Məhkəmə qərarları › İş №2-1(102)-3307/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3307/2019

24.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3307/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinəqarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsi ilə bağlı hər hansı hərəkətin cavabdehə qadağan edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X8, cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 və vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə(bundan sonra cavabdeh) qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2208/2019 saylı, 27 avqust 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən, sahiblik və istifadəsində olmuş 0,06 ha torpaq sahəsindən məhrum olunma və üzərindəki tikililərin qanunsuz sökülməsi ilə əlaqədar ona vurulmuş 1.000.000 manat real zərərin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iş üzrə müvəqqəti xara kterli müdafiə tədbiri barədə ərizə verərək, mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı hər hansı bir hərəkətin (özgəninkiləşdirilmə, icarə, istifadəyə verilməsi və yaxud torpaqla bağlı hər hansı bir mülki əqd bağlanılması və yaxud da torpağa hər hansı bir hüquqla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması) edilməsini cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin 2204 nömrəli, 30.12.2000-ci il tarixli sərəncamına əsasən iddiaçıya ünvan 2 binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrıldıqdan sonra tərəfindən torpaq sahəsinin ətrafı daş hasarla hasarlanmışdır. Qeyd olunan torpa q sahəsində 2000-ci ildə 1 mərtəbəli, ümumi sahəsi 15 kv.metrdən ibarət 1 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 68 kv.metrdən ibarət təsərrüfat təyinatlı yardımçı tikililər əl damı, ayaqyolu, 2 ədəd üstü örtülü çardaq tikmiş və özü də həmin evə qeydiyyata düşmüşdür. 2000-ci ildən ünvan 3 ünvanda olan evdə yaşamaqla kommunal xərcləri ödəmişdir. Qeyd olunan torpaq sahəsi 2000-ci ildən fasiləsiz və mübahisəsiz olaraq onun istifadəsində olmuşdur. Lakin heç bir qanuni əsas olmadan 10 aprel 2019-cu il tarixdə mülkiyyətində olan torpaq sahəsinin daş hasarı, üstündə tikilmiş ev, yardımçı tikililər cavabdehin qanunsuz göstərişinə əsasən tamamilə sökülmüş və torpaq sahəsi boşaldılaraq ondan alınmışdır. Ona dəymiş ziyanın hesablanması üçün tərəfindən Bakı şəhərində fəaliyyət göstərən “xxxx” MMC-yə ərizə ilə müraciət olunmuş, “xxxx” MMC tərəfindən tərtib olunmuş daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan məlum olmuşdur ki, cavabdehin qanunsuz hərəkətləri - torpaq sahəsindəki tikililərin qanunsuz sökülməsi və iddiaçının torpaq sahəsindən məhrum edilməsi nəticəsində ona 1.000.000 manat maddi zərər dəymişdir. Qeyd olunan iddia tələbi barədə məhkəməyə ərizə vermişdir. Bununla yanaşı hazırki vəziyyətdə hesab edir ki, iddia ərizəsinə baxılana kimi və ya baxıldığı müddətdə cavabdeh və onun tabeliyində olan Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən mübahisə predmeti olan torpaq sahəsi özgəninkiləşdirilə, icarəyə, istifadəyə verilə və yaxud torpaqla bağlı hər hansı bir mülki əqd bağlana və yaxud da torpağa hər hansı bir hüquqla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyy at aparıla bilər. Ona görə də gələcəkdə iddianın təmin olunması üçün iddianın təmini tədbiri kimi iddiaya baxılıb qurtarana kimi torpaqla bağlı hər hansı bir əməliyyatın aparılması cavabdehə və onun tabeliyində olan Mənzil Kommunal Təsərrüfat Birliyinə qadağan edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakimMəmmədov Elçin Qüdrət oğlu,21(81)-2965/2019 saylı iş) 19 iyul 2019-cu il tarixli qərardadı iləmüvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilmiş, torpaq sahəsi ilə bağlı hər hansı bir hərəkətin edilməsi cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X6məruzəçi, X3 və X4, 2-1(103)-2208/2019 saylı iş) 27 avqust 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qərardadı ləğv edilmiş, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi ərizəni rədd etməsini onunla əsaslandırmışdır ki, iddia tələbi “ünvan 1 ünvanda yerləşən, sahiblik və istifadəsində olmuş 0,06 ha torpaq sahəsindən məhrum olunma və üzərindəki tikililərin qanunsuz sökülməsi ilə əlaqədar ona vurulmuş 1.000.000 manat real zərərin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi qeyd edilmişdir. Göründüyü kimi, iddia tələbində cavabdeh inzibati orqanın hansı qanunsuz hərəkətləri nəticəsində iddiaçının hansı hüquqlarının pozulması qeyd edilməmişdir. Lakin birinci instansiya məhkəməsi bunları nəzərə almayaraq ərizəni təmin etmişdir. İddiaçı tərəfindən 1 sayl ı Bakı İnzibati İqtisadi Məhkəməsinə müvəqqəti xarakterli müdafiə tədbirin görülməsi barədə verilmiş ərizədə Azərbaycan Respublikası İPM-in 43-cü maddəsində göstərilmiş məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün tədbirlərin tətbiq edilməsinin hər hansı bir əsası göstərilməmişdir. İPM-in 43-cü maddəsində göstərilmiş halların mövcud olmasının sübut edilməsi, müvəqqəti xarakterli müdafiə tədbirlərin tətbiq edilməsinin zəruriliyi, tələbin təmin edilməsi barədə ərizə ilə müraciət edilməsinin səbəblərinin əsaslandırması, onun dəlillərini təsdiq edən sübutların təqdim edilməsi ərizəçinin üzərinə qoyulur. İddiaçı bu vəzifəni icra etməmişdir. Apellyasiya kollegiyası həmçinin iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsinin təklif edərək bildirmişdir ki, iddi a tələbində inzibati orqanın qanunsuz hərəkət və ya müdaxiləsi qeyd edilməli və bu hərəkətlər nəticəsində hüquqlarının pozulması göstərilməlidir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsi öz qərarında iddiaçı tərəfindən iddia tələbində cavabdeh inzibati orqanın hansı qanunsuz hərəkətləri nəticəsində iddiaçının hansı hüquqlarının pozulması qeyd edilmədiyini bildirsə də, iddia ərizəsində göstərilmişdir ki cavabdehin göstərişləri əsasında mülkiyyətində olan torpaq sahəsi üzərində tikililər sökülmüş və nəticədə iddiaçının mülkiyyət hüququ pozulmuşdur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı inzibati məhkəmə icraatı qaydasında ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsindən məhrum olunma və üzərindəki tikililərin qanunsuz sökülməsi ilə əlaqədar cavabdeh t ərəfindən ona vurulmuş 1.000.000 manat ziyanın ödənilməsini xahiş etmişdir. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verərək, mübahisə predmeti olan 0,06 ha torpaq sahəsi ilə bağlı hər hansı bir hərəkətin (özgəninkiləşdirilmə, icarə, istifadəyə verilməsi və yaxud torpaqla bağlı hər hansı bir mülki əqd bağlanılması və yaxud da torpağa hər hansı bir hüquqla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması) edilməsini cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, qanuni əsaslarla ona ayrılmış torpaq sahəsində 2000-ci ildə 1 mərtəbəli, ümumi sahəsi 15 kv.metrdən ibarət 1 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 68 kv.metrdən ibarət təsərrüfat təyinatlı yardı mçı tikililər - əl damı, ayaqyolu, 2 ədəd üstü örtülü çardaq tikilmiş və özü də həmin evə pasport qeydiyyatına düşmüşdür. Heç bir qanuni əsas olmadan 10 aprel 2019-cu il tarixdə torpaq sahəsinin daş hasarı, üstündə tikilmiş ev, yardımçı tikililər cavabdehin qanunsuz göstərişinə əsasən tamamilə sökülmüş və torpaq sahəsi boşaldılaraq ondan alınmışdır. Hazırkı vəziyyətdə hesab edir ki, iddia ərizəsinə baxılana kimi və ya baxıldığı müddətdə cavabdeh tərəfindən mübahisə predmeti olan torpaq sahəsi özgəninkiləşdirilə, icarəyə, istifadəyə verilə bilər və yaxud torpaqla bağlı hər hansı bir mülki əqd bağlana və yaxud da torpağa hər hansı bir hüquqla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıla bilər. Ərizə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. İddia tələb i vurulmuş ziyana görə 1.000.000 manat kompensasiyadır. Tələbə tikililərin sökülməsi ilə yanaşı, 0,06 ha torpaq sahəsindən məhrum olunma da daxildir. Yəni iddiaçıya görə cavabdehin təqsirli hərəkəti ilə torpaq sahəsindən və onun üstündə olan tikililərdən məhrum olunduğuna görə onların bazar dəyəri cavabdeh tərəfindən ödənilməlidir. Digər tərəfdən, müvəqqəti xarakterli müdafiə tədbiri isə torpaq sahəsi ilə bağlı hər hansı hərəkətlərin cavabdeh və digər şəxslər tərəfindən aparılmasının qadağan edilməsi barədədir. İşdə olan sənədlərdən görünür ki, iddiaçıya fərdi yaşayış evi tikilməsi üçün cavabdehin sərəncamı ilə 600 kv.m torpaq sahəsi ayrılmış, yerləşmə cizgisinə uyğun iddiaçının həmin torpaq sahəsindən istifadə etməsi cavabdehin məktubu ilə təsdiq edilmiş, iddiaçı torpaq sahəsinin yerləşdi yi ünvanda qeydiyyata alınmışdır. İddiaçı hesab edir ki, cavabdeh onun torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş hüquqlarına mane olur. Məhkəmə icraatında olan işə baxılıb yekun qərar qəbul edilənədək istifadəsində olan torpaq sahəsi üzərində hər hansı hərəkətlərin edilməsi cavabdehə və digər şəxslərə qadağan edilməlidir. Cavabdeh hesab edir ki, mübahisə olunan ərazidə onun tərəfindən hər hansı iş aparılmamış, bununla bağlı hər hansı qərar qəbul edilməmiş, heç kimə göstəriş verilməmişdir. İPM-in 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra-müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər (İPM-in 40.2-ci maddəsi). Həmçinin İPM-in 41.2-ci maddəsində qeyd edilir ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Göründüyü kimi, qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri kimi cavabdehin üzərinə müəyyən vəzi fənin qoyulmasını mübahisələndirmə haqqında iddia növü üzrə iddianın uğurluluq ehtimalı ilə şərtləndirmişdir. Hazırkı mübahisə üzrə iddia növü mübahisələndirmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddiadır. İddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi İPM-in 43-cü maddəsində əksini tapmışdır. İPM-in 43.1-ci maddəsində məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsaslar göstərilmişdir: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının m üəyyən edilməsi. İPM-in 43.2-ci maddəsində isə qeyd edilmişdir ki, ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı istifadəsində olan torpaq sahəsinə müdaxilə olduğunu bildirib öhdəliyin icrası haqqında iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 600 kv.m torpaq sahəsinin iddiaçının istifadəsinə verilmədiyi barədə mübahisə açmamış, əksinə 20 iyun 2018-ci il tarixli məktubunda iddiaçının istifadəsində olan torpaq sahəsindən yerləşmə cizgisinə uyğun olaraq həyətyanı torpaq sahəsi kimi mövcud vəziyyətdə istifadə etdiyini təsdiq etmişdir. Torpaq Məcəlləsinin 81-ci maddəsinə əsasən, torpaq istifadəçilərinin torpaqdan təyinatı üzrə istifadə etmək, qanunvericil iklə qadağan edilməmiş digər fəaliyyəti həyata keçirmək hüququ vardır. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Həmin Məcəllənin 84-cü maddəsinin müvafiq olaraq 1 və 2-ci hissələrinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı ərizəsində istifadəsində olan torpaq sahəsi ilə bağlı hər hansı hərəkətlərin qadağan edilməsini xahiş etmişdir. Torpaq qanunvericiliyinə görə iddiaçının torpaq sahəsi üzərində hüquqları qanunla qorunur və qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, iddiaçının fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. İddiaçının torpaqla bağlı istifadə hüququna cavabdeh tərəfindən müdaxilənin olubolmamasına münasibət bildirmədən məhkəmə tərkibi hesab edir ki, hər bir halda mübahisə mahiyyəti üzrə həllini tapana qədər iddiaçı 600 kv.m torpaq sahəsi üzərində hər hansı hərəkətin digər orqan və şəxslər tərəfindən edilməsinə qadağa qoyulmasında haqlı ola bilər. Odur ki, işin hazırkı halında mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının torpaq sahəsi ilə bağlı hüquqlarının qorunmasının (təmin və ya b ərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmuşdur. Bununla belə, iddiaçı ərizəsində hər hansı hərəkətin edilməsini cavabdehlə yanaşı, digər şəxslərə də qadağa qoyulmasını xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi digər şəxslərin dairəsini müəyyən etməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etdiyindən iddiaçının kassasiya şikayəti qismən təmin olunaraq apellyasiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, ərizənin təmin edilməsi barədə şikayət təmin olunmamalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2208/2019 saylı, 27 avqust 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar