Məhkəmə qərarları › İş №2-1(102)-3309/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3309/2019

27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3309/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X2) iş üzrə QƏRAR (Açar söz: yaşayış yeri üzrə qeydiyyata alınma) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X2) “yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1967/19 saylı 22 avqust 2019-cu il tarixli qərar ından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 27.11.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 1996-cı ildə X2 ilə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.1998-ci il təvəllüdlü G adında qızları olmuşdur. Ağdam Rayon Məhkəməsinin 20.06.2016-cı il tarixli, 2(13)-1636/2016 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Sabunçu Rayon Məhkəməsinin 30.12.2016-cı il tarixli, 2(008)-11112/2016 saylı qətnaməsi ilə iddiaçının Ünvan1 bina 4. 1-ci blokda yerləşən, 3 otaqlı, ümumi sahəsi 110.57 kv.m olan 45 saylı mənzilə sahiblik və istifadə hüququ tanınmış və həmin mənzilə köçürülməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi icra edilmiş və iddiaçı himayəsində olan qızı xx.xx.1998-ci il təvəllüdlü X1 ilə göstərilən mənzilə köçürülmüş və hazırda orada yaşayırlar. İddiaçı məhkəmənin qətnaməsi ilə köçürüldüyü mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması üçün Bakı şəhəri Sabunçu rayon polis idarəsinə ərizə ilə müraciət etmiş, cavabdehin 073- 28278A-3218 saylı, 26.09.2018-ci il tarixli cavab məktubu ilə ona imtina edilmiş, imtinaya əsas kimi yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) təqdim olunmaması göstərilmişdir. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinin Pasport və Qeydiyyat şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə qarşı (üçüncü şəxs X2) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraci ət edərək, himayəsində olan qızı 04.06.1998-ci il təvəllüdlü X1 ilə birlikdə yaşayış yeri üzrə Ünvan1 binanın 1-ci blokunda, 5-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 110,57 kv.m olan 43 saylı mənzilə qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəyişdirilmiş iddia icraata qəbul edilmiş, cavabdeh Bakı şəhəri Cavabdeh əsl cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinin Pasport və Qeydiyyat şöbəsi ilə əvəz edilmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Üçüncü şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1967/19 saylı 22 avqust 2019-cu il tarixli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı qanuni qüvvəyə minmiş və Bakı şəhəri Sabunçu rayonu icra və probasiya şöbəsi tərəfindən icra edilmiş Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 30.12.2016-cı il tarixli, 2(008)-11112/2016 saylı qətnaməsinə əsasən Ünvan1 4 saylı bina, l-ci blok, 5-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 110.57 kv.m. olan 43 saylı mənzilə istifadə və sahiblik hüququ tanınmaqla həmin mənzilə köçürüldüyündən cavabdehin imtinası əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-19 67/19 saylı 22 avqust 2019-cu il tarixli qərarından üçüncü şəxs kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi üçüncü şəxsin iştirakını təmin etmədən işə baxmış, bununla da AR Konstitusiyasının 60-cı maddəsinin və İPM-nin 15.1-ci maddəsinin tələblərini pozmuşdur. İşə baxan məhkəmə evin mülkiyyət hüququ ilə bağlı qeydiyyat vəsiqəsi, çıxarışı, orderi olmadığı halda iddia tələbini təmin etmişdir. Kassator İPM-nin 90.1, 90.2-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1967/19 saylı 22 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və v axtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər və onların vəkilləri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə tərəflər və onların vəkillərinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1967/19 saylı 22 avqust 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı 1996-cı ildə X2 ilə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.1998-ci il təvəllüdlü G adında qızları olmuş, Ağdam Rayon Məhkəməsinin 20.06.2016-cı il tarixli, 2(13)-1636/2016 saylı qətnaməsi ilə nikahları pozulmuş, Sabunçu Rayon Məhkəməsinin 30.12.2016-cı il tarixli, 2(008)-11112/2016 saylı qətnaməsi ilə iddiaçının Ünvan1 bina 4. 1ci blokda yerləşən, 3 otaqlı, ümumi sahəsi 110.57 kv.m olan 45 saylı mənzilə sahiblik və istifadə hüququ tanınmış və həmin mənzilə köçürülməyi qət edilmiş, məhkəmənin qətnaməsi icra edilmiş və iddiaçı himayəsində olan qızı xx.xx.1998-ci il təvəllüdlü X1 ilə göstərilən mənzilə köçürülmüş və hazırda orada yaşayırlar. İddiaçı məhkəmənin qətnaməsi ilə köçürüldüyü mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması üçün Bakı şəhəri Sabunçu rayon polis idarəsinə ərizə ilə müraciət etmiş, cavabdehin 073- 28278A-3218 saylı, 26.09.2018-ci il tarixli cavab məktubu ilə ona imtina edilmiş, imtinaya əsas kimi yaşayış sahəsinə köçməyə ə sas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) təqdim olunmaması göstərilmişdir. Hazırkı iş üzrə 22.10.2007-ci il tarixdə müqavilə əsasında alınmış Ünvan1 bina 4. 1ci blokda yerləşən, 3 otaqlı, ümumi sahəsi 110.57 kv.m olan 45 saylı mənzilin dəyəri 2011ci ilədək, yəni birgə nikah dövründə tam şəkildə ödənilib. Mənzilin dəyəri tam ödənildiyi üçün həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin mənzillə bağlı münasibətlərə mülkiyyət münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mə nzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (178.8.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Məcəlləyə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası) Belə olan halda, həmin mənzil iddiaçı ilə üçüncü şəxsin nikahda olduqları dövrdə əldə edildiyi üçün onların birgə mülkiyyəti hesab edilməlidir. Bundan əlavə, İddiaçı qanuni qüvvəyə minmiş və Bakı şəhəri Sabunçu rayonu icra və probasiya şöbəsi tərəfindən icra edilmiş Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 30.12.2016-cı il tarixli, 2(008)-11112/2016 saylı qətnaməsinə əsasən Ünvan1 4 saylı bina, l-ci blok, 5-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 110.57 kv.m. olan 43 saylı mənzilə istifadə və sahiblik hüququ tanınmaqla həmin mənzilə köçürülmüş, həmin mənzilə sahiblik və istifadə hüququ tanınmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd dedikdə, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri nəzərdə tutulur. Hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı qanuni qüvvəyə minmiş v ə Bakı şəhəri Sabunçu rayonu icra və probasiya şöbəsi tərəfindən icra edilmiş Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 30.12.2016-cı il tarixli, 2(008)-11112/2016 saylı qətnaməsinə əsasən Ünvan1 4 saylı bina, l-ci blok, 5-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 110.57 kv.m. olan 43 saylı mənzilə istifadə və sahiblik hüququ tanınmaqla həmin mənzilə köçürüldüyündən cavabdehin imtinası əsassızdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gələrək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə ə sasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1967/19 saylı 22 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar