Məhkəmə qərarları › İş №2-1(102)-3281/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3281/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3281/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının xxxxxxxxMəhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əldən çıxmış fayda və işgüzar nüfuza vurulmuş ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, xxxxxxxxMəhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əldən çıxmış fayda və işgüzar nüfuza vurulmuş ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # #### 2025-ci il tarixli qərarından xxxxtərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.xxxxcavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdehin üzərinə xxxxMMC-nin ƏDV subhesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması, həmçinin digər şəxslər tərəfindən xxxxMMC-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “xxxxxxxxMMC VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi və müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək-## #### 2020-ci ilədək əldən çıxmış faydaya görə 110809,13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50.000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160.809,13 manatın) xxxxMMC-nin bank hesabına köçürülməsi öhdəliklərinin qoyulmasını xahiş etmişdir. 2.Iddia tələbi onunla əsaslandırılmışdır ki, xxxxMMC Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən tikinti fəaliyyəti ilə məşğul olur. ## ###### 2018-ci il tarixdən digər müəssisələr müvafiq olaraq ƏDV depozit hesabına köçürmə edən zaman Internet Vergi Idarəsində “xxxxxxxxMMC VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısı qeyd edildiyi müəssisəyə bildirildi. Yazı hələ də olduğu kimi sistemdə ortaya çıxır və işgüzar nüfuzuna ciddi ziyan dəyir. Maliyyə itkilərinə məruz qalır. Qanunvericiliyə əsasən Internet Vergi Idarəsinin fəaliyyətini Dövlət Vergi Xidməti həyata keçirir və cavabdehlik daşıyır. xxxxMMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxs olması faktının sübuta yetirilmədən və ya bu cür şübhənin olduğu təqdirdə müvafiq araşdırmanın aparılmaması, cinayət işinin başlanmaması bu cür məlumatın qeyd edilməsini qanunvericiliyə əsasən tamamilə yanlışdır və böhtan xarakteri daşıyır. Çünki, əmtəəsiz maliyyə əməliyyatları aparılması Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olur və bu faktın olması ehtimalı varsa, müvafiq qaydada cinayət işi başlanılmalı və araşdırılmalıdır. Lakin bu barədə heç bir qərar və sübut olmadığı halda vergi orqanı tərəfindən bu cür ittihamla təqsirləndirilmək özü məsuliyyətə səbəb olan haldır, qanunvericiliyin tələblərinin pozulmasını və qərəzli yanaşmanı sübut edir. Həmçinin, xxxxMMC-nin ƏDV sub-hesabında olan vəsaitin hərəkəti də qanunsuz olaraq məhdudlaşdırılmışdır ki, bu da qanunvericiliyə əsasən tamamilə qanunsuzdur. Müəssisənin ƏDV sub-hesabına məhdudiyyət yalnız qanunvericilikdə nəzərdə tutulduğu halların mövcud olması ilə həyata keçirilə bilər ki, bu da müvafiq qərar əsasında həyata keçirilir. Halbuki, bu cür qərar qəbul edilmədən müəssisənin ƏDV sub-hesabına məhdudiyyət qoyulmuşdur ki, bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları”na tamamilə ziddir. Bütün bunlar müəssisənin işgüzar nüfuzuna, fəaliyyətinə ciddi şəkildə ziyan vurur. Belə ki, hal-hazırda alqı-satqı etdiyi müəssisələr ƏDV sub-hesabına köçürmələr həyata keçirməkdən imtina edir, müəssisə ilə əməkdaşlıq etmək istəmirlər. Müəssisənin fəaliyyətində yaranmış bu problemlərə görə müəssisə əldə edə biləcəyi gəlirdən məhrum olur. Belə ki, müəssisənin 2018-ci il tarixində mənfəəti 92770,48 manat olmuşdur. Qeyd olunan qanunsuz əməllərdən sonra müəssisənin fəaliyyəti dayanmış, mənfəət əldə edə bilməmişdir və ƏDV sub-hesaba qoyulmuş məhdudiyyət və sistemdə ortaya çıxan əsassız yazının qeyd olunduğu 2018-ci ilin ## ###### tarixindən hazırkı dövrədək - 1 il 2 ay 10 gün müddətində müəssisə (14 x 7730,87) + 2576,95 = 110.809,13 manat əldə edə biləcəyi mənfəətdən məhrum edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

3. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli ## #### 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, xxxxxxxxMMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılaraq, xxxxxxxxMMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdeh Dövlət Vergi Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.

4. Eyni zamanda Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli ## #### 2022-ci il tarixli qərardadı ilə iddia “müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək-## #### 2020-ci ilədək əldən çıxmış faydaya görə 110809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160809.13 manatın) xxxxMMC-nin bank hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. 5.Məhkəmənin *-*(***)-***/**** nömrəli ## #### 2022-ci il tarixli qərarından narazı qalan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. 6.Eyni zamanda xxxx*-*(***)-***/**** nömrəli ## #### 2022-ci il tarixli qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 7.Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ## ######## 2022-ci il tarixli qərarı ilə cavabdeh Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ## #### 2022-ci il tarixli qərarı qismən, “xxxx“xxxx MMC”-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməsi, həmin hissədə iddianın iddiaçının hüquqi marağı və tələbinə uyğun olaraq təmin edilməsi, digər şəxslər tərəfindən “xxxx MMC”-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “xxxx“xxxx MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi vəzifəsinin cavabdeh Dövlət Vergi Xidmətinin üzərinə qoyulması, qərarın qalan hissədə (birinci tələbə münasibətdə) dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan kassasiya şikayəti verilmədiyi üçün qanuni qüvvəsini almışdır. 8.Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ## #### 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 9.Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ****/**** saylı ##.##.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # #### 2023-cü il tarixli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 10.Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli ## #### 2022-ci il tarixli qərardadının ləğv edilməsi və işin sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı Inzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 11.Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2024-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia rədd edilmişdir. 12.Məhkəmə qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli * nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “Insan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa Insan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehi hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. Işə məhkəmədə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. xxxxcavabdehin hərəkətləri nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Işin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. Işdə olan tibbi müayinə sənədləri iddiaçının məhz cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən sağlamlığının pozulması ilə səbəbli əlaqəni sübut etməyə kifayət etmir. 13.xxxxhəmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 14.Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # #### 2025-ci il tarixli qərarı ilə (hakimlər: R.Səmədov /sədrlik edən və məruzəçi/, K.Əkbərov və O.Ismayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 16.xxxxhəmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri: 17.Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddianın əsasını təşkil edən bütün hallar sübut olunmuşdur. Belə ki, cavabdehin qanunsuz hərəkəti açıq-aşkardır. Apellyasiya instansiyası cavabdehin üzərinə qanunsuz yazının silinməsi və ƏDV subhesabın açılması öhdəliyi qoymuşdur və bu işin mübahisəsiz halıdır. Ziyanın məbləği ilə bağlı isə məhkəməyə müəssisənin cavabdeh tərəfindən qanunsuz məhdudiyyət qoyulduqdan əvvəlki dövrə mənfəətini təsdiq edən sənədləri, həmçinin Gənclər və Idman Nazirliyi ilə bağlanmış işlərin icra edilməsi və tikinti ilə bağlı müqavilə və digər sənədlər təqdim edilmişdir. Hakimdə işlərin davam etdirilməsinə dair suallar yaranmışdır. Çünki müqavilə müddəti ilə bağlı suallar yaranmış, müqavilə üzrə işlərin davam edibetməyəcəyi barədə suallar çıxmışdır. Biz isə müəssisəyə Gənclər və Idman Nazirliyi tərəfindən göndərilmiş ##.##.2022-ci il tarixli ** nömrəli məktubu təqdim etdik və bu şübhə də aradan qalxdı. Həmin məktubda işlərin tamamlanması barədə müraciət edilmişdi. Lakin ƏDV sub-hesabda olan qanunsuz məhdudiyyətə görə bunu etmək mümkün olmadı və müəssisə mənfəətindən oldu. Həmçinin ekspertizanın keçirilməsi barədə verilmiş vəsatətə də apellyasiya instansiyası məhəl qoymadı. Bütün sübutları təqdim etmələrinə baxmayaraq apellyasiya şikayətinin təmin edilməməsi qanunvericiliyə və məhkəmə təcrübəsinə tamamilə ziddir. Həmçinin müəssisəyə dəymiş ziyan Dövlət Vergi Xidməti tərəfindən edilmiş qanunsuz hərəkətlərlə birbaşa səbəbli əlaqə ilə əlaqəlidir. Belə ki, 2018-ci ilin dekabr ayının 30-da ƏDV sub-hesaba qoyulmuş məhdudiyyət nəticəsində müəssisənin fəaliyyəti iflic olmuş və fəaliyyət göstərərək gəlir əldə etməkdən məhrum edilmişdir. Belə ki, 2018ci ilin mənfəət vergi bəyannaməsindən də görünür ki, müəssisə kifayət qədər vəsait əldə etmiş və dövlət büdcəsinə vergi ödəmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Gənclər və Idman Nazirliyi ilə bağlanmış № ** /T-** nömrəli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə cəmi 2 770 000 manat dəyərində Ələt və Səngəçalda yerləşən idman komplekslərinin tikintisi üzrə tenderi udmuşdur. Həmin tender üzrə layihənin 1 milyon hissəsi üzrə ödəniş alınmışdır (820 min əsas, 180 min ƏDV). Həmin vəsaitdən xərclər çıxıldıqdan sonra 11.3 faiz mənfəət əldə olunmuşdur. Bundan sonra yerdə qalan 1 770 000 manatlıq işlər üzrə isə işləri həyata keçirməyə cavabdehin məhdudiyyəti imkan vermədi. Həmin işləri də görərək smeta üzrə 1 451 400 manat əsas vəsaitdən (ƏDV xaric) 11.3 faiz mənfəət götürə bilərdi ki, bu da 164 000 manat edəcəkdi. Digər tərəfdən sistemə əlavə olunmuş Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyinin məktubundan da görünür ki, 2022-ci ildə belə yuxarıda qeyd edilən müqavilə münasibətləri qalmaqdadır və müqavilənin 24-cü maddəsində qeyd edilən əsaslar olmadığına görə müqavilə ləğv edilməmişdir. Həmçinin müqavilənin ləğvi tərəflərin razılığı və ya 24-cü maddədə göstərilən hallarda baş verə bilərdi. Lakin hazıradək müqavilə ləğv edilməmişdir. Müəssisə işləyə bilmədiyi dövrdə əldən çıxan fayda Dövlət Vergi Xidməti tərəfdən ödənilməlidir. Müəssisənin işləyə bilməməsinə səbəb cavabdehin hüquqazidd və böhtan xarakteri daşıyan hərəkətidir. Dövlət Vergi Xidməti dövlət orqanı olmaqla müəssisənin fəaliyyətinə xələl gətirmiş, nəticədə müəssisə maliyyə itkiləri yaşamışdır. xxxxəldən çıxmış faydanın təmin edilməsində haqlıdır. Çünki, təkcə bu yazının yazılması deyil, həmçinin cavabdeh tərəfindən müəssisənin ƏDV sub-hesabına da məhdudiyyət qoyulmuşdur. Belə olan halda müəssisənin mənfəət əldə etməsi və ya fəaliyyət göstərməsi mümkün deyildir. Buna görə də müəssiəyə ziyan dəymişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

18.”Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 89.1. Inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

19.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1100. dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

20.“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı ## ###### 2025-ci il tarixli Qərarı 2.2.4. Işgüzar nüfuz – fiziki və ya hüquqi şəxsin sahibkarlıq və ya digər sahədə peşəkar fəaliyyətinə görə cəmiyyətdə barəsində formalaşmış rəydir. ...... 2.2.6. Bu baxımdan məhkəmələr şərəfin və işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalıdırlar: məlumatın, ifadənin və ya hərəkətin şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi; məlumatın doğru olmaması; yayılmanın mövcudluğu. Ləyaqətin alçaldılması ilə bağlı işlərə baxılarkən isə yayılmanın mövcudluğunun araşdırılması istisna edilir. Bununla yanaşı, qiymətləndirmə həyata keçirilərkən bu qərarın 4.24-cü bəndində qeyd edilən əməlin hüquqazidliyini aradan qaldıran halların mövcudluğu da araşdırılmalıdır. 2.2.7. Odur ki, şərəfin və işgüzar nüfuzun müdafiəsini tələb edən xxxxməlumatların, ifadələrin və ya hərəkətlərin cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə yalnız məlumatlara münasibətdə onların həqiqətə uyğun olduğunu sübut etməlidir. ...... 2.3.1. Bu qərarın 2.2.4-cü bəndində müəyyən edilən anlayışdan göründüyü kimi, qeyri-əmlak hüquqlarından biri olan işgüzar nüfuz həm sahibkarlıq, həm də digər peşəkar fəaliyyəti əhatə etdiyindən onun subyektləri dairəsinə kommersiya, qeyrikommersiya hüquqi şəxsləri və fiziki şəxs qismində fərdi sahibkarlarla yanaşı, publik şəxslər, vəkillər, notariuslar, auditorlar, qiymətləndiricilər, elm, tədris və sair peşəkar fəaliyyətlə məşğul olan digər şəxslər də aiddir. 2.3.2. Işgüzar nüfuzun müdafiəsi, habelə mənəvi zərərin kompensasiyası əsasları bu qərarda əks olunmuş şərəf və ləyaqətin müdafiəsi ilə bağlı ümumi qaydalara (hüquqi əsasları, dispozisiya şərtləri, əməlin hüquqazidliyini aradan qaldıran hallar, prezumpsiya və sübutetmə, hüquqların müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulları və s.) uyğun həyata keçirilməli, habelə işgüzar nüfuza aid aşağıdakı özünəməxsus xüsusiyyətlər də nəzərə alınmalıdır. Əlavə olaraq qeyd edilməlidir ki, işgüzar nüfuzun ləkələnməsindən doğan maddi zərərin tutulması əsasları da bu qərarda əks olunmuş ümumi qaydalara tabedir. 2.3.3. Hüquqi şəxslərdən fərqli olaraq, fərdi sahibkarlar, habelə vəkillər, notariuslar, auditorlar, qiymətləndiricilər, elm, tədris və sair peşə sahibləri də işgüzar nüfuzlarını ləkələyən məlumatların yayılmasına görə mənəvi zərərin kompensasiyasını tələb etmək hüququna malikdirlər. Hüquqi şəxslərin işgüzar nüfuzlarının pozulması isə yalnız maddi zərərlə nəticələnə bildiyindən, onlar işgüzar nüfuzun müdafiəsinə yönəlmiş tələblərlə yanaşı, Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan real zərərin və əldən çıxmış faydanın ödənilməsini tələb edə bilərlər. ...... 2.3.5. Işgüzar nüfuzu ləkələyən məlumatlar - üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş və həqiqətə uyğun olmayan məlumatlardır. Bu baxımdan qeyd edilməlidir ki, hər hansı məlumatın işgüzar nüfuzu ləkələyən hesab edilməsi üçün sadalanan bu iki şərt birlikdə mövcud olmalıdır. 2.3.6. Bu məlumatlar bir qayda olaraq aid olduğu fiziki və ya hüquqi şəxs tərəfindən qanunvericiliyi pozmasına, sui-istifadə hallarına, haqsız rəqabətə yol verməsi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar biznes tərəfdaşlarının və istehlakçıların hüquqlarının və maraqlarının, işgüzar davranış qaydalarını pozması kimi mənfi xarakterli informasiya hesab olunur. Məsələn, müvafiq malların satışı ilə məşğul olan şəxsin barəsində müştərilərin aldadılmasına dair, yaxud da təmir-tikinti işləri görən şirkətin bu fəaliyyət üçün müvafiq razılıq olmadan qanunsuz fəaliyyət göstərməsinə dair məlumatlar. ...... 2.3.10. Işgüzar nüfuzun pozulması sahibkarlıq subyektinin rəqabət səviyyəsinin aşağı enməsi, investisiyaların, ticarət dövriyyəsinin, müştərilərin və (və ya) istehlakçıların sayının azalması, biznes tərəfdaşları tərəfindən bağlanılması nəzərdə tutulan əqdlərin rəsmiləşdirilməsindən, yaxud bağlanılmış müqavilələrin icrasından imtina olunması, maliyyə-təsərrüfat göstəricilərinin pisləşməsi, tenderlərdən kənarlaşdırılma və maddi zərərlə səciyyələnən digər mənfi nəticələrə səbəb ola bilər.

21.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

22.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 23.Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. 25.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 26.Hazırkı iş üzrə iddiaçının hüquqi marağı vergi orqanı tərəfindən qoyulmuş məhdudiyyətlə bağlı müəssisənin fəaliyyət göstərə bilmədiyi müddət ərzində ona dəymiş zərərin əvəzinin ödənilməsinə nail olmaqdan ibarətdir. xxxxqeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində müəssisənin fəaliyyəti faktiki olaraq məhdudlaşdırılmış, bunun nəticəsində ## #### 2020-ci il tarixinədək 110.809,13 manat məbləğində əldən çıxmış fayda əldə edilməmişdir. 27.Bundan əlavə, xxxxcavabdehin hərəkətləri səbəbindən onun işgüzar nüfuzuna xələl gəldiyini də bildirərək 50.000 (əlli min) manat məbləğində zərərin ödənilməsini tələb edir. 28.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərər anlayışı iki tərkib hissədən ibarətdir: real zərər və əldən çıxmış fayda. Real zərər dedikdə, şəxsin hüququnun pozulması nəticəsində çəkdiyi faktiki xərclər və ya əmlakının itirilməsi başa düşülür. Əldən çıxmış fayda isə şəxsin hüququ pozulmasaydı adi təsərrüfat fəaliyyəti şəraitində əldə edə biləcəyi gəlirləri ifadə edir. Qanunvericiliyə görə, hər iki halda zərərin əvəzinin ödənilməsi üçün həmin zərərin mövcudluğu, həcmi və hüquq pozuntusu ilə səbəbli əlaqəsi sübuta yetirilməlidir. 29.Hazırkı işdə xxxx2018-ci ildə müəsissənin mənfəəti 92770,48 manat olduğu üçün vergi orqanının qanunsuz hərəkəti nəticəsində ## #### 2020-ci il tarixinədək əldən çıxmış fayda olaraq 110.809,13 manat məbləğində ((14x7730,87)+2576,95=110809,13) pul vəsaitinin ona ödənilməsini tələb edir.

30. Aparılan məhkəmə araşdırmalarından görünür ki, xxxxtərəfindən 110.809,13 manat məbləğində pul vəsaitinin əldən çıxmış fayda olaraq tələb edilməsi ilə bağlı təqdim edilən sübutlar həmin vəsaitin tutulması üçün yetərli hesab edilməmişdir. Belə ki, iddiaçının iddia etdiyi 110.809,13 manat məbləğində əldən çıxmış faydanın ona ödənilməsi ilə bağlı gətirdiyi yeganə dəlil- 2018-ci ildə müəsissənin mənfəəti 92770,48 manat olduğu üçün bu mənfəətin 14 ay üzrə 110.809,13 manat təşkil edəcəyi ehtimalı üzərində qurulmuşdur. 31.Kollegiya bu barədə bildirir ki, müəssisənin 2018-ci ildə mənfəətinin 92770,48 manat təşkil etməsi hələ həmin müəssisənin hər il mənfəətinin məhz həmin məbləğdə olacağını, adi təsərrüfat fəaliyyəti şəraitində gözlənilməz itkilərə məruz qalmayıb, mənfəətinin təkrarlanacağı və nəticədə 14 ay üzrə məhz 110.809,13 manat təşkil edəcəyi anlamına gələ bilməz. 32.Yuxarıda qeyd olunan maddi hüquq normalarının hazırkı mübahisəyə tətbiqi zamanı aydın olur ki, iddiaçının hüququ pozulmasaydı adi təsərrüfat fəaliyyəti şəraitində əldə edə biləcəyi gəlirlərin (əldən çıxmış faydanın) məhz 110.809,13 manat olub, bu faydanın da vergi orqanının qanunsuz hərəkəti ilə səbəbli əlaqəsi sübuta yetirilməlidir. Lakin hazırkı işdə xxxxgöstərilən məbləğdə əldən çıxmış faydanın mövcudluğu halını konkret olaraq sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmələrin “əldən çıxmış fayda” tələbinin əsassız olub, onun təmin edilməməsi ilə bağlı gəldikləri qənaət əsaslı olmuşdur. 33.Digər tərəfdən, iddiaçının ikinci tələbinə- işgüzar nüfuzuna dəymiş 50.000 manat məbləğində pul vəsaitinin ona ödənilməsi ilə bağlı Kollegiya bildirir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı ## ###### 2025-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, hüquqi şəxslərin işgüzar nüfuzlarının pozulması yalnız maddi zərərlə nəticələnə bildiyindən, onlar işgüzar nüfuzun müdafiəsinə yönəlmiş tələblərlə yanaşı, Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan real zərərin və əldən çıxmış faydanın ödənilməsini tələb edə bilərlər. 34.Beləliklə, işgüzar nüfuza dəymiş ziyanın ödənilməsi üçün real zərər və ya əldən çıxmış faydanın mövcudluğu tələb olunur. Hazırkı işdə iddiaçının real zərər və ya əldən çıxmış faydaya məruz qalması faktı təsdiqini tapmır. Bu hal iddiaçının işgüzar nüfuzuna dəymiş ziyanla bağlı tələbinin təmin olunmasını hüquqi dəyərləndirmənin bağlılığı baxımından istisna edir. 35.Kollegiya onu da xüsusilə vurğulayır ki, işgüzar nüfuza dəymiş zərər iddiası həm də konkret faktlar, məsələn, tərəfdaşlarla müqavilələrin pozulması, müştərilərin itirilməsi, bazarda müəssisənin mövqeyinin zəifləməsi və ya digər obyektiv göstəricilərlə də əsaslandırılmalıdır. Lakin yuxarıda qeyd olunduğu kimi, işgüzar nüfuzun pozulması yalnız maddi zərərlə nəticələnə bildiyindən, iddiaçının da əldən çıxmış faydanın tutulması ilə bağlı irəli sürdüyü tələbi əsassız olub rədd edildiyi üçün onun işgüzar nüfuza dəymiş zərər iddiasının da uğurluluğu əhəmiyyətini itirmiş olur. 36.Kollegiya bildirir ki, işgüzar nüfuza dəymiş ziyan tələbinin qanunvericiliklə müstəqil mübahisə predmeti kimi araşdırılıb ona qiymət verilməsi də inkar edilir. Odur ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 37.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 38.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar