Məhkəmə qərarları › İş №2-1(102)-3289/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3289/2019

06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3289/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: əmək stajını ümumi sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı onun 21. 01.1993-cü ildən əvvəlki 19 il 11 ay 06 gün əmək stajını ümumi sosial sığorta stajına daxil edilməklə 26.02.2018-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1716/2019 saylı iş üzrə 30.08.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 06 noyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı onun 21.01.1993-cü ildən əvvəlki 19 il 11 ay 06 gün əmək stajını ümumi sosial sığorta stajına daxil edilməklə 26.02.2018-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı 05.09.1976-cı ildən 02.01.2003-cü ilə kimi müxtəlif vəzifələrdə işləmiş, bu hal, İT-İ seriyalı, ******* saylı əmək kitabçasında göstərilmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş və cavabdeh heç bir qanuni əsas olmadan ona pensi ya təyin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi də iddiaçının 25 il iş stajı olmamasını əsas gətirmişdir. İddiaçı hesab ki, cavabdeh tərəfindən verilmiş imtina tam əsassızdır və onun hüquqları məhkəmə tərəfindən bərpa olunmalıdır. Buna görə də iddiaçı məhkəməyə (müraciət etmək, məcburiyyətində qalmışdır. Belə ki, əmək kitabçasının surətindən görünür ki, iddiaçı 25 il əmək fəaliyyəti ilə məşğul olmuş və tələb olunan iş stajı tərəfindən toplanmışdır. Birinci instansiya məhkəməsinin 16.04.2019-cu il tarixli iş № 2-1(82)-1400/2019, (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16.04.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə təmin olunmaması barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 30.08.2019-cu il tarixli iş № 2-1(103)-1716/2019 (hakimlər Səriyyə Seyidova sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və İlham Əhmədov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(82)-1400/2019 saylı 16.04.2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın çıxarılması, iddiaçının cavabdehə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmış dır ki,işdə olan ET-İ Seriyalı ******* saylı əmək kitabçasının surəti təsdiq edir ki, o, 05.09.1976-cı il tarixli 3-K saylı əmrlə Sovxoza fəhlə işinə qəbul edilmiş və 27.12.1982-ci il tarixli 200-K saylı əmrlə işdən azad edilmişdir, 05.01.1983-28.04.1987-ci ilə kimi orada işləmişdir. İşdə olan İT-İ Seriyalı ******* saylı əmək kitabçasının surəti işə əlavə edilmişdir. Həmin kitabçada 21.01.1993 - 31.08.1994-cü il tarixlərində, 01.09.1994 - 21.05.1997-ci il tarixlərdə Türkan üzümçülük Sovxozunda işlədiyi qeyd edilib. Ümumiyyətlə iddia ərizəsinə 25 il sığorta stajının olmasını təsdiq edən sənədlər əlavə edilmişdir. Lakin cavabdeh əsassız olaraq həmin sənədlərlə razılaşmayaraq qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya instansiya məhkəməsi əsassız olaraq iş stajının əmək kitabçası ilə təsdiq edilmədiyi qənaətinə gəlmişdir. Halbuki iş stajını təsdiq edən arayışlar da əmək pensiyası təyin edilərkən nəzərə alınır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 avqust 2019-cu il tarixli, 2-1(103)-1716/2019 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiya məhkəməsinin 30 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilm əməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,işdə olan ET-İ Seriyalı ******* saylı əmək kitabçasının surəti təsdiq edir ki, o, 05.09.1976-cı il tarixli 3-K saylı əmrlə Sovxoza fəhlə işinə qəbul edilmiş və 27.12.1982-ci il tarixli 200-K saylı əmrlə işdən azad edilmişdir, 05.01.1983-28.04.1987-ci ilə kimi orada işləmişdir. İşdə olan İT-İ Seriyalı ******* saylı əmək kitabçasının surəti işə əlavə edilmişdir. Həmin kitabçada 21.01.1993 - 31.08.1994-cü il tarixlərində, 01.09.19 94 - 21.05.1997-ci il tarixlərdə Türkan üzümçülük Sovxozunda işlədiyi qeyd edilib. Ümumiyyətlə iddia ərizəsinə 25 il sığorta stajının olmasını təsdiq edən sənədlər əlavə edilmişdir. Lakin cavabdeh əsassız olaraq həmin sənədlərlə razılaşmayaraq qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya instansiya məhkəməsi əsassız olaraq iş stajının əmək kitabçası ilə təsdiq edilmədiyi qənaətinə gəlmişdir. Halbuki iş stajını təsdiq edən arayışlar da əmək pensiyası təyin edilərkən nəzərə alınır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə g örə hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pu l ödənişidir, Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardın Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keç irilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Həm əvvəlki, həm də qüvvədə olan qanunvericiliyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Göründüyü kimi, iddiaçı 62 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda yaşa görə əmək pensiyası təyin edilə bilər, lakin iddiaçının 05.09.1976-cı il tarixindən - 28.04.1987-ci il tarixinə kimi müxtəlif peşələrdə işlədiyi dövrü təsdiq edən nə həmin əmək kitabçasının əsli, və ya notarial qaydada təsdiq edilmiş surəti, nə də arxiv arayışı mövcud olmadığından iddiaçının işlədiyi həmin dövr onun sığorta stajına aid edilə bilməz. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçıya mə xsus İT-İ seriyalı, ******* saylı əmək kitabçasının birinci səhifəsində “iddiaçının 21.01.1993-cü il tarixinə kimi 19 il 11 ay iş stajının olması” qeydinin heç bir hüquqi əsası yoxdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 30.08.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.08.2019-cu il tarixli 2-1(103)1716/2019 nömrəli qə rarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar