Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3286/2025 07.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Daşkəsən rayon Qabaqtəpə bələdiyyəsi, Əlizadə Mustafa Oqtay oğlu) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin plan-ölçü sənədinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Daşkəsən rayon Qabaqtəpə bələdiyyəsi, Əlizadə Mustafa Oqtay oğlu) qarşı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2025-ciil tarixli, 21(104)-276/2025 nömrəli qərarından cavabdeh və üçüncü şəxs Əlizadə Mustafa Oqtay oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı protokolundan çıxarışdan görünür ki, Xoşbulaq bələdiyyə fondunun alqı-satqı predmeti olan yaşayış məntəqəsinin torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,06 hektar torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır.
2. Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə Xoşbulaq bələdiyyəs i fondunun alqı-satqı predmeti olan yaşayış məntəqəsinin torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,06 hektar torpaq sahəsi İddiaçı satılmışdır.
3. Sözügedən torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmiş və tərəflər arasında torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli akt tərtib olunmuşdur. Həmin akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsində xx.xx.2007-ci il tarixdə 1783 nömrə ilə qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən verilmiş TŞ-07/1783 nömrəli arayışda qeyd edilmişdir ki, Daşkəsən rayon ərazisində Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 11 saylı iclas protokoluna əsasən fərdi yaşayış evi tikintisi üçün İddiaçı satılmış torpaq sahəsi Daşkəsən-Gədəbəy dağlıq zonasına aiddir. Həmin torpaq sahəsi Daşkəsən rayonunun İİ qiymət zonasında olmaqla 0,06 hektar və normativ qiyməti 39,60 manat olmaqla torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir.
5. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin Fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanmasına dair rəydən görünür ki, ayrılmış torpaq sahəsinin istifadə vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 11 saylı qərarına əsasən fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi İddiaçı istifadəsində olmaqla Daşkəsən rayonunun İİ qiymət zonasında yerləşir. Ona gör ə də İddiaçı istifadəsində olan 600 kv.m torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü” 1 saylı nümunənin hazırlanmasına DT və XK-nin rayon şöbəsi etiraz etməmişdir.
6. Sözügedən torpaq sahəsinin yerquruluşu planı hazırlanaraq Xoşbulaq bələdiyyəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi ilə razılaşdırılmaqla təsdiq edilmişdir.
7. Xoşbulaq Bələdiyyəsinin sədri vəzifəsində işləmiş X4 10 oktyabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, sədr işlədiyi dövrdə bələdiyyənin müvafiq qərarı ilə qanunvericiliyin tələbinə əsasən iddiaçıya 0,06 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsinin sərhədləri onun və DT və Xk-nin Daşkəsən rayon şöbəsinin müdiri tərəfindən göstərilmiş və iştirakları ilə döngə nöqtələri və torpaq sahəsinin sərhədləri işarələnmişdir. Göstərilən torpaq sahəsinin qonşuluqlarını özündə əks etdirən yerquruluşu planından çıxarış iddiaçıya təqdim edilmişdir. Həmin torpaq sahəsi hasarlanaraq fərdi yaşayış evi tikilmişdir. İddiaçının hasarladığı və üzərində fərdi yaşayış evi tikdiyi torpaq sahəsi ona qanunvericiliyin tələbinə uyğun şəkildə bələdiyyənin xx.xx.2007-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsidir. Həmin torpaq sahəsi Xoşbulaq Bələdiyyəsi tərəfindən başqa şəxsə ayrılmamışdır.
8. Xoşbulaq bələdiyyəsinin 31 may 2007-ci il tarixli, 05 saylı protokolundan çıxarışdan görünür ki, Xoşbulaq bələdiyyə fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,06 hektar torpaq sahəsinin X2 qərara alınmışdır.
9. Daşkəsən rayon Xoşbulaq bələdiyyəs inin 31 may 2007-ci il tarixli, 05 saylı qərarı ilə Xoşbulaq bələdiyyəsi fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,06 hektar torpaq sahəsi X1.
10. Tərəflər arasında torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli akt tərtib olunmuşdur. Həmin akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsində xx.xx.2007-ci il tarixdə 198 nömrə ilə qeydiyyata alınmışdır.
11. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən verilmiş TŞ-07/1783 nömrəli arayışda qeyd edilmişdir ki, Daşkəsən rayon ərazisində Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı iclas protokoluna əsasən fərdi yaşayış evi tikintisi üçün X3 torpaq s ahəsi Daşkəsən-Gədəbəy dağlıq zonasına aiddir. Həmin torpaq sahəsi Daşkəsən rayonunun İİ qiymət zonasında olmaqla 0,06 hektar və normativ qiyməti 39,60 manat olmaqla torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir.
12. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin Fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanmasına dair rəydən görünür ki, ayrılmış torpaq sahəsinin istifadə vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı qərarına əsasən “Dükanlar” adlanan sahədə fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi X5 istifadəsində olmaqla Daşkəsən rayonunun İİ qiymət zonasında yerləşir. Ona görə də X5 istifadəsində olan 600 kv.m torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü” 1 saylı nümunənin hazırlanmasına DT və XK-nin rayon şöbəsi etiraz etməmişdir. 13. xx.xx.2011-ci il tarixli, ********** reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X5 Daşkəsən rayonu Xoşbulaq kəndində kateqoriyası yaşayış məntəqələrinin torpaqları olan 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmışdır.
14. Əlizadə Mustafa Oqtay oğluna aid torpaq sahəsinin yerquruluşu planı hazırlanaraq Xoşbulaq bələdiyyəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi ilə razılaşdırılmaqla təsdiq edilmişdir.
15. A № 046466 “Torpaq sahəsinin Planı və ölçüsü” sənədindən görünür ki, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarı ilə Əlizadə Mus tafa Oqtay oğluna 600 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi 11 iyun 2008-ci il tarixdə X11 kitabında 545 nömrəsi ilə uçota alınmışdır.
16. X5 Daşkəsən rayonu Xoşbulaq kəndində 0,06 ha torpaq sahəsinə dair AA 008518 nömrəli 29 sentyabr 2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Sənədin verilməsinə əsas olaraq Daşkəsən rayon Xoşbulaq Bələdiyyəsi xx.xx.2007-ci il tarixli 05 nömrəli Bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarı; Daşkəsən rayon Xoşbulaq Bələdiyyəsi, xx.xx.2007-ci il tarixli 198 nömrəli Torpaqların alqı-satqısına dair akt, DTXK Daşkəsən rayon şöbəsi, xx.xx.2008-ci il tarixli 545 nömrəli torpaq sahəsinin plan və ölçüsü göstərilmişdir.
17. İddiaçının müraciətinə 20 noyabr 2023-cü il tarixli 3-21-3-33/2-T-0041-8/2023 nömrəli cav ab məktubundan görünür ki, torpaq sahəsi üzərində vətəndaş Əlizadə Mustafa Oqtay oğlunun qeydiyyata alınmış hüquqlarının ləğv edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də müraciətinin icra edilməsi mümkün olmamışdır. 18. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi idarəsinin 2 fevral 2024-cü il tarixli, 3-21-3-33/2-1059/2024 nömrəli məktubundan görünür ki, Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarı ilə İddiaçı həyətyanı məqsədilə 0.06 ha torpaq sahəsi ayrılmışdır, torpaq sahəsinə dair plan və ölçü sənədi işlənilməmişdir. Həmin torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Vətəndaş İddiaçı etibarnam ə üzrə nümayəndəsi Vəkil1 Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən torpaq sahəsi üzərində vətəndaş Əlizadə Mustafa Oqtay oğlunun qeydiyyata alınmış hüquqlarının və torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli (DƏQKİS nömrəsi: 321-3-33/1-T-0041-8/2023, **********, xx.xx.2023-cü il) ərizəsi 3 saylı Gəncə Ərazi İdarəsində qeydiyyata alınmışdır. Tərəfimizdən aparılmış kameral araşdırma zamanı Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 05 nömrəli qərarı ilə X8 həyətyanı məqsədilə 0.06 ha torpaq sahəsinin ayrıldığı (torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmişdir), ləğv edilmiş DT və XK tərəfindən 0.06 ha tropaq sahəsinə dair “Torpaq sahəsin in planı və ölçüsü” işlənildiyi müəyyən edilmişdir. Həmin sənədlər əsasında Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2011-ci il tarixli, **********21 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Araşdırma zamanı həmin torpaq sahəsindən faktiki olaraq İddiaçı istifadə etdiyi və həmin ərazidə fərdi yaşayış evinin inşa olunduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq ərizənin icrasını təmin etmək mümkün olmamış, vətəndaşın müraciəti cavablandırılaraq xx.xx.2023-cü il tarixli, **********85 nömrəli məktub göndərilmiş və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyi izah edilmişdir. 19. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi idarəsinin 18 mart 2024-cü il tarixli, 3-21-3-33/2-2790/2024 nömrəli məktubundan görünür ki, məktubda döngə nöqtələrinin koordinatları qeyd olunan torpaq sahəsi, **********21 reyestr nömrəli Çıxarışa əsasən X5 xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Lakin, məktubda döngə nöqtələrinin koordinatları qeyd olunan torpaq sahəsi, X7 X9 (TEKUİS) və AZCAD məlumatlarına istinadən, ehtiyat fond torpaqları kateqoriyasına aid, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi göstərilmişdir. Məktubda döngə nöqtələrinin koordinatları qeyd olunan torpaq sahəsinin sağ qonşuluğunda yerləşən torpaq sahəsi, (TEKUİS) və AZCAD məlumatlarına əsasən xüsusi mülkiyyətdə olan həyətyanı sahə olaraq göstərilmiş və reyestr nömrəsi **********21 olaraq qeyd olunmuşdur. **********21 reyestr nömrəli Çıxarış, arxiv sənədləri və elektron kadastr bazası materiallarına əsasən, X5 adına qeydə alınmışdır. Məktubda döngə nöqtələrinin koordinatları qeyd olunan torpaq sahəsinin sol qonşuluğunda yerləşən torpaq sahəsi, (TEKUİS) və AZCAD məlumatlarına əsasən xüsusi mülkiyyətdə olan həyətyanı sahə olaraq göstərilmiş və reyestr nömrəsi **********93 olaraq qeyd olunmuşdur. **********93 reyestr nömrəli Çıxarış, arxiv sənədləri və elektron kadastr bazası materiallarına əsasən, Vəkil2 Firudin oğlunun adına qeydə alınmışdır.
20. Məhkəmə Ekspertizası Mərkəzinin 10/7335 nömrəli 4 noyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsi tərəfindən 30 noyabr 2007-ci il tarixli 11 nömrəli qərarla ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sənədi olan İddiaçı adına verilmiş Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışların (yerquruluşu planından çıxarış və İddiaçı adı qeyd olunmuş sxematik plan) bir sənəd hesab olunduğunu nəzərə alaraq, İddiaçı adına verilmiş Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışlarda əks olunan torpaq sahəsinin (planlı yerləşməsinin, konfiqurasiya və s parametrlər) İddiaçı məxsus olan fərdi yaşayış evinin yerləşdiyi faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Əlizadə Mustafa Oqtay oğluna Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin yerini 11 iyun 2008-ci il tarixli, 545 saylı torpaq sahəsinin plan ölçü sənədinin (A46466) verilməsinə əsas olan ilkin to rpaqayırma sənədi olan Əlizadə Mustafa Oqtay oğlunun adına verilmiş Xoşbulaq bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd olunan torpaq sahəsinin ölçüləri istinad nöqtələrindən məsafələri göstərilməmişdir. X13 Oqtay oğlunun adına verilmiş Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazinin (planda qeyd olunan məlumatlara-məktəb, tibb məntəqəsi, mağaza və s əsasən) İddiaçı faktiki istifadəsində olan və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən şimal-qərb istiqamətdə təxminən 1500-1600 metr aralıda yerləşdiyi müəyyən edilmişdir. xx.xx.2008-ci il tarixli 545 saylı nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində (A№ 046466) qeyd olunan koordinatlara əsasən həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən to rpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Əlizadə Mustafa Oqtay oğluna Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı qərarı ilə ayrılmış torpaq sahəsinə dair DT və XK-nin Daşkəsən rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli 545 (A 46466) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən sahəyə uyğun tərtib olunmadığı müəyyən edilmişdir. Belə ki, xx.xx.2008-ci il tarixli 545 (A 46466) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olan ilkin torpaq ayırma sənədlərində (yerquruluşu planından çıxarışda) göstərilən ərazinin İddiaçı faktiki istifadəsində olan və fərdi yaşay ış evinin yerləşdiyi torpaq sahəsindən şimal-qərb istiqamətdə təxminən 1500-1600 metr aralıda yerləşdiyi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsindəki icraat
21. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində Əlizadə Mustafa Oqtay oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair ********** nömrəli qeydin, həmin qeydə dair MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, onun adına həmin torpaq sahəsinə görə verilmiş AA 008518 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinin, keçmiş DT və XK-nın Daşkəsən rayon şöb əsi tərəfindən verilmiş 11 iyun 2008-ci il tarixli, 545 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, Daşkəsən rayonu, Xoşbulaq Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
22. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli qərarı ilə ona Xoşbulaq kəndi ərazisində 0.06 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin sərhədləri bələdiyyənin sədri və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (bundan sonra DT və XK) Daşkəsən rayon şöbəsinin müdiri tərəfindən ona göstərilmiş və onların iştirakları ilə (bütün tərəflər üzrə qonşular göstərilməklə döngə nöqtələri işarələnmiş, həmin orqanlar tərəfindən möhürlə təsdiq edilmiş Xoşbulaq kəndinin yerquruluşu planından çıxarış adlı sənəd də təqdim edilmişdir. Həmin torpaq sahəsinin dəyəri onun tərəfindən tam olaraq bələdiyyəyə ödənilmiş, torpaq sahəsinə faktiki sahiblik etmiş, sonra isə orada fərdi yaşayış evi tikməyə başlamışdır. Göründüyü kimi o, torpaq sahəsini tam qanuni əsaslarla əldə etmiş və qanunvericiliyə əsasən həmin sənədlər əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınır. Fərdi yaşayış evi torpaq sahəsinin alındığı illərdən mövcuddur. Əlizadə Mustafa Oqtay oğlu da iddia edir ki, torpaq sahəsi ona 2007-ci il tarixdə Xoşbulaq Bələdiyyəsi tərəfindən a yrılmışdır. 1990-cı il təvəllüdlü Əlizadə Mustafa Oqtay oğlu 2007-ci il tarixdə yetkinlik yaşına çatmamışdır. Yetkinlik yaşına çatmayan şəxsin isə bir başa valideynlərinin iştirakı olmadan əqdlər bağlamaq səlahiyyətini qanunvericilik qadağan edir. Bundan başqa ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış 2011-ci ildə verilməsinə baxmayaraq indiyədək o bizimlə torpaq sahəsini mübahisələndirməmiş və ona məxsus olan torpaq sahəsinin ona məxsus olması barədə hər hansı bir ifadə işlətməmişdir. Əlizadə Mustafa Oqtay oğlunun sahibliyində ona bələdiyyə tərəfindən ayrılmış və faktiki olaraq təhvil verilmiş başqa torpaq sahəsi olmuşdur və hazırda da həmin torpaq sahəsi onun sahibliyindədir. Onun faktiki sahibliyində olan torpaq sahəsini indiyədək mübahisələndirməməsi də ona bələdiyyə tərəfindən ayrılmış və təhvil verilmiş torpaq sahəsinə ayrıldığı vaxtdan indiyədək sahiblik etdiyini göstərir. Mustafa Əlizadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zamanı müraciət edərkən ona verilmiş torpaq sahəsinin plan ölçü sənədində və DTXK-nin Daşkəsən Rayon Şöbəsi tərəfindən verilmiş 545 saylı, xx.xx.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində ona məlum olmayan səbəbdən ona məxsus olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmişdir. Həmin sənəd tərtib edilərkən bələdiyyənin və DT və XK Daşkəsən rayon şöbəsinin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Göstərilən torpaq sahəsinin ona ayrılmış torpaq sahəsi olmasını həmin dövrdə Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin sədri işləmiş Rasim Allahverdiyev və DT və XKnin Daşkəsən Rayo n Şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyev də notarial qaydada təsdiq etdikləri ərizələri ilə təsdiq edirlər (həmin ərizələrin surəti ərizəyə əlavə edilir). Bu hallara əsasən hesab edir ki, Əlizadə Mustafa Oqtay oğlunun adına verilmiş çıxarışın və torpaq sahəsinin plan-ölçüsü sənədləri ləğv edilməli və Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli qərarı ilə ona Xoşbulaq kəndi ərazisində ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı, ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan ölçü sənədi verilməlidir. O, yuxarıda qeyd edilənlərlə bağlı cavabdeh inzibati orqana 06 oktyabr 2023-cü il tarixdə etdiyi müraciətə 20 noyabr 2023-cü il tarixli məktubla cavab verilmişdir. Həmin cavab m əktubunda qeyd edilmişdir ki, torpaq sahəsi üzərində vətəndaş Əlizadə Mustafa Oqtay oğlunun qeydiyyata alınmış hüquqlarının ləğv edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də müraciətinin icra edilməsi mümkün olmamışdır.
23. Gəncə İnzibati Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində Əlizadə Mustafa Oqtay oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair ********** nömrəli qeyd ilə bağlı MA seriyalı, ******* nöm rəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına aid olan Mustafa Əlizadənin adına həmin torpaq sahəsinə görə verilmiş AA 008518 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsini və keçmiş DT və XK-nın Daşkəsən Rayon Şöbəsi tərəfindən verilmiş 11 iyun 2008-ci il tarixli, 545 saylı, A 046466 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir.
24. Gəncə İnzibati Məhkəməsinin (hakim L.K.Əliyeva) 2-1(114)-372/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində Əlizadə Mustafa Oqtay oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasın a dair ********** nömrəli qeyd ilə bağlı MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına aid olan Mustafa Əlizadənin adına həmin torpaq sahəsinə görə verilmiş AA 008518 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və keçmiş DT və XK-nın Daşkəsən Rayon Şöbəsi tərəfindən verilmiş 11 iyun 2008-ci il tarixli, 545 saylı, A 046466 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
25. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Əlizadə Mustafa Oqtay oğlu adına AA 008518 nömrəli torpaq sahəsinin planı və ölç üsü sənədi və Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarı ilə 600 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi barədə A № 046466 “Torpaq sahəsinin Planı və ölçüsü” sənədi tərtib edilmişdir. Lakin mütəxəssis rəyindən görünür ki, xx.xx.2008-ci il tarixli 545 saylı nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində (A№ 046466) qeyd olunan koordinatlara əsasən həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Əlizadə Mustafa Oqtay oğluna Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı qərarı ilə ayrılmış torpaq sahəsinə dair DT və XK-nin Daşkəsən rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli 545 (A 46466) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən sahəyə uyğun tərtib olunmadığı müəyyən edilmişdir. Belə ki, 11,06.2008ci il tarixli 545 (A 46466) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olan ilkin torpaq ayırma sənədlərində (yerquruluşu planından çıxarışda) göstərilən ərazinin İddiaçı faktiki istifadəsində olan və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən şimal-qərb istiqamətdə təxminən 1500-1600 metr aralıda yerləşdiyi müəyyən edilmişdir.
26. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Gəncə A pellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(104)-276/2025 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1500/2024 saylı qərardadı ləğv edilmiş, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir.
28. Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(104)-276/2025 saylı qərardadı ilə inzibati iş üzrə Daşkəsən rayon Qabaqtəpə bələdiyyəsi üçüncü şəxs qismində işə baxılmasına cəlb olunmuşdur.
29. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2025-ci il tarixli, 2-1(104)-276/2025 nömrəli qərarı ilə (hakimlər R.Z.Mamedov (sədrlik edən və məruzəçi), İ.T.Həsənov və A.V.Bayramov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qə rarı dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Əlizadə Mustafa Oqtay oğlunun adına verilmiş torpaq planı və ölçüsü sənədləri (545 və AA 008518) ərazi baxımından ilkin torpaq ayırma sənədlərində (yerquruluşu planından çıxarışda) göstərilən sahəyə uyğun gəlmir. Əlizadə Mustafa Oqtay oğlunun adına verilmiş xx.xx.2008-ci il tarixli 545 nömrəli (A46466) və AA 008518 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri ekspert rəyinə əsasən ilkin torpaq ayırma sənədinə uyğun şəkildə tərtib olunmamış, torpaq sahəsinin yerləşmə yeri təxminən 1500-1600 metr məsafə fərqlə dəyişdirilmiş və həmin sənədlərdə göstərilən ərazi 30 noyabr 2007-ci il tarixli, 11 saylı bələdiyyə qərarı ilə satılmış, faktiki olaraq İddiaçı istifadəsində olan və fərdi yaşayış evi tikilmiş torpaq sahəsinə uyğun gəlmişdir. Həmçinin İddiaçı Xoşbulaq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 saylı qərarı ilə satılmış 0,06 ha torpaq sahəsinə dair plan-ölçü sənədlərində göstərilən ərazi, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə tam uyğun gəlir. Əlizadə Mustafa Oqtay oğlunun adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədləri, onların əsaslandığı bələdiyyə qərarı ilə uyğun gəlmədiyindən və iddiaçıya məxsus torpaq sahəsinə dair tərtib olunduğundan iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
31. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Üçüncü ş əxs Əlizadə Mustafa Oqtay oğlu kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Cavabdehin kassasiya şikayətinin dəlilləri
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Məhkəmənin istinad etdiyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş, Xoşbulaq bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş Daşk əsən Rayonu Xoşbulaq kəndinin yerquruluşu planından çıxarışın mötəbərliyinə şübhələr var. Həmin yerquruluşu planından çıxarış adlandırılan sənəddə miqyas, ərazinin baş planı, ayrılmış torpaq sahəsinin ölçüsü və digər məlumatlar tam əksini tapmamışdır. İddiaçı və Əlizadə Mustafa Oqtay oğlunun adına olan yerquruluşu planları bələdiyyə ilə yanaşı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən Rayon Şöbəsi (bundan sonra DT və XK-nin Daşkəsən Rayon Şöbəsi) tərəfindən təsdiq edilmişdir. Lakin tədqiq olunan Daşkəsən Rayonu Xoşbulaq kəndinin yerquruluşu planı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən Rayon Şöbəsi tərəfindən təsdiq edilməmişdir. Necə ki, o dövrdə bələdiyyə tərəfindən tərtib edilmiş yerquruluşu planları bələdiyyə ilə yanaşı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvaf iq şöbələrinin möhürü və mütəxəssislərinin imzası ilə təsdiq olunurdu. Tədqiq olunan, yalnız bələdiyyə sədrinin imza və möhürü ilə təsdiq olunan yerquruluşu planın mötəbərliyinə şübhə halının yaranma əsaslarından biri də yerquruluşu planında tərtib edilmə tarixinin qeyd edilməməsidir. Əgər həmin sənəd bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən verilsə idi, mütləq DT və XK-nin Daşkəsən Rayon Şöbəsi tərəfindən təsdiqlənərdi. Və ya niyə iddiaçıya ayrılmış 1 torpaq sahəsi ilə bağlı bələdiyyə 2 yerquruluşu planından çıxarış tərtib edilib? Bu kimi halların mövcudluğu həmin sənədin sonradan iddiaçının faktiki torpaq sahəsinə uyğun tərtib edildiyi ehtimalını yaradır. Təqdim olunmuş iddiaçının adına olan digər Daşkəsən Rayonu Xoşbulaq kəndinin yerquruluşu planından çıxarışda (bələdiyyə və DT və XK-nin Daşkəsən RŞ tərəfindən təsdiq edilən) isə torpaq sahəsinin yerləşmə yeri, sərhədləri, ölçüsü qeyd edilmədiyindən ərazini müəyyən etmək mümkün deyildir. İş üzrə verilmiş ekspert rəyinin 3-cü və 5-ci səhifələrində yerquruluşundan çıxarışlarda torpaq sahəsinin yerləşmə yerinin göstərilmədiyi qeyd edilmişdir. 3-cü şəxs Əlizadə Mustafa Oqtay oğlunun adına verilmiş yerquruluşu planından çıxarış və digər sənədlər xx.xx.2007-ci il tarixli, 05 saylı qərarı əsasında tərtib edilsə də, iddiaçının adına verilmiş yerquruluşu planından çıxarış və digər sənədlər xx.xx.2007-ci il tarixli, 11 saylı qərar əsasında verilmişdir. Yəni 3-cü şəxsin adına tərtib edilmiş sənədlər iddiaçının adına tərtib edilmiş sənədlərdən daha öncə tərtib edildiyinə görə 3-cü şəxsin adına verilmiş yerquruluşu planından çıxa rışın nöqsanlı tərtib edilməsi halı aradan qaldırılır. Bu halların mövcudluğu iddiaçının adına tərtib edilmiş yerquruluşu planınlarının nöqsanlı tərtib edildiyini istisna etmir. Bələdiyyənin yerquruluşu planın təsdiqləmək sələhiyyətlərinin olub-olmaması məhkəmə tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir.
34. Ekspert tərəfindən tədqiq olunan obyekt - mötəbərliyinə şübhə halı olan Daşkəsən bələdiyyəsinin yerquruluşu planından çıxarışdır (DT və XK-nin Daşkəsən RŞ tərəfindən təsdiq edilməyən). İş üzrə verilmiş ekspert rəyinin 3-cü və 5-ci səhifələrində yerquruluşundan çıxarışlarda torpaq sahəsinin yerləşmə yerinin göstərilmədiyi qeyd edilmişdir. Lakin ekspert rəydə 5-ci və 6-cı suallarının cavablandırılması hissəsində “3-cü şəxsin adına verilmiş yerquruluşu planından çıxarışın xx.xx.2008-ci il tarixli, A№ 46466 №-li “Torpaq sahəsinin plan və ölçü” sənədinə uyğun tərtib edilmədiyini” qeyd edir. Əgər yerquruluşu planından çıxarışla torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildirsə, bəs ekspert yerquruluşu planı ilə № 46466 №-li “Torpaq sahəsinin plan və ölçü” sənədinin bir-birinə uyğun tərtib edilmədiyini necə müəyyənləşdirir? İddiaçı adına verilmiş Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışların heç birində torpaq sahəsinin yerini müəyyən etməyə əsas olan koordinatlar qeyd edilməmişdir. Lakin ekspert rəyin 1-ci və 2-ci suallarının cavablandırılması hissəsində “yerquruluşu planından çıxarışlarda əks olunan torpaq sahəsinin (planlı yerləşməsinin, konfiqurasiya və.s parametrlər) İddiaçı məxsus olan fərdi yaşayış evinin yerləşdiyi faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü” qeyd edir. Ekspert ekspert rəyinin həm 3-cü səhifəsində qeyd edir ki, yerquruluşu planından çıxarışda torpaq sahəsinin yerləşmə yeri göstərilməyib, həm də rəyin 1-ci və 2-ci suallarının cavablandırılması hissəsində qeyd edir ki, yerquruluşu planından çıxarışlarda planlı yerləşmə, konfiqurasiya və.s parametrlər öz əksini tapmışdır. İddiaçıya məxsus olan yerquruluşu planlarının vizual müşahidəsində onların heç biri ilə torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün deyildir. Ekspert nəzərə almamışdır ki, yalnız bələdiyyə tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışla torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsi ilə eyniləşdirmək mümkün deyildir. Eyniliyin müəyyən edilməməsi halı həmin rəyin əsaslılığına şübhə yaradı r. Həmçinin iddiaçı torpaq sahəsinin həqiqətən ona torpaq sahəsi ayrılarkən verilməli olan torpaq sahəsini olduğunu sübut edəcək sənədi təqdim edilməmişdir. Aparılmış bütün məhkəmə icraatı torpaq sahəsinin yerini müəyyən etməyən, yalnız bələdiyyə tərəfindən təsdiq edilən yerquruluşu planından çıxarışdır. Həm 3-cü şəxsə, həm də iddiaçıya ayrılmış torpaq sahələri bələdiyyə tərəfindən verilmişdir. Yəni hər iki tərəf eyni hüququ vəziyyətdədir. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Yəni mübahisəli torpaq sahəsi üzərində 3-cü şəxs olan X5 xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəli ərizəsi əsasında mülkiyyət hüququ tanınmışdır, hazırda qüvvədədir və ləğv edilməmişdir.
35. Hüquqlarının dövl ət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. b) Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi hər iki şəxsə bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmış və müvafiq sənədləşmə aparılmışdır. İddiaçı fərqli olaraq, iş üzrə 3-cü şəxs qismində keçən Əl izadə Mustafa Oqtay oğlu bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsinin ilkin sənədləri əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qanunla müəyyən edilmiş qaydada qeydiyyata aldırmış, bununlada o, özünə məxsus torpaq sahəsinə tam mülkiyyət hüququ əldə etmişdir.
37. Bundan başqa iddiaçı mülkiyyət hüquqları qeydiyyata alınmamış torpaq sahəsində özbaşına, qanunsuz tikili inşa etdirmişdir. İşə baxan aşağı instansiya məhkəmələri, öz mövqelərini əsaslandırarkən yeganə sübut kimi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə istinad etməklə kifayətlənmişlər. Lakin, ekspert tərəfindən gəldiyi nəticəni hansı elmi metodologiya əsasında müəyyən etdiyi rəyin əsaslandırıcı hiss əsində qeyd edilmir. Ekspert gəldiyi nəticəni mütləq qaydada əsaslandırmalıdır. Ekspert onun qarşısında qoyulan suallara dəqiq cavab vermək üçün ilk öncə, daşınmaz əmlakın dövlət reyestri xidmətinin mütəxəssisinin cəlb edilməsini tələb etməli idi. Ona görə ki, mübahisəli torpaq sahələrindən biri artıq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, dövlət orqanı tərəfindən həmin torpaq sahəsinin koordinatları müəyyən edilib, hər bir tərəfdən qonşuluqda olan torpaq sahələri göstərilib və torpaq sahəsinin texniki sənədi olan plan ölçüsü tərtib edilibdir. Ekspert öz rəyində iddiaçı tərəfindən tam mülkiyyət hüququ olmadığı torpaq sahəsində qanunsuz (özbaşına) tikili də inşa etməsinə münasibət bildirməmişdir. İşə baxan aşağı instansiya məhkəmələri də qanunsuz tikilini diqqətdən kənarda qoymuş lar. Halbuki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsində araşdırma zamanı alınmış ekspert rəyindəki boşluqları aradan qaldırmaq məqsədi ilə və işin tam və obyektiv araşdırılması naminə əlavə ekspertiza təyin edərək, ekspert qarşısında yeni suallar qoya bilərdi. Lakin, apellyasiya məhkəməsi bunları etməmiş və nəticədə yanlış qərar qəbul etmişdir. Beləliklə işə baxan apellyasiya məhkəməsi iş üzrə mövcud sübutlar arasında ziddiyyətli məqamları tam olaraq aradan qaldırmadığına görə nəticə etibarı ilə yanlış qərara gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. İddiaçı tərəfindən verilmiş cavabdehin kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, birinci əsasla bağlı qeyd edir ki, cavabdeh inzibati orqan həmin əsasda qeyd etdiyi “həmin to rpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır.” ifadəsinin hansı qanunvericiliyik aktında qeyd edildiyini şikayətdə yazmamışdır. Şikayətində həmin əsası əsaslandırarkən qeyd etdiyi qanun normasında göstərilən ifadə keçmir və o cür bir qayda müəyyən edilmir. İkinci əsasla bağlı bildirir ki, inzibati orqan hesab edilən bələdiyyə tərəfindən möhürlə təsdiq edilmiş sənədin mötəbərliliyi və həqiliyi şübhə doğura bilməz. O halda qeyd edilən sənədin mötəbərliliyi şübhə doğura bilər ki, həmin sənəddə saxtalaşdırma əlamətləri olsun, yaxud sənəd möhürlə təsdiq edilməmiş olsun və s. Lakin qeyd edilən halların heç birinin olmasını qeyd edilən yerquruluşu planından çıxarışların tam mötəbər sənəd olduğunu tam sübut edir. Ümum iyyətlə heç bir qanunvericilik normasında torpaq sahəsinə dair yerquruluşu planından çıxarışın DT və XK tərəfindən təsdiqlənməsi nəzərdə tutulmamışdır. Cavabdeh inzibati qurum tərəfindən göstərilən bu əsas kassasiya şikayətinin əsaslandırılması deyil cəfəngiyyatdır. Üçüncü əsasla bağlı xüsusilə qeyd etmək istəyir ki, tərəflərindən üçüncü şəxs Əlizadə Mustafa Oqtay oğluna torpaq ayrılması barədə Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin qərarı deyil, inzibati qurumun qanunsuz hərəkətləri mübahisələndirilmişdir. Belə olan halda hansı inzibati aktın əvvəl yaxud sonra qəbul edilməsinin heç bir əhəmiyyəti yoxdur. Dördüncü əsasla bağlı qeyd edir ki, inzibati orqan bələdiyyənin yerquruluşu planından çıxarışı təsdiqləmək səlahiyyətini mübahisələndirsə də, həmin sənədin hansı qurum tərəfindən təsdiql ənməli olduğunu, bələdiyyənin hansı qanun normasına əsasən belə bir səlahiyyətinin olmamasını açıqlamamışdır. Xüsusilə qeyd edir ki, cavabdeh inzibati orqan üçüncü şəxs Əlizadə Mustafa Oqtay oğlunun hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alarkən, bələdiyyənin yerquruluşu planından çıxarışa istinad etmişdir (həmin yerquruluşu planından çıxarış 1500 metrdən çox uzaq bir yeri göstərdiyi halda). Əlizadə Mustafa Oqtay oğlunun hüquqlarını qeydə alarkən bələdiyyənin yerquruluşu planından çıxarışı təsdiq etmək səlahiyyəti var idi, İddiaçı gəldikdə bələdiyyənin səlahiyyəti olmadı? Bundan başqa ümumiyyətlə Bələdiyyələr tərəfindən ayrılmış bütün torpaq sahələri üzərində mülkiyyət hüququ qeydə alınarkən bələdiyyələr tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışlara istinad edi lir. Bələdiyyə tərəfindən təsdiq edilməmiş yerquruluşu planından çıxarışın verilməsi hüquqların qeydə alınmasından imtina üçün əsas olur. Lakin nədənsə cavabdeh inzibati orqan İddiaçı məxsus olan yerquruluşu planından çıxarışa gəldikdə onun bələdiyyə tərəfindən təsdiqlənməsini bələdiyyənin səlahiyyətindən kənar hesab edir. Bu isə inzibati hüquq münasibətlərində əsas prinsip olan “bərabərlik” prinsipinin birmənalı və kobud şəkildə pozulması deməkdir. Bələdiyyə qeyd edilən torpaq sahəsinin mülkiyyətçisi olmuşdur və elə torpağın ayrılması, torpağın üzərində sərəncam verilməsi hüququ da müstəsna olaraq bələdiyyənin hüququ olmuşdur. Beşinci əsasla bağlı isə bildirmək istəyir ki, tərəflərindən Əlizadə Mustafa Oqtay oğlunun mülkiyyət hüququnun qeydiyyatı deyil, ona verilmiş texniki sənədlər olan torpaqların yerquruluşu planından çıxarışlar mübahisələndirilmiş və məhkəmə tərəfindən də həmin sənədlər ləğv edilmişdir. Həmin əsasla cavabdeh qurum da qəbul edir ki, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur, lakin bələdiyyə tərəfindən verilmiş yerquruluşu planından çıxarışı şübhə altına alır. Bu cür əsaslandırmanı ziddiyətli hesab etmək olar. Qeyd edilənlər kassasiya şikayətinin əsassız olmasını təsdiq edir. Altıncı əsasla bağlı bildirir ki, əvvəlki əsaslara münasibətdə ətraflı məlumat verməklə yanaşı əlavə olaraq qeyd edir ki, iş materiallarında olan ekspert rəyinin mötəbərliliyi şübhə doğura bilməz və həmin ekspertiza müasir metodlarla keçirilmiş və qəti əsaslandırılmış fikirlər ifadə edilmişdir. Yerquruluşu planından çıxarışın mötəbərliliyinə və həqiqiliyə dair isə yuxarıda b əndlərdə tam əsaslandırma apardıqlarına görə əlavə fikir bildirməyi lüzumsuz bilir. Əlavə olaraq qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı Reysetri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan da göründüyü cavabdeh inzibati qurumun özü tərəfindən üçüncü şəxs Əlizadə Mustafa Oqtay oğlunun adına verilmiş plan ölçülərdə yanlış olduğu müəyyən edilmiş və TEKUİS (X7 X9) də bu yanlışlığın aradan qaldırılması üçün zəruri tədbirlər görülmüşdür. Göründüyü kimi qeyd edilən əsasların hər biri formal, işin faktiki hallarına, qanunvericiliyin tələbinə uyğun gəlməyən əksinə İddiaçı hüquqlarının pozulmasına, onun hüquqlarını vaxtında bərpa edilməsinin yubadılmasına xidmət edən əsaslardır. İddiaçı Xoşbulaq kəndində torpaq sahəsi ayrılması barədə inzibati aktın qəbul edilməsi və digər sənədlərin tərtib edilməsi proseduru tam qanuni həyata keçirilməsi qətiyyən şübhə doğurmur. Tətbiq edilən hüquq 39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra- dövlət reyestr i) aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə
12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
40. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edi lmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə 1.Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında y axın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mö vcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir.
17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.
21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.
23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. 27.Torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir.
41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər; Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olun malıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
42. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2025-ci il tarixli, 2-1(104)-276/2025 n ömrəli qərarından cavabdeh və üçüncü şəxs Əlizadə Mustafa Oqtay oğlu tərəfindən verilmiş kassasiya şikayətləri verilmişdir.
43. Üçüncü şəxsin kassasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.
44. İPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi kimi amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin, qanunverici İPM-in 90.2-ci maddəsində qəbul edilmiş məhkəmə aktından inzibati məhkəmə icraatının iştirakçılarının yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malik olduqlarını müəyyən etmişdir.
45. İşd ən məlum olur ki, 3-cü şəxs iddianı təmin edən Gəncə İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verməmiş, Gəncə Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.
46. Göründüyü kimi, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 3-cü şəxsə münasibətdə sonuncunun razılaşaraq apellyasiya şikayəti vermədiyi Gəncə İnzibati Məhkəməsinin qərarından fərqli qərar qəbul edilməmiş, onun apellyasiya icraatında hər hansı tələbi olmamış və müzakirə edilməmişdir. Başqa sözlə, apellyasiya instansiyasında 3cü şəxsə münasibətdə birinci instansiya məhkəməsindən fərqlənən hər hansı hüquqi nəticəyə dair qərar qəbul edilməmiş, onun hüquq və vəzifələri apellyasiya araşdırmasının predmeti olmamış, nəticədə sonuncunun təmin olunma yan heç bir tələbi olmamışdır.
47. Bu kontekstdə, İPM-in 90.2-ci maddəsinin apellyasiya instansiyası məhkəməsinin aktlarından yalnız tələbləri təmin olunmayan inzibati məhkəmə icraatının iştirakçılarının şikayət verə biləcəyi barədə imperativ göstərişini nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, üçüncü şəxs Əlizadə X10 Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2025-ci il tarixli qərarından kassasiya şikayəti verə bilməz.
48. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının mübahisələndirilən qərarından Əlizadə Mustafa Oqtay oğlunun kassasiya şikayəti mümkün sayılmamalı və qəbulundan imtina edilməlidir.
49. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şika yətçinin tələbləri göstərilmişdir. Ona görə də, cavabdehin şikayəti mümkün hesab edilmişdir.
50. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmi şdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
53. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
54. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı üçüncü şəx s Əlizadə Mustafa Oqtay oğlunun adına tərtib edilmiş AA 008518 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin və keçmiş DT və XK-nın Daşkəsən Rayon Şöbəsi tərəfindən verilmiş 11 iyun 2008-ci il tarixli, 545 saylı, A 046466 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsinə yönəlmişdir.
55. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarət olmuşdur ki, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə Xoşbulaq bələdiyyəsi fondunun alqı-satqı predmeti olan yaşayış məntəqəsinin torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,06 hektar torpaq sahəsi İddiaçı satılmışdır. Sözügedən torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmiş və tərəflər arasında torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarix li akt tərtib olunmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin Fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanmasına dair rəyi ilə İddiaçı istifadəsində olan 600 kv.m torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü” 1 saylı nümunənin hazırlanmasına DT və XK-nin rayon şöbəsi etiraz etməmişdir. Sözügedən torpaq sahəsinin yerquruluşu planı hazırlanaraq Xoşbulaq bələdiyyəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi ilə razılaşdırılmaqla təsdiq edilmişdir.
56. Bununla yanaşı, iş materialları ilə müəyyən olunur ki, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31 may 2007-ci il tarixli, 05 saylı qərarı ilə Xoşbulaq bələdiyyəsi fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,06 hektar torpaq sahəsi X1. Tərəflər arasında torpaqların alqı-satqısına dair xx.xx.2007ci il tarixli akt tərtib olunmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin Fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanmasına dair rəyi ilə X5 istifadəsində olan 600 kv.m torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü” 1 saylı nümunənin hazırlanmasına DT və XK-nin rayon şöbəsi etiraz etməmişdir. Əlizadə Mustafa Oqtay oğluna aid torpaq sahəsinin yerquruluşu planı hazırlanaraq Xoşbulaq bələdiyyəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi ilə razılaşdırılmaqla təsdiq edilmişdir. A № 046466 “Torpaq sa həsinin Planı və ölçüsü” sənədindən görünür ki, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarı ilə Əlizadə Mustafa Oqtay oğluna 600 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi 11 iyun 2008-ci il tarixdə X11 kitabında 545 nömrəsi ilə uçota alınmışdır. X5 Daşkəsən rayonu Xoşbulaq kəndində 0,06 ha torpaq sahəsinə dair AA 008518 nömrəli 29 sentyabr 2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Sənədin verilməsinə əsas olaraq Daşkəsən rayon Xoşbulaq Bələdiyyəsi xx.xx.2007-ci il tarixli 05 nömrəli Bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarı; Daşkəsən rayon Xoşbulaq Bələdiyyəsi, xx.xx.2007-ci il tarixli 198 nömrəli Torpaqların alqı-satqısına dair akt, DTXK Daşkəsən rayon şöbəsi, xx.xx.2008-ci il tarixli 545 nömrəli torpaq sahəsinin plan və ölçüsü göstərilmişdir. 57. xx.xx.2011-ci il tarixli, ********** reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X5 Daşkəsən rayonu Xoşbulaq kəndində kateqoriyası yaşayış məntəqələrinin torpaqları olan 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmışdır.
58. İş materialları ilə müəyyən olunur ki, Əlizadə Mustafa Oqtay oğlunun adına verilmiş torpaq planı və ölçüsü sənədləri (545 və AA 008518) ərazi baxımından ilkin torpaq ayırma sənədlərində (yerquruluşu planından çıxarışda) göstərilən sahəyə uyğun gəlməmiş, onun adına verilmiş xx.xx.2008-ci il tarixli 545 nömrəli (A46466) və AA 008518 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri ekspert rəyinə əsasən ilkin torpaq ayırma sənədinə uyğun şəkildə tərtib olunmamış, göstərilən əra zi faktiki olaraq İddiaçı istifadəsində olan və fərdi yaşayış evi tikilmiş torpaq sahəsinə uyğun gəlmişdir.
59. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 10/7335 nömrəli 4 noyabr 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı adına verilmiş Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışlarda əks olunan torpaq sahəsinin (planlı yerləşməsinin, konfiqurasiya və.s parametrlər) İddiaçı məxsus olan fərdi yaşayış evinin yerləşdiyi faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür.
60. Həmçinin, xx.xx.2008-ci il tarixli 545 saylı nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində (A№ 046466) qeyd olunan koordinatlara əsasən həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə İddiaçı faktiki istifad əsində olan və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir.
61. Bundan başqa, ekspert rəyindən görünür ki, Əlizadə Mustafa Oqtay oğluna Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı qərarı ilə ayrılmış torpaq sahəsinə dair DT və XK-nin Daşkəsən rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli 545 (A 46466) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən sahəyə uyğun tərtib olunmadığı müəyyən edilmişdir. Belə ki, xx.xx.2008-ci il tarixli 545 (A 46466) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olan ilkin torpaq ayırma sənədlərində (yerquruluşu planından çıxarışda) göstərilən ərazinin İddiaçı faktiki istifadəsində olan və fər di yaşayış evinin yerləşdiyi torpaq sahəsindən şimal-qərb istiqamətdə təxminən 1500-1600 metr aralıda yerləşdiyi müəyyən edilmişdir.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs Əlizadə Mustafa Oqtay oğlunun adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədləri, onların əsaslandığı bələdiyyə qərarı ilə uyğun gəlmədiyindən və iddiaçıya məxsus torpaq sahəsinə dair tərtib olunduğundan düzgün olaraq 3-cü şəxs M.Əlizadənin adına verilmiş plan və ölçü sənədlərinin ləğv edilməsi nəticəsinə gəlmişdir.
63. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri formal olmaqla, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsasını təşkil edə bilməz. Odur ki, iddiaçıya ayrılmış torpaq sahəsinə üçüncü şəxsin adına torpaq sahəsinin planı və ölçü sənədlərinin tərtib olunması cavabdeh inzibati orqanın qanunsuz hərəkəti nəticəsində baş verdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş və iddia tələbinin təmin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti düzgün olmuşdur.
64. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, cavabehin kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, üçüncü şəxs Əlizadə Mustafa Oqtay oğlu tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayı lmamalı və həmin kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
65. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Əlizadə Mustafa Oqtay oğlu tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və həmin kassasiya şikayətinin qəbulundan imtina edilsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2025-ci il tarixli, 21(104)-276/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.