Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3283/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1na qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsi GİRİŞ HİSSƏ 24.12.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1na qarşı işə bərpa edilməsi və kompensasiyanın ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə icraatın yeni a çılmış hallarla bağlı təzələnməsi haqqında ərizəyə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Cavabdeh1 sədrinin məri ilə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6 və 33.1.6-cı maddələrinə əsasən tutduğu vəzifədən azad olunmağını qanunsuz hesab edərək, əvvəlki iş yeri olan Cavabdeh2 Pensiya təyinatı sektorunun baş məsləhətçisi vəzifəsinə bərpa edilmə si; iddiaçının qanunsuz olaraq işləməkdən məhrum etmiş bütün vaxt üçün (məcburi iş buraxmaya görə) 21.10.2015-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqının yanında Cavabdeh1 Bakı şəhər Suraxanı rayon şöbəsindən tutularaq onun xeyrinə ödənilməsi; maddi zərərə görə hüquqi xidmətlə əlaqədar vəkilə ödənilmiş 200 AZN və mənəvi zərərə görə 10.000 AZN məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli qərarı ilə (hakim R.Kərimli; iş No 2-1(82)-3844/2015) iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 mart 2016-cı il tarixli qərarı ilə (sədrlik edən H.Həmidov, hakim lər E.Nağıyeva və E.Vəliyeva; iş No 21(103)-467/2016) apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin birinci instansiya məhkəməsinin 14 dekabr 2015-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 iyun 2016-cı il tarixli qərarı ilə (sədrlik edən K.Bədəlov, hakimlər İ.Dadaşov və A.Hüseynov; iş No 2-1(102)-956/2016) iddiaçının kassasiya şikayətinin təmin olunmaması; Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir etmişdir. Ərizə Azərbaycan Respublikası İPM-nin 100, 101 və 103.1-ci maddələrinə istinad edilməklə belə əsaslandırılmışdır ki, ərizəçinin Azərbaycan Respublikası Cavabdeh1na qarşı iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qərar qəbul edilmiş və həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 iyun 2016-cı il tarixli qərarı ilə qüvvəyə minmişdir. Ərizəçi iş üzrə yeni sübutlar əldə etmişdir, hansı ki, işin ilkin icraatı zamanı bu hallar barədə sübutlar ondan asılı olmayan səbəblərdən təqdim olunmamışdır. İş üzrə mübahisələndirilən inzibati akt, yəni Cavabdeh1 sədrinin 1387/k nömrəli 20 oktyabr 2015-ci il tarixli əmrinin verilməsi üçün əsas götürülmüş və əmrdə qeyd olunmuş Cavabdeh2 18/04-4760 nömrəli 16 oktyabr 2015-ci il tarixli məktubunun saxtalaşdırıldığı və məlumatl arın təhrif olunduğu, əlavə olunmuş protokolun işçilərə təzyiq və təhdid altında imzalandığı aşkar edilmişdir. Belə ki, 2018-ci ilin dekabr ayında həmin dövrdə onunla birlikdə işləyən bəzi şəxslər onun işdən azad olunması ilə bağlı bir sıra məlumatlar vermişlər. Onlar ilk həmkarlar təşkilatında iclasa dair formal olaraq hazırlanmış protokolun təzyiq və təhdid altında imzalandığını, iclasın keçirilmədiyini, yalnız 23 oktyabr 2015-ci il tarixdə şöbə rəisinin onları çağırıb sənədi oxumağa imkan vermədən imza etdirdiyini bildirmişlər. Həmin şəxslərin bu barədə notarial qaydada təsdiqlənmiş ərizələri mövcuddur və onlar məhkəmədə şahid qismində ifadə verməyə hazırdırlar. Qeyd olunan xüsusatlarla əlaqədar olaraq, 2013-2015-ci illər ərzində ərizəçi ilə birlikdə Cavabdeh2ndə işləmiş və Həmkarlar təşkilatının formal olaraq hazırlanmış iclas protokolunu təzyiq və təhdid altında imzalamış şəxslərdən Mühasibat uçotu sektorunun müdiri X4, həmin sektorun aparıcı məsləhətçi X3, Pensiya təyinatı sektorunun məsləhətçisi X5, həmin sektorun məsləhətçisi X2 müvafiq ərizələri yazmışlar və məhkəmədə ifadə verməyə hazır olduqlarını bildirmişlər. Cavabdeh2 18/04-4760 nömrəli 16 oktyabr 2015-ci il tarixli məktubunda guya, ərizəçinin 19 sentyabr 2014-cü il tarixli 1512 nömrəli əmrlə töhmət aldığı qeyd olunmuşdur ki, bu hal da həqiqaətə uyğun deyil. Həmin əmrin saxtalaşdırılmış və onun adı və soyadı əlavə olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. Cavabdeh1 arxivində saxlanılan şöbə əməkdaşlarının imzalayıb tanış olduqları əmrlərdə ərizəçinin adı qeyd oiunmarmşdır. Bundan əlavə Cavabdeh2 18/C4-4760 nömrəli 16 oktyabr 2015-ci il tarixli məktubunda vətəndaş X1 şikayətinin araşdırılması zamanı onun nöqsanlara yol verildiyi qeyd olunmuşdur. Bununla bağlı ərizəçi adıçəkilən şəxslə əlaqə saxlamış və görüşmüşdür. Səidə Talıbova Cavabdeh2 ilə bağlı ümumiyyətlə şikayətinin olmaması barədə notarial qaydada təsdiqlənmiş ərizə təqdim etmiş, məhkəmədə şahid kimi ifadə verməyə hazır olduğunu bildirmişdir. İşin ilkin icraatı zamanı bu faktla ona görə təqdim olunmamışdır ki, işdə marağı olan şəxslər (E.Mehdiyev, Ş.Cəbiyev) vəzifə tuturdular, bu faktları öz xeyirlərinə təhrif edirdilər, işçiləri təqyiq və təhdid altında saxlayırdılar. Hal-hazırda həmin şəxslər tutduqları vəzifədən azad olunmuşlar, işin obyektiv araşdırılmasına təsir edə bilmirlər. Həmin ərizəyə baxmış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2019-cu il tarixli qərardadı ilə (hakim R.Kərimli; iş No 2-1(82)3844/2019) ərizəçinin mübahisə ilə bağlı yeni açılmış hallara dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və Ü.Mayılov; iş № 21(103)-1923/2019) ərizəçinin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Həmin qərardaddan ərizəçi kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Ərizəçinin kassa siya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərardad qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının məlumatlandırılmalarına baxmayaraq, vaxtı və yeri barədə lazimi qaydada hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə ş ikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, ərizəçinin bildirdiyi xüsusatlar “yeni açılmış hallar” kimi icraatın təzələnməsinə əsas vermir. Bu, ondan irəli gəlir ki, iddiaçının dəlilləri mötəbər sübutlara, o cümlədən hər hansı cinayət işinin n əticələri üzrə hökmə, qərara eləcə də mülki və ya inzibati mübahisə üzrə qərara, habelə hər hansı aidiyyəti şəxsin inzizam məsuliyyətinə cəlbi barədə akta söykənmir. Nəzərə alınmalıdır ki, bu dəlillər üzrə hərəkətlərə yol vermiş vəzifəli şəxslərin müvafiq məsuliyyətə cəlb olunması hər hansı aktla təsdiqlənməlidir. Ona görə də, ərizəçinin, yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizəsi əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi Belə ki, Azərbaycan Respublikası İPM-nin 102-ci maddəsinə əsasən, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 103.1 -ci maddəsinə müvafiq olaraq yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə, mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 106.2-ci maddəsinə uyğun olaraq icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi ha qqında qərardad qəbul edir. İPM-nin 106.3-cü maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, ərizəçinin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhk əmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3283/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3283/2019
24.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver