlər G.Abbasov və R.Rəfiyev; iş № 21(107)-134/2019) cavabdeh İdarənin və 3-cü şəxs V.Qocayevin аpellyаsiyа şikаyətinin təmin edilməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qərаrının ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi; iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar çıxarımasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiy a instansiya məhkəməsinin mübahisəli qərarı qəbul edərkən, maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş və düzgün tətbiq etməmişdir, həmçinin işin hallarını qanunamüvafiq qaydada araşdırmamışdır, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili R.Abbasov kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar çıxarımasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh İdarənin və 3-cü şəxslərin nümayəndələri gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, İddiaçı Ağdaş rayonu, Qulbəndə kəndində yaşayır. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 08 saylı 09.04.1998-ci il tarixli qərarı ilə iddiaçının və ailəsinin mülkiyyətinə 999 kv.m torpaq sahəsi verilmişdir. Bununla belə iddiaçının həyətyanı torpaq sahəsinin fərdi yaşayış ev ilə birlikdə dövlət reyestrində hüquqi qeydiyyatı mövcuddur və bununla bağlı müvafiq sənədlər vardır. İddiaçının iddia ərizəsində qeyd edilənlərə görə, anası X3 adına təsərüfatda 0,25 hektar torpaq sahəsi olmuşdur. Lakin anası 24.01.1992-ci il tarixdə vəfat etdiyindən, həmi n torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. İşin materiallarında olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin 12.01.2012-ci il tarixli arayışına, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivinin müvafiq olaraq 26.02.2016 və 12.06. 2018-ci il tarixli Arxiv arayışlarına əsasən, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qülbəndə kəndinə və kənd nümayəndəliyinə aid olan 1983-1984-1985 və 1991-1992-1993-19941995-ci illərin 2 No-li kənd təsərrüfatbaşına kitabının 52 No-li təsərrüfatı X3 adına olmaqla təsərrüfatında X3 olması (təsərrüfat sahibidir) və adına 0,25 ha torpaq sahəsinin olması göstərilmişdir. X1 adının üzərindən xətt çəkilmiş, 24.01.1992-ci ildə vəfat etməsi və “Təsərrüfat bağlanmışdır” sözləri qeyd olunmuşdur. İşin materiallarında olan, iddiaçının müraciətlərinə imtina xarakterli cavablar vermiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 11.04.2012 və 27.07.2012-ci il tarixli cavab məktublarında ərizəçiyə müvafiq olaraq bildirilmişdir ki, Ağdaş rayonu, Qulbəndə kəndi üzrə qaytanlanmış torpaq kitabının 79-cu səhifəsinin 78-ci sıra sayında onun mərhum valideynlərinin adına 0,25 ha həyətyanı torpaq sahəsi göstərilsə də, həmin təsərrüfat üzrə həyətyanı torpaq sahələrinə aid ilkin sənədləşmə işləri aparılarkən, eləcə də həmin sənədlər əsasında həyətyanların bölgü layihəsi hazırlanarkən texniki səhv olaraq ərizəçinin ailəsinin mülkiyyətinə 2 hissədən ibarət olduğu bildirilən həyətyanı torpaq sah əsinin 0,10 ha hissəsi ərizəçinin adına rəsmiləşdirilmiş, 2-ci hissə isə bölgü layihəsində heç kimin mülkiyyətinə verilməyən boş sahə kimi bələdiyyədə saxlanılmışdır. Araşdırma zamanı o da müəyyən edlmişdir ki, həmin 2-ci hissə torpaq sahəsinə bitişik həyətin sahibi V.Qocayevin mülkiyyətinə cəmi 0,28 ha olmaqla (0,13 ha qanuni, 0,15 ha zəbt olunmuş) həyətyanı torpaq sahəsi rəsmiləşdirilmişdir ki, ərizəçi onun özünə məxsus olduğu bildirdiyi həyətyanı torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Odur ki, həmin torpaq sahəsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada ərizəçinin adına sənədləşdirilməsi məqsədilə aidiyyəti üzrə bələdiyyəyə müraciət etməsi tövsiyyə edilir. İddiaçı yuxarıda qeyd edilənlərə və Ağdaş rayon Qulbəndə kəndinin köhnə təsərrüfatbaşına kitabdan çıxarışa əsaslanaraq, mərhu m anası Z.Qocayevaya məxsus 0,25 ha torpaq sahəsinin sənədləşdirilməmiş 0,15 ha hissəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar çoxsaylı ərizələrlə cavabdeh İdarəyə müraciət etmişdir. Lakin, həmin inzibati orqanın iddiaçıya ünvanladığı məktublarda, o cümlədən işin materiallarında olan 14.09.2017 və 02.04.2018-ci il tarixli məktublarda ərizəçinin müraciəti ilə bağlı aparılmış araşdırma zamanı yuxarıda qeyd edilən 0,15 ha torpaq sahəsindən başqa şəxs tərəfindən istifadə edilməsinin və nəticədə həmin torpaq üzərində mübahisənin mövcud olmasının müəyyən edilməsi səbəbindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İşin materiallarında olan, məhkəmə sorğusuna cavab vermiş Ağdaş rayon Qülbəndə Bələdiyyəsinin 10.10.2017-ci il ta rixli məktubuna görə, həyətyanı mülkiyyətlər aqrar islahat dövrünə qədər kolxoz mülkiyyəti olmuşdur. X5 aqrar islahat dövrünə yaşamadığı üçün ona həyətyanı və başqa mülkiyyət haqqında aqrar islahatın qərarı yoxdur. İslahatdan 9 il qabaq vəfat etmiş, təsərrüfatında başqa şəxs olmadığı üçun kolxoz mülkiyyəti hesab olunmuşdur. Aqrar islahat keçirilərkən oğlu İddiaçı anası X2 miras qalmış evdə yaşaması, onun mülkiyyətində həyətyanı torpaq sahəsi olmaması, həyətyanı torpaq olmasını təsdiq edən hər hansı bir sənədin olmamasını əsas götürülərək əvəzsiz olaraq onun mülkiyyətinə 0,10 ha yaşadığı evə həyətyanı torpaq sahəsi verilmişdir. İşin materiallarında olana, hazırki iş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10.06.2019-cu il tarixli 14304 nömrəli rəyinə görə, 1) İddiaçı R azəddin oğlunun iddia etdiyi 0,15 hektar həyətyanı torpaq sahəsinin yerləşdiyi yer və koordinatlar müəyyən edilmişdir; 2) iddiaçının iddia etdiyi 0,15 hektar həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir; 3) X6 mülkiyyətində olan AN 114079 nömrəli 16.03.2000ci il tarixdə dövlət kadastr kitabında 4/2417 nömrə ilə qeydə alınmış 2797,67 kv.m həyətyanı torpaq sahəsinin plan və ölçü sənədində qeyd edilən koordnatlar ilə, faktiki istifadə olunan (0,4640 ha) torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğu üçün, torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı; 4) torpaq sahələrinin üst-üstə düşməsini müəyyən etmək mümkün olmadığından bu sual üzrə tədqiqat aparılmadı; 5) İddiaçı iddia etdiyi 0,15 ha torpaq sahəsi, X6 faktiki istifadə etdiyi 0,4640 hektar h əyətyanı torpaq sahəsinin hüdudları daxilindədir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçının iddia etdiyi 0,15 ha torpaq sahəsi 3-cü şəxs V.Qocayevə məxsus Ağdaş rayonu Qülbəndə kəndində aqrar islahatı zamanı verilmiş 02797,67 kv.m torpaq sahəsinin tərkibindədir, V.Qocayev həmin torpaq sahəsində istifadə etsə də, bələdiyyə mülkiyyətin əaiddir. Eyni zamanda, mübahisəli torpaq sahəsinin də daxil olduğu, iddiaçının mərhum anasının təsərrüfatında qeyd edilmiş torpaq sahəsinə hər hansı bir hüqüqunun olması ilə bağlı qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs, həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İş üzrə müəyyən edilir ki, iddiaçının anası 24.01.1992-ci il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra adına olan təsərrüfat bağlanmış, iddiaçının anasının adına həmin torpaq sahəsinin hər hansı bir qeydiyyatı aparılmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 16 iyul 1996-cı il tarixdən qüvvəyə minməsi nəzərə alınarsa, iddiaçının anasının vəfat etdiyi tarixə torpaq sahələri dövl ətin, kolxoz və ya sovxozun mülkiyyətində olmuşdur. Bu səbəbdən də, mübahisəli torpaq sahəsi iddiaçının mərhum anasının mülkiyyətində olmamış və təsərrüfat bağlanmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.3-cü bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4-cü bəndində üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) qeyd olunmuşdur. Həmin Siyahının 2.3-cü və 2.4-cü bəndlərində qeyd edilən torpaq sahələri, yaşayış evlərinin hüquqi qeydiyyatı aparılmayan həyətyanı torpaq sahələrinin hüquqi qeydiyyata alınmasına aid olan hüquqi tənzimləmədir və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısını müəyyən etmişdir. Belə ki, qeyd edilən Fərmanın məqsədi hüquqi qe ydiyyatı aparılmayan torpaq sahələri dövlət qeydiyyatının aparılaraq mülki dövriyyəyə cəlb edilməsi məqsədi daşıyır. Həmin Siyahıda qeyd edilən hüquqi qeydiyyatı aparılan və ya aparılmayan fərdi yaşayış evlərinin o həyətyanı torpaq sahələridir ki, onların hüquqi qeydiyyatı aparılmayıb və ya onların üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması aparılmamışdır. Eyni zamanda, mübahisəli torpaq sahəsinin iddiaçının anasının təsərrüfatına təhkim edilən vaxt qüvvədə olan Azərbaycan SSR-in 1970-ci il 7 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR-nin Torpaq Məcəlləsinin 133-cü maddəsinə əsasən, fərdi mənzil tikintisi üçün verilən sahələrin ölçüsü yerli şəraitdən və tikilən evin böyüklüyündən asılı olaraq hər bir halda müvafiq (rayon, şəhər, qəsəbə, kənd) xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən aşağıdakı normalar daxilində müəyyən edilir: şəhərlərdə - 300 kv.m-dən 600 kv.m-dək, şəhər tipli qəsəbələrdə və kənd yaşayış məntəqələrində -700 kv.m-dən 1.200 kv.m-dək. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsindən əlavə təxminən 0,15 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qanunvericiliyin tələbinə uyğun deyildir. Belə ki, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi artıq həmin ərazidə aparılmış aqrar islahat zamanı iddiaçıya verilmişdir və hazırda iddiaçınına adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat vardır. Qanuna görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülk iyyətinə verilir. İddiaçının mübahisəli torpaq sahəsindən istifadə və sahiblik hüququnun da mövcud olması sual altındandır. Belə ki, iş üzrə müyyən edilir ki, mübahisə predmeti olan 0,15 hektar torpaq sahəsi 3cü şəxs V.Qocayevin istifadəsində olsa belə bələdiyyənin mülkiyyətidir. İddiaçı, həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnu əldə etmək istəyirsə, bu hal qanunvericiliyin tələbinə görə məhkəmədən kənar qaydada aparılmalı, yəni bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin həyətyanı üçün vətəndaşların mülkiyyətinə satılması qaydaları tənzilənmişdir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mü lkiyyətinə verilir. Həmin Qanunun 9-cu maddəsinə müvafiq olaraq vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləş dirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Həmin Qanunun 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunverici liyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Ona görə də, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtinası onun hər hansı qanunla qorunan hüququnun pozulması ilə nəticələnməmişdir. Bu səbəbdən əsaslı və qanuni olmuşdur. Eyni zamanda iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respubliaksı Qanununun 16.1-ci maddəsinə əsasən, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə tor paqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Həmin Qanunun 16.2-ci maddəsinə müvafiq olaraq qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Qanunun 16.3-cü maddəsinə görə, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Azərbaycan Respublikası İPM-nin 14.2-ci maddəsinə əsasən İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə müvafiq olaraq öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassas iya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş ə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 20 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 avqust 2019-cu il tarixli qərarı dəyişdirilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar