Məhkəmə qərarları › İş №2-1(102)-3282/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3282/2019

03.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3282/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: kolxoz üzvlərinin ümumi yığıncağının qərarı əsasında verilmiş torpaq sahəsinə hüququn qeydə alınması, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X1, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikas ı Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə və üçüncü şəxs Babək rayon Qahab Bələdiyyəsinə qarşı həyətyanı torpaq sahəsinə dair çıxarışın verilməsi tələbinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(108)-11/2019 saylı iş üzrə 22 avqust 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Naxçıvan Muxtar Respublikası “Babək” adına kolxozun 1993-cü il tarixli ümumi yığıncağının 18 nömrəli protokolu əsasında İddiaçı 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi həmin torpaq sahəsinə da ir iddiaçının hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qanunvericiliyə görə torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər təqdim edilməli olduğu halda, belə sənədlər təqdim olunmamışdır. İmtinanı qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət edərək işdə olan arxiv arayışlarına əsasən Babək rayon Qahab kəndində keçmiş “Babək” adına kolxoz tərəfindən 1993-cü ildə kolxozun ümumi yığıncağının 18 nömrəli protokolu əsasında ona verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəmə sinin 29 aprel 2019-cu il tarixli, 21(087)-23/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsinə qarşı “1993-cü ildə kolxozun ümumi yığıncağının 18 nömrəli protokolu əsasında verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsi əsl cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi ilə əvəz edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 21(087)-23/2019 nömrəli qərarı (hakim – F.İ.Heydərov) ilə İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Torpaq və Xərit əçəkmə Komitəsinə qarşı “1993-cü ildə kolxozun ümumi yığıncağının 18 nömrəli protokolu əsasında verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmiş, işə baxılması ilə əlaqədar ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçıya aid edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(108)11/2019 saylı, 22 avqust 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – Ə.M.Xıdırov, hakimlər – M.D.Allahverdiyev və Y.S.Qurbanov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2-1(087)-23/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddia çı kassasiya şikayəti verərəkNaxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, mübahisə olunan həyətyanı torpaq sahəsi ona 1993-cü ildə verilmişdir. Məhkəmə iddianı rədd edərkən Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli, 664 saylı Fərmanının ikinci bəndinə istinad etmişdir. İddiaçının mübahisə etdiyi torpaq sahəsi ilə bağlı münasibətləri Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edil miş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında 30 oktyabr 2015-ci il tarixdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı tənzimləyir. 1993-cü ildə iddiaçı da daxil olmaqla 28 şəxsə Qahab kəndində kolxozun ümumi yığıncağının qərarı ilə həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçıdan başqa qalan 27 nəfərin hamısı torpaq sahəsinə dair çıxarış alıblar, ev də tikiblər və heç kimə torpağa dair təhkim aktı verilməyib. Bu məsələ nə birinci instansiya, nə də apellyasiya məhkəməsində araşdırılmamışdır.1993-cü ildə ona verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin hal-hazırda bələdiyyənin mülkiyyətində olması qeyri-mümkündür. Ona görə ki, yuxarıda qeyd olunan tarixdə iddiaçıya verilmiş həyətyanı torpaq sah əsinin hüquqi statusunun dəyişdirilərək bələdiyyənin mülkiyyətinə verilməsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin səlahiyyətində deyil. Belə bir səlahiyyət yalnız Nazirlər Kabinetinə məxsusdur.İddiaçıya 1993-cü ildə verilmiş torpaq sahəsi ilə bağlı çıxarış alması üçün Prezidentin 439 nömrəli fərmanının 2.5ci bəndində təhkim akt, plan-sxem və. s sənədlər nəzərdə tutulmayıb. Bu cür sənədlər həmin fərmana edilmiş dəyişikliyin ikinci bəndində deyil, ikinci hissəsində nəzərdə tutulmuşdur. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə işə tərəf lərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, a pellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2 və 2.5-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində yaşayış evlərinin və bağ evlər inin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərdəndir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlə ri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli, 664 nömrəli Fərmanının 2ci bəndində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir. Hazırkı işin hallarından isə müəyyən edilir ki, İddiaçı 30 oktyabr 1993-cü ildə kolxozun ümumi yığıncağının 18 nömrəli protokolu əsasında verilmiş 0.10 ha torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədləri (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmələr tərəfindən aparılmış araşdırmalar nəticəsində də belə sənədlər aşkar olunmamışdır. Ona görə də, kollegiya hesab edir ki, inzibati orqanın müvafiq qeydiyyata aparmaqdan imtina ilə bağlı hərəkətləri qanuni olmuşdur. İnzibati orqan iddiaçının tələb etdiyi qeydiyyatı qanunveric iliyin tələbinə görə yalnız torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduqda apara bilər. Belə sənədlər isə yoxdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(108)11/2019 saylı iş üzrə 22 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar