Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3290/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dinlənilmə hüququnun təmin edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili (nümayəndəsi) Əliyev Novruz Əfrasiyab oğlunun iştirakı ilə, İddiaçı x1cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Suraxanı rayon İcra Hakimiyyəti) “müvafiq bağ sahəsinə dair plan-sxemin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 9 mart tarixli 2-1(103)-771/2018 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismari Birliyi tərəfindən 17660 saylı, 1990-cı il 15 avqust tarixli icarə müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha olan 23 “b” saylı bağ sahəsinin icarəçisi hesab edilməsi və müvafiq bağ sahəsinə dair plan-sxem verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 14 fevral tarixli 2in(82)-695/2012 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismari Birliyi tərəfindən 17660 saylı, 1990-cı il 15 avqust tarixli icarə müqaviləsinə əsasən iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha olan 23 “b” saylı bağ sahəsinin icarəçisi hesab edilmiş və müvafiq bağ sahəsinə dair plan-sxemin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti ərizə ilə məhkəməyə müraciət edərək üçüncü şəxs qismində işə cəlb edilməklə icraatın təzələnməsini xahiş etmişdir. Birinci instansiya məhk əməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 26 oktyabr tarixli 2in(82)695/2012 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 9 mart tarixli 2-1(103)-771/2018 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ləğv edilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində işə cəlb olunmuş və iş onun iştirakı ilə təzələnib baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolleg iyasının 2018-ci il 9 mart tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı iş üzrə məhkəmə qərardadlarından məlumatlı olmamışdır. Təsadüfən digər məhkəmə prosesində Suraxanı rayon İcra Hakimiyyətinin hüquqşünası x2 məlumatı əsasında ona məlum olmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 14 fevral tarixli 2in(82)-695/2012 nömrəli qərarına yenidən baxılıb. Bundan sonra, iddiaçı vəkil ilə müqavilə bağlamış və sorğu əsasında inzibati işlə tanış olmaq üçün onun vəkilinə 2019-cu il 23 iyul tarixdə şərait yaradılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 9 mart tarixli 2-1(103)-771 /2018 nömrəli qərardadı iddiaçı nın nümayəndəsi və vəkilinə 2019-cu il 23 iyul tarixdə rəsmi olaraq təqdim edildiyi üçün qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilməlidir. Mübahisəli məqam ondan ibarətdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 28, 55, 103-cü maddələrinin tələblərinin pozulması ilə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 9 mart tarixli qərardadında həmin qərardaddan şikayət verilə bilməməsi qeyd edilmişdir. Belə çıxır ki, işə baxan məhkəmə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə qəbul etdiyi qərardadı əsassız olaraq İPM-in müvafiq maddələrinə istinad edərək şikayət verilə bilməməsini nəzərdə tutacaq, ziyanına qərar qəbul edilmiş tərəf əsassız qərardaddan şikayət verə bilməyəcək. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-i n 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət mümkün və əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Məhkəmə kollegiyası nəzərə alır ki, inzibati məhkəmə icraatına cəlb etmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz (İPM-in 28.4-cü maddəsi). Bununla yanaşı, hazırkı halda, apellyasiya instansiyası məhkəməsinin qərardadı, təkcə icraata cəlb etməni deyil, həm də qüvvədə olan və mübahisəni iddiaçının xeyrinə mahiyyəti üzrə həll edən məhkəmə qərarının ləğvinə yönələn göstərişi nəzərdə tutur (icraatın təzələnməsinə dair göstəriş məhz bu nəticəni ehtiva edir). Apellyasiya instansiyası məhkəməsi bu nəticəni iddiaçının iştirakı və məlumatı olmadan həll etmişdir. Şikayətin məzmunund an göründüyü kimi, iddiaçı, əsasən onun dinlənilmə hüququnun apellyasiya instansiyası məhkəməsi tərəfindən aşkar pozulduğunu mübahisələndirir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərardadından verilmiş şikayət, ən azından iddiaçının dinlənilmə hüququnun təmin edilmədiyinə yönəldiyindən mümkündür. İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 62-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur (62.1) Məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edild iyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər (62.2). Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Həmin Məcəllənin 81.3-cü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Beləliklə, İPM-in 11.2, 62 və 64.1-ci maddələrində təsbit olunmuş tələblər apellyasiya icraatında da qüvvədədir. Lakin həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfində n təmin olunmamışdır. Belə ki, iddiaçının şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar edildiyinə dair sübut işdə yoxdur. İPM-in 92.0, 92.0.3, 92.0.4-cü maddələrinin tələbinə əsasən, proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda, proses iştirakçısının aşkar və ya susmaqda ifadə olunan razılığı ilə məhkəmə icraatının aparıldığı hallar istisna olmaqla, proses iştirakçısı icraatda qanunun müddəalarına uyğun şəkildə təmsil olunmadıqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 018-ci il 9 mart tarixli 2-1(103)-771/2018 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3290/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3290/2019
27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver