Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3285/2019 29.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Nərimanov rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər “xxxx” MMC-nə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3285/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər:müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi yolverilməzdir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Cavabdeh2, cavabdehin və üçüncü şəxs “xxxx” MMC-nin vəkili Cavabdeh3 iştiraklar ı, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Nərimanov rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər “xxxx” MMCnə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1494/2019 saylı qərarından İddiaçı və vəkili Vəkil, cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti, üçüncü şəxs “xxxx” MMC və onların vəkili Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Nərimanov rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər “xxxx” MMCnə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə iddia ərizəsi ilə 2 saylı Bakı İn zibatiİqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 76.100 manat məbləğində maddi ziyanın (mənzilin təmirinə çəkilən 65 000 manat, 2013-cü ilin xx ayından 2016-cı ilin xx ayınadək, 27 ay üzrə 5 400 manat, 2016-cı ilin xx ayından 2016-cı ilin xx ayınadək, 7 ay ərzində 4 900 manat kirayə haqqı, mənzilə köçmək üçün çəkilən 800 manat nəqliyyat xərcləri), 80.000 manat sökülmüş qarajına görə kompensasiya, 10.000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov rayon İcra Hakimiyyəti -"Sifarişçi və zəmanətverən” qismində, “*****”-“xxxx” MMC (VÖEN **********) və “Zəmanətalan”-fiziki şəxs İddiaçı arasında xx xx 2013-cü il tarixli, **** saylı zəmanət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin predmeti aşağıdakı kimi razılaşdırılmışdır: 1.1 Bakı şəhərinin Baş planına uyğun olaraq X1 prospektində istismar müddətini keçmiş yaşayış binalarının sökülərək yerində yeni müasir yaşayış binalarının inşa olunması ilə əlaqədar X1 prospekti 79/2 saylı yaşayış binasının sökülməsi və sakinlərin köçürülməsi üçün həmin yerdə müasir yaşayış binasının inşa edilməsi, yeni tikiləcək binada köçürülən sakinlərin əvvəlki mənzillərinin müqabilində yeni mənzillərlə təmin olunması. Vətəndaş İddiaçı X1 prospekti 79/2 saylı binada ona məxsus, ümumi sahəsi 62,6 kv.m olan 28 saylı,3 otaqlı mənzilinin əvəzinə, həmin ünvanda inşa olunacaq yeni yaşayış binasının 3-cü mərtəbəsində, 6-cı girişdə (X1 prospektinə baxan tərəfdə) üm umi sahəsi 105,42 kv.m olan 3 otaqlı, 81 saylı tam təmirli yeni mənzillə və bir ədəd minik avtomobili üçün qaraj sahəsi ilə təmin olunması, 1.3 Binanın tikintisi aparılan müddətdə köçürülən sakinlərin müvəqqəti yaşayış yerinə daşınma məsrəflərinin, kirayə haqlarının yəni, mənzillərə köçən günə qədər, eləcə də gələcəkdə yeni mənzilə daşınma və yerləşmə məsrəflərinin “Podratçı” tərəfindən ödənilməsinin təmin edilməsi. Həmçinin tərəflərin öhdəlikləri aşağıdakı qaydada qəbul olunmuşdur: “sifarişçi və zəmanətverənin" öhdəlikləri: müqavilədə nəzərdə tutulmuş “Podratçı” tərəfindən həyata keçirilən bütün işlərin maliyyələşdirilməsini təmin etmək; 2.1.2. işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarəti həyata keçirmək. 2.2.«Podratçının» öhdəlikləri: tikinti müddətində söküntüyə məruz q alan mənzilin və ya qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə (sahibinə) bu müqavilənin 1.2. bəndində nəzərdə tutulan mənzilin və ya qeyri-yaşayış sahəsinin bütün kommunal xidmətlərlə təchiz edilərək verilməsini təmin etmək; Mülkiyyətçilərə yeni binada veriləcək yaşayış və ya qeyri-yaşayış sahələrinin sənədlərini rəsmiləşdirərək mülkiyyət hüquqlarının Dövlət reyestrində qeydə alınması xərclərini ödəmək şərti ilə mülkiyyətçiyə təhvil vermək; Köçürülən sakinlər yeni mənzillərlə təmin olunana qədər onlar üçün nəzərdə tutulan aylıq kirayə haqlarını - 3 otaqlı mənzillər üçün 700 AZN olmaqla hər üç aydan bir əvvəlcədən ödənilməklə təmin etmək; «Zəmanətalanın» öhdəlikləri: Bakı şəhərinin Baş planına uyğun olaraq tikinti işlərinin aparılması ilə əlaqədar təcili olaraq söküntüyə məruz qalan yaşayış və ya qeyri-yaşayış sahəsini azad etmək və söküntü işlərinin aparılması üçün «Sifarişçi və zəmanət verənə» müvafiq şərait yaratmaq. 2.3.2. Mənzilə mülkiyyət hüququnu təsdiq edən sənədləri «Sifarişçi və zəmanətverənə» təhvil vermək. Müqavilənin 2.3-cü bəndi ilə- “Zəmanətalan”fiziki şəxs X5 üzərinə düşən öhdəliklərini tam olaraq yerinə yetirmişdir. Yəni tikinti işlərinin aparılması ilə əlaqədar təcili olaraq söküntüyə məruz qalan-Heydər Əliyev prospekti 79/2 saylı binada X3 məxsus, ümumi sahəsi 62,6 kv.m olan 28 saylı, 3 otaqlı mənzilini azad etmiş və söküntü işlərinin aparılması üçün 04.12.2013-cü il tarixdə «Sifarişçi və zəmanət verənə» Nərimanov rayon icra Hakimiyyətinə təhvil vermişdir. Lakin, “Sifarişçi və zəmanətverən”-Nərimanov rayon icra Hakimiyyəti və “Podratçı”-“xxxx” MMC üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etməyərək, “Zəmanətalana” - fiziki şəxs X3 qarşı delikt törətmişlər. “Sifarişçi və zəmanətverən” - Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən müqavilədə nəzərdə tutulmuş “Podratçı" tərəfindən həyata keçirilən bütün işlərin maliyyələşdirilməsi vaxtinda təmin edilmədiyindən - Müqavilənin 2.2.3-cü bəndində nəzərdə tutulan, köçürülən sakinlər yeni mənzillərlə təmin olunana qədər onlar üçün nəzərdə tutulan aylıq kirayə haqlarını - 3 otaqlı mənzillər üçün 700 manat olmaqla hər üç aydan bir əvvəlcədən ödənilməklə təmin edilməsi - öhdəliyi tam (yəni 700 manat) yerinə yetirilməmiş; 2015-ci ilin noyabr ayından isə gecikdirmələrə yol verməklə, “hər üç aydan bır əvvəlcədən ödənilməklə təmin edilməsi” - şərti pozulmuş və “Zəmanətalana” fiziki şə xs X2 razılığı olmadan müqavilə şərti birtərəfli qaydada dəyişdirilmiş- aylıq 700 manat kirayə haqqı 500 manatla əvəz edilmiş və aylıq ödənişlərlə təmin olunmasına başlanılmışdır. “Sifarişçi və zəmanətverən” Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə zəif nəzarət edilmişdir. Məhz, göstərilən səbəbdən - keyfiyyətsiz inşaat materiallarından istifadə hallarına yol verildiyindən, eləcə də digər mənzillərdə aparılan təmirin keyfiyyəti olduqca aşağı səviyyədə olduğundan, yəni istifadə olunan elektrik məftillərinin, daxili su borularının, döşəmə taxta materiallarının və sair tikinti materiallarının davamlılığı və keyfiyyəti yoxlanılmadan (sertifikatları təqdim edilmədən) quraşdırıldığından - yeni yaşayış binasının 3-cü mərtəbəsində, 6-cı giriş də (Heydər Əliyev prospektinə baxan tərəfdə) ümumi sahəsi 105,42 kv.m olan 3 otaqlı, 81 saylı mənzildə “Zəmanətalan” - fiziki şəxs İddiaçı tərəfindən təmir işlərinə başlanılmasına razılıq alınmışdır. Həmçinin, “Zəmanətalan” - fiziki şəxs İddiaçı tərəfindən aparılan təmir işlərinə görə çəkilən və çəkiləcək xərclərin “Sifarişçi və zəmanətverən” - Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən 2016-cı ilin fevral ayında ödənilməsi vəd edilmişdir. Göstərilənlər barəsində Bakı şəhər İcra Hakimiyyətinə rəsmi qaydada müraciət olunmuş və 105,42 kv.m olan 3 otaqlı mənzilin tam təmir olunması üçün statistik orta hesablamalara görə hər kv.m. üçün təqribən 500 manat, cəmi-52 710 manat məbləğin “Sifarişçi və zəmanətverən” - Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən ödənilməsini xahiş etmişdir. Bundan əl avə, müqavilədə nəzərdə tutulmuş bir ədəd minik avtomobili üçün qaraj sahəsinin binanın hansı tərəfində olacağı və ölçüləri barədə məlumat verilməsi və xxxx 2013-cü il tarixli, 28-79/2 saylı zəmanət müqaviləsinin təsdiq olunmuş surətinin təqdim olunması xahiş olunmuş, göstərilən ərizəyə - Cavabdeh1 ******, xxxx 2016-ci il məktubu ilə cavab verilməklə, İddiaçı ərizənin araşdırılması üçün RİH başçısı aparatının hüquq şöbəsinə dəvət edilmişdir. Həmin dövrdə bir neçə dəfə cavabdehin vəzifəli şəxslərinin qəbulunda olsa da ərizədə göstərilən məsələlərin həlli istiqamətində heç bir əməli tədbirlər görülməmiş, iddiaçıya alternativ olaraq yaşadığı binanın altında yerləşən və keçid üçün nəzərdə tutulan 40 kv.m-lik sahə qaraj kimi istifadə üçün iddiaçıya təklif edilmişdir. Qeyd olunan müqavilə şərtlə rinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşmiş 79/2 saylı yaşayış binası sökülmüş, həmin ərazidə yeni yaşayış binası inşa olunmuş və mülkiyyətində olan 28 saylı mənzil söküldüyündən ona 81 saylı mənzil 2016-cı ilin xx ayında pəncərələri və giriş qapısı istisna olmaqla tam təmirsiz və mənzil daxilində heç bir kommunikasiya xətti olmayan vəziyyətdə təhvil verilmişdir. Müqavilədə nəzərdə tutulan qaraj sahəsinin əvəzinə isə xxxx 2016-cı il tarixdə binanın keçid sahəsinin verilməsi təklif olunmuşdur. Mənzildə təmir işləri xxxx 2016-cı il tarixdə tam başa çatdığından və xxxx 2016-cı il tarixdə mənzilə köçməyi nəzərə alınarsa, sübut olunur ki, 2016-cı ilin xx ayından 2016-cı ilin xx ayınadək, 7 ay ərzində 4 900 (700x7) manat kirayə haqları cavabdeh tərəfindən ödənilm əmişdir. Eyni zamanda, dekabr 2013-cü il tarixdən xx 2016-cı il tarixədək, 27 ay üzrə aylıq 500 manat kirayə haqqı ödənilməsi nəzərə alınarsa, cavabdeh 5 400 (200x27) manat kirayə haqlarını az ödəmişdir. Bundan başqa, müqavilədə yeni mənzilə köçmək üçün daşınma xərclərinin ödənilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən həmin xərclər qarşılanmamışdır. Yeni mənzilə daşınma xərcləri isə təqribən 800 manat təşkil etmişdir. Eləcə də, mənzil qaz təchizatı ilə təmin edilməmiş və mənzilin mülkiyyət hüquqları Dövlət reyestrində qeydə alınmamışdır. Yuxarıda göstərilənlər barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, cavabdeh tərəfindən heç bir tədbirlər görülməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-49/2018 saylı qərarı ilə iddia tələbi qismən təm in edilərək, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 14.11.2012-ci il tarixli 426 nömrəli sərəncamı ilə İddiaçı məxsus olmuş, ümumi sahəsi 62,6 kv.m olan 3 otaqlı 28 saylı mənzilin yerləşdiyi Heydər Əliyev prospekti, 79/2 saylı binanın sökülərək yenidən tikintisi ilə əlaqədar cavabdeh inzibati orqanın təqsirli hərəkətləri nəticəsində dəymiş ziyan kimi 40.855 manat pul (mənzilin təmirinə çəkilən xərc- 26.355 manat, 2013-cü ilin dekabr ayından 2016-cı ilin mart ayınadək ödənilməmiş kirayə haqqı -5.400 manat, mənzilə köçmək üçün çəkilən nəqliyyat xərcləri - 100 manat, 18,0 kv.m qaraja görə kompensasiya-9.000 manat) cavabdehdən tutularaq İddiaçı verilmiş, qalan hissədə iddia təmin edilməmişdir (hakim – X.X.İmanov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1494/2019 saylı qərarı ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Tağızadə və Ü.A.Mayılov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı qismən-qaraja görə kompensasiyanın tutulması hissəsində ləğv edilmiş, iddiaçının qaraja görə kompensasiyanın tutulması barədə tələbi qismən təmin edilmiş, cavabdeh Nərimanov rayon İcra Hakimiyyətindən 18,0 kv.m qaraja görə kompensasiya olaraq İddiaçı xeyrinə 18.000 manat tutulmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qə rarının mənzilin təmirinə çəkilən xərc, 2016-cı ilin xx ayından 2016-cı ilin xx ayınadək 7 ay ərzində kirayə haqqı, mənzilə köçmək üçün çəkilən nəqliyyat xərci və qaraja görə kompensasiyanın tutulması hissəsində qismən ləğv olunması, mənzilin təmirinə çəkilən xərc üçün 47.439 manat, 2016-cı ilin mart ayından 2016-cı ilin oktyabr ayınadək 7 ay ərzində kirayə haqqı üçün 4.900 manat, mənzilə köçmək üçün çəkilən nəqliyyat xərci 800 manat və qaraj sahəsi üçün 40.000 manat kompensasiyanın ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Nərimanov rayon İcra Hakimiyyəti, üçüncü şəxs “xxxx” MMC və onların vəkili Cavabdeh3 kassasiya şikayətləri verərək məhkəmə qərarının ləğv edilm əsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Nərimanov rayon İcra Hakimiyyəti -“Sifarişçi və zəmanətverən” qismində, eləcə də “Podratçı”-“xxxx” MMC və “Zəmanətalan”- fiziki şəxs İddiaçı arasında imzalanmış xxxx 2013-cü il tarixli Zəmanət müqaviləsi üzrə İddiaçı üzərinə düşən öhdəliklər tam yerinə yetirmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam yerinə yetirilməmiş, mənzildə təmir işlərinin iddiaçının vəsaiti hesabına aparılması və buna görə iddiaçıya mənzilin 1kv.m.-i üçün 150 manat təmir xərclərinin ödənilməsi təkl ifi, iddiaçının mülkiyyətinə verilməsi nəzərdə tutulan qaraj sahəsinin təhvil verilməməsi, mənzilə görə kirayə haqqının xxxx 2015-ci il tarixədək 500 manat məbləğində verilməsi, Deməli, mənzildə iddiaçı tərəfindən aparılmış təmir işlərinə və iddiaçıya təhvil verilməmiş qaraj sahəsinə görə iddiaçıya ödəniləcək kompensasiya işin mübahisəsiz halı kimi qəbul edildiyindən,ödəniləcək kompensasiyanın yalnız məbləği barədə tərəflər arasında razılıq əldə edilməməsi müəyyən edilir, xxxx 2017-ci il tarixli qərardadının icrası qaydasında Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş xxxx 2018- ci il tarixli ekspert rəyində göstərilən- 2-ci sinifə aid olan təmir xərcinin 1 k.m.-nin 350-450 manat məbləğinin yuxarı həddi ilə, yəni iddiaçı tərəfindən aparılmış təmirə görə mənzilin 1 kv.m. üçün 450 manat hesab ı ilə kompensasiyanın müəyyən edilməməsi-ədalətsiz nəticə olduğunu sübut edir, həmçinin qaraj sahəsinin təhvil verilməməsi üçün kompensasiyanın 18.000 manat məbləğində hesablanması da ədalətli olmamış, müqavilə üzrə təhvil veriləcək qaraj sahəsinin ölçüləri və yeri barədə məlumat verilməsi üçün iddiaçı tərəfindən cavabdehə müraciətlər edilmiş, Cavabdeh******saylı, xxxx 2016-ci il və Cavabdeh1 ****** - saylı, xxxx 2016-ci il tarixli cavab məktublarında bildirilmişdir ki, iddiaçıya 40 kv.m.-lik qaraj sahəsi təklif edilmiş, qaraj sahəsinin 40 kv.m. ölçüdə iddiaçıya təklif olunması cavabdehin iradə ifadəsi olmuş, belə olan halda qaraj sahəsinin 18 kv.m. ölçüdə qəbul edilməsi, iddiaçıya verilmiş cavab məktubları ilə uyğunluq təşkil etmir. Cavabdeh Nərimanov rayon İcra Hakimiyyəti kassasiya şika yətini onunla əsaslandırmışdır ki, iddiaçı mənzilin açarlarını tikinti təşkilatının əməkdaşlarından aldıqdan sonra, mənzil daxili yenidənqurma işlərinə başlamış, yaşayış otaqlarının və köməkçi sahələrin yerini və təyinatını əhəmiyyətli dərəcədə dəyişmiş, “xxxx” MMC tərəfindən layihə-smeta sənədləri üzrə icra edilmiş 4469 manatlıq təmir işlərini məhv etmiş, mənzilə köçməni öz təşəbbüsü ilə gecikdirmiş və süni şəkildə mübahisə predmeti yaratmış, iddiaçı zəmanət müqaviləsi bağlayaraq, ona məxsus yaşayış sahəsindən 2 dəfə çox yaşayış sahəsi almaqla ilk növbədə özünü sığortalamış, köçürülmə prosesinin tam həcmdə layihə üzrə həyata keçirildiyi vaxtda gözləmə mövqeyində olmuş, yaşayış binasının bütün sakinlərinin istifadəsinə verildikdən sonra süni mübahisə predmetinin yaranmasına baxmayaraq, cav abdeh tərəfindən iş üzrə iddiaçıya həm təmir edilməmiş işlərə, həm də layihə üzrə binanın zirzəmisində avtomobil parkovka qaraj sahəsinin verilməməsinə görə ədalətli kompensasiya məbləği olaraq bütövlükdə 12.000 manat təklif etmiş və bu təklif bu gün də qüvvədədir, həmçinin tərəflər arasında bağlanmış olan zəmanət müqaviləsində mənzil-daxili rekonsruksiya işlərinin aparılması, layihə üzrə mənzil daxili inşaat elementlərinin sökülməsi və yaşayış sahəsinin təyinatın dəyişdirilməsi, eləcə də mənzil mülkiyyətçilərinin öz istədiklərinə uyğun şəkildə layihədənkənar təmir işlərinin aparılması barədə hər hansı bir müddəa yoxdur və bu barədə tərəflər hər hansı bir öhdəlik götürməmiş, layihə smeta sənədlərinə əsasən H.Əliyev prospekti, 79/2-81 ünvanda sahəsi 105,7 kv.m. olan 3 otaqlı mənzillərin dax ili orta təmiri 8805 manat, elektrik işləri üzrə 1 №-li kalkullyasiya üzrə təmir xərcləri 500 manat, santexnika materialları və aksesuarlar üçün 2 №-li kalkulyasiya üzrə təmir xərcləri 1370 manatdır, İddiaçı məxsus H.Əliyev prospekti, ev № 79/2 mənzil 81 ünvanda “xxxx” MMC tərəfindən daxili təmir xərcləri tərtib edilmiş 1 A və 2 A kalkulyasiya üzrə 4469 manat təşkil edir. Üçüncü şəxs “xxxx” MMC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Bakı şəhərinin təsdiq edilmiş Baş planına uyğun X7 yaradılmasından sonra Heydər Əliyev prospektinin yenidən qurulması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının müvafiq inzibati aktları qəbul edilmiş, sözügedən ə razidə istismar müddətini başa vurmuş, müasir memarlıq tələblərinə cavab verməyən bir neçə mərtəbəli yaşayış binalarının sökülməsi zərurəti yaranmış, bu məsələ ilə əlaqədar X9 və Nərimanov RİH-in xxxx 2012-ci il tarixli 426 №-li və xxxx 2013-cü il tarixli 539 №-li Sərəncamları qəbul edilmiş, həmin ərazidən sakinlərin köçürülməsi məqsədi ilə Nərimanov RİH, xxxx” MMC və həmin ərazidə yaşayan bütün sakinlər arasında zəmanət müqavilələri bağlanmış, müqavilə öhdəliyinə əsasən bütün sakinlərə onların istifadələrində (mülkiyyətlərində) olan yaşayış sahələrinin ölçülərindən daha böyük ölçülərdə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırımış eskiz layihəsinə uyğun həmin ərazidə yeni inşa edilmiş tam təmirli abad yaşayış sahələrinə köçürülmə tikinti işləri başa çatanadək həmin sakinl ərin istifadələrində olmuş mənzillərin otaq saylarına (1 otaqlı mənzillərə görə 300, 2 otaqlı mənzillərə görə 400, 3 və ondan çoxsaylı mənzillərə görə isə 500 manat) müvafiq 300-500 manat məbləğində aylıq kirayə haqlarının ödənilməsi nəzərdə tutulmuş, eləcə də köçürülmə ilə əlaqədar vətəndaşlara onların müraciətləri olduqda ev əşyalarının daşınması üçün nəqliyyat vasitələri ilə təmin edilməsi Nərimanov RİH tərəfindən əlavə xidmətlər kimi nəzərdə tutulmuş, tikinti işləri 2016-cı ilin xx ayının sonunda başa çatmış və sakinlərə son olaraq 2016-cı il xx 15-ə qədər sonuncu aylıq kirayə haqları verilmişdir və bütün sakinlər tikinti təşkilatı tərəfindən tərtib və təsdiq edilmiş vahid layihə-smeta sənədləri əsasında təmir edilmiş mənzillərə köçürülmüşlər, köçürülmə ilə əlaqədar çəkilməli olan bütü n xərclər Dövlət vəsaiti hesabına həyata keçirilmiş, digər sakinlər kimi, iddiaçı X2 Heydər Əliyev prospekti 79/2 №-li binada ona məxsus, ümumi sahəsi 62,6 kv.m. olan 28 №-li 3 otaqlı mənzilin əvəzinə, həmin ünvanda inşa edilmiş yeni yaşayış binasının 3-cü mərtəbəsində, 6-cı girişdə, H.Əliyev prospektinə baxan tərəfdə ümumi sahəsi 105,42 kv.m. olan, 3 otaqlı 81 №-li mənzili verilmiş, layihə üzrə sözügedən yaşayış binasının bütün mənzillərində təmir işlərinin aparılmasına başlanmış, suvaq işləri tamamlanmış, “Ağdağ” məhlulu ilə hamarlanmış, soyuq və isti su boruları çəkilmiş, döşəmələrdə beton üzləşmə işləri başa çatdırılmış və elektrik işləri görülmüş, təmir işlərinin layihə üzrə aparıldığı bir vaxtda yəni həmin vaxt iddiaçıya məxsus mənzidə “xxxx” MMC tərəfindən 4469 manatlıq təmir işləri görüldükdən sonra iş üzrə iddiaçı tikinti şirkətinin nümayəndələrinə şifahi müraciət edərək mənzildaxili yenidənqurma işləri ilə əlaqədar təmir işlərinin bundan sonra öz vəsaiti hesabına aparacağı arzusunda olduğunu bildirmiş və mənzilin giriş açarlarını şirkətin nümayəndələrindən geri almış, söhbət əsnasında təmir işlərinə layihə üzrə çəkilən xərcin hər kv.m. üçün 150 manat olması iddiaçının nəzərinə çatdırılmış və edilməmiş təmir xərclərinin qaytarılması ona bildirilmiş, zəmanət müqaviləsində aylıq kirayə məbləğinin 3 otaqlı mənzillər üçün 700 manat yox 500 manat olması faktı iddiaçıya izahat verilmiş və həmin xərclərin Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidməti tərəfindən ayrıldığı bir daha onun nəzərinə çatdırılmış, bu barədə iddiaçı bu məsələyə hər hansı bir rəy bildirməmiş və sta bil olaraq layihə üzrə yaşayış sahələri bütün sakinlərin istifadəsinə verilənədək RİHBA-nın Hüquq Şöbəsindən aylıq 500 manat kirayə haqlarını almış, mübahisəli ərazidə iddiaçıya məxsus 7-8 kv.m. sahəsi olan və təsərrüfat məqsədləri üçün istifadə edilən (mətbəx əşyalarının saxlanması üçün) anbarı olmuş, həmin anbarın heç bir hüququmüəyyənedici sənədi olmadığından, “Zəmanət müqaviləsi”ndə onun hər hansı bir formada xarakteristikasının əks etdirilməsi mümkün olmamış və onun əvəzi olaraq iddiaçıya avtomobil parkovkası üçün binaların zirzəmisində qaraş sahəsinin verilməsi nəzərdə tutulmuş, məhz bu səbəbdən qaraj quraşdırılması, tikintisi və ya torpaq sahəsinin ayrılması yox parkovka üçün zirzəmidə qaraj sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vək ili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının mənzilin təmirinə çəkilən xərc, 2016-cı ilin xx ayından 2016-cı ilin xx ayınadək 7 ay ərzində kirayə haqqı, mənzilə köçmək üçün çəkilən nəqliyyat xərci və qaraja görə kompensasiyanın tutulması hissəsində qismən ləğv olunması, mənzilin təmirinə çəkilən xərc üçün 47.439 manat, 2016-cı ilin xx ayından 2016-cı ilin xx ayınadək 7 ay ərzində kirayə haqqı üçün 4.900 manat, mənzilə köçmək üçün çəkilən nəqliyyat xərci 800 manat və qaraj sahəsi üçün 40.000 manat kompensasiyanın ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Cavabdeh2, cavabdehin və üçüncü şəxs “xxxx” MMC-nin vəkili Cavabdeh3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndir ilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Cavabdeh2, cavabdehin və üçüncü şəxs “xxxx” MMC-nin vəkili Cavabdeh3 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1494/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xxxx 2012-ci il tarixli, 426 saylı sərəncamı ilə Heydər Əliyev prospekti 89/29, 87, 85, 83 və 64 saylı binaların sökülərək yerində MŞBİ tərəfindən razılaşdırılmış layihəyə uyğun yeni müasir yaşayış binalarının tikintisinə icazə verilmiş, Nərimanov rayon İcra Hakimiyyəti başçısının xxxx 2013-cü il tarixli, 539 nömrəli digər sərəncamı ilə həmin yaşayış binalarının və ətraflarında yerləşən mövcud qeyri-yaşayış binalarının mövcud qanunvericiliyin tələblərinə uyğun sökülərək, yenidən tikintisi, əhalinin köçürülməsi və sair təşkilati tədbirlərin görülməsinin təmin olunması məqsədilə komissiya yaradılmış, köçürülməyə məruz qalan sakinlərin dövlət büdcəsindən ayrılan vəsait hesabına müvəqqəti kirayə haqları ilə təmin olunmasında 37 saylı MKİS-in rəisi Ç.İbrahimov maddi məsul şəxs qismində təyin edilmiş, Nərimanov rayon İcra Hakimiyyəti “sifarişçi və zəmanətverən” qismində, “podratçı” “xxxx” MMC və “zəmanətalan” fiziki şəxs İddiaçı arasında imzalanmış xxxx 2013-cü il tarixli, 28-79/2 saylı zəmanət müqaviləsinin 1.2-ci bəndinə əsasən İddiaçı Heydər Əliyev prospekti, 79/2 saylı binada ona məxsus, ümumi sahəsi 62,6 kv.m olan 28 saylı, 3 otaqlı mənzilinin əvəzinə, həmin ünvanda inşa olunacaq yeni yaşayış binasının 3-cü mərtəbəsində, 6-cı girişdə (Heydər Əliyev prospektinə baxan tərəfdə) ümumi sahəsi 105,42 kv.m olan 3 otaqlı, 81 saylı tam təmirli yeni mənzillə və bir ədəd minik avtomobili üçün qaraj sahəsi ilə təmin olunmasına zəmanət verilmiş, müqavilənin 1.3-cü bəndinə əsasən binanın tikintisi aparılan müddətdə köçürülən sakinlərin müvəqqəti yaşayış y erinə daşınma, kirayə haqlarını, mənzillərə köçən günə qədər, eləcə də gələcəkdə yeni mənzilə daşınma və yerləşmə məsrəflərini “podratçı” üzərinə götürmüş, müqavilə üzrə tərəflər öhdələrinə götürmüşlər: “sifarişçi və zəmanətverən”- müqavilədə nəzərdə tutulmuş “podratçı” tərəfindən həyata keçirilən bütün işlərin maliyyələşdirilməsini təmin etmək; işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, “podratçı” - tikinti müddətində söküntüyə məruz qalan mənzilin və ya qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə (sahibinə) bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulan mənzilin və ya qeyri-yaşayış sahəsinin bütün kommunal xidmətlərlə təchiz edilərək verilməsini təmin etmək; mülkiyyətçilərə yeni binada veriləcək yaşayış və ya qeyriyaşayış sahələrinin sənədlərini rəsmiləşdi rərək mülkiyyət hüquqlarının Dövlət reyestrində qeydə alınması xərclərini ödəmək şərti ilə mülkiyyətçiyə təhvil vermək, köçürülən sakinlər yeni mənzillərlə təmin olunana qədər onlar üçün nəzərdə tutulan aylıq kirayə haqlarını hər üç aydan bir əvvəlcədən ödənilməsini təmin etmək, “Zəmanətalan”- tikinti işlərinin aparılması ilə əlaqədar təcili olaraq söküntüyə məruz qalan yaşayış və ya qeyri-yaşayış sahəsini azad etmək və söküntü işlərinin aparılması üçün «sifarişçi və zəmanət verənə» müvafiq şərait yaratmaq; mənzilə mülkiyyət hüququnu təsdiq edən sənədləri «sifarişçi və zəmanətverənə» təhvil verməyi öhdəsinə götürmüşdür. İş üzrə həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə eyni binada yaşamış sakinlərin Bakı şəhər İcra Hakimiyyətinə, Nərimanov rayon İcra Hakimiyyətinə, Respublikanın mərkəz i icra hakimiyyəti və hüquq-mühafizə orqanların rəhbərlərinə ünvanladıqları xx 2016-cı il tarixli kollektiv şikayət ərizələrində yaşadıqları Heydər Əliyev prospekti, 79/2 saylı yaşayış binasının Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən 20 gün ərzində söküldüyü, bununla bağlı bina sakinləri ilə İcra Hakimiyyəti arasında bağlanmış zəmanət müqaviləsi üzrə köçürülən sakinlərə yeni mənzil verilənə qədər nəzərdə tutulan aylıq kirayə haqlarını hər üç aydan bir əvvəlcədən ödənilməsi şərtlərinin Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən 2015-ci ilin sonundan pozulması, mənzillərdə aparılan təmir işlərinin yararsız vəziyyətdə olması, sakinlərin öz hesablarına aparılan təmir işlərinə görə təmir xərclərinin əvəzinin ödənilməməsinə öz narazılıqlarını bildirməklə yanaşı, bu işdə təqsiri olan bir sı ra vəzifəli şəxslərin ifşa olunmasında onlara köməklik göstərilməsi xahiş olunmuş, sakinlərin kollektiv müraciətlərinə Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş İ-27/3-069/2 saylı, xxxx 2016-ci il tarixli cavab məktubunda, yaşayış binası tikilib istifadəyə verilənədək, həmin binanın 1 otaqlı mənzillərində yaşayan sakinlərə aylıq kirayə haqqı 300 manat, 2 otaqlılara 400 manat, 3 və daha çox olanlara isə 500 manat verildiyi, yeni yaşayış binası 2016-cı ilin martın 1-dək istifadəyə verildiyindən aylıq müavinətlərin verilməsinin dayandırıldığı, iddiaçıya münasibətdə yeni mənzilində apardığı təmir işlərinə görə mənzilin hər bir kvadratmetri üçün 150 manat təmir haqqı təklif edildiyi, nəqliyyat vasitələrinin saxlanması üçün isə alternativ olaraq yaşadığı binanın altında yerləşən və ke çid üçün nəzərdə tutulan 40 kv.m-lik sahənin qaraj kimi istifadəsinə verilməsinin mümkün olduğu göstərilmiş, Nərimanov rayonu Heydər Əliyev prospekti 79/2 saylı binanın sakinlərinə kirayə haqlarının ödənilməsi cədvəlinə görə İddiaçı aylıq 500 manat kirayə haqqı ödənilmiş, iddiaçı xxxx 2016-cı il tarixdə yenidən şikayət ərizəsi ilə Bakı şəhər İcra Hakimiyyətinə, Nərimanov rayon İcra Hakimiyyətinə, Respublikanın mərkəzi icra hakimiyyəti və hüquq-mühafizə orqanların rəhbərlərinə müraciət edərək, 105,42 kv.m olan 3 otaqlı mənzilin tam təmir olunması üçün statistik orta hesablamalara görə hər kv.metri üçün orta hesabla 500 manat, cəmi-52.710 manat ödənilməsini xahiş etdiyi halda, cavabdehin mənzilin hər bir kvadratmetri üçün 150 manat təmir haqqı təklif etdiyini,, Nərimanov rayon İcra Hakimiyy əti ilə arasında imzalanmış xxxx 2013-cü il tarixli, 28-79/2 saylı zəmanət müqaviləsinə əsasən Nərimanov rayon İcra Hakimiyyətinin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsində yardımçı olmalarını xahiş etmiş, Azəbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin 3-cü ərazi X10 İdarəsinin iddiaçıya ünvanladığı xxxx 2016-cı il tarixli məktubunda, yanğın keçidlərində hər hansı formada tikinti işlərinin aparılmasının qanuna zidd hal olduğu barədə məlumat verilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Nərimanov RİH, “xxxx” MMC və həmin ərazidə yaşayan sakinlər arasında bağlanılmış zəmanət müqavilələrinə əsasən sakinlərə istifadələrində olan yaşayış sahələrinin ölçülərindən daha böyük ölçülərdə Memarlıq və Şəhərsalma Baş İdarəsi tər əfindən razılaşdırılmış eskiz layihəsinə uyğun həmin ərazidə yeni inşa edilmiş tam təmirli abad yaşayış sahələrinə köçürülmə, tikinti işləri başa çatanadək həmin sakinlərin istifadələrində olmuş mənzillərin otaq saylarına müvafiq 300-500 manat məbləğində aylıq kirayə haqlarının ödənilməsi nəzərdə tutulmuş, eləcə də köçürülmə ilə əlaqədar vətəndaşlara onların ev əşyalarının daşınması üçün nəqliyyat vasitələrilə təmin edilməsini Nərimanov RİH öz üzərinə götürmüş, tikinti işləri 2016-cı ilin fevral ayının sonunda başa çatmış və sakinlərə son olaraq 2016-cı il xx 15-ə qədər sonuncu aylıq kirayə haqları verilmiş, iş üzrə iddiaçı X2 Heydər Əliyev prospekti 79/2 nömrəli binada ona məxsus, ümumi sahəsi 62,6 kv.m. olan 28 nömrəli 3 otaqlı mənzilinin əvəzinə, həmin ünvanda inşa edilmiş yeni yaşayı ş binasının 3-cü mərtəbəsində, 6-cı girişdə, H.Əliyev prospektinə baxan tərəfdə ümumi sahəsi 105,42 kv.m. olan, 3 otaqlı 81 nömrəli mənzili istifadəsinə verilmiş, lakin mənzilin onun istifadəsinə verilmə ərəfəsində iddiaçı layihə üzrə aparılan təmir işlərinin haqqının ona verilməsini, təmir işlərinin özü tərəfindən aparılmasını xahiş etmiş, layihədə nəzərdə tutulan təmir işlərinin hər kvadratmetri üçün 150 manat olacağı iddiaçının nəzərinə çatdırılmış, həmin yaşayış binasının digər mənzillərinin təmir işləri 2016-cı ilin xx ayında başa çatmış və sakinlər həmin mənzillərə köçürülmüşlər, müqavilə öhdəliyinə əsasən həmin yaşayış binasının altında yerləşən və keçid üçün nəzərdə tutulan 40 kv.m.lik sahəni rekonstruksiya edilməklə qaraj kimi və ya həmin binanın zirzəmisində olan və Nərimanov RİH -in sərəncamında olan zirzəmi hissəsi digər daşınmaz əmlak kimi əvəzlənməklə ona təklif edilmiş, iddiaçı təklif edilən sahənin yanğın keçidi olduğunu bildirərək və Azəbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin 3cü ərazi X10 İdarəsinin xxxx 2016-cı il tarixli məktubuna istinad edərək, cavabdehdən ayrıca tikili və ya sökülmüş qaraja görə kompensasiya tələb etmişdir. İşə kassassiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır... Məcəllənin 390.1-ci maddəsinə uyğun olaraq fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məcəllənin 421.1 və 423.1-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. İş materiallarındakı Əmlak Ekspert Mərkəzinin xxxx 2018-ci il tarixli ekspert rəyinə əs asən ünvan 1 binanın 6-cı giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 105,42 kv.m olan 3 otaqlı, 81 saylı mənzilin tam təmir edilməsinə görə 2016-cı ilin orta bazar qiymətinin 1-ci sinifə aid olan təmir xərcinin 1 kv.m. üçün 249-350 manat, 2-ci sinifə aid olan təmir xərcinin 1 k.m.-nin 350-450 manat, həmin ərazidə yerləşən qeyri-yaşayış sahəsi, o cümlədən qaraj sahəsinin 1 kv.m.-nin orta bazar qiymətinin 1000 manat təşkil etdiyi müəyyən edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin “ekspertiza haqqında” xxxx 2017-ci il tarixli məktubunda məhkəmə qərardadının icrası ilə əlaqədar bildirilmişdir ki, 2016-cı il üçün orta bazar qiymətləri nəzərə alınmaqla, ünvan 1 ünvanda yeni inşa edilmiş yaşayış binasında mənzillərin hər 1 kv.metrinin təmirli tik intisi ƏDV ilə birlikdə 980,0 manat məbləğində müəyyən edildiyi, həmin binada mənzillərini özləri təmir etdirmək istəyənlərə hər 1 kv.m mənzil sahəsi üçün 150,0 manat təmir xərcinin ödənildiyi, həmin ərazidə müvafiq sənədləri olan qarajların 1 kv.m sahəsinin qiymətinin 400,0-600,0 manat arasında olduğu müşahidə edildiyi qeyd edilmiş, iddiaçının tələb etdiyi 76.100 manat məbləğində maddi ziyanın 65.000 manatı mənzilin təmirinə çəkilən xərcdən, 5.400 manatı 2013-cü ilin xxx ayından 2016-cı ilin xxxayınadək, 4.900 manatı 2016-cı ilin mart ayından 2016-cı ilin oktyabr ayınadək ödənilməmiş kirayə haqqı, 800 manatı mənzilə köçmək üçün çəkilən nəqliyyat xərclərindən, bundan əlavə 80.000 manatı sökülmüş qarajına görə kompensasiyadan, 10.000 manatı mənəvi ziyandan ibarətdir, iddiaçı ümumi sahəsi 10 5,42 kv.m olan mənzilin təmirinə görə hər 1 kv.m üçün 616,6 manat tələb etmiş, cavabdeh isə mənzilin hər 1 kv.metri üçün 150 manat təmir xərclərinin ödənilməsini təklif etmiş, 25.11.2013-cü il tarixli, 28-79/2 saylı zəmanət müqaviləsinin 2.2.3-cü bəndində köçürülən sakinlər yeni mənzillərlə təmin olunana qədər onlar üçün nəzərdə tutulan aylıq kirayə haqlarını - 3 otaqlı mənzillər üçün 700 manat olmaqla hər üç aydan bir əvvəlcədən ödənilməsini təmin etməyi podratçı öz üzərinə götürmüş, cavabdehin izahatına görə köçürülən sakinlər yeni mənzillərlə təmin olunana qədər onlar üçün nəzərdə tutulan aylıq kirayə haqları 2013-cü ilin dekabr ayından 2016-cı ilin mart ayınadək 3 otaqlı mənzillər üçün 500 manat olmaqla hər üç aydan bir əvvəlcədən ödənilməsi təmin edilmiş, bu hal iddiaçı tərəfindən d ə təsdiq edilmiş, lakin müqavilədə bu məbləğ 500 manat deyil, 700 manat müəyyən edildiyinə görə, iddiaçı həmin müddət üçün hər ay ödənilməmiş 200 manatı tələb etməkdə haqlıdır (27x200=5.400 manat), cavabdeh tərəfindən aparılan təmir-tikinti işləri bütün bina üzrə 2016-cı ilin mart ayında başa çatdırılmış və sakinlərin təmir olunmuş mənzillərinə köçürülməsi təmin edilmiş, 2016-cı ilin mart ayından sonra iddiaçının öz vəsaiti hesabına mənzildə təmir işlərini başa çatdırana kimi onun aylıq kirayə haqqı ilə təmin edilməsi müqavilədə və digər formada tərəflər arasında razılaşdırılmamış və məhkəməyə bu halı təsdiq edən sübut təqdim edilməmiş, həmçinin tərəflər arasında bağlanmış xxxx 2013-cü il tarixli, 28-79/2 saylı zəmanət müqaviləsinin 1.3-cü bəndində binanın tikintisi aparılan müddətdə köçür ülən sakinlərin müvəqqəti yaşayış yerinə daşınma məsrəflərini podratçı öz üzərinə götürmüş, lakin şəhərdaxili daşımalar üçün 800 manat pul vəsaitinin tələb edilməsi ağlabatan deyildir, bu halı təsdiq edən sübut məhkəməyə təqdim edilmədiyindən, mənzilə köçmək üçün çəkilən nəqliyyat xərcləri kimi 100 manat qəbul edilməsi hər iki tərəfin mənafeyi nəzərə alınmaqla ədalətli və ağlabatandır, eyni zamanda «İmtiyazı olan şəxslərə qaraj üçün torpaq sahəsi ayrılması haqqında» Bakı şəhər İcra Hakimiyyəti Başçısının 14 yanvar 1999-cu il tarixli, 19 saylı sərəncamının 1.2-ci bəndində qarajların tikintisinin vahid layihə əsasında müəyyən edilmiş ölçülərdə (3x6) həyata keçirilməsi yerli icra hakimiyyəti başçılarına tapşırılmış, xxxx 2013-cü il tarixli zəmanət müqaviləsinin 1.2-ci bəndində iddiaçının bir ədəd minik avtomobili üçün qaraj sahəsi ilə təmin olunmasını cavabdeh öz üzərinə götürmüş, apellyasiya məhkəməsi tərəfindən Əmlak Ekspert Mərkəzinin xxxx 2018-ci il tarixli ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilərək, qaraja görə kompensasiya məbləği 18.000 manat müəyyən edilmişdir. Qeyd edilənlərə istinad etməklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası tərəflərin kassasiya şikayətlərinin qarajla bağlı dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin iddiaçı tərəfindən həyata keçirilmiş təmir işlərinin ekspert rəyində 1-ci sinifə aid edildiyini nəzərə alaraq ona təmir üçün çəkilmiş xərclərin əvəzi olaraq 26.355 manat ödənilməsini ədalətli hesab edir. Bununla bağlı həmçinin qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh iddiaçıya veril əcək yaşayış sahəsinin yüksək səviyyədə təmir edilməsini, belə təmir həyata keçirildiyi təqdirdə isə onun tam dəyərini ödəmək öhdəliyini üzərinə götürməmişdir. İddia tələbinin digər hissəsi- cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş 10.000 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə məhkəmələr düzgün olaraq qeyd etmişlər ki, iddiaçı ona dəymiş mənəvi zərərin nədə ifadə olunması barəsində, mənəvi zərərin nədən ibarət olması və cavabdehin hərəkəti nəticəsində yaranmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş, eləcə də, bu halı məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən həmin hissədə də iddia məhkəmələr tərəfindən düzgün olaraq rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azər baycan Respublikası Ali Məhkəməsi Plenumunun xxxx 2008-ci il tarixli 7 saylı qərarının 8-ci bəndində Plenum izah edir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməs ini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün Ali Məhkəmə Plenumunun xxxx 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə xxxx 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk n övbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə, cavabdehdən 18,0 kv.m qaraja görə iddiaçının xeyrinə kompensasiya olaraq 18.000 manat tutulması, qalan hissədə qərarın dəyişdirilmədən saxlanılması barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası, apellyasiya məhkəməsi tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş Əmlak Ekspert Mərkəzinin xxxx 2018-ci il tarixli ekspert rəyinə görə ünvan 1 binanın 6-cı giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 105,42 kv.m olan 3 o taqlı, 81 saylı mənzilin tam təmir edilməsinə görə 2016-cı ilin orta bazar qiymətinin 1-ci sinifə aid olan təmir xərcinin 1 kv.m. üçün 249350 manat (iddiaçının mənzilində apardığı təmir işləri 1-ci sinifə aiddir), həmin ərazidə yerləşən qeyri-yaşayış sahəsi, o cümlədən qaraj sahəsinin 1 kv.m.-nin orta bazar qiymətin podratçının köçürülən sakinlərin yeni mənzillərlə təmin olunana qədər onlar üçün nəzərdə tutulan aylıq kirayə haqlarını - 3 otaqlı mənzillər üçün 700 manat olmaqla hər üç aydan bir əvvəlcədən ödənilməsini təmin etməyi öz üzərinə götürdüyünü, cavabdeh tərəfindən bütün bina üzrə təmir-tikinti işlərinin 2016-cı ilin mart ayında başa çatdırılaraq sakinlərin təmir olunmuş mənzillərinə köçürülməsinin təmin edildiyini, iddiaçının öz vəsaiti hesabına mənzildə təmir işlərini başa çatdır ana kimi onun aylıq kirayə haqqı ilə təmin edilməsinin müqavilədə və digər formada tərəflər arasında razılaşdırılmadığını, həmçinin zəmanət müqaviləsinin 1.3-cü bəndində binanın tikintisi aparılan müddətdə köçürülən sakinlərin müvəqqəti yaşayış yerinə daşınma məsrəflərini podratçı öz üzərinə götüsə də, şəhərdaxili daşımalar üçün 800 manat pul vəsaitinin tələb edilməsinin ağlabatan olmadığını və mötəbər sübutlarla təsdiq edilmədiyini nəzərə alaraq kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hü quq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1494/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1494/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3285/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3285/2019
29.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver