Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-331/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı oğlunun Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamentinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: 30.04.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi hakim), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçının vəkili X3, cavabdeh Departamentin nümayəndəsi X2 və vəkili X1 iştirakı ilə İddiaçı oğlunun Cavabdehnə qarşı qərarların ləğv edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2018-ci tarixli qərarından cavabdeh Departament tərəfindən verilmiş kassasi ya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Vergilər Naziyrliyi yanında Bakı şəhəri X4 Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.06.2017ci il tarixli **********093945 nömrəli səyyar vergi yoxlaması aktına əsasən qəbul edilmiş 21.07.2017-ci il tarixli **********103496 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və qərara əsasən hesablanmış vergi borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsibarədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qərarı ilə (hakim E.Məmmədov; iş № 2-1(81)-5004/2017) iddianın təmin edilməsi; cavabdeh Departamentin iddiaçı barəsində qəbul etdiyi "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 21.07.2015-ci il tarixli **********3489 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 mart 2018-ci il tarixli qərarı ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusifov; iş № 2-1(103)753/18) cavabdeh Departamentin apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən S.Hüseyno va, hakimlər İ.Dadaşov və K.Bədəlov; iş № 2-1(102)-1455/18) cavabdeh Departament tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 mart 2017-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən V.Məmmədov, hakimlər S.Seyidova və A.Hüseynov; iş № 2-1(103)-2410/2018) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qərarının qismən – “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 iyul 2017-ci il tarixli **********103496 nömrəli qər arının «muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 2014-cü il hesabatının, ödəmə mənbəyində tutulan verginin 2015-ci ilin 3-cü rübü və 2016-cı ilin 1-ci rübü üzrə hesabatlarının İddiaçı oğlu tərəfindən təqdim edilməməsinə görə cəmi 120 manat məbləğdə maliyyə sanksiyalarının, həmçinin, 2015-ci ilin 3-cü rübü və 2016- cı ilin 1-ci rübü üzrə ödənilməyən cəmi 714 manat məbləğdə ödəmə mənbəyində tutulan vergilərin hesablanmasının və həmin məbləğə 357 manat maliyyə sanksiyasının tətbiq edilməsinin ləğv edilməsi» hissədə - ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməsi və eyni hissədə iddianın təmin edilməməsi; qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması; cavabdeh Departamentin apellyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Həmin qərardan cavab deh Departament kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollejiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Departamentin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşırmadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Departamentin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdehin nümayəndəsi X.Əhmədov vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili E.Kərimov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, cavabdeh Departamentin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 21.10.2016-cı il tarixli **********051198 saylı qərarına əsasən, iddiaçıda 01.01.2015-ci il tarixdən 30.09.2016-cı ıl tarixədək olan dövr əhatə edilməklə, növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama zamanı Azərbaycan Re spublikası Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə müvafiq olaraq bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası «Azərekspertiza» Birliyinin 18.04.2017-ci il tarixli ekspert rəyinə əsasən, yoxlanılan dövr üzrə ünvan 1 ünvanda yerləşən sahəsi 170.3 kv.rn. olan daşınmaz əmlakın icarə haqqına görə aylıq 3.000 manat göstərilməli (ödəməli) olduğu halda, vergi ödəyicisiniıı təqdim eldiyi sənədlərə (vergi orqanında uçotda olmayan A.Seyfullayev (obyektin sahibidir) ilə iddiaçı arasında bağlanmış 16.08.2013-cü il tarixli İcarə müqaviləsinə) əsasən aylıq icarə haqqı 850 manat göstərilmişdir. Yoxlama 05.06.2017-ci il iarixli **********093945 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir; aktda y oxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən ödəmə mənbəyində tutulan verginin 7.035 manat azaldıldığı, həmçinin, yoxlama dövrünə düşən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 2014-cü il hesabatının, ödəmə mənbəyində tutulan verginin 2015-ci ilin İİİ rübü və 2016-cı ilin İ rübü üzrə hesabatlarının iddiaçı tərəfindən təqdim edilmədiyi qeyd edilmişdir. Cavabdeh Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21.07.2017-ci il tarixli **********103496 nömrəli qərarı ilə iddiaçı eyni məbləğlərdə vergi məsuliyyətinə cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən A.Seyfullayev (obyektin sahibirdir )ifadəsində bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 11/13 ünvanda yerləşən 170,3 kv.m qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. İddiaçı ilə aralarında bağlanmış 16.08.2013-cü il tarixli icarə müqaviləsinə görə qeyri- yaşayış sahəsinin yerləşmə yeri, iqtisadi gəlirliyi nəzərə alınmaqla aylıq icarə haqqı 850 manat müəyyən edilmişdir. Belə ki, əmlakın yerləşdiyi yer onun icarə haqqının 3.000 manat müəyyən edilməsinə imkan vermir. Sahəni əvvəllər də icarəyə vermiş, lakin işlədə və icarə haqqını tam ödəyə bilmədikləri üçün icarə müqaviləsi ləğv edilmişdir. Onu vergi orqanına çağırmışlar və O, vergi orqanının əməkdaşlarına daha baha qiymətə icarəyə götürmək istəyən olarsa, icarəyə verməyə hazır olduğunu bildirmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı o laraq belə hesab etmişdir ki, mübahisəli qərarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmiş, vergi borcunun hesablanması əsaslandırılmamışdır. Yalnız iş materiallarının araşdırılması ilə aydın olur ki. həmin vergi borcu hansı əsasla və necə hesablanmışdır. Bu da onu göstərir ki, cavabdeh Departamentin mübahisəli qərarı inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarınını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati icraat haqqında» AR Qanununun tələblərinin ciddi pozuntuları ilə qəbul edilmişdir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inziba ti orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu baxımdan, cavabdeh Departamentin mübahisəli qərarı iddiaçıya münasibətdə forma l-hüquqi qanunilik baxımından icraatla bağlı müddəalara riayət olunmadan qəbul edilmiş qanunsuz əlverişsiz (yükləyici) inzibati aktdır. İş üzrə formal-hüquqi qanunilik baxımdan icraatla bağlı vergi qanunvericiliyinin də tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstər ilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Cavabdeh Departamentin 21.07.2017-ci il tarixli qərarında 05.06.2017-ci il tarixli akta formal istinad olunmuş, verginin yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillərin yoxlanılmasının nəticələri, işin faktiki və hüquqi hallarını təsdiq və ya rədd edən sübutlar qeyd olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmçinin, mübahisəli vergi yoxlaması ilə q anunvericiliklə müəyyən edilmiş müddətlər də pozulmuşdur. Belə ki, “Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 22.10.2016-eı il tarixli KY160969022 nömrəli çıxarışa görə, bu yoxlama 24.10.2016- cı il tarixdən tez olmayaraq başlamalı və 05.12.2016-cı il tarixdən gec olmayaraq başa çatmalı idi. Çıxarışda müddətin sair formada uzadıla (artırıla) biləcəyi barədə heç bir istisna göstərilməmiş, uzadılan müddət barədə yeni çıxarış təqdim edilməmiş, səyyar vergi yoxlaması isə 05.06.2017-ci il tarixdə yekunlaşmışdır. Məhkəmə təcrübəsindən məlumdur ki, vergi orqanları yoxlamanın müddətinin çıxarışda göstəriləndən çox (hazırkı işdə 7 ay 11 gün) davam etməsini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2 və 38.7-ci maddələri ilə ə saslandırır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 52.2-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. Həmin Qanunun 52.5-ci maddəsinə görə, inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir lıalda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsi ilə də eyni müddət müəyyən olunmuşdur. Həmin normaya gör ə səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Hər iki maddədən göründüyü kimi, qanunverici həm «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu, həm də Vergi Məcəlləsi ilə inzibati icraatın (səyyar vergi yoxlamasının) keçirilməsi müddətinin ilk və müstəsna son hədlərini eyni həddə müəyyən etmişdir. Bu da o deməkdir ki, Vergi Məcəlləsində «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 52.2-ci maddəsində təsbit olunan sair imkan nəzərdə tutulmamışdır. Həmçinin, qanunverici hər iki normativ hüquqi aktda (Vergi Məcəlləsinin 38.2-ci maddəsində və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 52.5-ci maddə sində) müddətləri tənzimləyərkən, Vergi Məcəlləsinin digər maddələrində (misal üçün, Vergi Məcəlləsinin 37.2-ci maddəsi: «Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir») və bir sıra normativ hüquqi aktlarda (misal üçün, «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.5-ci maddəsi: «Bu Qanunla müəyyən edilmiş müddətlər hesablanarkən yalnız iş günləri nəzərə alınır») etdiyi kimi iş günü anlayışına yer verməmişdir və bu da sözügedən müddətlərin (30 və 90 gün) təqvim günü olmasına dəlalət edir. Məhz bu kontekstdə iş üzrə vergi yoxlamasının müddətinin cavabdeh Departament tərəfindən Azərbaycan Respub likası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, 1 dəfə uzadılmasını, 38.7-ci maddəsinə istinadən 6 dəfə müvəqqəti dayandırılmasının inzibati icraatın ümumi prinsiplərinə zidd hesab edir. Bundan əlavə, 38.2-ci maddə ilə müəyyən olunan 2, 38.7-ci maddəsində təsbit olunan 5 müstəsna hal da iş üzrə mövcud deyil. Digər tərəfdən, iş üzrə yoxlamanın müddətinin artırılması Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri kobud pozularaq, yuxarı vergi orqanının (Azərbaycan Respublikası Vergilər Nazirliyinin) qərarı ilə artırılmamışdır. Bu da müddətin uzadılması barədə 16.03.2017-ci il tarixli (30 gün) qərarın əlavə müzakirəyə zərurət olmadan qanunsuz olduğunu təsdiq edir. Müddətin yuxarı vergi orqanının qərarı ilə uzadıldığı fərz olunsa, bu müddət hər bir halda «İnzibati icraat haqqında» Azərbay can Respublikası Qanununun 52.5-ci maddəsində nəzərdə tutulan müddətdən çox ola bilməzdi. Azərbaycan Respublikası Prezidentinin «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» 04.08.2016-cı il tarixli Sərəncamının 2-ci bəndi ilə də Azərbaycan Respublikası Vergilər Nazirliyinə tapşırılmışdır ki, 3 ay müddətində vergi orqanları tərəfindən keçirilən vergi yoxlamalarının, xüsusilə kameral vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması üzrə inzibatçılığı təkmilləşdirsin. Vergi Məcəlləsinin iddiaçıda növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuni əsasları kimi çıxış edən 38.3-cü maddəsinin şərtlərinin də cavabdeh tərəfindən yerinə yetirilmə si iş materialları ilə təsdiq olunmur. Cavabdeh Departamentin mübahisələndirilən qərarı maddi-hüquqi baxımdan da qanunsuzdur. Belə ki, mübahisəli qərar 05.06.2017-ci il tarixli akta, həmin akt isə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası «Azərekspertiza» Birliyinin 18.04.2017-ci il tarixli ekspert rəyinə əsaslanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44.7.4-cü maddəsinə əsasən, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək vergi ödəyicisinin hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə də, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. İddiaçı ekspertizanın onun iştirakı olmadan keçirildiyini və ona bu barədə məlumat verilmədiyini bildirir, cavabdeh Departament iddiaçının bu dəlilinin təkzib olunması üçün məhkəməyə heç bir mötəbər sübut təqdim etmir. İşin 56 və 58-ci vərəqlərində olan 656326 və 656327 nömrəli poçt qəbzləri də ekspertizanın keçirilməsi haqqında qərarın iddiaçıya təqdim olunmadığını təsdiq edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44.8-ci maddəsinə görə, ekspert rəyi öz adından verir və imzalayır. Ekspertin rəyində onun tərəfindən aparılan araşdırma, gəldiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar əks etdirilir. «Azərekspertiza» Birliyinin 18.04.2017-ci il tarixli ekspert rəyində aparılmış tədqiqa tların təsviri, onlara əsasən çıxarılmış nəticələr və qoyulmuş suallara əsaslandırılmış cavablar verilməmiş, sənəd ümumiyyətlə əsaslandırılmamışdır. Rəyə əlavə olunmuş materiallardan anlaşılır ki, ekspert gəldiyi nəticədə internetdə verilmiş elanlara (oferta) istinad etmişdir ki, bu da hələ həmin elanlarda göstərilən qiymətlə icarə müqavilələrin bağlanması (bağlanacağı) demək deyil. Cavabdeh Departament iddiaya qarşı yazılı etirazına analoji icarə müqaviləsini qoşduğunu qeyd etsə də, bu müqavilə işdə yoxdur, Departament həmin müqaviləni sonradan da məhkəməyə təqdim etməmişdir. Qeyri-yaşayış sahəsinin 1 kv.m-nin bazar qiyməti barədə yeni ekspert rəyinin alınıbalınmamasının iş üzrə zəruri olub-olmaması və bu zərurətin inzibati icraat və inzibati prosessual qanunvericiliyin prinsiplərinə zidd iyyət təşkil edib-etməməsi ilə bağlı xüsusatların müzakirəsi də vacibdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun qəbulu ilə hədəflənən məqsəd inzibati orqanların icraat qaydalarını hüquqi dövlət prinsiplərinə uyğunlaşdırmaq və şəffaflaşdırmaq, inzibati orqanların fəaliyyətinin qanuna əsaslanmasını təmin etmək, habelə vətəndaşlara və hüquqi şəxslərə inzibati orqanların onlara dair qəbul etdiyi qərarlarının qanuniliyini məhkəmə qaydasında yoxlamaq hüququnun verilməsindən ibarətdir. Bu Qanun hüquq və maraqlarına toxunulan vətəndaşı inzibati orqana münasibətdə xüsusi hüquqlarla təchiz edir, dövlətin hakimiyyət inhisarına malik olması səbəbindən demokratik hüquqi dövlətdə şəxsi və dövlət maraqlarının bir-birini ədalətli şəkildə kompensasiyasını təmin etmək üçün dövlət orqa nları və vətəndaşlar arasında bərqərar olmalı tarazlığı bərpa edir. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edən Azərbaycan Respublikası İPM-nin «Sübut etmə vəzifəsi» adlı 14-cü maddəsi də bu tarazlığın prosessual-hüquqi təminat imkanlarından biridir. Məhz, sözügedən tarazlığın qorunması tələbi fərdin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə bərabər hüquqlarının ədalətli təmininə nail olunmasına imkan yaradır. Bu baxımdan, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağapdır. Həmin Qanunun 19.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə müvafiq olaraq inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə, İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə uyğun olaraq təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Əgər cavabdeh Departament iddiaçının təqdim etdiyi icarə müqaviləsinin reallığı əks etdirmədiyini irəli sürürsə, onda müstəqil şəkildə və öz hesabına bu istiqamətdə ağlabatan və təsirli tədbirlər görməli idi. Cavabdeh Departame nt belə bir tədbir kimi «Azərekspertiza» Birliyinin 18.04.2017-ci il tarixli ekspert rəyini təqdim edir. Halbuki, yuxanda da görüldüyü kimi, həmin sənəd ümumiyyətlə əsaslandırılmamışdır, rəyin formallığı Departamentə də məlum idi yaxud olmalı idi. Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul elmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Normanın tələbinə görə, məhz cavabdeh sübut etməli idi ki, icarə müqaviləsinin həqiqi qəbul edilməməsi və iddiaçıya əlavə vergilərin hesablanmasım zəruri edən faktiki şərtlər mövcuddur. Bu məqsədlə də cavabdeh mübahisənin maddi hüquqi əsasını təşkil edən, yəni ona səlahiyyət verən normanın (Vergi Məcəlləsinin 49.1-ci maddəsi) hüquqi nəticələri nə riayət etdiyini sübuta yetirməlidir. Lakin cavabdeh Departament öz etirazlarının əsası kimi istinad etdiyi halların sübut olunması üçün hər hansı mötəbər sübut əldə etməmiş, etiraz və faktı təkzib etməklə işini bitmiş saymışdır ki. prosessual hüquqi cəhətdən bu sübutetmə vəzifəsi üzərinə düşən tərəfə münasibətdə yolverilməzdir. Bununla bağlı, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində əks olunan işin hallarının araşdırılması prinsipi məhkəmənin cavabdeh inzibati orqanın yerinə keçərək, onun əvəzinə sübutların toplanması üçün sonuncunun etməli olduğu hərəkətləri yerinə yetirmək vəzifəsi, eləcə də inzibati prosessual qanunvericiliklə qorunmağa çalışılan balansın (hegemon publik hakimiyyət daşıyıcısı ilə müqayisədə fərdin məhdud imkanlarının ədalət mühakiməsi müs təvisində bərabərləşdirilməsinin) pozulmasına haqq qazandırmaq və hər vəchlə iddianın rəddinə nail olmaq kimi başa düşülməməlidir. Belə hallarda obyektiv həqiqət prinsipi də mütləq anlamda qəbul edilərək, inzibati orqana nisbətdə fərdi daha çətin vəziyyətə salmamalıdır. Bu məqamda, Azərbaycan Respublikası İPM-nin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirildiyi də diqqətdən qaçmamalıdır. Göstərilənlərə əsasən, icarə haqqının məbləğinin yenidən müəyyən edilməsi istiqamətində əlavə araşdırmaların aparılmasına, o cümlədən məhkəmə ekspertizasının təyin edilməsinə, bu məsələ inzibati icraat və inzibati prosessual qanunvericiliklə cavabdeh Departamentin vəzifələri və sübutetmə dairəsinə aid edildiyindən, lakin sonuncu bunun la bağlı yalnız formallığa üstünlük verdiyindən, lüzum yoxdur. Mübahisəli icarə müqaviləsində təsbit olunmuş icarə haqqının məbləği ilə bağlı iddia tərəfinin mülahizələri, habelə şahid ifadəsi inandırıcı hesab edilir. Yekunda cavabdeh Departamentin mübahisəli qərarının ləğvi tələbi ilə qismən razılaşmaq olara. Belə ki, həmin qərarla eyni zamanda muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 2014-cü il hesabatı, ödəmə mənbəyində tutulan verginin 2015-ci ilin 3-cü rübü və 2016-cı ilin 1-ci rübü üzrə hesabatları iddiaçı tərəfindən təqdim edilmədiyinə görə sonuncuya hər birinə görə 40 manat olmaqla, cəmi 120 manat məbləğdə maliyyə sanksiyaları da hesablanmışdır. Sözügedən hesabatların verilməməsi iddiaçının şəxsi hesab vərəqəsi ilə təsdiq olunur, iddiaçı isə cavabdeh Departamentin eti razını bu hissədə mübahisə etmir. İddiaçı 2015-ci ilin 3-cü rübü və 2016-cı ilin 1-ci rübü üzrə ödəmə mənbəyində tutulan verginin ödənilməsi barədə də məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, iddia 120 manat məbləğdə maliyyə sanksiyaları, habelə ödənilməmiş hər rübə görə 357 manat (05.06.2017-ci il tarixli aktın 6-cı səhifəsi) olmaqla, cəmi 714 manat məbləğdə ödəmə mənbəyində tutulan verginin hesablanması və həmin məbləğə tətbiq edilən 357 manat maliyyə sanksiyası (Vergi Məcəlləsinin 58.1-ci maddəsi) hissədə əsassızdır. Bu əsaslara görə, cavabdeh Departamentin mübahisələndirilən qərarı qismən əsassız və qanunsuz olduğundan, iddiaçının iddia tələbi isə qismən əsaslı və qanuni olduğundan, həmin tələb qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh Departamentin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» 7.11.2003-cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan lalları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin ılmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Resp ublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olun muş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69,96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-331/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-331/2019
30.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver