Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-330/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işlədiyi illərin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək kitabçasında imza və möhürün olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsinə (bundan sonra cavabdeh) qarşı “onun xx.xx.1974-cü ildən, xx.xx.2005-ci il tarixinədək işlədiyi illərin sığorta stajına daxil edilməklə, 64 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1540/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1955-ci il tarixdə Füzuli rayonu, Əhmədalar kəndində anadan olmuşdur. Əmək kitabçasına əsasən xx.xx.1974-cü il tar ixdə (xx.xx.1974-cü il tarixli, 1 nömrəli əmrə əsasən) Ordjenikidze Rayonu Fəhlə Gənclərin 114 №-li məktəbinə təsərrüfat müdiri təyin edilib, xx.xx.1978-ci il tarixdə (xx.xx.1978-ci il tarixli, 21 nömrəli əmrə əsasən) öz xahişi ilə işdən azad edilib. xx.xx.1978-ci il tarixdə (xx.xx.1979-cu il tarixli, 15 nömrəli əmrə əsasən) Oktyabr rayon Qida Ticarəti 13 №-li mağazaya fəhlə təyin edilib, xx.xx.1979-cü il tarixdə (xx.xx.1979-cu il tarixli, 246 nömrəli əmrə əsasən) həmin mağazaya kiçik satıcı keçirilib, xx.xx.1982-ci il tarixdə (xx.xx.1982-ci il tarixli, 289 nömrəli əmrə əsasən) həmin mağazada satıcı vəzifəsinə keçirilib. xx.xx.1982-ci il tarixdə (xx.xx.1982-ci il tarixli, 518 nömrəli əmrə əsasən) Azərbaycan SSR ƏHQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.19 82-ci il tarixdə (xx.xx.1982-ci il tarixli, 311/c saylı əmrə əsasən) 26 Bakı Komissarı adına Qida Ticarəti 58 №-li mağazaya satıcı vəzifəsinə qəbul edilib. xx.xx.1983-cü il tarixdə (xx.xx.1983-cü il tarixli, 98K saylı əmrə əsasən) 70 №-li mağazaya satıcı keçirilib. xx.xx.1985-ci il tarixdə (xx.xx.1985-ci il tarixli, 196-ok saylı əmrə əsasən) 18 №-li mağazaya eyni vəzifəyə keçirilmişdir. xx.xx.1985-ci il tarixdə (xx.xx.1985-ci il tarixli, 264-ok nömrəli əmrə əsasən) Oktyabr RQT keçirilməsi ilə əlaqədar Azərbaycan SSR ƏHQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixli, 267-ok nömrəli əmrə əsasən xx.xx.1985-ci il tarixli, 264-ok saylı əmr ləğv edilmişdir. xx.xx.1985-ci il tarixdə (xx.xx.1985ci il tarixli, 279-ok nömrəli əmrə əsasən) 18 №-li mağazaya müdir vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixdə (xx.xx.1986-cı il tarixli, 117-ok nömrəli əmrə əsasən) öz razılığına əsasən həmin mağazaya satıcı vəzifəsinə təyin edilmişdir. xx.xx.1987-ci il tarixdə (xx.xx.1987-ci il tarixli, 117-ok nömrəli əmrə əsasən) həmin dükanın satıcısı vəzifəsində saxlanılmaqla müdir vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu il tarixdə (xx.xx.1989-cu il tarixli, 106-ok saylı əmrə əsasən) 3-cü kateqoriyalı satıcı vəzifəsindən azad edilməməklə müdir ixtisaslaşması verilmiş (1-ci kateqoriyalı satıcı), xx.xx.1993-cü il tarixdən (xx.xx.1993-cü il tarixli, 124-k saylı əmrə əsasən) 18 saylı mağazaya müdir vəzifəsinə təyin edilmişdir. xx.xx.1995-ci il tarixdə (Baş İdarənin xx.xx.1995-ci il tarixli, 04 saylı əmrinə əsasən) Səbail rayonu X6 ləğv olunaraq Səbail rayon Ticarət və X9 yaradılmışdır. xx.xx.1999-cu il tarixində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 24 saylı əmrinə əsasən bu İdarə də ləğv edilərək DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin tabeliyinə verilib. xx.xx.1999-cu ildə, 01 saylı əmrə əsasən DƏK-in İstehsalat və Təsərrüfat İdarəsi ləğv edilib, DƏN-in Ticarət və Xidmət Müəssisə və Ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzinin tabeliyinə keçirilmiş, xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 475 saylı Fərmanına əsasən DƏN-in Ticarət və Xidmət Müəssisəsi və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzinin təsisçisi dəyişərək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi təyin edilmişdir. xx.xx.2004-cü ildən İqtisadi İnkişaf Na zirliyinin xx.xx.2004-cü il, 03 saylı əmrinə əsasən Mərkəzin adı dəyişdirilərək “Ticarət-xidmət və istehsalat müəssisəsi və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi” Mərkəzi müəyyən edilmişdir. xx.xx.2005-ci il tarixdə (xx.xx.2005-ci il tarixli, 387 a saylı əmrə əsasən) Azərbaycan Respublikası ƏMnin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən Bakı şəhəri Səbail rayonu Yeyinti Ticarəti 18 №-li mağazasında müdir vəzifəsində işləmiş iddiaçının gəlirinin 1995-ci il üzrə məbləği-136480 AZM təşkil etmişdir. İddiaçının iyun-dekabr 1995-1999-cu illər üzrə əmək haqqı cədvəlləri yoxdur. 1999-2005-ci illər üzrə isə əmək haqqı hesablanmamışdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış x xxxxxxxx 2019-cu il tarixli iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, iş stajının düzgünlüyünün yerində qarşılıqlı yoxlanması zamanı iddiaçının xx.xx.1995-ci ildən işdən azad olunduğu xx.xx.2005-ci il tarixədək ona əmək haqları hesablanmadığı aşkar olunmuşdur. Bu səbəbdən də, qeyd edilən dövr sığorta stajına daxil edilməmişdir və nəticədə nə tələb olunan azı 25 il sığorta stajı, nə də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən iddiaçının ərizəsini təmin etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində ki icraat
4. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1974-cü ildən xx.xx.2005-ci il tarixinədək işlədiyi illərin sığorta stajına daxil edilməklə, 64 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası əsassızdır. İddiaçının işlədiyi bütün illər və xüsusilə də, cavabdehin göstərdiyi xx.xx.1995-xx.xx.2005-ci illər arasında vəzifələrini icra etdiyi müəssisənin bütün qeydləri əmək kitabçasında öz əksini tapmışdır və təbii ki, bunun məntiqi nəticəsi olaraq həmin illər işləməsinə dair vergi və sığorta tutmaları da aparılmışdır. xx.xx.1995-ci ildə işdən azad olunması barədə heç bir əmr əmək kitabçasında qeyd olunmamış və mövcud olmamışdır. Qeyd olunan 18 №-li mağazadakı vəzifələrinə xitam verən 387 M saylı əmr, xx.xx.2005-ci il tarixinə aid olmuşdur. Lakin, cavabdeh bununla bağlı mövqeyini yalnız əmək haqqı cədvəlləri ilə əsaslandırmış, rəsmi əmr barədə mövqe bildirilməmişdir. Buna görə də, yoxlama iş stajının müddətinin həqiqiliyini əks etdirməyib, natamam xarakter daşıyır. Bundan başqa əmək pensiyası yaşa görə 2018-ci il tarixdən hesablanmalıdır.
6. Cavabdehə iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza əsasən, “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzər ə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Həmin Qaydaların 3.1.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin, “İnzibati icraat haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhə xx.xx.1995-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək kitabçasında imza və möhürün olmamasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.11-ci maddəsinə əsasən “Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir”. İş stajının düzgünlüyünün yerində qarşılıqlı yoxlanması zamanı xx.xx.1995-ci ildən işdən azad olunduğu, xx.xx.2005ci il tarixədək əmək haqqının hesablanmadığı aşkar olunmuşdur. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqlənir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2019-cu il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, arayış əmək haqqı cədvəli tərtib edilir. Həmçinin arayışın qeyd hissəsində bildirilmişdir ki, İddiaçı iyun-dekabr 1995-1999-cü illər üzrə əmək haqqı cədvəlləri yoxdur. 1999-2005-ci illər üzrə isə əmək haqqı hesablanmamışdır. İddiaçının əmək kitabçasında imza və möhürün olmaması və həmçinin arxiv arayışında bu illərin öz əksini tapmaması vətəndaşın nə azı 25 il sığorta stajına malik olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə DSMF 1 saylı Bakı Ərazi Şöbəsi ərizəsini təmin edə bilməz.
7. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-2552/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin e dilərək iddiaçıya xx.xx.1974-cü ildən, xx.xx.2005-ci il tarixinədək işlədiyi illərin sığorta stajına daxil edilməklə, ona 64 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi mübahisəli dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla hazırkı iş üzrə mübahisəli məsələ 19952005-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də, iddiaçının həmin dövrlərdə işlədiyi, iş materiallarında olan əmək kitabçası və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mə rkəzi tərəfindən verilmiş arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X7-məruzəçi, X5 və X11, 2-1(103)-1540/2020 saylı iş) xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək işlədiyi dövrdə işə qəbul olması və işdən azad edilməsini təsdiq edən imza və möhür yoxdur. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, Bakı şəhəri Səbail rayonu Yeyinti Ticarəti 18 №-li mağazasında müdir vəzifəsində işləmiş iddiaçının gəlirinin 1995-ci il üzrə məbləği-136480 AZM təşkil etmişdir. iddiaçının iyun-dekabr 1995-1999-cu illər üzrə əmək haqqı cədvəlləri yoxdur. 1999-2005-ci illər üzrə isə əmək haqqı hesablanmamışdır. İddiaçı yaşa görə pensiya təyin edilməsi üç ün tələb olunan 25 il sığorta stajına malik olmadığından cavabdehin imtinası əsaslı olmuşdur.
12. İddiaçı həmin qərardan xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
13. İddiaçı əmək fəaliyyəti ilə məşğul olmuş, hətta Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışından da göründüyü kimi iddiaçı 1995-ci il üzrə əmək haqqı cədvəlinə əsasən həmin illərdəki əmək fəaliyyətinə görə əmək haqqı almışdır. Bu da iddiaçının işlədiyi illəri bir daha sübuta yetiri r. Bu halı birinci instansiya məhkəməsində cavabdeh orqan qəbul etmişdir. Onlar öz izahatlarında iddiaçının məhz 1999-2005-ci illər ərzində əmək haqqının hesablanmamasını əsas gətirmişlər. Cavabdehin etirazında bu fakt öz əksini tapmışdır. xx.xx.1995-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək iddiaçının əmək fəaliyyəti ilə məşğul olmasına dair qeydlər əmək kitabçasında öz əksini tapmışdır və bu fəaliyyətə uyğun olaraq həmin illər ərzində vergi və sığorta tutmaları da aparılmışdır. Bütün bunlar iddiaçının həmin dövr ərzində əmək fəaliyyəti ilə məşğul olduğunu və buna müvafiq olaraq sosial sığorta stajının hesablanmalı olduğunu bir daha təsdiq edir.
14. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqların ı və azadlıqlarını müdafiə etmək hüququ vardır.
15. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə b axılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1də n başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə 67, üçüncü bənd. ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası bar ədə” (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları: 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: (-). İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəy ə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, t əşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. 23. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdı rmağa borcludur. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; (-). Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadın ı) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
25. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
28. İddiaçının əsas dəlili ondan ibarətdir ki, 1995-ci ilin noyabr ayından 2005-ci ilin noyabr ayınadək iş dövrü əmək kitabçasında göstərilməsinə baxmayaraq apelyasiya məhkəməsi əsassız olaraq həmin dövrü onun iş stajına aid etməmişdir.
29. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
30. İddiaçı 64 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. O, xx xxxx 1955-ci ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi nə görə onun iddia tələbində göstərdiyi 64 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya pensiya təyin edilməsi üçün onun həm də azı 25 il sığorta stajı olmalıdır.
31. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının və əmək kitabçasının tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1974-cü il tarixdə (xx.xx.1974-cü il tarixli, 1 nömrəli əmrə əsasən) Ordjenikidze Rayonu Fəhlə Gənclərin 114 №-li məktəbinə təsərrüfat müdiri təyin edilib, xx.xx.1978-ci il tarixdə (xx.xx.1978-ci il tarixli, 21 nömrəli əmrə əsasən) öz xahişi ilə işdən azad edilib. xx.xx.1978-ci il tarixdə (xx.xx.1979-cu il tarixli, 15 nömrəli əmrə əsasən) Oktyabr rayon Qida Ticarəti 13 №-li mağazaya fəhlə təyin edilib, xx.xx.1979-cü il tarixdə (xx.xx.1979-c u il tarixli, 246 nömrəli əmrə əsasən) həmin mağazaya kiçik satıcı keçirilib, xx.xx.1982-ci il tarixdə (xx.xx.1982-ci il tarixli, 289 nömrəli əmrə əsasən) həmin mağazada satıcı vəzifəsinə keçirilib. xx.xx.1982-ci il tarixdə (xx.xx.1982-ci il tarixli, 518 nömrəli əmrə əsasən) Azərbaycan SSR ƏHQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixdə (xx.xx.1982-ci il tarixli, 311/c saylı əmrə əsasən) 26 Bakı Komissarı adına Qida Ticarəti 58 №-li mağazaya satıcı vəzifəsinə qəbul edilib. xx.xx.1983cü il tarixdə (xx.xx.1983-cü il tarixli, 98K saylı əmrə əsasən) 70 №-li mağazaya satıcı keçirilib. xx.xx.1985-ci il tarixdə (xx.xx.1985-ci il tarixli, 196-ok saylı əmrə əsasən) 18 №-li mağazaya eyni vəzifəyə keçirilmişdir. xx.xx.1985-ci il tarixdə (xx.xx.1985-ci i l tarixli, 264-ok nömrəli əmrə əsasən) Oktyabr RQT keçirilməsi ilə əlaqədar Azərbaycan SSR ƏHQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixli, 267-ok nömrəli əmrə əsasən xx.xx.1985-ci il tarixli, 264-ok saylı əmr ləğv edilmişdir. xx.xx.1985-ci il tarixdə (xx.xx.1985-ci il tarixli, 279-ok nömrəli əmrə əsasən) 18 №-li mağazaya müdir vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixdə (xx.xx.1986-cı il tarixli, 117-ok nömrəli əmrə əsasən) öz razılığına əsasən həmin mağazaya satıcı vəzifəsinə təyin edilmişdir. xx.xx.1987-ci il tarixdə (xx.xx.1987-ci il tarixli, 117-ok nömrəli əmrə əsasən) həmin dükanın satıcısı vəzifəsində saxlanılmaqla müdir vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu il tarixdə (xx.xx.1989-cu il tarixli, 106-ok saylı əmrə əsasən) 3-cü ka teqoriyalı satıcı vəzifəsindən azad edilməməklə müdir ixtisaslaşması verilmiş (İ kateqoriyalı satıcı), xx.xx.1993-cü il tarixdən (xx.xx.1993-cü il tarixli, 124-k saylı əmrə əsasən) 18 saylı mağazaya müdir vəzifəsinə təyin edilmişdir. xx.xx.1995-ci il tarixdə (Baş İdarənin xx.xx.1995-ci il tarixli, 04 saylı əmrinə əsasən) Səbail rayonu X6 ləğv olunaraq Səbail rayon Ticarət və X9 yaradılmışdır. xx.xx.1999-cu il tarixində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 24 saylı əmrinə əsasən bu İdarə də ləğv edilərək DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin tabeliyinə verilib. xx.xx.1999-cu ildə, 01 saylı əmrə əsasən DƏK-in İstehsalat və Təsərrüfat İdarəsi ləğv edilib, DƏN-in Ticarət və Xidmət Müəssisə və Ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi nin tabeliyinə keçirilmiş, xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 475 saylı Fərmanına əsasən DƏN-in Ticarət və Xidmət Müəssisəsi və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzinin təsisçisi dəyişərək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi təyin edilmişdir. xx.xx.2004-cü ildən İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2004-cü il, 03 saylı əmrinə əsasən Mərkəzin adı dəyişdirilərək “Ticarət-xidmət və istehsalat müəssisəsi və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi” Mərkəzi müəyyən edilmişdir. xx.xx.2005-ci il tarixdə (xx.xx.2005-ci il tarixli, 387 a saylı əmrə əsasən) Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. 32. 1x xxxxxx 1974-cü ildən xx xxxxx x 2005-ci ilədək olan iş dövrü 30 ildən artıqdır.
33. Cavabdeh hesab edir ki, iddiaçı x xxxx 1995-ci ildə işdən azad olunduğundan və xx xxxxxx 2005-ci il tarixədək əmək haqqı hesablanmadığından onun 25 il sığorta stajı olmamışdır.
34. Apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçının əmək kitabçasında onun xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi dövrdə işə qəbul olması və işdən azad edilməsini təsdiq edən imza və möhür yoxdur. İş yerinin arxiv arayışına görə iyun-dekabr 1995-1999-cu illər üzrə əmək haqqı cədvəlləri yoxdur. 1999-2005-ci illər üzrə isə əmək haqqı hesablanmamışdır. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olmadığından cavabdehin imtinası əsaslı olmuşdur.
35. İddiaçının əmək kitabçasında onun xx.xx.1995-ci i l tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi dövrdə işə qəbul olması və işdən azad edilməsini təsdiq edən imza və möhürün olmaması barədə apelyasiya məhkəməsinin mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək yalnız bir müəssisədə işləmiş, respublikada aparılan islahatla bağlı müəssisənin adı bir neçə dəfə dəyişdirilmiş, bu dəyişikliklər əmək kitabçasında əksini tapmış, müdiriyyətin imzası və möhürü olmayan əmrlər yalnız müəssisənin adının dəyişdirilməsi ilə bağlı olmuşdur. İddiaçının eyni müəssisədə işlədiyi dövrdə birinci dəfə işə qəbul edilən vaxt əmr imza və möhürlə təsdiq edilmiş, işdən azad olunması barədə sonuncu xx xxxxxx 2005-ci il tarixli əmr də imza və möhürlə təsdiq edilmişdir.
36. İddiaçı barəsində tərtib edil miş əmək kitabçasının 1995-2005-ci illər dövrünün “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü bəndində qeyd edilir ki, işəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır.
37. İşin 15-ci səhifəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı ilə bağlı iyun-dekabr 1995-1999-cu illər üzrə əmək haqqı cədvəlləri yoxdur, 1999-2005-ci illər üzrə əmək haqqı hesablanmamışdır.
38. Apelyasiya məhkəməsi əmək haqqı cədvəllərinin olmaması və əmək haqqı hesablanmamasının səbəblərini, hansı dövrlərdə əmək haqqı hesablandığını, hansı dövrlər də ümumiyyətlə əmək haqqı hesablanmadığını araşdırmamış, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzindən 1995-2005-ci illərdə Səbail rayonu X3 18 saylı mağazasının fəaliyyət göstərib-göstərməməsini müəyyənləşdirməmiş, iddiaçıya aid onun iş fəaliyyəti ilə bağlı sənədləri (işə girmə, işdən çıxma barədə əmrlər, əmək haqqı cədvəlləri, işəgötürənin adının dəyişdirilməsi və s.) tələb etməmiş, həmçinin bununla bağlı dövlət arxivinə müraciət etməmişdir.
39. Məktubda 1999-cu il üzrə həm əmək haqqı cədvəlinin olmadığı, həm də əmək haqqı hesablanmadığı barədə olan ziddiyyətli fikir də məhkəmə tərəfindən araşdırılmamışdır.
40. Yuxarıda bəhs olunan qanunvericilik aktlarına görə iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının 1995-2005-ci illər üzrə iş dövrü əmək kitabçasında gös tərilsə də, həmin dövrün iddiaçının pensiya təyin edilməsi üçün nəzərə alınmalı iş stajına daxil edilməsindən ötrü həm də iş yerinin fəaliyyət göstərməsi təsdiqini tapmalıdır.
41. Əmək kitabçasında iddiaçının fəhlə gənclər məktəbində oxuduğu qeyd edilmiş, məhkəmə iddiaçının təhsil dövrünün ümumi iş stajına aid edilən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 67-ci maddəsində nəzərdə tutulan texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında olan təhsil olması müəyyən edilməmişdir.
42. Apelyasiya məhkəməsi iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan azı 25 il sığorta stajının mövcudluğu ilə bağlı mübahis ənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.
43. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
44. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1540/2020 saylı, xx xxxxxxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.