Məhkəmə qərarları › İş №2-1(102)-3289/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3289/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3289/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-3289/2024) (Açar sözlər: təyin edilmiş müddətsiz əlilliyin “Əlillik” altsistemində bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı(xx.xx.1967-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və 2-ci dərəcə “Ümumi xəstəlik” ilə əlaqəda r müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-160/2024 nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya ilkin əlillik xx.xx.2000-ci il tarixində təyin olunmuş, illər üzrə (hər il olmaqla) təkrar müayinədən keçmiş, sonuncu dəfə xx.xx.2010-cu il tarixdə yenidən qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən ona müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir.

2. İddiaçının əlillik vəziyyətinə Neftçala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X1: Vİ Sinif - S inir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.8 - Epilepsiyanın digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: “Epilepsiya nəticəsində şəxsiyyət dəyişməsi tez-tez baş verən qıcolma tutmaları.Serebral araxnoiditin qalıq əlamətləri.” Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə əlaqədar müddətsiz əlillik verilmişdir. Həmin tarixdən ona 327,22 manat müddətsiz əmək pensiyası təyin edilmişdir.

3. Sonradan iddiaçı xx.xx.2023-cü il tarixinə əyani müalicə üçün Agentliyə dəvət olunmuşdur.

4. İddiaçıya təyin edilmiş müddətsiz əlillik dərəcəsi Agentliyin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1686/2023 saylı qərarı ilə ləğv edilmişdi r.

5. Əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə, daha sonra xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-31686/2023 saylı qərarının ləğv edilməsi və 2-ci dərəcə “Ümumi xəstəlik” ilə əlaqədar müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2911/2023 nömrəli qərardadı ilə iddia tələbinə “cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-31686 /2023 saylı qərarının ləğv edilməsi və 2-ci dərəcə “Ümumi xəstəlik” ilə əlaqədar müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi” qərara alınmışdır. İddiaçının əsaslandırması:

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, qardaşının ov silahı ilə təhlükəsizlik qaydalarını kobud şəkildə pozması nəticəsində ehtiyatsızlıqdan atəş açılması ilə əlaqədar ağır xəsarət almış, nəticədə hal-hazırda başının və bədəninin müxtəlif yerlərində qəlpələr mövcuddur.

9. Bununla bağlı ona xx.xx.2000-ci ildən xx.xx.2010-cu ilədək müddətli və xx.xx.2010-cu ildən isə 2-ci dərəcə ümumi xəstəlik ilə əlaqədar müddətsiz əlillik təyin edilmişdir.

10. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli bildirişə əsasən əlilliyi ləğv edilmişdir.xx.xx.2023-cü il tarixdə elektron sistemə əlillik vəziyyətin in yoxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum olmuşdur ki, cavabdeh tərəfindən əlillik vəziyyəti əsassız olaraq ona heç bir məlumat verilmədən ləğv edilmişdir.

11. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə elektron sistemdə ləğv edilməsi əsassız və qanunsuzdur, bu səbəbdən də onun yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki xx.xx.2010-cu ildə qiymətləndirilmiş və 2-ci dərəcə ümumi xəstəlik ilə əlaqədar müddətsiz əlildir. Cavabdehin etirazları:

12. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2023-cü il tarixində Agentliyə əyani müayinəyə dəvət olunmuşdur, bildirişdə əyani müayinəyə gəlmədiyi halda, iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul e diləcəyi qeyd olunmuşdur. Bu əsasla xx.xx.2010-cu il tarixdə təyin edilmiş müddətsiz 2-ci dərəcə əlilliyin ləğvi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2911/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı barəsində qəbul edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1686/2023 saylı qərarının ləğv edilməsi və 2-ci dərəcə “Ümumi xəstəlik” ilə əlaqədar müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi qərara alınmışdır.

14. Məhkəmə müəyyən etmişdir ki, iddiaçıya ilkin əlillik xx.xx.2000-ci ildə təyin olunmuş, illər üzrə (hər il olmaqla) təkrar müayinədən keçmiş, sonuncu dəfə TSEK-də xx.xx.2010-cu il tarixdə təkrar müayinədək keçmiş, əlillik “müddətsiz” müəyyən e dilmiş, əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilməsi həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olmuş, iddiaçı xx.xx.2023-ci il tarixədək əlilliyə görə pensiya almış, qeyd edilən müddətdə təkrar müayinəyə dəvət olunmamış, buna baxmayaraq, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində əlilliyin müddəti müddətsiz müəyyən edilmişdir. İddiaçıya xx.xx.2010-cu il tarixindən müddətsiz olaraq təyin edilmiş əlillik dərəcəsi cavabdehin xx.xx.2023-cü il tarixli, 3-174/3-3-1686/2023 saylı qərarı ilə ləğv edilmişdir.

15. Məhkəmə hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödən ilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.

16. Məhkəmə qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapmır.

17. Belə ki, xx.xx.2023-cü il tarixdə 3-17-4/3-3-1686/2023 saylı qərarı qəbul edərkən əyani müayinəyə cəlb etməmişdir.

18. Odur ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etm işdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

20. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-160/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-2911/2023 nömrəli qərarı dəyişdirilmiş, iddiaçı barəsində qəbul edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-1-6472/2023 saylı qərarı ləğv edilmiş, iddiaçıya təyin edilmiş müddətsiz əlilliyin “Əlillik” altsistemdə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində hansı hallarda Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi öz əksini tapmışdır. Qanunverici cavabdeh quru ma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.

22. İstinad olunan normaya əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi barədə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmiş, həmçinin cavabdehin məhkəmələrə (birinci və apellyasiya instansiyası) təqdim etdiyi sənədlərin özündə ziddiyyət olmaqla bir halda iddiaçının əyani şəkildə müayinə olunduğu, digər halda isə müayinədən yayındığı bildirilmişdir. Bu hal özözlüyündə müayinəyə cəlb edilməməsi ilə bağlı iddiaçının dəlilinin əsaslı olmasını deməyə əsas verir.

23. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qər arının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir.

24. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, X4 şəxsin « Neftçala rayonu üzrə bəzi vətəndaşların əlillik vəziyyətlərinin saxta olması » ilə bağlı müraciəti əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut hesab edilə bilməz.

25. Odur ki, cavabdeh orqan iddiaçı barəsində TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan onu təkrar əyani müayinəyə cəlb etməkdə haqlı olmamışdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlsə də, mübahisənin predmeti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçı barəsində olan xx.xx.2023-cü il tarixli, 3-17-4/3-1-6472/2023 saylı qərarı olmasına baxmayaraq, Agentliyin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1686/2023 saylı qərarının ləğv edilməsi məsələsinə baxmışdır.

27. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçının əlillik vəziyyətinə Neftçala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixi göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epil epsiya => G40.8 - Epilepsiyanın digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: “Epilepsiya nəticəsində şəxsiyyət dəyişməsi tez-tez baş verən qıcolma tutmaları. Serebral araxnoiditin qalıq əlamətləri.” Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə əlaqədar müddətsiz əlillik verilmişdir.

29. X3 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 39 nəfərə dair xx.xx.2023-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişlixəbərnaməli məktub göndərilmişdir. Keçirilmiş əyani müayinənin nəticəsində Tibbisosial ekspert komissiyası tərəfindən 10 nəfər barəsində tam reabilitasiya olunması, 2 nəfər barəsində hissəvi reabilitasiya səbəbi ilə əlilliyin qiymətləndirildiyi vaxt qüvvədə olan qanunvericiliyin tələblərini də nəzərə almaqla əlillik dərəcəsinin dəyişdirilməsi, 10 nəfər barəsində əlillik təyinatı barədə qərarların qüvvədə saxlanılması, digər 17 nəfərin isə mövcud sənədlər üzrə aparılan ar aşdırmaya əsasən qüvvədə olan əlillik təyinatı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilmişdir.

30. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş **********8 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, müayinə üçün gəlsə də müayinə olunmağı gözləmədən DTSERA-nı tərk etmişdir.

31. Mövcud tibbi ekspert sənədləri üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir.

32. Diaqnozun həqiqiliyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul edilməmişdir.

33. Məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq məhkəmə tibbi eksper tizası təyin etməmiş və orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxartmışdır.

34. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, iddiaçı xx.xx.2010-cu ildə qiymətləndirilmiş və 2-ci dərəcə Ümumi xəstəlik ilə əlaqədar müddətsiz əlildir.

36. Agentlik əsassız olaraq iddiaçının əliliyini ləğv etmişdir. Agentliyinin xx.xx.2010-cu il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsinə 2-ci dərəcə Ümumi xəstəlik ilə əlaqədar müddətsiz əlillik bərpa edilməlidir.

37. Age ntlik qanunların tələblərini kobud şəkildə pozaraq iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Cavabdehin etirazda qeyd etdiyi bütün yalan, saxta halları əsassız və qanunsuzdur.

38. Cavabdehin əsassız, qanunsuz və formal xarakterli kassasiya şikayəti təmin edilməməlidir.

39. Əlavə olaraq məhkəmə tərəfindən iddiaçının əlavə-müayinəyə və ya ekspertizaya göndərilməsinə birmənalı olaraq etiraz edilir. Çünki cavabdeh tərəfindən heç bir inzibati icraat aparmadan iddiaçının müddətsiz əlilliyini ləğv edilmişdir və iddiaçının yenidən əlilliyinin bərpası üçün icraat aparılmasına ehtiyac yoxdur, çünki iddiaçının əlil və sosial hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 40. “İnzibati icraat haqqında” Qanun: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında l əğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

41. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir), (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir).... 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davran ışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (...) 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); (...)

42. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KA SSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

43. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

44. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

45. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

47. Qanunvericiliyin yuxarıda bax §§-40-41-c i bəndlərdə istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ilkin əlillik xx.xx.2000-ci ildə təyin olunmuş, illər üzrə (hər il olmaqla) təkrar müayinədən keçmiş, sonuncu dəfə TSEK-də xx.xx.2010-cu il tarixdə təkrar müayinədən keçmiş, əlillik “müddətsiz” müəyyən edilmiş, əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilməsi həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olmuş, iddiaçı xx.xx.2023-ci il tarixədək əlilliyə görə pensiya almış, qeyd edilən müddətdə təkrar müayinəyə dəvət olunmamış, mə rkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində əlilliyin müddəti müddətsiz müəyyən edilmişdir. İddiaçıya xx.xx.2010-cu il tarixindən müddətsiz olaraq təyin edilmiş əlillik dərəcəsi Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1686/2023 saylı qərarı ilə ləğv edilmişdir. 49. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

50. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmiş dir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğv edilməsi imkanını tanımışdır.

51. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli idi. Hazırkı halda bu, baş verməmişdir.

52. Məhkə mə kollegiyası qeyd edir ki, X4 şəxsin « Neftçala rayonu üzrə bəzi vətəndaşların əlillik vəziyyətlərinin saxta olması » ilə bağlı müraciəti əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut hesab edilə bilməz.

53. Apellyasiya məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlsə də, mübahisənin predmeti Dövlət Tibbi Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının iddiaçı barəsində olan xx.xx.2023-cü il tarixli, 3-17-4/3-1-6472/2023 saylı qərarı olmasına baxmayaraq, Agentliyin İdarə heyətinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1686/2023 saylı qərarının ləğv edilməsi məsələsinə baxmışdır.

54. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gə lsə də, mübahisənin predmeti Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin iddiaçı barəsində olan xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1686/2023 saylı qərarı olmasına baxmayaraq, Agentliyin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-1-6472/2023 saylı qərarının ləğv edilməsi məsələsinə baxmışdır.

55. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyinin ləğvi ilə bağlı hüquqi nəticə yaradan qərar məhz Agentliyin xx.xx.2023-cü il tarixli qərarıdır. Ona görə də həmin qərar ləğv edilməlidir. Həmçinin hazırkı iş üzrə cavabdeh də məhz Agentlikdir.

56. Şikayətin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

57. Məhkəmə kollegiyası cavabdehin həmin dəl ilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 58. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdı r (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

59. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

60. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-160/2024 nömrəli qərarı dəyişdirilir. İddiaçı barəsində qəbul edilmiş Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin x x.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1686/2023 saylı qərarı ləğv edilməklə, cavabdehin üzərinə 2-ci dərəcə “Ümumi xəstəlik” ilə əlaqədar müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi öhdəliyi qoyulur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar