Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3297/2025 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki sənədin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN****F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Quba rayon dövlət notariat kontorunda ##.##.2006-cı il tarixli 4Ə /*** reystr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə olunmuş 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Quba rayonu, II Alekseyevka kəndində yerləşən 0.08 ha torpaq sahəsi JN 1125F, KOD******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən X1 ayrılmışdır. Həmin torpaq sahəsi AN-İ №******* saylı, ## #### 2006-cı il tarixli alqısatqı müqaviləsi əsasında iddiaçıya satılmışdır.
2. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, iddiaçının müraciətinə cavab olaraq ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubla bildirilmişdir ki, ərizənizə əlavə olunmuş Quba rayon dövlət notariat kontorunun ##.##.2006-cı il tarixli 4Ə/*** reyestr nömrəli alqı-satqı müqaviləsinin tərtib olunmasına əsas olan JN-****F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “JN-****F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Quba rayon dövlət notariat kontorunda ##.##.2006-cı il tarixli 4Ə /*** reystr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə olunmuş 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.08 ha olan torpaq sahəsinin ##.##.2006-cı il tarixində AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Daxil olmuş ərizəyə##.##.2022ci il tarixli, ************ №-li məktubla cavabdeh tərəfindən imtina məktubu göndərilmiş və torpaq sahəsindən üzərində mülkiyyət hüququnun qeydiyata alınmasından imtina olunmuşdur. Hazırda cavabdehin imtina məktubu ilə razı olmadığına görə hazır ki, iddia tələbi ilə Sumqayıt İnzibati məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazı:
5. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək etirazı imtina məktubunun məzmununa uyğun şəkildə əsaslandıraraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Etirazda qeyd edilmişdir ki, İddiaçı səlahiyyətli nümayəndəsi Qəhrəmanova X3 rayonu, Alekseyevka kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi idarəsinə ##.##.2022-ci il ərizə ilə müraciət etmişdir. Müraciətə ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Bildiririk ki, müraciətiniz araşdırılmış və müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsi Quba rayon dövlət notariat kontorunun ##.##.2006-cı il tarixli 4Ə/*** reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Müraciətinizə cavab olaraq bildiririk ki, ərizənizə əlavə olunmuş Quba rayon dövlət notariat kontorunun ##.##.2006-cı il tarixli 4Ə/*** reyestr nömrəli alqısatqı müqaviləsinin tərtib olunmasına əsas olan JN-****F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.”
birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt İnzibati Məhkəməsinin (Hakim: L.E.Mirzəyeva) 2025-ci il ## ### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, JN-****F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Quba rayon dövlət notariat kontorunda ##.##.2006-cı il tarixli 4Ə /*** reystr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə olunmuş 0.08 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki sənədin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsinin aşkar edilməməsi və qeydiyyat kitablarında qeydiyyatdan keçməməsi iddiaçının təqsiri kimi qiymətləndirilib, onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. Cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər T.B.Axundov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və V.M.Hacıyev) 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt İnzibati Məhkəməsinin 2025-ci il ## ### tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Quba rayonu, II Alekseyevka kəndində yerləşən 0.08 ha torpaq sahəsi Quba rayon Alekseyevka Bələdiyyəsinin ## #### 2005-ci il tarixli, ** saylı qərarı ilə X1 ayrılmış, bununla əlaqədar sonuncuya JN 1125F, KOD******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Həmin torpaq sahəsi ANI №******* saylı, ## #### 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmışdır. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. “Hüquqların dövlət qeydiyyatından imtina”nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Araşdırma zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur ki, Quba rayonu ərazisində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN 1125F, KOD******** saylı şəhadətnamə ilə 0.08 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh təşkilatın apellyasiya şikayətinin dəlili, həmçinin imtinasında göstərdiyi JN-****F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin elektron məlumat bazasında da öz əksini tapmaması, bununla da torpaq sahəsinin yerləşdiyi yerin sənəd üzrə məlum olmaması və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxemim mövcud olmamasından ibarətdir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən müvafiq araşdırma aparılmışdır. Belə ki, cavabdeh orqanın gətirdiyi həmin dəlilə münasibətdə kollegiya qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair cavabdeh tərəfindən verilmiş müayinə aktı alınmışdır. Həmin Aktda qeyd olunmuşdur ki, “Torpaq sahəsinin müayinəsi zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. Həmin torpaq sahəsinin daxilində fərdi yaşayış evi mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, JN-1125F KOD ******** saylı Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamə elektron baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmamışdır. 1125 nömrə DBF siyahısında göstərilməmişdir. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 0.08 ha təşkil edir. İddia olunan və faktiki istifadə olunan torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Mübahisəli torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X5 kateqoriyalı olub uqodiyası fərdi yaşayış kimi göstərilmişdir”. Həmçinin birinici instanisya məhkəməsinin sorğusu nəticəsində Quba rayon Alekseyevka Bələdiyyəsinin ## #### 2005-ci il tarixli, ** saylı protoklunun arxiv çıxarışı (qərarı) əldə edilmiş və bunun əsasında fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.08 ha torpaq sahəsinin alqı-satqı yolu ilə X2 bir daha müəyyən edilmişdir. Bununla da torpaq sahəsinin qanunvericiliyin tələblərinə əsasən sonuncuya ayrılması və JN-1125F KOD ******** saylı Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamənin qanuni əsaslarla tərtib edilməsi öz təsdiqini tapır. Göründüyü kimi, qeyd edilən torpaq sahəsi naturada mövcduddur, iddiaçının faktiki istifadəsindədir, habelə həmin torpaq sahəsinin Quba rayon Alekseyevka Bələdiyyəsinin ## #### 2005-ci il tarixli, ** saylı qərarı, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 1125F, KOD******** saylı şəhadətnaməsi hazırda qüvvədə olmaqla, onların ləğv edilməsi, geri çarılması və ya qüvvədən düşməsi halı aşkar olunmamışdır. Eyni zamanda iddaçı da qanuni əsaslarla Quba rayon dövlət notariat kontorunda ##.##.2006-cı il tarixli 4Ə /*** reystr nömrəli alqı-satqı müqaviləsi əsasında qeyd edilən torpağı alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. \
12. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə onu da qeyd edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" elektron məlumat bazasında da öz əksini tapmamaması məhz inzibati orqanın hüquqi məsuliyyət daşıdığı hal kimi çıxış etməklə, iddiaçının təqsiri ilə əhatə olunan hal kimi ortaya çıxmamışdır. Belə olan halda, həmin əsasa istinad edilməklə, iddiaçıların mövcud olan hüquqlarının məhdudlaşdırılması ilk növbədə qanunvericiliyin norma və prinsiplərinin tələbinə, mahiyyətinə və məqsədinə zidd olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, mütənasiblik prinsipinin tələbinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, indiki halda mövcud məlumatların reyestr kitabında aşkarlanmaması halı məhz müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçıların məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onların hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədlərə əsaslanır. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13- cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 10. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası, xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Bununla belə Kollegiya kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
25. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Quba rayonu, II Alekseyevka kəndində yerləşən 0.08 ha torpaq sahəsi Quba rayon Alekseyevka Bələdiyyəsinin ## #### 2005-ci il tarixli, ** saylı qərarı ilə X1 ayrılmış, bununla əlaqədar sonuncuya JN 1125F, KOD******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Həmin torpaq sahəsi AN İ №******* saylı, ## #### 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmışdır. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
26. Cavabdehin imtinasının və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, JN-****F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır.
27. Kollegiya cavabdehin qeyd olunan dəlillərinə münasibətdə bildirir ki, qeyd olunan hallar iddiaçının məsuliyyət sferasına aid edilə və onun gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Həmçinin iş materiallarında JN-****F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin əsli mövcuddur və onun mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim edilməmişdir.
28. Bundan başqa birinici instanisya məhkəməsinin sorğusu nəticəsində Quba rayon Alekseyevka Bələdiyyəsinin ## #### 2005-ci il tarixli, ** saylı protoklunun arxiv çıxarışı (qərarı) əldə edilmiş və bunun əsasında fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.08 ha torpaq sahəsinin alqı-satqı yolu ilə X2 bir daha müəyyən edilmişdir.
29. Eyni zamanda iş materiallarında olan cavabdeh tərəfindən verilmiş müayinə aktında qeyd olunmuşdur ki, torpaq sahəsinin müayinəsi zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır.
30. Beləliklə, cavabdehin mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasından imtina etməsi qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.