Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-330/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: topdansatışla məşğul olan vergi ödəyicisinə pərakəndə ticarət fəaliyyətinə görə vergi hesablanması barədə qərarın ləğv edilməsi) Hakimlər: Səyyad Kərimov - məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin (bundan sonra mətndə-iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə-cavabdeh) q arşı “15.01.2021-ci il tarixli **********6727 saylı qərarın ləğv edilməsi və iddiaçının depozit hesabından silinmiş 17.538,63 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-474/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışa əsasən iddiaçı 03.07.2020-ci il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır (VÖEN:**********).
2. Cavabdehin 18.11.2020-ci il tarixli qərarı ilə iddiaçıda 19.11.2020-ci il tarixdən 18.12.2020-ci il tarixədək növbədənkənar operativ vergi nəzarəti qaydasında yoxlama təyin edilmişdir.
3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən iddiaçıda 19.11.2020-ci il tarixdən 18.12.2020-ci il tarixədək növbədənkənar operativ vergi nəzarəti qaydasında yoxlama təyin edilməsi barədə qərar vahid məlumat reyestrində qeydə alınmışdır.
4. Operativ vergi nəzarətinin nəticəsi haqqında 01.12.2020-ci il tarixli, DVX N001132 saylı aktda qeyd edilmişdir ki, iddiaçı tərəfindən 11.09.2020-ci il tarixdən 30.11.2020-ci il tarixədək bir çek üzrə dəyəri 500 manatdan artıq olan 282 sayda çek üzrə 504796 manat məbləğində vəsait nəzarət kassa aparatına daxil edilmişdir. Bu da həmin əməliyyatların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulması kimi q iymətləndirilir. Bununla bağlı vergi ödəyicisi barəsində 50.479,60 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
5. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.01.2021-ci il tarixli, **********6727 saylı qərarla iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitəsinə yüklənməsi üçün təsərrüfatdaxili yerləşmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 50.749,60 manat məbləği ndə vergi məsuliyyətinə cəlb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 15.01.2021-ci il tarixli, **********6727 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 15.01.2021-ci il tarixli, **********6727 saylı qərarın ləğv edilməsi və iddiaçının depozit hesabından silinmiş 17.538,63 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 04 sentyabr 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən istehsalat sahəsini icarəyə götürər ək polietilen paketlərin istehsalına başlamışdır. Yeni müəssisə olaraq MMC istehsalla bərabər öz həyətində son istehlak təyinatlı hazır məhsulların pərakəndə ticarəti ilə də məşğul olmuşdur. Cavabdeh tərəfindən iddiaçının fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən istehsalat və satış mərkəzində 18.11.2020-20.11.2020-ci tarixləri arasında operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və yoxlamanın nəticəsi aktla rəsmiləşdirilmişdir. İddiaçı həmin aktla razılaşmadığı üçün aktı imzalamaqdan imtina etmişdir. Həmin akt əsasında 15.01.2021-ci il tarixdə "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********6727 nömrəli qərar qəbul edilmişdir. Halbuki, həmin qərar əsassızdır. Belə ki, vergi orqanı tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsasların hər hansı biri olmamışdır. Nəzarəti həyata keçirən vergi əməkdaşının iddiaçıya şifahi olaraq bildirdiyi "riskli vergi ödəyicisi olması" arqumenti isə tamamilə əsassız olmuşdur. İddiaçı müəssisə heç bir göstəricisi üzrə Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun gəlmir. Vergi orqanı Vergi Məcəlləsinin 50.4-cü maddəsini pozaraq operativ vergi nəzarəti haqqında qərarı cəmiyyətə dərhal təqdim etməli olduğu halda, həmin qərar nə əvvəldə, nə yoxlama müddətində, nə də ondan sonra təqdim edilməmişdir. Vergi orqanı Məcəllənin 39.2-ci maddəsinin tələblərini pozaraq, yoxlamanın nəticələri üzrə tə rtib etdiyi aktda və 49cu maddəsinin tələblərini pozaraq qəbul etdiyi qərarda yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması hallarını göstərməmişdir. Yəni, vergi uçotunda olmayan şəxsə pərakəndə satış qaydasında nəzarət-kassa aparatı vasitəsilə çek verməklə malın satışı heç bir qanunvericilik aktında pozuntu kimi müəyyən edilməmişdir. Vergi Məcəllənin 39.2-ci maddəsinə əsasən isə vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Qərarda istinad edilən və yuxarıda adı çəkilən aktda inzibati o rqanın müəyyən etdiyi hal iddiaçı tərəfindən bir çek üzrə dəyəri 500 manatdan artıq olan 282 çek üzrə 504796 manat məbləğin nəzarət kassa aparatına daxil edilməsindən ibarətdir. İnzibati orqan tərəfindən bu əməliyyatlar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-ci maddəsinə əsasən "aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaiməfaktura göndərmək" vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Maddənin mətnindən göründüyü kimi "elektron qaimə-faktura göndərmək" vəzifəsi yalnız "vergi ödəyicisi kimi uçotda olan şəxslərə" münasibətdə icra olunmalıdır. Digər tərəfdən, hər hansı bir pərakəndə satış nöqtəsinin alıcı fiziki şəxslərin sahibkarlıq subyekti olubolmamasını, onların vergi ödəyicisi kimi uçota alınıb-alınmamasını yoxlamaq kimi bir vəzifəsi yoxdur. Eyni zamanda Vergi Məcəlləsinin 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vəzifəsi müəyyən edilmişdir. İddiaçı müəssisə istehsalat ərazisində satış mağazası təşkil etməklə və buradan istehsal etdiyi malların eyni zamanda pərakəndə satışını təmin etməklə qanunvericiliyin tələblərini pozmamışdır. Əksinə, Vergi Məcəlləsinin 13.2.62-ci və 16.1.8-ci maddələrinin tələbləri çərçivəsində fəaliyyət göstərmişdi r. Bu baxımdan da iddiaçı satış mağazasında hazır məhsullarını satan zaman alıcı fiziki şəxslərin özlərini “vergi ödəyicisi kimi uçotda olan şəxs” qismində təqdim etməməsi və ya həmin uçota alınmamasına görə məsuliyyət daşıya bilməz. Beləliklə, operativ vergi nəzarəti aktından göründüyü kimi, yoxlama ilə istinad edilən çeklərlə malların sahibkarlıq və ya qeyri-sahibkarlıq subyektlərinə satılması müəyyən edilməmiş, bununla da iddiaçının təqsirli olduğu sübuta yetirilməmişdir.
9. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının vergi orqanına təqdim etdiyi 07.09.2020-ci il tarixli cəmiyyətin e-qeydiyyat ərizəsinə əsasən cəmiyyətin əsas fəaliyyət sahəsi 20599 kod altında "digər qruplara daxil edilməmiş sair kimyəvi məhsulların istehsalı” kimi qeyd edilmişdir. Vergi orqanın a təqdim edilmiş məlumatlardan görünür ki, iddiaçı vergi orqanında dövlət qeydiyyatına alındığı tarixdən "digər qruplara daxil edilməmiş sair kimyəvi məhsulların istehsalı” fəaliyyəti ilə məşğul olmuş, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmamışdır. 16 dekabr 2016-cı il tarixli, 454VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və 01.01.2017-ci il tarixdən qüvvəyə minmiş 13.2.63-cü maddəyə əsasən topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti hesab edilir. İddiaçı müəssisə Vergi Məcəlləsinin 71-1-ci maddəsinin tələblərini pozaraq topdansatış fəaliyyəti ilə məşğul olduğu halda elektron qaimə-fakturaları təqdim etməmişdir. Topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında və həmçinin də vergi uçotu olmayan alıcılara ödəniş çeki verilməklə malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X2) 19.05.2021-ci il tarixli, 2-1(118)783/2021 saylı iş) qərarı ilə iddia təmin edilərək cavabdehin 15.01.2021 -ci il tarixli qərarı ləğv olunmuş və iddiaçının depozit hesabından silinmiş 17.538,63 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçının 500 manatdan artıq məbləğdə satış etməsi faktı onun topdansatış fəaliyyəti ilə məşğul olması faktı kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə, vergi ödəyicisinin pərakəndə və ya topdansatış fəaliyyəti ilə məşğul olmasını müəyyənləşdirmək üçün hər hansı məbləğ nəzərdə tutulmamışdır. İddiaçının topdansatış fəaliyyətlə məşğul olması yalnız vergi orqanının ehtimalıdır. Vergi ödəyicisinin elektron qaimə-faktura göndərmək vəzifəsi yalnız vergi ödəyicisi kimi uçotda olan şəxslərə münasibətdə tətbiq edilməlidir. Bu halda iddiaçının pərakəndə satış nöqtəsi kimi alıcı fiziki şəxslərin sah ibkarlıq subyekti olub- olmaması və onların vergi ödəyicisi kimi uçota alınıbalınmamasını yoxlamaq kimi bir vəzifəsi yoxdur. Belə ki, iddiaçı pərakəndə qaydada satış həyata keçirdiyindən belə bir vəzifə daşımamışdır və kassa aparatının çekini verməklə kifayətlənmişdir. Müəssisə istehsalat ərazisində satış mağazası təşkil etməklə və buradan istehsal etdiyi malların eyni zamanda pərakəndə satışını təmin etməklə qanunvericiliyin tələblərini pozmamışdır. Mağazada hazır məhsulların satışı zaman alıcı fiziki şəxslərin özlərini vergi ödəyicisi kimi uçotda olan şəxs qismində təqdim etməməsinə və ya həmin uçota alınmamasına görə iddiaçı məsuliyyət daşımamalıdır. Operativ vergi nəzarəti üzrə yoxlama zamanı istinad edilən çeklərlə malların sahibkarlıq və ya qeyri-sahibkarlıq subyektlərinə satılması m üəyyən edilməmişdir. Belə olan halda iddiaçının vergi məsuliyyətinə cəlb edilərək barəsində maliyyə sanksiyasının tətbiq edilməsi əsassız hesab edilməlidir.
12. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
13. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X4-məruzəçi, X1 və X3) 21 oktyabr 2021ci il tarixli, 2-1(105)-474/2021 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş e tmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
15. Topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında malları təqdim etməsi Vergi Məcəlləsinin 71.1-ci maddəsinin tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir.
16. Vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdi m edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
17. Beləliklə, iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir və birbaşa “kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmiləşdirilmə si nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır.
18. Əlavə olaraq, iddiaçının vergi orqanına təqdim etdiyi 07.09.2020-ci il tarixli eqeydiyyat ərizəsinə əsasən cəmiyyətin əsas fəaliyyət sahəsi 20599 kod altında “Digər qruplara daxil edilməmiş sair kimyəvi məhsulların istehsalı'’ olmaqla cəmiyyət polietilen paketlərinin istehsalı üzrə fəaliyyətlə məşğul olmuşdur. İddiaçının özünün qeyd etdiyi fəaliyyət sahəsindən müəyyən etmək mümkündür ki, cəmiyyət pərakəndə ticarət fəaliyyəti ilə məşğul deyildir.
19. Halbuki iş materiallarında iddiaçının faktiki olaraq topdansatış fəaliyyəti ilə məşğul olması təs diqini tapır.
20. Belə ki, cavabdehin təqdim etdiyi arqumentlərə əsasən müəyyən olunan, lakin məhkəmə tərəfindən araşdırılmayan və qiymətləndirilməyən hal ondan ibarətdir ki, iddiaçı gün ərzində orta hesabla 4 sayda çek olmaqla və bir çek üzrə dəyəri 500 manatdan artıq təşkil etməklə rəsmiləşdirmə aparmışdır ki, bu əməliyyatlar ümumiyyətlə Azərbaycanın mövcud iqtisadi reallığı üçün minimum istehlak səbətinə və istehsal edilən malların son istehlakçı tərəfindən istehlak həcminə (tələbatı yaxud ehtiyacı təmin etmək üçün) uyğun və ağlabatan olmayan bir iqtisadi statistikadır.
21. Digər tərəfdən müxtəlif elan (Təklif) mənbələrinə əsasən 20x30 sm ölçüdə olan polietilen paketin 1000 ədədi təqribən 190 AZN, 26x38 sm ölçüdə olan polietilen paketin 1000 ədədi 220 AZN, 33x45 sm ölçüdə olan polietile n paketin 1000 ədədi 300 AZN, 40x50 sm ölçüdə olan polietilen paketin 1000 ədədi 330 AZN təşkil edir. Belə olan halda minimum 500 manat (Bir çekin minimum dəyəri 500 manat təşkil etmişdir) məbləğ üçün polietilen paketinin sayı 1000- dən çox təşkil edir. Bir şəxsin istehlak üçün həmin sayda polietilen paketini əldə etməsi reallığa uyğun olmamaqla, əhalinin orta aylıq əmək haqqı məbləğinə də uyğun deyildir.
22. Belə olan halda iddiaçının fəaliyyətinin pərakəndə satış olması barədə düşünmək belə ağlabatan deyildir. Qeyd olunan və təqdim edilən dəlillər və arqumentlər birmənalı şəkildə iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olmasını sübut və təsdiq edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsin i xahiş etmişdir. Tətbiq edilən hüquq
24. Vergi Məcəlləsi Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Maddə
50. Opera tiv vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələ rdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarət ini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları … 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə-malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
25. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası:
1. Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotun un aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti;
4. Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elek tron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POSterminaldan çıxarış verilir. 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir.
26. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərar ı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
30. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
31. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
32. Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərin və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçir ilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara istinad etməlidir.
33. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 18.11.2020-ci il tarixli, **********2282 nömrəli qərar qəbul etmişdir.
34. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq və qapalı siyahısı təsbit edilmişdir. İstinad olunan normaya görə yalnız həmin əsaslardan (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda) hər hansı birinin mövcud olduğu təqdirdə operativ vergi nəzarəti həyata keçirilə bilər.
35. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 18.11.2020-ci il tarixli, **********2282 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir.
36. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqan ının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
37. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektləri nə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.
38. Əlavə olaraq, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan hər hansı biri üzrə operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqa n diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Qeyd olunanlar baxımından hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresio n səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.
39. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 18.11.2020-ci il tarixli, ***** *****2282 qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir.
40. Bundan əlavə, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarə t və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzar əti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir.
41. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti 19 noyabr 2020-ci ildən 18 dekabr 2020-ci ilədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, 11.09.2020-ci il tarixdən 20.11.2020-ci ilədək olan dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir.
42. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi or qanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.01.2021-ci il tarixli qərarının vergi ödəyicisi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
43. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2-1(105)-474/2021 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar