Məhkəmə qərarları › İş №2-1(102)-3294/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3294/2024

26.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3294/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial müavinətin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və ödənilməmiş aylıq müavinətin birdəfəlik ödənilməsi” tələbinə dair iş ü zrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(103)-1930/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2019-cu il tarixdən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət təyin edilmişdir. 2. xx.xx.2020-ci il tarixindən etibarən iddiaçının adına aktiv VÖEN olduğu üçün sosial müavinət ödənişi dayandırılmışdır.

3. Sonradan iddiaçı xx.xx.2022-ci il tarixdə yenidən cavabdehə müraciət edərək yaşa görə müavinətin bərpa edilməsini xahiş etmişdir.

4. Cavabdehin xx.xx.2022-ci il tarixli 45780 nömrəli qərarına əsasən ““Sosial müavinətlər haqqında” Azərbaycan Respubli kasının Qanununun 1.0.2 və 7.0.2-ci maddələrinə görə vətəndaşın yaşa görə sosial müavinət almaq hüququ yoxdur. xx.xx.2019-xx.xx.2020-ci il tarixləri üzrə aktiv VÖEN olduğu dövrdə yaşa görə sosial müavinət təyin olunduğu üçün artıqvermə müəyyən olunmuşdur.”

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********496400 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Xanbala qızının fəaliyyət növünün “İxtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı” olduğu, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə təqdim edilmiş bəyannamələrə əsasən dövriyyə məbləğinin olmadığı müəyyən edilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icra at

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi sonradan, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 45780 nömrəli qərarın ləğv edilməsi, xx.xx.2022-ci il tarixdən məhkəmə qərarı icra olunan günədək ödənilməmiş aylıq müavinətlin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən 3 uşağa görə 57 yaşdan sosial müavinat təyin edilmişdir. Lakin, xx.xx.2020-ci il tarixindən etibarən sosial müavinat ödənişi dayandırılmışdır. Belə ki, cavabdehin ona ünvanladığı məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiən Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Sosial müavinatın təyin edilməsinin mümkün olmaması haqqında xx.xx.2022-ci il tarixli 45780 nömrəli Qərarına əsasən onun aktiv VÖEN-ni mövcud olduğundan “Sosial müavinatlar haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2 maddəsinin tələbləri rəhbər tutularaq 1572,58 (bir min beş yüz yetmiş iki manat 58 qəpik) manat məbləğində vəsaitin artıq ödənildiyi və artıq ödənilmiş vəsaitin geri qaytarılması” göstərilmişdir. Sosial müavinətin cavabdeh tərəfindən dayandırılması və onun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia l Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına 1572,58 manat borcu olması qanunsuz və əsassızdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, əvvəla onun müraciəti ilə VÖEN açılmayıb, bundan əlavə VÖEN açılsa belə onun hər hansı dövriyyəsi olmayıb. Bundan əlavə iş materiallarına əlavə edilmiş sübutlardan o da, bəlli olur ki, VÖEN ona görə sosial müavinət təyin olunmazdan öncə açılıb. Belə olan halda cavabdeh sosial müavinəti təyin etməməli idi.

8. Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, “...İddiaçı xx.xx.2019-cu il tarixdən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət təyin edilmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2022-ci tarixli, **********8 məktubundan aydın olur ki, ona təyin e dilmiş yaşa görə sosial müavinət ödənişinin dayandırılmasına səbəb xidməti yoxlama nəticəsində İddiaçı adına xx.xx.2019-cu il tarixdən aktiv VÖEN (**********) aşkarlanması olmuşdur. Buna görə də, iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 1572,58 manat məbləğində artıq ödəmə olduğu aşkarlanmış, həmin məbləğin geri ödənilməsi və yaşa görə sosial müavinətin dayandırılması haqqında cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 45780 nömrəli qərar qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə müvafiq olaraq yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Yuxarıda qeyd edilən maddələrin məzmunundan aydın olur ki, şəxsə yaşa görə sosial müavinət təyin edilməsi üçün onun həm yaşa görə pensiya hüququ yaranmamalı, həm də işləməməlidir. İddiaçı aktiv vergi ödəyicisi kimi vergi orqanında xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixlərdə qeydiyyatda olmas ı onu işsiz və işaxtaran statusundan məhrum etdiyi kimi aktiv vergi ödəyicisi olması səbəbiylə məcburi dövlət sosial sığortasına cəlb edilməsi onun sahibkarlıq və ya digər gəlirli əmək fəaliyyəti ilə məşğul olduğu anlamına gəlir. Qeyd etmək lazımdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olduğundan ona 2019-cu i! tarixdə təyin edilmiş yaşa görə sosial müavinət ödənişi xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçının müraciəti ilə əlaqədar olaraq bildiririk ki, qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixdən 62 yaş 6 ay müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən İddiaçı yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci, 67.2-ci, 67.6.2-ci və 67.7- ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maraqlı şəxs səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qorunması hüququna istinad edə bilməz. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Eyni zamanda, həmin Qanununun 67.2-ci, 82.1-ci, 82.2-ci, 82.3-cü maddələrinin tələblərinə riayət etməklə inzibati orqan olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının əlverişli inzibati aktını ləğv etmək və ödənilmiş pul vəsaitinin qaytarılması barədə inzibati akt qəbul etməklə vətəndaşın qeydiyyat ünvanı üzrə icraya yönəltmək hüququ var.”

9. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, e-2-1(112)-11928/2023 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilərək, cavabdehin xx.xx.2022-ci il tarixli 45780 nömrəli qərarı ləğv edilmiş və xx.xx.2022-ci il tarixdən məhkəmə qərarı icra olunan günədək ödənilməmiş aylıq müavinətlin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının adına aktiv VÖEN-in olması onun əmək fəaliyyətinə başlaması mənasını ehtiva etmir. Belə ki, məhkəmə araşdırması zamanı vergi orqanından təqdim edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2019cu il tarixdə vergi uçotuna alınmış və xx.xx.2023-cü il tarixdə vergi uçotu ləğv edilmişdir. İddiaçı Xanbala qızının fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı” olmuş, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə təqdim edilmiş bəyannamələrə əsasən dövriyyə məbləğinin olmadığı müəyyən edilmişdir. Beləliklə, onun hər hansı bir fəaliyyətlə məşğul olması sübuta yetirilməmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(103)-1930/2024 nömrə li qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və S.Səlimova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1, 1.0.2, 4.0.1.2, 7.0.2, 11.1, 11.1.2, 12.1, 12.2-ci maddələrinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı vergi ödəyicisi kimi vergi orqanında xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixlərdə qeydiyyatda olması onu işsiz və işaxtaran statusundan məhrum etdiyi kimi aktiv vergi ödəyicisi olması səbəbiylə məcburi dövlət sosial sığortasına cəlb edilməsi onun sahibkarlıq və ya digər gəlirli əmək fəaliyyəti ilə məşğul olduğu anlamına gəlir.

16. Bundan əlavə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunundaedilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixdən 62 yaş 6 ay müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

17. Həmçinin qeyd edilmişdir ki, Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibka r kimi gəlir əldə etmədiyinin göstəricisidir. Belə ki, iddiaçı yaşa görə müavinət aldığı dövrdə aktiv VÖEN-i olan şəxs, yəni vergitutma obyektinə malik olmaqla, həmin obyektdən vergi ödəməli olan şəxs olmuşdur. Qeyd olunan səbəblərə görə iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş 1572,58 manat sosial müavinət artıq ödənilmiş məbləğ hesab edilmişdir.

18. Kassator şikayətində “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1, 7.0.2, 11-ci və “İnzibati icraat haqqında” Qanunun 67.1, 67.2, 67.6.2, 67.7-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Konstitusiyası... Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hü quq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzi bati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət ver ildiyi halda, inzibati şikayət. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 22. “Sosial müavinətlər haqqında” Azərbaycan (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyası) Respublikası Qanununun Maddə 1.0.2. Əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından y uxarı əlil uşaqları. 23. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti. Maddə 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Maddə 12.2. Müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

24. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qayda da əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi m əsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Hazırkı işin hallarından görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmiş, aktiv VÖEN olması səbəbindən xx.xx.2020-ci il tarixdə yaşa görə sosial müavinətin ödənişi dayandırılmışdır.

32. Dayandırmanın əsası kimi xx.xx.2019-xx.xx.2020-ci il tarixədək iddiaçının aktiv VÖEN olması göstərilmişdir.

33. İşin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə vergi uçotuna alınmış və xx.xx.2023-cü il tarixdə vergi uçotu ləğv edilmişdir. İddiaçı Xanbala qızının fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı” olmuş, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə təqdim edilmiş bəyannamələrə əsasən dövriyyə məbləğinin olmadığı müəyyən edilmişdir.

34. Göründüyü kimi cavabdeh orqan tərəfindən i ddiaçının mübahisələndirilən dövrdə faktiki olaraq fəaliyyət göstərərək gəlir əldə etdiyi sübuta yetirilməmişdir.

35. Bundan başqa, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, müavinətin dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

36. Məhkəmə kollegiyası istər inzibati orqanın imtinasının əsası kimi göstərilmiş, istərsə də kassasiya şikayətində qeyd edilmiş “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinə edilmiş dəyişikliyə görə xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat növü Qanunda nəzərədə tutulmaması” dəlilini də əsassız hesab edir.

37. Belə ki, iddiaçıya 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş şəxs kimi cavabdehin xx.xx.2019-cu il tarixli qərarına əsasən Qanunun qeyd olunan normasının həmin vaxt qüvvədə olan redaksiyasına əsasən sosial müavinət təyin olunmuşdur. Belə olan halda, Qanunun sözügedən maddəsinə edilmiş və xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklə - “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş” sözlərinin həmin normadan çıxarılması, iddiaçının bundan əvvəl həmin əsasa görə müavinət almaq hüququ yarandığı halda, həm də həmin normaya sonradan edilən dəyişiklik hüquqi vəziyyətini ağırlaşdırması baxımından, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Odur ki, cavabdehin qanuna edilən həmin dəyişikliyə istinad olunan dəlilləri tamamilə əsassızdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

39. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRA RA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 21(103)-1930/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar