Məhkəmə qərarları › İş №2-1(102)-329/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-329/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-329/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayətinin mümkünlüyü, apelyasiya şikayəti üzrə müddətin buraxılması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə (bundan sonra mətndə cavab deh) qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 16 ünvanında yerləşən 0,90 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-634/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərardadından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında şifahi dinləmə keçirilmədən yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdehə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 16 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun texniki paspor ta uyğun olaraq mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 16 ünvanında yerləşən 0,90 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

3. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 1 mart 2016-cı il tarixli 2-1(85)261/2016 saylı qərarı əsasında iddia təmin edilmişdir.

4. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiya sının 4 iyul 2016-cı il tarixli 2-1(105)-155/2016 saylı qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 1 mart 2016-cı il tarixli 2-1(85)-261/2016 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış və məhkəmənin qərarı cavabdeh təşkilat tərəfindən icra olunmuşdur.

5. İddia tələbi üzrə 3-cü şəxs qismində işə cəlb edilmiş "xxxx" MTK-nın müraciəti araşdırıldıqdan sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 1 mart 2016-cı il tarixli 21(85)-261/2016 saylı qərarı ləğv edilərək 3-cü şəxsin iştirakı ilə hazırkı inzibati işə yenidən baxılması qərara alınmışdır.

6. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2-1(118)-1350/2021 saylı qərarı ilə yenidən iddia tələbinin təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 16 ünvanında yerləşən Abşeron rayon XDS İcraiyyə Ko mitəsinin 1 sentyabr 1990-cı il tarixli, 231 saylı qərarına əsasən iddiaçıya ayrılmış 0,90 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti və apelyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verərək, Sumqayıt İnzibati Məhkəməsinin 28.07.2021-ci tarixli qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

8. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərardadı ilə cavabdeh apelyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə vermədiyinə görə ərizə təmin edilməmiş, apelyasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilmişdir.

9. Cavabdeh 29 noyabr 2021-ci il tarixdə apelyasiya məhkəməsinin qərardadını almış, 6 dekabr 2021-ci il tarixdə həmin qərardaddan kasasiya şikayəti vermiş, şikayətində qərardadın ləğv edilməsini, müddətin bərpa edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

10. Apelyasiya şikayətinin qeyri-mümkün sayılması şikayət müddətinin ötürülməklə verilməsi ilə əsaslandırılmışdır.

11. Apelyasiya məhkəməsi şikayət üzrə müddətin sırf texniki səbəbdən buraxılmasını nəzərə almamışdır. Qanunvericiliyin tələbinə görə şikayət müddəti üzrlü səbəbdən buraxıldıqda məhkəmə tərəfindən bərpa edilməlidir.

12. X1 Məcəllənin 24.1-ci və Mülki Prosessual Məcəllənin 133.1-ci maddələrinə istinad edilmi şdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

14. İnzibati Prosessual Məcəllə: Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə

22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyə n olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-). Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə

85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. (-). Maddə

87. Apelyasiya instansiyası məhkəməsində icraat 87.1. Apelyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür. 87.2. Apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə m übahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayəti daxil olduqdan sonra apelyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiy ası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkə mələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

15. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

18. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

19. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarını 28 iyul 2021-ci il tarixdə almış (1-ci cild, səh.278), həmin qərardan verdiyi apelyasiya şikayəti 8 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur (1-ci cild səh.283).

20. Apelyasiya məhkəməsi cavabdehə göndərdiyi məhkəmə bildirişində apelyasiya şikayətinin mümkünlüyünə baxılacağını, apelyasiya şikayəti üzrə qanunda nəzərdə tutulan müddətin buraxıldığını cavabdehin diqqətinə çatdırmışdır.

21. Cavabdeh apelyasiya instansiyası məhkəməsinə müddətin bərpasına dair ərizə verərək məhkəmə qərarının 29 iyul 2021-ci il tarixdə rəsmi qaydada verildiyini, lakin te xniki yanlışlıq olaraq qərarın 3 avqust 2021-ci il tarixdə poçt vasitəsilə daxil olmuş sənəd kimi qeydiyyata alındığını bildirib müddətin bərpa olunmasını xahiş etmişdir.

22. Cavabdeh müddətin bərpasına dair dəlillərini təsdiq edəcək hər hansı sübut təqdim etməmiş, yanlışlığın nədə ifadə olunmasını bildirməmişdir.

23. İşdə olan sənədlərlə cavabdehin apelyasiya şikayəti üzrə müddəti üzrlü səbəbdən buraxması təsdiq olunmur.

24. İPM-in 24.1-ci maddəsinə görə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

25. Cavabdeh onun təqsiri olmadan apelyasiya şikayəti üzrə müddətin buraxılmasını bildirməmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən İPM-in 85.1-ci maddəsinin tələbləri təmin edilməyərək məhkəmə qərarını aldıqdan sonra apelyasiya şikayətini 30 gün müddətində vermədiyindən, apelyasiya şikayəti haqlı olaraq qeyrimümkün sayılmış, müddətin bərpasına dair ərizə təmin edilməmişdir.

27. Odur ki, kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-634/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar