Məhkəmə qərarları › İş №2-1(102)-3288/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3288/2019

10.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3288/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDAD giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) c avabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı mənzilə dair qeydiyyatın aparılması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1451/2019 saylı iş üzrə 1 avqust 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsinə dair ərizəsinə əsasən işə Ali Məhkəmənin binasında 10 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. təsviri hissə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 mart 2019-cu il tarixli qərarı ilə iddiaçının ünvan 1 ünvanda sahəs i 60 kv.m olan mənzilin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 1 avqust 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Cavabdeh məhkəmə kollegiyasına müraciət edərək apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinin geri götürüldüyünü bildirib bu barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili müraciətin təmin edilməsini xahiş etmiş, imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. əsaslandırma hissəsi: Cavabdehin müraciəti nəzərə alınaraq kassasiya şikayəti üzrə icraata xitam verilməlidir. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilən müraciətdə kassasiya şikayətinin geri götürülməsi xahiş edilmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 97.1-ci maddəsinə əsasən kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. İPM-in 97.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. İPM-in 97.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Bəhs olunan prosessual hüquq normalarına əsasən cavabdehin müraciətinə əsasən kassasiya şikayəti üzrə icraata xitam verilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 97 və 98.1-ci maddələrini rəhbər tutaraq qərar verdi: Müraciət təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1451/2019 saylı, 1 avqust 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar