Məhkəmə qərarları › İş №2-1(102)-329/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-329/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-329/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxx qarşı “52 yaşı tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 sentyabr 2023-cü il tari xli, 2-1(105)-498/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək işləmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2. "xxxx" MMC tərəfindən verilmiş 01 saylı, 13 yanvar 2023-cü il tarixli arayışla müəyyən olunur ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə pensiya hüququ verən peşədə (vəzifədə) xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci i l tarixinədək çilingər quraşdırıcı, xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək təmirçi çilingər vəzifəsində işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri əmək şəraitinin xüsusilə zərərli və xüsusilə ağır olmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının metallurgiya istehsalatı (qara metallar) bölməsi üzrə metallurgiya sobalarının təmiri və tərkibinin hazırlanması yarımbölməsinin 1030100a-1753a bəndinə (yarımbəndinə) və (və ya) “təmirçi çilingər, elektrik-qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyorları” vəzifə koduna uyğundur.

3. İddiaçı 52 yaşı tamam olduğu tarixd ən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, iddiaçıın güzəştli iş stajı 10 ildən az (7 il 3 ay (xx.xx.1991-xx.xx.1999-cu il tarixləri arasındakı dövr)) təşkil edir. İddiaçının işlədiyi quraşdırıcı çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarında olan vəzifələrə uyğun olmadığından güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 52 yaşı tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsini n cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1977-ci ildə əmək fəaliyyətinə başlamış, həmin tarixdən xx.xx.1999-cu ilədək Sumqayıt şəhərində faliyyət göstərən “Azərbaycan Xüsusi Təmir” İdarəsinin “Mərkəzimetaltəmir” Trestində (sonrakı adı "xxxx" Təmir- Tikinti və Quraşdırma İdarəsi, xx.xx.1998-ci ildən “Melallurqtəmir-1’’ ATSC və xx.xx.2012-ci ildən isə "xxxx" MMC) çilingər quraşdırıcı, quraşdırıcı, dəmirçi çilingər peşlərində işləmişdir. Ümumi iş stajı 21 il 2 ay 26 gündür. "xxxx" MMC-də işlədiyi iş dövrü, yəni xx.xx.1977-ci ildən xx.xx.1999-cu ilə qədər işlədiyi iş stajı 1 nömrəli siyahıya aiddir. Bunu "xxxx" MMC-nin 17 iyul 2022-ci il tarixli, 56 saylı arayışı təsdiq edir.

6. Cavabdehin iddiaya qarşı y azılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(118)-831/2023 nömrəli qərarı (hakim L.E.Mirzəyeva) ilə iddia qismən təmin edilmiş, iddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək, xx.xx.1981-ci ilədən xx.xx.1991-ci il tarixinədək çilingər quraşdırıcı, xx.xx.1991-ci il tarixinədən xx.xx.1999-cu ilədək təmirçi çilingər vəzifəsində işləməsi mübahisə predmeti olmamalıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışlardan da görünür ki, qeyd olunan peşələr, yəni çilingər quraşdırıcı və quraşdırıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının metallurgiya istehsalatı (qara metallar) bölməsi üzrə metallurgiya sobalarının təmiri və tərkibinin hazırlanması yarımbölməsinin 1030100a-1753a bəndinə (yarımbəndinə) və (və ya) “təmirçi çilingər, elektrik-qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyorları” vəzifə koduna uyğundur. İddiaçının işlədiyi vəzifələrin adının dəqiqliklə deyil, ümumilikdə 1030100a-1753a kodu ilə qeyd edilməsi iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə ki, oxşar işlər üzrə artıq f ormalaşmış Ali Məhkəmənin mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilm iş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda 1030100a-1753a koduna uyğun gələn “təmirçi çilingər, elektrik-qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyorları” vəzifəsi kimi qeyd olunmaması, ümumilikdə çilingər quraşdırıcı və quraşdırıcı kimi qeyd olunması iddiaçıya pensiya təyin edilməsi üçün mane deyildir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 sentyabr 2023cü il tarixli, 2-1(105)-498/2023 nömrəli qərarı (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, G.İ.Cabbarova və A.İ.İsmayılov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(118)-831/2023 nömrəli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tər əfindən qərar qəbul edilərkən yalnız müəssisə tərəfindən təqdim edilmiş izahlı arayışa istinad edilmiş, onun işlədiyi peşənin funksional vəzifənin eyniliyinin müəyyən edilməsi ilə bağlı iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə vəzifə təlimatları əldə edilməmiş, hər hansı araşdırma aparmamışdır. İddiaçının işlədiyi vəzifə ilə güzəştli iş stajı hüququ verən vəzifə eyni olmasa da, iş yerindən arayışla həmin vəzifələr eyniləşdirilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) bəndi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.... 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqavilə si və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kad r hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. A li Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” “Metallurgiya istehsalatı (qara metallar)” bölməsi üzrə metallurgiya sobalarının təmiri və tərkibinin hazırlanması yarımbölməsinin 1030100a-1753a bəndinə və ya “təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazı mi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhk əmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərl i hesab olunur.

23. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əvvəla onu qeyd edir ki, hazırki qərarın 1-2-ci bəndlərində sadalanan işin müəyyən edilmiş halları ilə iddiaçının 52 yaşının xx.xx.2011-ci il tarixdə tamam olması və xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına malik olması öz təsdiqini tapır.

25. İddiaçıya 52 yaşı tamam olduğu tarixdə n güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun qanunvericiliklə tələb olunan və hazırki mübahisə predmeti olan 10 il güzəştli iş stajına malik olub-olmaması ilə bağlı məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1991-xx.xx.1999-cu il illər arasındakı dövr ərzində olan 7 il 3 ay güzəştli iş stajını qəbul etməklə mübahisələndirmir. Mübahisə predmeti olan müddət iddiaçının xx.xx.1999-cu ilədək Sumqayıt şəhərində faliyyət göstərən “Azərbaycan Xüsusi Təmir” İdarəsinin “Mərkəzimetaltəmir” Trestində (sonrakı adı "xxxx" Təmir-Tikinti və Quraşdırma İdarəsi, xx.xx.1998-ci ildən “Melallurqtəmir-1’’ ATSC və xx.xx.2012-ci ildən isə "xxxx" MMC) çilingər quraşdırıcı, quraşdırıcı, dəmirçi çilingər peşlərində işlədiyi müddətdir. Belə ki, cavabdeh inzibati orqan həmin vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid olmadığını əsas gətirməklə həmin müddətin iddiaçının güzəştli iş stajına daxil edilməsindən imtina edir.

26. İddianın hüquqi əsasına və cavabdeh inzibati orqanın kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan halla bağlı aşağı instansiya məhkəmələri tərəfindən lazımi qaydada araşdırma aparılmışdır.

27. Məhkəmə kollegiyası hazırki iş üzrə məhkəmələr tərəfindən aparılmış araşdırmaları yetərli hesab edərək qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş 17 iyul 2022-ci il tarixli, 56 nömrəli və 13 yanvar 2023-cü il tarixli, 01 nömrəli güzəştli arayışlardan görünür ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il çilingər quraşdırıcı, xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək çilingər quraşdırıcı, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək quraşdırıcı, xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək təmirçi çilingər kimi işlədiyi peşələr Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının “Metallurgiya istehsalatı (qara metallar)” bölməsi üzrə metallurgiya sobalarının təmiri və tərkibinin hazırlanması yarımbölməsinin 1030100a-1753a bəndinə və ya “təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” vəzifə koduna uyğundur. Müəssisə tərəfindən verilmiş güzəştli arayışlardan və əmək kitabçasından göründüyü kimi, iddiaçı xx.xx.1977-xx.xx.1978-ci il, xx. xx.1981-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il tarixlərində hazırkı "xxxx" MMC-də çilingər quraşdırıcı və quraşdırıcı vəzifələrində işləmişdir (11 il 10 ay 27 gün).

28. İddiaçının işlədiyi çilingər quraşdırıcı və quraşdırıcı vəzifələrinin güzəştli pensiya hüququ verən peşə olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin müəssisə tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli, 15 saylı izahlı arayışa əsasən, ötən əsrin 7090-cı illərində təmir işlərini aparan işçi heyətinin hansı ixtisaslı fəhlələrdən komplektləşdirilməsi barədə mərkəzdən göndərilən göstərişlərə əsasən təmirçi heyət təkcə təmirçi çilingər peşəsində çalışanlardan ibarət olmurdu. Heyətin tərkinə elektrik-qaz qaynaqçıları, quraşdırıcılar, quraşdırıcı çilingərlər, digər təmirçilər və s. peşə sahibləri daxil edilm işdir. Həmin işçilərin tutduqları vəzifələrin (peşələrin) adlarının sənədlərdə ayrı-ayrı oxşar peşələr kimi göstərilməsinə baxmayaraq, onlar təmir işlərini birlikdə icra etmişdirlər. O cümlədən, iddiaçının əmək kitabçasında quraşdırıcı çilingər, təmirçi çilingər və quraşdırıcı vəzifələrində çalışdığı göstərilsə də, o, bilavasitə həmin təmirçi heyətin tərkibində “Azərboru” İB-dəki metallurgiya sobalarının təmiri işləri ilə xüsusilə zərərli və xüsusiilə ağır əmək şəraitində məşğul olmuşdur.

29. Məhkəmələr düzgün olaraq bu nəticəyə gəlmişlər ki, iddiaçının əmək kitabçası üzrə işlədiyi, eyni zamanda təhsil aldığı və hərbi xidmətdə olduğu dövrlər də daxil olmaqla onun xx.xx.2006-cı il tarixə 20 ildən artıq ümumi, 10 ildən artıq isə güzəştli iş stajı mövcud olduğundan onun "Əmək pensiyaları haqq ında” Qanunun 9.8-ci maddəsi və 2006-cı ilə qədər qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "a” bəndinə əsasən 52 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Belə olan halda, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmaqla iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

30. Qeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqay ıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 sentyabr 2023-cü il tarixli, 2-1(105)-498/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar