Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3308/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: əmək pensiyasının məlumat vərəqəsinə əsasən yenidən hesablanması. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X1, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2211/2019 saylı iş üzrə 06 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin (hüquqi varisi Xüsusi Şərtlərlə Təyinat İdarəsi) 18 fevral 2019-cu il tarixli, **********1 saylı məktubu ilə İddiaçı Azərbaycan Respublikası Dvlət Gömrük Komitəsindən daxil olmuş 09 oktyabr 2018-ci il tarixli məlumat vərəqəsi əsasında pensiyanın yenidən hesablanmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsi tərəfindən 09.09.1994-cü il tarixində iddiaçıya İİ qrup əlilliyə görə (ümumi əsaslarla) pensiya təyin edilmişdir. Əlilliyin səbəbi “Azərbaycan Respublikasının müdafiəsi zamanı” alınmış xəsarətlə əlaqəli olduğundan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 11.06.2016-cı il tarixində İdarəyə daxil olmuş 05732 nömrəli məlumat vərəqəsi əsasında ona hərbi qulluqçu kimi təminat xərcliyinin (584,30 manat) 80 faizi - 467,44 manat məbləğində əmək pensiyası təyin edilmiş və keçmiş dövr üzrə hesablanmış 26573,28 manat məbləğində vəsait müvafiq kart hesa bına köçürülmüşdür. Hal-hazırda sonuncu artım nəzərə alınmaqla iddiaçının əmək pensiyasının məbləği 498,24 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək ona Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 09.10.2018-ci il tarixli məlumat vərəqəsinə əsasən və həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması və Dövlət Gömrük Komitəsi tərəfindən göndərilən məlumat vərəq əsinə uyğun olaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 09.09.1994-cü il tarixdə ona İİ qrup əlilliyə görə pensiya təyin edildikdən sonra 1995-ci ildən Dövlət Gömrük Komitəsində xidmətə qəbul edilmiş və 2018-ci ilin sentyabr ayına kimi fasiləsiz olaraq xüsusi rütbəli şəxs olaraq qulluq etmişdir. Cavabdeh DGK tərəfindən göndərilmiş 09.10.2018-ci il tarixli məlumat vərəqəsinə əsasən ona pensiya təyin etməli olduğu halda, qanunsuz olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə istinadla bundan imtina etmişdir. Nəzərə alınmalıdır ki, 2016-cı ildə Müdafiə Nazirliyinin xətti ilə ona pensiya təyin edilərkən Qanunun həmin müddəası qüvvədə olmamışdır (bu norma 2017-ci il iyul ayının 1-dən qüvvədədir). Bu qanun xidmətdən t ərxis olunmuş və yenidən xidmətə qayıtmış şəxslərə aiddir və ona münasibətdə tətbiq edilə bilməz. Əgər iddiaçı 1994-cü ildə Müdafiə Nazirliyindən tərxis olunub hərbi qulluqçu kimi pensiyaya çıxsaydı və yenidən Gömrük Komitəsində xidmətini davam etdirsəydi, o halda, bu qanun müddəası ona şamil olunardı. Lakin iddiaçının 1994-cü ildə heç bir hərbi qulluqçu və ya xüsusi rütbəli şəxs statusu olmayıb, yaralandığı üçün “Azərbaycan Respublikasının müdafiəsi zamanı” İİ qrup əlilliyə görə ona mülki pensiya təyin olunub. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2-1(81)-2528/2019 saylı qərarı ilə (hakim - Ş.Ə.Süleymanova) iddia təmin edilərək İddiaçı Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 09.10.2018-ci il tarixli məlumat vərəqəsinə əsasən və həmçinin “Əmək pens iyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması və Dövlət Gömrük Komitəsi tərəfindən göndərilən məlumat vərəqəsinə uyğun olaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2211/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim - S.S.Seyidova, hakimlər - V.M.Məmmədov və İ.B.Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2528/2019 nömrəli iş üzrə 24 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şi kayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından və işin halları tam araşdırılmadığından ləğv edilməlidir. Belə ki, İddiaçı 09.09.1994-cü il tarixdə 2-ci qrup əlilliyə görə (ümumi əsaslarla) pensiya təyin edilmişdir. İddiaçının əlilliyinin səbəbi “Azərbaycan Respublikasının müdafiəsi zamanı” alınmış xəsarətlə əlaqədar olduğundan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 11.06.2016-cı il tarixində cavabdehə göndərilmiş məlumat vərəqəsi əsasında iddiaçıya hərbi qulluqçu kim i təminat xərcliyi əsasında pensiya təyin edilmişdir. Lakin 09.10.2018-ci il tarixində Dövlət Gömrük Komitəsi tərəfindən cavabdehə yenidən iddiaçıya dair məlumat vərəqi göndərilmişdir və məhkəmə iddiaçının pensiyasının həmin məlumat vərəqəsinə əsasən yenidən hesablanmasını cavabdehə həvalə etmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun9.6-cı maddəsi ilə birmənalı olaraq müəyyən edilir ki, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Beləliklə, iddiaçı 2016-cı ildən etibarən hərbi qulluqçu kimi pensiya aldığından hazırda onun pensiyası sonuncu təminat xərcliyinə uyğ un olaraq yenidən hesablana bilməz. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edil ərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstər ilməlidir. Həmin Məcəllənin 69.3-cü maddəsinə görə məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsində təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkə məsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əl aqədar olaraq məhkəmələr tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, qəbul edilmiş qərarlar lazımi qaydada əsaslandırılmamış, cavabdehin etirazının və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməmişdir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı ona Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 09.10.2018-ci il tarixli məlumat vərəqəsinə əsasən və həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması və Dövlət Gömrük Komitəsi tərəfindən göndərilən məlumat vərəqəsinə uyğun olaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı etirazının dəlilləri isə ondan ibartədir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 11.06.2016-cı il tarixində cavabdehə göndərilmiş məlumat vərəqəsi əsasında iddiaçıya artıq hərbi qulluqçu kimi təminat xərcliyi əsasında pensiya təyin edilmişdir. Lakin buna baxmayaraq 09.10.2018-ci il tarixində Dövlət Gömrük Komitəsi tərəfindən cavabdehə yenidən iddiaçıya dair məlumat vərəqi göndərilmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun9.6-cı maddəsi ilə birmənalı olaraq müəyyən edilir ki, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Beləliklə, iddiaçı 2016-cı ildən etibarən hərbi qulluqçu kimi pensiya aldığından hazırda onun pe nsiyası sonuncu təminat xərcliyinə uyğun olaraq yenidən hesablana bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, eləcə də apellyasiya instansiyası məhkəməsi həmin qərarı dəyişdirmədən saxlayarkən yalnızca işdəki müəyyən sənədləri və qanunvericiliyin bəzi normalarını sadalamaqla kifayətlənmişlər. Məhkəmələrin iş üzrə hansı faktiki halları, hansı sübutlar əsasında müəyyən etdikləri bəlli deyildir. Eləcə də, məhkəmələrin yekun qənaətə hansı faktiki hallardan və onlara tətbiq edilməli hansı hüquq normalarından çıxış etməklə gəldikləri də qeyri-müəyyəndir. Öz qərarlarını əsaslandırmaq üçün birinci və apellyasiya instansiyası məhkəmələri yalnız aşağıdakı əsaslandırmanı aparmışlar: “...cavabdehin imtinasında və etirazında 01 yanvar 2006-cı il tarixədək qazanılmış pensiya hüquqların ın hesablanmasında əmək haqqına istinadın 2010-cu il 01 yanvar tarixdən aradan qaldırılması və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinin Qanunun mətnindən çıxarılmasını və Qanunun 1997-ci ilin avqustun 2-dən qüvvəyə minməsini nəzərə alaraq vətəndaşın pensiyasının 01.09.2000-ci ilədək son iki ilin orta aylıq əmək haqqına əsasən hesablanmasından imtina edilmişdir kimi mövqeyi əsaslı olsa da, bu hal iddiaçının pensiya hüququnu məhdudlaşdırır”. Məhkəmələrin istinad etdikləri əsaslandırmaya münasibətdə kollegiya qeyd edir ki, həmin əsaslandırmanın hazırkı mübahisənin halları ilə hər hansı əlaqəsi yoxdur. Kollegiya hesab edir ki, sadəcə bir sıra qanunvericilik normalarının sadalanması ilə və mübahisənin halları ilə əlaqəsi olmayan əsaslandırma a parmaqla çıxarılmış hazırkı məhkəmə qərarları, başqa sözlə, iş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarları əsaslandırılmış məhkəmə aktları kimi qəbul edilə bilməzlər. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiy yətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhk əməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar). Qeyd edilənləri nəzərə almaqla kollegiya hesab edir ki, apellyasiya məhkəməsini n qərarı qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarıldığı üçün ləğv edilməlidir. Təkrar apellyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyətinin əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməsi, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə qərarının çıxarılması təmin olunmalıdır. İPM-də təsbit edilmişdir ki, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icra atına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir (28.1-ci maddə). Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə) (28.2-ci maddə). İşə baxan məhkəmələr isə mübahisənin obyektiv və qanuni həllinin təmin edilməsi baxımından əhəmiyyət kəsb etməsinə baxmayaraq üçüncü şəxslərin icraata cəlb edilməsi məsələsini həll etməmişlər. B elə ki, cavabdeh bildirir ki, artıq o, Müdafiə Nazirliyi tərəfindən 11.06.2016-cı il tarixində göndərilmiş məlumat vərəqəsi əsasında iddiaçıya hərbi qulluqçu kimi təminat xərcliyi əsasında pensiya təyin etmişdir və “Əmək pensiyaları haqqında” Qanunun9.6-cı maddəsinə əsasən Gömrük Komitəsi tərəfindən 09.10.2018-ci il tarixdə yenidən göndərilmiş məlumat vərəqəsinə əsasında iddiaçının pensiyasını yenidən hesablaya bilməz. İddiaçı isə bildirir ki, əgər o, 1994-cü ildə Müdafiə Nazirliyindən tərxis olunub hərbi qulluqçu kimi pensiyaya çıxsaydı və yenidən Gömrük Komitəsində xidmətini davam etdirsəydi, o halda, “Əmək pensiyaları haqqında” Qanunun9.6-cı maddəsi ona şamil oluna bilərdi. Lakin onun 1994-cü ildə heç bir hərbi qulluqçu və ya xüsusi rütbəli şəxs statusu olmayıb, yaralandığı üçün “Azərba ycan Respublikasının müdafiəsi zamanı” İİ qrup əlilliyə görə ona mülki pensiya təyin olunub. Tərəflərin irəli sürdüyü dəlillərin yoxlanılması baxımından məhkəmə iddiaçının hərbi qulluqçu statusu ilə bağlı halları araşdırmalı, onun əvvəllər və ya daha sonra belə status əldə edib-etmədiyini, xüsusən də hansı əsasla Müdafiə Nazirliyi tərəfindən onun barəsində 11.06.2016-cı il tarixdə məlumat vərəqəsinin göndərildiyini müəyyənləşdirməli və bu hallara lazımi hüquqi qiymət verməlidir. Sözügedən halların tam və hərtərəfli araşdırılması üçün isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Gömrük Komitəsi üçüncü şəxslər qismində icraata cəlb edilməlidirlər. Ona görə də, təkrar apellyasiya baxışı zamanı məhkəmə həmin inzibati orqanları üçüncü şəxslər qismində icraata cəlb etməli, mübahisə yə dair həm işin faktiki halları, həm də hüquqi məsələlərə münasibətdə onların mövqeyini öyrənməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2211/2019 saylı iş üzrə 06 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-3308/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3308/2019
03.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver