Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-33/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xxxx Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən iddia mümkün sayıla bilməz) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı xxxxnın, onun vəkili Cəfərova Xəyalə Teymur qızının iştirakı ilə iddiaçı xxxxnın cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı (Bakı şəhər İcra Hakimiyyəti üçüncü şəxs olmaqla) ziyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1900/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: xxxx (bundan sonra- iddiaçı) Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə (bundan sonra - cavabdeh) üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə ünvan 1 ünvanında yerləşən mənzilin yanması ilə əlaqədar olaraq ona kompensasiya verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məlum olan bin a yanğını hadisəsindən sonra ümumi olaraq binaya və həmçinin onun və ailəsinin yaşadığı mənzilə maddi zərər dəyərək əşyaları mənzildə bina ilə bərabər şəkildə yanaraq məhv olmuşdur. Bu işlə bağlı cinayət işi açılmışdır. Cinayət işi xx xxx 2016-cı il tarixində Bakı şəhərində başa çatmışdır. Bir neçə vəzifəli şəxslər həbs olunmuşdur. ünvan 1 ünvanı yararsız hala düşməsi ilə əlaqədar olaraq məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2015-ci il tarixli 10932 saylı rəyi ilə ona 100.100 manat ziyan dəyməsi müəyyən olunmuşdur. Bundan əlavə olaraq məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2015-ci il tarixli 10372 nömrəli rəyində ona dəymiş ziyan 120.100 manat həcmində olması müəyyən edilmişdir. İlkin olaraq 20000 manat çıxıldıqdan sonra 100.100 manat qiymətləndirilmişdir. O və bina sakinlə ri dəfələrlə aidiyyəti üzrə idarə və təşkilatlara müraciət etməsinə baxmayaraq ona dəymiş ziyan tam olaraq ödənilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)1770/2019 saylı qərardadı ilə (hakim A.A.Abdullayeva) iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, tələb olunan maddi ziyan üzrə cavabdehliyi Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti daşımadığından, bununla da, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən iddia mümkün sayılmamalıdır. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1900/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardadı (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) ilə apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)-1770/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1900/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçının kassasiya şikayətində bildirilir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə həmin mənzildə yaşayır. Hamıya məlum olan binanın yanğın hadisəsində n sonra ümumi olaraq binaya və həmçinin onun və ailəsinin yaşadığı mənzilə də maddi zərər dəyərək, əşyaları və mənzildə bina ilə bərabər şəkildə yanaraq məhv olmuşdur. Bu işlə bağlı cinayət işi açılmışdır, cinayət işi xx xxx 2016-cı il tarixində Bakı şəhərində başa çatmış, bir neçə vəzifəli şəxslər həbs olunmuşdur. Daha sonra qeyd edilir ki, ünvan 3 ünvanının yararsız hala düşməsi ilə əlaqədar olaraq məhkəmə-əmtəəşünaşlıq ekspertizası keçirilmiş, ekspertizanın xx xxxxxxx 2015-ci il tarixli 10932 rəyi ilə iddiaçıya 120.000 manat ziyan dəyməsi müəyyən olunmuşdur. Bundan əlavə olaraq məhkəmə-əmtəəşünaşlıq ekspertizasının xx.xx.2015-ci il tarixli 10372 nömrəli rəyində iddiaçıya dəymiş ziyan 120.100 manat həcmində olması müəyyən edilmişdir. İlkin olaraq 20000 manat çıxıldıqdan sonra 100.100 m anat qiymətləndirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1900/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara göndərilmiş məhkəmə bildirişində məhkəmə iclasında nümayəndəsinin işt irak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əmə l olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərə flərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında ba xılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxx 2016-cı il tarixli ittiham aktının surətindən müəyyən edilir ki, iddiaçı həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış və cinayət nəticəsində vurulmuş ziyanın həcmi və məbləğinin müəyyənləşdirilməsi üzrə xx xxx 2015-ci il tarixdə Bak şəhəri, Binəqə di rayonu, Azadlıq prospekti 200/36 ünvanındakı 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi zamanı bina sakinlərinin zədələnərək yararsız hala düşmüş əmlakın tədqiqinə dair məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2015-ci il tarix 10932 nömrəli rəyinə və zərərçəkmiş şəxsin ifadəsinə əsasən xxxxna 100.100 manat maddi ziyan vurulması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Bakı Şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentindən tutulmasını tələb etdiyi 100.100 manat ziyan məbləğ ittiham aktında öz əksini tapmış və həmin maddi ziyanın cinayət nəticəsində vurulduğu müəyyən edilmədilmişdir. Hazırki iddia tələbində tutulması tələb olunan maddi ziyan üzrə cavabdehliyi Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departament i daşımadığından, bununla da, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən, iddia mümkün sayılmamaqla məhkəmələr düzgün qənaətə gəlmişlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün h əlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia ona cavab verməli olmayan orqana qarşı qaldırıldığına görə inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından həmin qərardadın ləğv edilməsi və iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı xxxx tərəfindən verilmiş kassasiya şikayəti təm in edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1900/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-33/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-33/2020
15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver