Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-33/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın verilməsi ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər-X2, X17, X8 və Həsənov Mirkazım Mircəfər oğlu) hüququn qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iş üzrə Bakı A pelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)864/2021 saylı, 25 may 2021-ci il tarixli qərarından üçüncü şəxs Həsənov Mirkazım Mircəfər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər 9 saylı notariat kontorunda rəsmiləşdirilmiş 27 noyabr 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, X17 özünə məxsus ünvan 1anında yerləşən 34 saylı mənzilini İddiaçı 120000 (yüz iyirmi min) manata satmışdır.
2. Bakı şəhər 9 saylı notariat kontorunda rəsmiləşdirilmiş 01 dekabr 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, X8 özünə məxsus ünvan 1anında yerləşən 35 saylı mənzilini İddiaçı 80000 (səksən min) manata satmışdır.
3. İddiaçı həmin mənzillər üzərində hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 13.11.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 5 saylı evin 34 və 35 saylı mənzillərinin üzərinə Səbail rayon Məhkəməsinin 07.12.2017-ci il tarixli, 2(009)-5496/2017 saylı qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin 07.02.2018-ci il tarixli, 2(103)-2714/2018 saylı icra vərəqəsinə əsasən həbs qoyulmuşdur. Həmçinin qeyd olunmuşdur ki, idarəyə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 5 saylı evin 34 saylı mənzilinə dair ünvan 3irişi daxil olmuşdur. Sözügedən mənzillərə dair məhkəmə mübahisəsinin yekunlaşm ası barədə məhkəmə aktı və həbslərin ləğvi bərədə qərardad idarəyə rəsmi daxıl olacağı təqdirdə ərizəyə qanunamüvafıq qaydada baxıla bilər.
4. Qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən ünvan 1anında yerləşən 34 saylı mənzilə dair X8 ilə X17 arasında bağlanmış alqı-satqı müqaviləsi, sonuncunun həmin əmlak üzərindəki mülkiyyət hüquqları ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 29.08.2017-ci il tarixdə qeydiyyata alınmaqla verilən müvafiq çıxarış, eləcə də, X17 ilə İddiaçı arasında bağlanılmış 27 noyabr 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ləğv edilməmiş və etibarsız hesab edilməmişdir. Həmçinin, ünvan 1anında yerləşən 35 saylı mənzilə dair X8 ilə İddiaçı arasında bağlanılmış 01 dekabr 201 7-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” etibarsız hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 8erləşən 35 saylı mənzil və ünvan 8erləşən 34 saylı mənzil üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsindən və bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 1anında yerləşən 35 saylı mənzil və ünvan 1anında yerləşən 34 saylı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə onun adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoy ulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər 9 saylı notariat kontorunda 01.12.2017-ci il tarixdə X8 ilə iddiaçı arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ev 5 ünvanda yerləşən 35 saylı mənzil 80 000 manata ona satılmışdır. Bundan başqa, Bakı şəhər 9 saylı notariat kontorunda X17 və iddiaçı arasında 27.11.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ünvan 8erləşən 34 saylı mənzil 120.000 manata ona satılmışdır. Mülkiyyətində olan yuxarıda qeyd edildiyi mənzillərin dövlət reyestrində onun adına qeydə alınması üçün zərurət yaranmışdır. Bununla bağlı, yəni mülkiyyətində olan həmin mənzillərin sənədləşdirilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdehin 04.05.2020-ci il tarixli, **********35 saylı məktubu ilə onun ərizəsinə imtina cavabı verilərək bildirilmişdir ki, sözügedən mənzillərin üzərinə Səbail Rayon Məhkəməsinin 07.12.2017-ci il tarixli, 2 (009)-5496/2017 saylı qərardadı ilə həbs qoyulmuş, həmçinin ünvan 8erləşən 34 saylı mənzillə bağlı ünvan 3irişi daxil olmuşdur. Səbail Rayon Məhkəməsinin 07.12.2017-ci il tarixli 2(009)-5496/2017 saylı qərardadı ilə bağlı ki, iddiaçı Həsənov X3 Minəvvər-Xanım Eynulla qızına qarşı daşınmaz əmlaka dair alqı-satqı müqavilələrinin və mülkiyyət hüquqlarına dair sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Həsənov Mirkazım Mircəfər oğlunun etibarsızlığını tələb etdiyi çıxarışlar və müqavilələr həm aşağıda qeyd olunan bağ e vi, həm də iddiaçıya məxsus ünvan 8erləşən 34 və 35 saylı mənzillərlə bağlı olmuşdur. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Həsənov Mirkazım Mircəfər oğlunun X1 qarşı daşınmaz əmlaka dair alqı-satqı müqavilələrinin və mülkiyyət hüquqlarına dair sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həsənov Mirkazım Mircəfər oğlu tərəfindən Səbail Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək, Səbail Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilmiş, 15 iyul 2017-ci i l tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 768 E saylı bağ evin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqısatqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X11 adına verilmiş RX seriyalı, ******* nömrəli (qeydiyyat tarixi 10.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 68 000 (altmış səkkiz min) manat pulun Məhərrəmova Minəvvər-Xanım Eynulla qızından alınaraq X13 qaytarılması. 14 avqust 2017-ci il tarixdə Bakı şəhər 21 saylı notariat kontorunda ünvan 5 ünvanında yerləşən mənzilin satılması ilə əl aqədar tərtib edilmiş AN-1 ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 17.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi. 14 avqust 2017-ci il tarixdə Bakı şəhər 21 saylı notariat kontorunda ünvan 6 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 17.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıx arışın etibarsız hesab edilməsi, iddiaçının ödədiyi dövlət rüsumlarının və bank xidməti xərclərinin əvəzi olaraq 25.80 manat məbləğində pulun Məhərrəmova Minəvvər-Xanım Eynulla qızından alınaraq Həsənov Mirkazım Mircəfər oğluna ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətləri tam təmin olunaraq Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək Səbail Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edil ərək iddiaçı Həsənov Mirkazım Mircəfər oğlunun iddiası təmin edilərək, 15 iyul 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X11 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 10.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, 14 avqust 2017-ci il tarixdə Bakı şəhər 21 saylı notariat kontorunda ünvan 5 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və onun əsasında Əmlak Məsələlə ri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 17.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışının etibarsız hesab edilməsi, Teymur Elçin küçəsi ev 5, mənzil 35 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı 112382 nömrəli (qeydiyyat tarixi 17.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qətnamə sindən üçüncü şəxs İddiaçı, eləcə də cavabdehlər və digər üçüncü şəxslər kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarı ilə iş üzrə cavabdehlər X11, Məhərrəmova Minəvvər-Xanım Eynulla qızının, X5, üçüncü şəxs Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu D.Kərimovun kassasiya şikayətləri qismən təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qətnaməsi qismən - "15 iyul 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat konturunda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqısatqı müqaviləsinin və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmla kın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X11 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 10.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, müqavilə üzrə ödənilmiş 68 000 manat pulun Məhərrəmova Minəvvər-Xanım Eynulla qızından alınıb X13 qaytarılması” hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə cavabdehlər Məhərrəmova Minəvvər-Xanım Eynulla qızının, X5, üçüncü şəxslər İddiaçı, Bakı şəhər 21 saylı Notariat Kontorunun xüsusi notariusu D.Kərimovun kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Ali Məhkəmənin Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarı ilə ünvan 1anda yerləşən 34 və 35 saylı mənzillərlə bağlı yekun qərar verilmiş, yalnız bağa aid olan hissədə iş apelyasiya instansiyasına qaytarılmışdır. Hazırkı mübahisə predmeti olan ünvan 1anda yerləşən 34 və 35 saylı mənzillərlə bağlı isə yuxarıda qeyd etdiyi məhkəmə aktları ilə onunla üçüncü şəxslər arasında bağlanan müqavilələrin etibarsızlığı məsələsinə toxunulmamışdır. ünvan 1anında yerləşən 34 və 35 saylı mənzillərlə üçüncü şəxslərlə arasında bağlanmış alqı-satqı müqavilələrinin 6-cı bəndində qeyd olunur ki, müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydada təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Müqavilənin bu bəndindən də göründüyü kimi, notarial qaydada alqı-satqı müqaviləsi bağlandığından, həmin mənzillərə onun sahiblik və istifadə hüququ mövcuddur. ünvan 1anında yerləşən 34 saylı mənzillə bağlı ünvan 3irişi ilə bağlı isə qeyd edir ki, həmin bildiriş iddiaçı tərəfindən sözügedən mənzilin ona təhvil verilməsi barədə qaldırdığı iddia üzrə göndərilmişdir. Yəni həmin iş üzrə iddiaçı odur və onun iddia tələbi üzrə həmin bildiriş göndərilmişdir. Buna görə həmin mənzilə hər hansı məhdudiyyət qoyula bilməz və ona hüquqların dövlət reyestrindən çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz.
7. Bakı İnzibati Məhkəməsinin (hakim Elçin Əliyev) 2-1(112)-5013/2020 saylı,18 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək ünvan 8erləşən 35 saylı mənzilə və ünvan 8erləşən 34 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdə n çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 8erləşən 34 saylı mənzilə dair İddiaçı və X17 arasında bağlanılmış 27 noyabr 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin və ünvan 8erləşən 35 saylı mənzilə dair İddiaçı və X8 arasında bağlanılmış 01 dekabr 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin mövcud qanunvericiliyin tələblərinə uyğun bağlanılması, həmçinin həmin müqavilələrin ləğv olunmaması və qüvvədə olması iş materialları ilə öz təsdiqini tapmışdır.
9. Üçüncü şəxs Həsənov Mirkazım Mircəfər oğlu həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
10. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X12-sədrlik edən və məruzəçi, X14 və X9) 25 may 2021ci il tarixli, 2-1(103)-864/2021 saylı qərarı ilə üçüncü şəxsin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-1(112)-5013/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Üçüncü şəxs Həsənov Mirkazım Mircəfər oğlu kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-864/2021 saylı, 25.05.2021-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş e tmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlilləri ilə cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş etirazın dəlilləri eynidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0.3. Daşınmaz ə mlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyy atı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılma dıqda. 15. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3 İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiya sı məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıla caqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
20. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkə mə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
21. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
22. Hazırkı mübahisə ünvan 8erləşən 35 saylı və ünvan 8erləşən 34 saylı mənzillərə İddiaçı m ülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsi ilə bağlıdır.
23. Bununla bağlı nəzərə almaq lazımdır ki, bu qərarın 14-cü bəndində istinad olunan normaya görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hüquqların dövlət qeydiyyatı üçün həmin normada nəzərdə tutulmuş əsaslardan birinin təqdim olunması kifayətdir. Qeyd edilən normanın mətninə və məzmununa görə, qanunda təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.
24. Həmçi nin nəzərə almaq lazımdır ki, cavabdeh hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, etibarsız sayılana və ya başqa səbəblərdən qüvvəsini itirmiş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bu mənada hüququnun qeydiyyata alınması üçün şəxsin yuxarıda istinad olunan normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir.
25. Hazırkı mübahisəyə münasibətdə işin apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından ünvan 1anında yerləşən 34 saylı mənzilə dair İddiaçı və X17 arasında bağlanılmış 27 noyabr 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin və ünvan 1anında yerləşən 35 saylı mənzilə dair İddiaçı və X8 arasında bağlanılmış 01 dekabr 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin mövcud qanunvericiliyin tələblərinə uyğun bağlanıldığı, həmçinin həmin müqavilələrin ləğv olunmadığı və qüvvədə olduğu və beləliklə də, vicdanlı alıcı kimi hazırkı iddiaçının hüquqlarının qorunduğu görünür. Yəni iddiaçının hüququnun qeydiyyata alınması üçün yuxarıda istinad olunan normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə-müqaviləyə malik olduğu iş üzrə materiallarla təsdiq olunur.
26. Bundan başqa, məhkəmənin sorğusuna cavab olaraq Səbail rayon Məhkəməsi tərəfindən 17.11.2020-ci il tarixli, 2(009)-598/2018 saylı məktubla bildirilmişdir ki, iddiaçı Həsənov Mirkazım Mircəfər oğlunun cavabdeh Məhərrəmova Minəvvər-xanım Eynulla qızına qarşı (iş üzrə üçüncü şəxslər Bakı şəhəri 21 saylı Notariat Kontoru, X8, X16, İddiaçı və X17) “daşınmaz əmlaka dair alqı-satqı müqavilələrinin və mülkiyyət hüquqlarına dair sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli qərardadı ilə ünvan 8erləşən 34 saylı mənzilin və ünvan 1anında yerləşən 35 saylı mənzilin özgəninkiləşdirilməsi ilə bağlı qoyulmuş qadağa ləğv edilmişdir. Sözügedən qərardad (qərardaddan şikayət verilmədiyindən) 17 noyabr 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır.
27. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə işin apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ünvan 1anında yerləşən 34 saylı mənzilin boşaldılması və təhvil verilməsinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmiş, Səbail rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(009)-827/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1anında yerləşən 34 saylı mənzilin cavabdeh X17 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Hazırda sözügedən qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir (Məhkəmənin sorğusuna cavab olaraq Səbail Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli məktubu).
28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə materiallardan qüvvədə olan və etibarlı hüquqmüəyyənedici sənəd sayılan ünvan 1anında yerləşən 34 saylı mənzilə dair İddiaçı və X17 arasında bağlanılmış 27 noyabr 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə və ünvan 1anında yerləşən 35 saylı mənzilə dair İddiaçı və X8 arasında bağlanılmış 01 dekabr 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən həmin mənzillər üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilməmişdir.
29. Cavabdehin iş üzrə materiallara əlavə olunmuş, apelyasiya məhkəməsinə ünvanlanmış 09.08.2021-ci il tarixli müraciəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallara əlavə olunmuş Yasamal rayon məhkəməsinin 10.06.2020-ci il tarixli, 2(004)-2055/2020 saylı qərardadına görə, məhkəmədə X6 və qeyrilərinə qarşı pul tələbinə dair iddia üzrə mübahisəyə baxılır. Hazırkı mübahisə üzrə iddiaçının tərəf və iştirakçısı olmadı ğı mülki işə baxan Yasamal rayon məhkəməsi tərəfindən qeyd olunan qərardadla ünvan 1anında yerləşən 35 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Məhkəmə kollegiyası həmin qərardadın əsaslılığı məsələsinə toxunmadan qeyd edir ki, Yasamal rayon məhkəməsinin bu qərardadı ilə mənzil üzərinə qoyulmuş həbs iddianı təmin tədbiri qismində həmin mənzilin özgəninkiləşdirilməsinin qarşısının alınması məqsədlərinə xidmət edir. Hazırkı mübahisə isə iddiaçının mənzil üzərində etibarlı hüquqmüəyyənedici sənəd əsasında hüququnun qeydiyyata alınması ilə bağlıdır. Bu baxımdan, konkret halda həmin həbs məhdudiyyəti iddiaçının mənzil üzərində hüququnun qeydə alınmasını istisna edən və ona mane olan kimi qiymətləndirilməməlidir.
30. Beləliklə, ünvan 1anında yerləşən 34 və 35 saylı mənzillərin alqı-satqısı barəd ə müqavilələr ləğv edilmədiyindən və bu baxımdan etibarlı olduğundan, həmçinin həmin mənzillərlə bağlı mülki məhkəmə qaydasında baxılmış müvafiq işlər üzrə yekun məhkəmə qərarları qəbul edildiyindən və həmin məhkəmə aktları qanuni qüvvəyə mindiyindən, mənzillərin üzərinə qoyulmuş həbs götürüldüyündən, həmin daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin hazırkı mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün olmuşdur.
31. Beləliklə, üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdiri lmədən saxlanılmalıdır.
32. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.05.2021-ci il tarixli, 21(103)-864/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.