Məhkəmə qərarları › İş №2-1(102)-3300/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3300/2024

26.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3300/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi köçkünün statusuna malik şəxsin uşaqlarına məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi, məcburi köçkün statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaç ı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(103)-1287/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının atası və anası Kəlbəcər şəhərində anadan olmuşlar və onlara Kəlbəcər rayonundan məcburi köçkün vəsiqəsiqələri verilmişdir.

2. İddiaçının atası Nümayəndə adına Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, ev 1, 286 saylı mənzil xx.xx.2004-cü il tarixdə və Bakı şəhəri Suraxanı rayonu, Əmirca n qəsəbəsi, Malik Mustafayev küçəsi, ev 16, 6 saylı mənzil xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

3. Nümayəndə xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı şəhəri Xətai rayonu Şirvan küçəsi, ev 9, 6-da, xx.xx.2004-cü ildən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 33, 73-də, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, ev 6, mənzil 159-da, xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, ev 16, 6-da, xx.xx.2011-ci il tarixdən hazırkı vaxtadək Kəlbəcər rayonu, Çorman kəndində qeydiyyatdadır

4. İddiaçı cavabdehə müraciət edərək ona məcburi köçkün statusunun və və siqəsinin verilməsini xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2023-cü il tarixli 01/123 saylı imtina məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar’ın 4.2.6-cı bəndinin tələblərinə əsasən, “məcburi köçkün" statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmadığından, xx.xx.2003-cü il təvəllüdlü övladı İddiaçı doğum tarixindən əvvəl adına rəsmi qeydiyyatdan keçmiş ünva n 1 ünvanında yaşayış sahəsi olduğundan və həmin ünvana daimi pasport qeydiyyatına düşdüyündən oğluna məcburi köçkün statusunu təsdiq edən vəsilənin verilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının valideynlərinin məcburi köçkün statusu vardır. İddiaçı 2003-cü ildən 2022-ci ilin fevral ayına qədər-18 il məcburi köçkün hesab edilib. Kəlbəcər RİH vasitəsi ilə Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən ona aylıq müavinət ödənilib, onun tərəfindən komm unal xidmətlərdən güzəştlə istifadə edilib. 2022-ci ilin yanvar ayında hərbi xidmətə getdiyi üçün ona verilən aylıq müavinət Kəlbəcər RİH tərəfindən dayandırılıb.

8. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli 2-1(112)-9237/2023 nömrəli (hakim H.Ağalarov) qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı doğulmamışdan əvvəl, yəni xx.xx.2003-cü il tarixədək (xx.xx.1997-ci ildə) atası Nümayəndə ünvan 3 ünvanında yerləşən ayrıca yaşayış sahəsi əldə etdiyi və həmin ünvan üzrə yaşayış yeri üzrə qeydiyyata düşdüyündən cavabdeh tərəfindən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının 4.2.6-cı bəndinə uyğun olaraq İddiaçı məcburi köçkün statusu verilməsindən imtina edilməsi əsaslı olmuşdur.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və yeni qərar qəbul edilməklə, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(103)-1287/2024 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə – sədrlik edən və məruzəçi, G.Abbasova və C.Yusifov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 01 noyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək iddiaçıya “məcburi köçkün” statusu və onu təsd iq edən vəsiqənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilərkən “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı maddəsinə istinad olunması düzgün olmamışdır. Belə ki, qeyd olunduğu kimi, əvvəla iddiaçının valideynlərininin iddiaçı doğulmamışdan (2003-dən) əvvəl “məcburi köçkün” statusu olmuşdur. Belə ki, bu müddəa sonradan Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş Qaydalarda qəbul edilmiş və xx.xx.2003-cü il təvəllüdlü iddiaçının vəziyyətini ağırlaşdırdığından ona münasibətdə geriyə tətbiq e dilə bilməz.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində imtina məktubu, eləcə də iddiaya dair etirazda bildirdiyi dəlili təkrarlayaraq qeyd etmişdir ki, İddiaçının atası Nümayəndə adına Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, ev 1, 286 saylı mənzil xx.xx.2004-cü il tarixdə, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, ev 16, 6 saylı mənzil xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin Nümayəndə adına Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 33, 73 saylı mənzil xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 24 saylı DNK-nın 4Ə/1-33 reyestr nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. Nümayəndə adına Bakı şəhəri Xətai rayonu Şirvan küçəsi, ev 9, 6 saylı mənzil xx.xx.1997ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 18 saylı DNK-nın 3M-01-83 reyestr nömrəli xx.xx.1998-ci il tarixli bağışlanma müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir.

16. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 018-27961-122 nömrəli 17.11,2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı şəhəri Xətai rayonu Şirvan küçəsi, ev 9, 6-da, xx.xx.2004cü ildən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 33, 73-də, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, ev 6, mənzil 159-da, xx.xx.2006-cı tarixdən xx.xx.2011-ci il tarixədək Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi Malik Mustafayev küçəsi, ev 16, 6-da, xx.xx.2011-ci il tarixdən hazırki vaxtadək Kəlbəcər rayonu, Çorman kəndində qeydiyyatdadır.

17. Göründüyü kimi, iddiaçı xx.xx.2003-cü il təvəllüdlü İddiaçı anadan olmasından əvvəl, yəni xx.xx.1998-ci ildən xx.xx.2004-cü ilədək atası Nümayəndə xx.xx.1997-ci il tarixində adına qeydiyyata alınmış Bakı səhəri Xətai rayonu Şirvan küçəsi, ev 9, 6 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata düşdüyündən Azərbaycan Resp ublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(103)-1287/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə

1. Bu Qanunda istifadə edilən əsas anlayışlar... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və tex nogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə

9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Maddə

10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köç ürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə

12. Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbu l edir.

20. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2013cü il 23 may tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydaları İV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir:... 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.

21. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və i şdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə ed ilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, kassasiya şikayəti təmin edilməklə iddia rədd edilməlidir.

26. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünl ərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarının 4.2.6-cı bəndinə əsasən “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir.

27. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 018-27961-122 nömrəli 17.11,2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçının atası xx.xx.1957-ci il təvəllüdlü Nümayəndə Taleh oğlu xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı şəhəri Xətai rayonu Şirvan küçəsi, ev 9, 6-da, xx.xx.2004-cü ildən xx.xx.2005-ci il ta rixədək Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 33, 73-də, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, ev 6, mənzil 159-da, xx.xx.2006-cı tarixdən xx.xx.2011-ci il tarixədək Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi Malik Mustafayev küçəsi, ev 16, 6-da, xx.xx.2011-ci il tarixdən hazırki vaxtadək Kəlbəcər rayonu, Çorman kəndində qeydiyyatdadır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən məktubdan göründüyü kimi iddiaçı doğulmamışdan əvvəl, yəni xx.xx.2003-cü il tarixədək (xx.xx.1997-ci ildə) atası Nümayəndə ünvan 3 ünvanında yerləşən ayrıca yaşayış sahəsi əldə etmiş və həmin ünvan üzrə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür.

29. Bu səbəbdən də Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarının 4.2.6-cı maddəsinin tələbi baxımından iddiaçının tələbi əsaslı deyildir.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı doğulan zaman atasının mülkiyyətində mənzil olmaqla həmin ünvanda qeydiyyatda olduğundan, onun məcburi köçkün kimi qəbul edilməsi qanunvericilik baxımından mümkün deyildir.

31. Beləliklə, işin hazırkı vəziyyətində iddiaçının hüquqi vəziyyəti “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunla müəyyən edilmiş məcburi köçkün anlayışına uyğun gəlmədiyindən iddia tələbi əsaslı sayıla bilməz.

32. Odur ki, cavabdehin kas sasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 21(103)-1287/2024nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar