Məhkəmə qərarları › İş №2-1(102)-3281/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3281/2019

06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3281/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-ın 17 saylı Ərazi İdarəsinə (üçüncü şəxs Şahin Miri oğlu İmanovun iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar söz: mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Cavabdehnə (üçüncü şəxs X2 iştirakı ilə) qarşı mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi öhdəliyini n cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2-1(107)-440/2019 saylı qərarından üçüncü şəxs Şahin İmanov tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 06 noyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı dövlət kadastr kitabında 31 iyul 2013-cü il tarixli, 253 nömrə ilə qeydə alınmış və AN 464184 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliy inin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Məşəd bələdiyyəsinin 03 oktyabr 2012-ci il tarixli iclas protokolunun 10 saylı qərarından çıxarışa əsasən, Məşəd bələdiyyəsinin alqı-satqı predmeti olan 0,40 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə satılması ilə bağlı açıq hərracın keçirilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmışdır. 0,40 torpaq sahəsinin yerquruluşu planı Məşəd bələdiyyəsi və DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən imza və möhürlə təsdiq edilmiş, tərtib edilmiş AN seriyalı, 464184 nömrəli torpaq sahəsinin planı və ölçüsü X 3 kitabında 31 iyul 2013-cü il tarixdə 253 nömrə ilə uçota alınmışdır. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina edərək bildirmişdir ki, torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilərkən Şahin İmanov tərəfindən inventarlaşma işlərinin aparılmasına maneçilik törədilmiş, həmin şəxs bildirmişdir ki, həmin torpaq sahəsi və torpaq sahəsində inşa edilən tikililər ona məxsusdur. Birinci instansiya məhkəməsinin 06.07.2018-ci il tarixli iş № 2-1(84)-513/2018, (sədrlik edən hakim K.Vəliyev) qərarı ilə iddianınrədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 06.07.2018-c i il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 15.01.2019-cu il tarixli iş № 2-1(107)-8/2019 (hakimlər E.Hüseynov - sədrlik edən və məruzəçi, A.Mahmudov və V.Məlikov) qərarı ilə apelyasiya şikayətinin qismən təmin edilməsi birinci instansiya məhkəməsinin 06.07.2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan üçüncü şəxskasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 15.01.2019-cu il tarixli qərarının ləğv edilməsini, işin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 08.05.2019-cu il tarixli iş № 2-1(102)-1371/2019 (hakimlər S.Hüseynova - sədrlik edən və məruzəçi, İ.Dadaşov və K.Bədəlov) qərarı iləüçüncü şəxs Şahin İmanov tərəfindən verilmiş kasasiya şikayətinin təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 15 yanvar 2019-cı il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsiqərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 16.08.2019-cu il tarixli iş № 2-1(107)-440/2019 (hakimlər M.Hüseynov - sədrlik edən və məruzəçi, R.Əliyev və İ.Şükürov) qərarı iləİddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06 iyul 2018-ci il ta rixli qərarının ləğv edilərək iş üzrə yeni qərarın qəbul edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinin üzərinə A seriyalı, 464184 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulmasıqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Üçüncü şəxs kasasiya şikayətini onunla əsaslandırmışdır ki,“Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 11 dekabr 2012-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə aşağıd akı dəyişikliklər edilsin:

1. Məşəd kənd inzibati ərazi dairəsi tərkibindəki Məşəd kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrindən çıxarılsın.

2. Məşəd kənd inzibati ərazi dairəsinin mərkəzi Məşəd kəndindən Gürcüva kəndinə keçirilsin və Məşəd kənd inzibati ərazi dairəsi Gürcüva kənd inzibati ərazi dairəsi hesab edilsin. 3-cü maddəsinə bəndinə əsasən, Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan (…) torpaq sahələri, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Məşəd kəndinin 439,2 hektar (bundan dövlət mülkiyyətində olan 72,7 hektar, bələdiyyə mülkiyyətində olan 79,62 hektar və xüsusi mülkiyyətdə olan 286,88 hektar) təşkil edən ərazisi bütövlükdə bu Qanuna əlavə e dilmiş xəritələrə uyğun olaraq Ağdaş şəhərinin inzibati ərazisinə verilsin. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 5 mart 2013-cü il tarixli Qanununun 3-cü maddəsinə əsasən, siyahıda “Ağdaş rayonu” bölməsinin 10.29-cu sırasında “Məşəd bələdiyyəsi” sözləri “Gürcüva bələdiyyəsi” sözləri ilə əvəz edilmiş və həmin sıradan “Məşəd” sözü çıxarılmışdır. Həmin siyahının 10.2-ci bəndində isə Ağdaş bələdiyyəsinin ərazi vahidi kimi Ağdaş şəhərinin aid olduğu müəyyən edilmişdir. Qeyd edilmiş müddəalar hazırda da qüvvəsindədir. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, ləğv edilmiş Məşəd bələdiyyəsinin ərazisi hazırda Gür cüva bələdiyyəsinin ərazisinə daxil edilməklə həmin ərazi hüdudlarında göstərilmiş bələdiyyənin yurisdiksiyası müəyyən edilmişdir. Yəni keçmiş Məşəd bələdiyyəsinin yurisdiksiyasını əhatə edən ərazi vahidi hazırda Gürcüva bələdiyyəsinin yurisdiksiyası altına düşmüşdür. Həmin ərazi vahidinin Ağdaş bələdiyyəsinə isə hər hansı bir aidiyyəti müəyyən edilməmiş, çünki həmin bələdiyyənin yurisdiksiyası yalnız Ağdaş şəhərinin ərazi vahidini əhatə etmişdir. Buna baxmayaraq Şəki Apelyasiya Məhkəməsi Ali Məhkəmənin göstərişlərinə məhəl qoymamış, əksinə mütəxəssis rəyini qanundan ali tutaraq ona əsaslanmışdır. Halbuki istınad etdiyi plan-ölçü texniki sənəd olub hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilmir. ƏMDK-nin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC tərə findən verilmiş 04 dekabr 2018-ci il tarixli mütəxəssis rəyi ilə də təsdiq olunur ki, sözügedən 0,40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ağdaş Bələdiyyəsinin mülkiyyətində olan torpaqların tərkibindədir. Məhkəmə kollegiyası iddianın məcburetmə haqqında iddia olduğunu qeyd etsə də, ikinci mümkünlük şərti olan müddət məsələsinə düzgün hüquqi qiymət verə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı işdə cavabdeh 25 aprel 2017-ci il tarixli **********12 nömrəli məktubla imtina etməsinə baxmayaraq i ddiaçı təqribən 2018-ci ilin fevral-mart ayında (10 ay sonra) məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası məsələni araşdırmadan hansı qaydada mümkünlük şərtlərinin yerinə yetirilməsi qənaətinə gəlməsi bəlli deyil. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 21(107)-440/2019 nömrəli qərarının ləğv edilməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06 iyul 2018-ci il tarixli, 2-1(84)-513/2018 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs Şahin İmanov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, digər iddiaçı və cava bdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə üçüncü şəxsin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 16 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmən in İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 16 avqust 2019-cu il tarixli, 21(107)-440/2019 saylı qərarla İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06 iyul 2018-ci il tarixli qərarının ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinin üzərinə A seriyalı, 464184 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 2.2.2, 33.1, 35.1, 52, 68.1, 82, 96.11-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestr xidməti haqqında” Qanunun 8.0.1, 15-ci maddələrinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə istinad edərək belə hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkəti qanunsuzdur, iddiaçının tələbi isə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi 16 avqust 2019-cu il tarixli qərarla və həmin qərardan üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə artıq bir dəfə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının baxışında olmuş və bunun nəticəsində Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 08 may 2019-cu il tarixli, 2-1(102)-1371/19 saylı qərar qəbul etmişdir ki, sözügedən qərarla üçüncü şəxs Şahin İmanov tərəfindən verilmiş kasasiya şikayəti təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2-1(107)-8/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 08 may 2019-cu il tarixli qərarının “Hüquqi məsələlər” adlanan hissəsində qeyd edilmişdir ki, “İddia tələbi mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Apelyasiya məhkəməsi iddianı öhdəliyin icrası haqqında iddia növünə aid etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu qəbildən olan iddialar məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin məcburetmə haqqında iddia növünü müəyyən edən 2.2.2-ci maddəsi ilə öhdəliyi n icrası haqqında iddia növünü müəyyən edən 2.2.3-cü maddəsinin fərqi ondan ibarətdir ki, birinci halda iddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasını, ikinci halda isə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasını xahiş edir. Qeyd edilmiş fərqin müəyyən edilməsi üçün cavabdeh tərəfindən mülkiyyət hüququnun qeydə alınması zamanı inzibati aktın qəbul edilib-edilməməsinə qiymət verilməlidir”. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 08 may 2019-cu il tarixli qərarında həmçinin göstərmişdir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhd əliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər; - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çək inməyə dair iddia mümkün sayılır. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər məcburetmə haqqında iddia növünə də aiddir. Məcburetmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olub-olmamasına münasibətdə apelyasiya məhkəməsi birbaşa olaraq qiymətləndirmə aparmasa da, lakin iddianın əsaslılığı ilə bağlı apardığı qiymətləndirmə ilə dolayısı ilə iddiaçının subyektiv hüququnun mövcudluğuna əsaslanmışdır”. Eyni zamanda Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 08 may 2019-cu il tarixli qərarında göstərmişdir ki, “bələdiyyə - Qanunla təsdiq edilmiş hüdudları olan ərazi daxilində yerli özünüidarəetmənin formasıdır. Bələdiyyələrin ərazilərinin müəyyənləşdirilməsi və bələdiyyələrin ləğv edilməsi xüsusi Qanunla tənzimlənən məsələdir. Sonuncu Qanun qismində “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanunu çıxış edir ki, onun 16 oktyabr 2012-ci il tarixinə olan redaksiyasının 1-ci maddəsinə əsasən, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə bələdiyyələrin siyahısı təsdiq edilsin (əlavə olunur). Bələdiyyələrin əraziləri bu siyahıya uyğun müəyyənləşdirilir. Həmin siyahının 10.29-cu bəndində bələdiyyənin adı kimi «Məşəd bələdiyyəsi», əhatə etdiy i ərazi vahidləri kimi Gürcüva, Məşəd və Pirəyir kəndləri göstərilmişdir. “Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 11 dekabr 2012-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

1. Məşəd kənd inzibati ərazi dairəsi tərkibindəki Məşəd kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi.vahidlərinin Dövlət reyestrindən çıxarılsın.

2. Məşəd kənd inzibati ərazi dairəsinin mərkəzi Məşəd kəndindən Gürcüva kəndinə keçirilsin və Məşəd kənd inzibati ərazi dairəsi Gürcüva kənd inzibati ərazi dairəsi hesab edilsin. 3-cü maddəsinə bəndinə əsasən, Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan (…) torpaq sahələri, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Məşəd kəndinin 439,2 hektar (bundan dövlət mülkiyyətində olan 72,7 hektar, bələdiyyə mülkiyyətində olan 79,62 hektar və xüsusi mülkiyyətdə olan 286,88 hektar) təşkil edən ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Ağdaş şəhərinin inzibati ərazisinə verilsin. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 5 mart 2013-cü il tarixli Qanununun 3-cü maddəsinə əsasən, siyahıda “Ağdaş rayonu” bölməsinin 10.29-cu sırasında “Məşəd bələdiyyəsi” sözləri “Gürcüva bələdiyyəsi” sözləri ilə əvəz edilmiş və həmin sırada n “Məşəd” sözü çıxarılmışdır. Həmin siyahının 10.2-ci bəndində isə Ağdaş bələdiyyəsinin ərazi vahidi kimi Ağdaş şəhərinin aid olduğu müəyyən edilmişdir. Qeyd edilmiş müddəalar hazırda da qüvvəsindədir. Qanunvericiliyin aparılmış təhlilin nəticəsinə görə, ləğv edilmiş Məşəd bələdiyyəsinin ərazisi hazırda Gürcüva bələdiyyəsinin ərazisinə daxil edilməklə həmin ərazi hüdudlarında göstərilmiş bələdiyyənin yurisdiksiyası müəyyən edilmişdir. Yəni keçmiş Məşəd bələdiyyəsinin yurisdiksiyasını əhatə edən ərazi vahidi hazırda Gürcüva bələdiyyəsinin yurisdiksiyası altına düşmüşdür. Həmin ərazi vahidinin Ağdaş bələdiyyəsinə isə hər hansı bir aidiyyəti müəyyən edilməmiş, çünki həmin bələdiyyənin yurisdiksiyası yalnız Ağdaş şəhərinin ərazi vahidini əhatə etmişdir. Apelyasiya məhkəməsinin isə istinad etdi yi və yuxarıda mətni göstərilmiş Azərbaycan Respublikasının 11 dekabr 2012-ci il tarixli Qanununu ilə isə bələdiyyələrin səlahiyyətləri və ya mülkiyyətində olan torpaqlarla bağlı məsələlər həll edilməmiş, yalnız inzibati ərazi bölgüsündə dəyişikliklərin aparılması müəyyən edilmişdir ki, bu hal “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununu ilə tənzimlənmişdir”. Nəhayət Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 08 may 2019-cu il tarixli qərarında vurğulamışdır ki, “Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddianın qaldırılması ilə bağlı subyektiv hüququnun mövcudluğuna apelyasiya məhkəməsi tərəfindən yenidən qiymət verilməlidir”. Bununla əlaqədar məhkəmə kollegiyası xatırlatmağı zəruri hes ab edir ki, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Eyni zamanda məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinin tələblərinə riayət edərək, Ali Məhkəmənin məcburi xarakter daşıyan hüquqi mövqeyindən irəli gələn bütün göstərişlərini yerinə yetirmiş və bunun nəticəsində iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisəyə təkrar baxılarkən müəyyən edilmişdir ki, A seriyalı, 464184 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,40 hektar ölçüdə kənd təsərrüfatı t əyinatlı torpaq sahəsi Ağdaş rayonu Məşəd kəndinin ərazisində yerləşmiş və Məşəd Bələdiyyəsinə məxsus olmuş, Bələdiyyənin 03 oktyabr 2012-ci il tarixli 10 saylı qərarına əsasən həmin 0,40 hektar torpaq sahəsi üçün keçmiş (ləğv olunmuş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən A seriyalı, 464184 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü» sənədi tərtib edilmişdir. “Ağdaş rayonunun inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 11 dekabr 2012-ci il tarixli Qanununa əsasən, Məşəd kənd inzibati-ərazi dairəsi tərkibindəki Məşəd kəndinin ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılması, Məşəd kənd inzibati-ərazi dairəsinin mərkəzinin Məşəd kəndindən Gürcüva kəndinə keçirilməsi və Məşəd kənd inzibati-ərazi dairəsinin Gürcüva kənd inzibati-ərazi dairəsi hesab edilməsi qərara alınmışdır. Həmin Qanunla həmçinin Ağdaş şəhər inzibati-ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan torpaq sahələri, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazivahidlərinin Dövlət reyestrindən çixarılmış Məşəd kəndinin 439,20 hektar (bundan dövlət mülkiyyətində olan 72,70 hektar, bələdiyyə mülkiyyətində olan 79,62 hektar və xüsusi mülkiyyətdə olan 286,88 hektar) təşkil edən ərazisi bütövlükdə Ağdaş şəhərinin inzibati ərazisinə verilmişdir… Bəhs edilən Qanun qəbul edildikdən sonra hazırkı iş üzrə mübahisə predmeti olan 0,40 hektar torpaq sahəsi Ağdaş Bələdiyyəsinin mülkiyyətinə keçmişdir. İşdə olan ƏMDK-nin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-si tərəfindən verilmiş 04 dekabr 2018-ci il tarixli mütəxəssis rəyi ilə də təsdiq olunur ki, sözügedən 0,40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ağdaş Bələdiyyəsinin mülkiyyətində olan torpaqların tərkibindədir… Buna görə apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Ağdaş Bələdiyyəsinin hazırda onun inzibati ərazisi tərkibində olan və A seriyalı, 464184 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,40 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi tələbinə dair iddia qaldırmağa subyektiv hüququ vardır. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanın imtina dəlili mübahisəli torpaq sahəsinin kənd təsərrüfatına az yararlı və ya yararsız olması ilə deyil, həmin torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilərkən inventarlaşdırma işlərinin aparılmasına Şahin İmanov adlı şəxs tərəfindən maneçilik törədilməsi ilə bağlı olmuşdur, lakin araşdırma nəticəsində isə torpaq sahəsinin inventarlaşdırma işlərinə maneçilik törədən Şahin İmanovun (iş üzrə üçüncü şəxsin) həmin torpaq sahəsinə hər hansı hüququnun olmadığı müəyyən edilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 11 dekabr 2012-cu il tarixli Qanununa əsasən Məşəd kəndi ləğv edilərkən Məşəd bələdiyyəsinin mülkiyyətində olmuş 79,62 hektar torpaq sahəsi Ağdaş bələdiyyəsinin mülkiyy ətinə verilmişdir. Yəni, mübahisə predmeti olan 0,40 hektar torpaq sahəsi də hal-hazırda Ağdaş bələdiyyəsinin mülkiyyətindədir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, A seriyalı, 464184 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,40 hektar torpaq sahəsi üzərində iddiaçının (Ağdaş Bələdiyyəsinin) mülkiyyət hüququnun qeydiyyata alınmasına və ona reyestrdən çıxarış verilməsinə iş üzrə üçüncü şəxs kimi tanınmış X1 müdaxilə və etiraz etməsi, habelə maneçilik törətməsi tamamilə qanunsuz və əsassızdır. Ona görə ki, üçüncü şəxsin mübahisələndirdiyi torpaq heç bir qanuni hüququ yoxdur. Üçüncü şəxs iddia edir ki, mübahisəli torpaq sahəsi onun istifadəsindədir və üzərində ona məxsus tikililər var. Lakin üçüncü şəxs Şahin İmanov məhkəməyə onun həmin torpaq sahəsindən və üzərindəki tikililərdən qanuni əsasla istifadə etməsini təsdiqləyən hər hansı sübut təqdim edə bilməmişdir. Beləliklə, sözügedən torpaq sahəsinə Ağdaş bələdiyyəsinin mülkiyyət hüquqlarının qeydiyyata alınmaması üçün heç bir qanuni əsas olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin qey diyyatı üçün əsas hesab olunur. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə müvafiq olaraq, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin Əsasnamənin 22-ci bəndinə görə, bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edir… Əsasnamənin 16-cı bəndində “həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə” ifadəsi ayrılması nəzərdə tutulan torpaq sahəsi üzərində başqa hüquqi və ya fiziki şəxsin qanuni əsaslarla yaranmış mülkiyyət, istifadə və ya icarə hüquqlarının olmamasını ehtiva edir. Hazırkı iş üzrə üçüncü ş əxs Şahin İmanovun da mübahisəli torpaq sahəsindən qanuni əsasla yaranmış istifadə hüququ mövcud deyildir, buna görə də həmin torpaq sahəsi onun istifadəsinə və ya icarəsinə verilmiş kimi qəbul oluna bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 16 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxsin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2-1(107)440/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hak

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar