Məhkəmə qərarları › İş №2-1(102)-3291/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3291/2019

24.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3291/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: məcburi köçkün statusunun verilməsi GİRİŞ HİSSƏ 24.12.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qərarından id diaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinin cavabdeh Komitəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2019-cu il tarixli qərarı ilə (hakim M.Hacıbəyova; iş No 2-1(81)-1534/2019) iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-1(103)-1955/19) iddiaçının a pellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarı ləğv edrək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi tərəfindən işin bütün faktiki halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla iş üzrə əsassız və qanunsuz yekun qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin n ümayəndələri gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki,iddiaçı xx.xx.1952-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, ailəlidir, 3 uşağı vardır. İddiaçının iddia ərizəsində qeyd edilənlərə görə, hal-hazırda Ağdam şəhərində 1 mərtəbəli 3 otaqlı yaşayış evi, və 3 sot torpağı vardır, lakin ondan istifadə edə bilmir; hazırda Bakı şəhəri ünvan 1 ünvanda belə bir ev yoxdur; indiyə kimi məcburi köçkün kimi, evlə təmin olunmamış, ona məcburi köçkün statusu verilməmişdir. Ona görə də, iddiaçı məcburi köçkün statusu almaq üçün cavabdeh Komitəyə müraciət etmişdir. Lakin həmin inzibati orqan 29.01.2019-cu il tarixli cavab məktubunda iddiaçının 02.07.1973-cü ildə Ağdam rayon Hərbi Komisarlığında hərbi mükəlləfiyyətli kimi qeydiyyata alınıb, 30.11.1982-ci il tarixdə isə hərbi qeydiyyatdan çıxdığını bildirərək, onun ərizəsini təmin etməmişdir. İşin materiallarında olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinin 05.12.2018-ci il tarixli 1474 saylı arayışından görə, iddiaçı 02.07.1973-cü ildə Ağdam rayonunda hərbi komissarlıqda qeydiyyata alınmış, lakin 30.11.1982-ci ildə həmin qeydiyyatdan çıxmışdır. İddiaçının məhkəməyə verdiyi izahatına əsasən, O, 1982-ci ildə Ağdamdan hərbi qeydiyyatdan çıxmış və faktiki olaraq Respublikanın hüduduları xarıcində yaşamışdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, qanuna görə, şəxsin pas port qeydiyyatına alındığı yer elə onun yaşayış yeri sayılır. Lakin iddiaçının sakini olduğu Ağdam rayonu işğal olunanadək, həmin rayonda (şəhərdə) pasport qeydiyyatında olduğu iş materiallarına, o cümlədən onun şəxsiyyət vəsiqəsinə əsasən müəyən olunmur (işdə olan şəxsiyət vəsiqəsinə (Sabunçu RPİ 04.04.2008) əsasən iddiaçı ünvan 2 ünvanına qeydiyyatdadır). Beləliklə də, iddiaçıya məcburi köçkün statusunun verilməsini zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğu sübuta yetirilmir (Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsi). Eyni zamanda iddiaçının işğalda olan Ağdam şəhərində olan əmlakından (evindən) istifadə edə bilməməsini əsas gətirən dəliləri ona məcburi köçkün statusu verilməsi üçün əsas ola bilməz. Odur ki, cavabdeh inzibati orqan tərəfindən onun ərizəsinin təmin edilmə sindən imtina olunması qanunidir və hüquqlarının pozulmasına səbəb ola bilməz. Bu səbəbdən iddiaçının iddia tələbi əsaslı və qanuni olmadığından təmin edilə bilməzdi. Belə ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin “«Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanının 2-ci hissəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən, həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş «AzərbaycanRespublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiq ənin verilməsinə dair Qaydaları»nın 4.1.1-ci bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə və ya fərdi identifikasiya kartına əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtər əfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinəəsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şika yətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmirlər. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 15 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar