Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3305/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bak Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlak (bağ sahəsi) üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər “Krokus” şirkəti, X4, X8, X5)“çıxa rışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli 2-1(103)-1436/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti başçısının X1 və İstismarı Birliyinin 30125 saylı, xx.xx.2004-cü il tarixli müqaviləsi əsasında iddiaçının istifadəsinə 0.12 ha ölçüdə 6777 nömrəli bağ sahəsi ayrılmışdır.
2. Kürdəxanı bələdiyyəsinin məktubunda qeyd edilmişdir ki, iddiaçının bağ sahəsi 6948 nömrəli bağ sahəsinə köçürülmüşdür.
3. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6777 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mülkiyyət hüququna çıxarışın verilməsi”ni xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə əsasında 12 sot ölçüdə 6777 nömrəli bağ sahəsi onun istifadəsinə ayrılmışdır. Sonradan həmin bağ sahəsinin “Krokus” şirkəti tərəfindən alınması ilə əlaqədar olaraq digər əraziyə, yəni 6948 sahəli əraziyə köçürülməsi həya ta keçirilmişdir. Həmin hallar bələdiyyənin məktubu ilə də öz təsdiqini tapmışdır. Lakin, həmin sahənin qeydiyyata alınmasından cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq imtina edilmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia edilən torpaq sahəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır.
8. Cavabdehin məhkəmə sorğusuna dair təqdim etdiyi sənədlərdən görünür ki, iddia olunan bağ sahəsi X2 adına qeydiyyatdadır, bağ nömrəsi 3928/6889 V saylıdır. Həmin torpaq sahəsi ona Adil Hənifəyev tərəfindən satılmışdır. Həmin şəxsə isə torpaq sahəsi Solmaz Ağayeva adlı şəxs tərəfindən satılmışdır. 6796 saylı bağ sahəsi isə X6 adına 3928a/6890V saylı bağ sahəsidir. Həmin şəxsə də bağ sahəsi Adil Hənifəyev tərəfindən satılmışdır. Ona isə X3 tərəfindən satılmışdır.
9. Bakı İnzibati Məhkəməsinin 17 may 2023-cü il tarixli 2-1(112)-795/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı Bakı şəhər İcra hakimiyyətinin bağlar təsərrüfatı idarəsinin 12 aprel 2004cü il tarixli 30125 №-li müqaviləsi ilə ayrılmış (icarəyə verilmiş) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “6777” saylı bağ sahəsi sxematik xəritəyə əsasən harada yerləşir? Həmin bağ sahəsinin məhz bağların bölgüsünə dair sxematik xəritəyə uyğun naturada yeri və bağ sahəsinin faktiki ölçüsü müəyyənləşdirilsin.
2. Bakı şəhər İcra hakimiyyətinin bağlar təsərrüfatı idarəsinin 12 aprel 2004-cü il t arixli 30125 №-li müqaviləsi ilə ayrılmış (icarəyə verilmiş) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “6777” saylı bağ sahəsinin koordinatları ilə X2 adına olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “3928A/6890V” saylı bağ sahəsinin koordinatları üst-üstə düşürmü?
3. Bağ sahələrinin koordinatlarının üst-üstə düşməsi müəyyən olunarsa, mövcud olmuş sxematik xəritəyə görə üst-üstə düşmüş torpaq sahəsinin hansı bağ sahəsinin ərazisinə aid olması müəyyən edilsin.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/4286 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir:
1. Bağların bölgüsünə dair sxematik xəritədə (bölgüdə) ölçülər, miqyas göstərilmədiyindən həmçinin keçmiş X1 və İstismarı Birliyi tərəfindən bağ sahələri verilərkən koordinatlarda ayrılmadığından, ümumi ərazidə hasarlanma işləri plan üzrə aparılmadığından 6777 saylı bağ sahəsinin naturada yerini müəyyənləşdirmək mümkün olmadı. İddia edilən 6777 saylı sahəyə 01,03.2023-cü il tarixdə yerli baxışı zamanı vətəndaş İddiaçı sahəni içəri daxil ola bilmədiyindən hasarın çölündən göstərdi. Sahə digər fiziki şəxs tərəfindən hasarlanmışdır (sahədə həyət tikilsi mövcuddur).
2. Vahid elektron kadastr baza məlumatlarına əsasən vətəndaş İddiaçı tərəfindən 6777 saylı bağ sahəsi kimi iddia edilən ərazi digər vətəndaşın adına “3928a/6890v” nömrəli qeydiyyatdan keçmiş bağ sahəsi ilə üst-üstə düşür. Bağçılıqyoldaşlıq birliyi üçün ayrılmış ərazilərdir.
3. Bağların bölgüsünə dair sxematik xəritədə (bölgüdə) ölçülər, miqyas göstərilmədiyindən, ümumi ərazidə hasa rlanma işləri plan üzrə aparılmadığından sözügedən sahənin sxematik xəritəyə əsasən hansı bağın ərazisinə aid oğlduğunu aydınlaşdırmaq mümkün olmadı. Faktiki iddia olunan ərazi “3928a/6890v” nömrəli bağ sahəsi kimi digər vətətndaşın adına qeydiyyatdan keçib. Bağçılıq-yoldaşlıq birliyi üçün ayrılmış ərazilərdir
11. Bakı İnzibati Məhkəməsinin (hakim O.Həsənov) 3 noyabr 2023-cü il tarixli 21(112)-795/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
12. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçı tələbindən faktiki yerində göstərilməklə iddia olunan torpaq sahəsi üçüncü şəsin adına dövlət qeydiyyatından keçmiş sahə ilə üst-üstə düşür, həmin şəxsin adına dövlət qeydiyyatının aparılmasına dair alqı-satqı müqavilələri, plan və ölçü sənədi, eləcə də protokol hazırda qüvvədə olmaqla mübahisələndi rilməmiş, ləğv, etibarsız və ya qüvvədən düşmüş hesab edilməmişdir. Göründüyü kimi mülkiyyət hüququna dair qeydin mübahisələndirilməsi mümkündür ki, həmin qeyd mübahisələndirilmədiyi müddədə həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İddiaçı ilkin olaraq həmin qeydin edilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsini həyata keçirməmiş, qeydin ləğvinə yönələn hər hansı prosedur keçilmədən birbaşa olaraq başqa şəxsin mülkiyyətində hazırda olan ərazinin onun mülkiyyətinə verilməsinə dair iddia qaldırmışdır ki, cavabdehin həmin qeydin verilməsi üçün əsas olmuş hüquqmüəyyənedici sənədlərin qüvvədə olmasına istinad edərək vermiş olduğu mülkiyyət hüququna dair qeydin qüvvəsini saxlanılmasına istinad edilərək iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli 21(103)-1436/2024 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov – sədrlik edən və məruzəçi, S.Səlimova və M.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 15-ci maddələriinə istinad edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİL LƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh imtina məktubunda iddiaçının mülkiyyətinə verilməsinə istədiyi bağ sahəsinin digər şəxs X2 adına özəlləşdirilməsini bildirmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsinin hansı hüquqmüəyyənedici sənədlər əsasında keçməsi tam araşdırılmamış və aydınlaşdırılmamışdır.
18. Kassator apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29.1, 29.2-ci, Mülki Məcəllənin 152.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və “İnzibati icraat haqqında” Qanunun 12.1, 12.2-ci maddələrinin pozulduğunu qeyd etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİ Q EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiy yəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. tutulmuş qeydiyyatın
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıq dan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesa b edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi bağ sahəsinə mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi barədə tələbin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qa ydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam, müqavilə və s.) tərtib ed ilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur. Bunun yekunu olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir.
30. Şəxsin hər hansı bir hüquqmüəyyənedici sənədinin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini, ölçüsünü müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz hüquqmüəyyənedici sənədlərlə faktiki vəziyyətə uyğun əmlaka münasibətdə tanınmalıdır.
31. Hazırkı işin hallarından görünür ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və İstismarı Bir liyinin 30125 saylı, xx.xx.2004-cü il tarixli müqaviləsi əsasında onun istifadəsinə ayrılmış 0.12 ha ölçüdə 6777 nömrəli bağ sahəsinin ayrıldığını iddia etmiş lakin sonradan “Krokus” şirkəti tərəfindən həmin bağ sahəsinin alınması ilə əlaqədar olaraq onun sahəsi 6948 nömrəli bağ sahəsinə köçürülməsini bildirmişdir.
32. Bununla bağlı apellyasiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqana müvafiq sorğu verərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və İstismarı Birliyinin 30125 saylı, xx.xx.2004-cü il tarixli müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 6777 nömrəli 0.12 ha bağ sahəsinin yerləşmə sxeminin təsdiq edilmiş surətinin, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 6948 nömrə ilə bağ sahəsinin reyestrdən qe ydiyyatdan keçib-keçməməsi barədə məlumatların verilməsini xahiş etmişdir.
33. Cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 6948 bağ nömrə ilə qeydiyyata alınmış torpaq sahəsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildirilir ki, X1 və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli 30425 saylı icarə müqaviləsi əsasında ayrılmış Ləhiş bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 6777 saylı bağ sahəsinə aid cizgi arxiv qovluğunda aşkar edilməmişdir.”
34. Bundan əlavə qeyd edilən məktuba əlavə edilmiş sxematik xəritədən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində 6948 nömrəli bağ sahəsinin mövcud olmadığı müəyyən olunur.
35. Göründüyü kimi, iddiaçı iddia etdiyi torpaq sahəsinin harada yer ləşməsinə dair hər hansı bir müəyyənedici sənəd təqdim edə bilməmişdir. Naturada göstərdiyi torpaq sahəsi isə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Hansı ki, bu fakt iş materialları ilə öz təsdiqini tapır.
36. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququna dair qeydin mübahisələndirilməsi mümkündür ki, həmin qeyd mübahisələndirilmədiyi müddədə həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İşin faktiki halları ilə isə müəyyən edilir ki, iddiaçı ilkin olaraq həmin qeydin edilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsini həyata keçirməmiş, qeydin ləğvinə yönələn hər hansı prosedur keçilmədən birbaşa olaraq başqa şəxsin mülkiyyətində hazırda olan ərazinin onun mülkiyyətinə verilməsinə dair iddia qaldırmışdır ki, cavabdehin həmin qeydin verilməsi üçün əsas olmuş hüquqmüəyyənedici sənədlərin qüvvədə olmasına istinad edərək vermiş olduğu mülkiyyət hüququna dair qeydin qüvvəsini saxlanılmasına istinad edilərək iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır.
37. Beləliklə, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas yoxdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmı r.
38. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli 21(103)-1436/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.