Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3292/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: diplomun tanınması GİRİŞ HİSSƏ 03.12.2019 Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, X2 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil oğlunun, cavabdehin nümayəndəsi X3 və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının 2-1(103)-1484/2019 saylı iş üzrə 16 avqust 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ X1 və Ticarət Universiteti tərəfindən İddiaçı oğluna “beynəlxalq iqtisadiyyat” ixtisası üzrə 01.07.2016-cı il tarixli, B16 057644 nömrəli diplom verilmişdir. O, həmin diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi tələbi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmişdir. Nazirlik iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığına istinadla diplom üzrə alınmış ixtisasın ölkə üzrə tanınmasından imtina etmişdir. Bun dan sonra isə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-282/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qərarı (hakim - R.L.Kərimli) ilə iddia tələbi təmin edilərək İddiaçı X1 və Ticarət Universiteti tərəfindən verilmiş 01 iyul 2016-cı il tarixli B16 057644 nömrəli diplom üzrə ixtisasın tanınması öhdəliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarı ləğv edib, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1484/2019 saylı, 16 avqust 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – S.S.Seyidova, hakimlər – V.M.Məmmədov və İ.B.Əhmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qərarı ləğv olunaraq iddia təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 avqust 2018-ci il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı 2012-ci ildə X1 və Ticarət Universitetinə “beynəlxalq iqtisadiyyat” ixtisası üzrə daxil olmuş və 2016-cı ildə həmin ixtisası bakalavr dərəcəsi ilə bitirərək B16 057644 nömrəli diplom almışdır. 13 iyul 2016-cı il tarixdə həmin diplom onu verən ölkədə apostil olun muşdur. O, həmin diplom üzrə ixtisasının ölkə ərazisində tanınması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Bundan sonra o, hərbi xidmətə getmiş və xidmətini başa vurduqdan sonra məsələ ilə maraqlanarkən ona bildirilmişdir ki, cavabdeh həmin məsələnin həllindən imtina etmişdir. İmtina səbəbi kimi onun rus dilini qənaətbəxş səviyyədə bilmədiyi göstərilmişdir. Apellyasiya məhkəməsi də gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçı tədris dilini zəif bildiyini etiraf etmişdir. Tədris dilini zəif bilirəm deməklə heç də həmin dili doğurdan da zəif bildiyi kimi qiymətləndirilə bilməz. Bu fikir nisbi xarakter daşıyır. İddiaçının kimdən və hansı dərəcədə dili zəif bilməsi aydınlaşdırılmalıdır. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıd ır ki, iddiaçı orta məktəbdə 3-cü sinfədək rus bölməsində oxumuşdur, eləcə də onun anası rus dili müəlliməsidir. Bu hallar isə iddiaçının rus dili bilikləri ilə bağlı apellyasiya məhkəməsinin qərarında qeyd edilənlərin inandırıcı olmadığını bir daha təsdiq edir. Bundan başqa, Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin tələblərinə əsasən iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğuna dair dəlillər nəzərə alına bilər. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəm ə iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Həmin Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Az ərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi nə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Apellyasiya məhkəməsi iddianın rədd edilməsinə dai r özünün mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tədris dili (rus dili) üzrə bilik səviyyəsi qənaətbəxş olmadığından bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilməz. Məhkəmə bu zaman Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən təhsilin dövlət standartlarına əsaslanmaqla qeyd etmişdir ki, ali təhsilin dövlət standartı həmçinin həmçinin “təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini” əhatə edir. Məhkəmə eyni zamanda göstərmişdir ki, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİ.1.2 maddəsi də nəzərdə tutur ki, müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik bacarıqlarının qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Məhkəmə həmçinin qeyd etmişdir ki, 16 avqust 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı tədris dilini zəif bilməsini etiraf etmişdir. Kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, işin hallarından göründüyü kimi cavabdeh diskresion səlahiyyətlər çərçivəsində hərəkət edərək ekspertiza keçirmiş və iddiaçının tədris olunan ixtisasın mənimsənilməsi üçün təhsil aldığı tədris dilini yaxşı mənimsəməməsi səbəbindən diplom üzrə ixtisası tanımaqdan imtina etmişdir. Kollegiya hesab edir ki, iddiaçının diplomun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlə rinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1). Cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada təhsilin məzmununun uyğunluğu haqqında ekspertiza keçirdikdən və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq, iddiaçının diplomunun tanınmasından imtina etmişdir. Kollegiya həmçinin vurğulamağı zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə təhsilin dövlət standartları əsasında aparılan mü sahibə zamanı ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İş materiallarında olan sübutlarla (müsahibəyə dair CD) həmin hal öz təsdiqini tapmışdır, eləcə də apellyasiya məhkəməsindəki icraat gedişində də iddiaçı bu halı qismən təsdiq etmişdir. Kollegiya bununla bağlı cavabdehin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddiaçının tədris dilini tam səviyyədə mənimsəməməsi onun aldığı ixtisası bilməsini ciddi şəkildə şübhə altına alır, bu isə onun ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi qənaətinə gəlmək üçün yetərli əsas təşkil edir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Proses sual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1484/2019 saylı iş üzrə 16 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3292/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3292/2019
03.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver