Məhkəmə qərarları › İş №2-1(102)-331/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-331/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-331/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdehnə (üçüncü şəxs “xxxx” MTK-nın iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (sərəncam və aktların ləğv edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbiri) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdehnə (üçüncü şəxs “xxxx” MTK-nın iştirakı ilə) qarşı sərəncam və aktların ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxxx 2020-ci il tarixli 2-1(103)-1774/2020 nömrəli qərardadından üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdehnə (üçüncü şəxs “xxxx” MTK-nın iştirakı ilə) qarşı Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömrəli sərəncamının və əlaqəli aktların Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanına dair hissədə ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. Daha sonra iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamının icrasının dayandırılması” ilə bağlı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-109/20 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin qənaətə gələrkən İnzibati Prosessual Məcəllənin 40.1, 40.2, 40.3, 43.1-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, ərizə əsassızdır.

5. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdirlər. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Koll egiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1774/2020 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Xəyalə Cəmilova) qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-109/2020 saylı qərardadının ləğv edilməsi, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsi, Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömrəli sərəncamının və əlaqəli aktların Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanına dair hissədə ləğv edilməsi tələbinə dair iddia ərizəsinə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul olunanadək Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamının icrası Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvan ına dair hissədə dayandırılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 40.1, 40.2, 41.2-ci maddələrinə, «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarına istinadən belə hesab etmişdir ki, ərizə əsaslıdır. Kasasiya şikayətinin dəlilləri:

8. Üçüncü şəxsin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayətçilərin adları əvvəlcədən bəlli olmadığı üçün məhkəmə öz qərardadında apelyasiya şikayətində adları və imzaları olmayan 3 nəfəri - X1, X3 və İddiaçı24 məhkəmə iclasında iştirak edən iddiaçıların siyahısına daxil etmişdir. Şikayət ərizəsini imzalamış Süley manova Xanım isə iş üzrə ümumiyyətlə iddiaçı deyildir. Deməli onun iş üzrə təmin olunmamış hər hansı bir tələbi olmamışdır və buna görə də Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə əsasən Xanım Süleymanovanın apelyasiya şikayəti vermək hüququ olmamışdır.

9. Bunlarla yanaşı Apelyasiya Məhkəməsi digər maddi və prosessual hüquq pozuntularına da yol vermişdir. Belə ki, şikayətçilər öz şikayətlərini belə əsaslandırmışlar ki, guya haqqında mübahisə edilən Bakı şəhəri, Nəsimi RİH başçısının xx xxxxxx 2017-ci il tarixli, 263 saylı sərəncamı AR Nazirlər Kabinetinin «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, … Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər. barədə» xx xxxxxx 2016-cı il tarixli qərarına ziddir. Çünki qərar dövlət m ülkiyyətində olan bina və torpaqlara aid olunduğundan onların yaşadığı Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi, 158 saylı bina həmin qərarın təsiri altına düşmür. Belə ki, binanın yerləşdiyi torpaq da onların üzvü olduqları kooperativə məxsusdur və buna görə də RİHnə heç bir aidiyyəti yoxdur. Eləcə də, göstərilir ki, Nəsimi RİH başçısının 263 və 264 saylı sərəncamları eyni gündə verilə bilməzdi, çünki Cavabdeh ilə «xxxx» MTK arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli müqavilələrin 1.2-bəndinə ziddir. Məhkəmə şikayətçi tərəfin bu fikirlərini təhlil etmədən əsas götürmüş, hazırkı şəraitdə şirkət ilə binanın bütün sakinlərinin razılığa gəlinmədiyini də əlavə edərək apelyasiya şikayətinin təmin olunması barədə qərardad çıxarmışdır. Birincisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xx xxxx 2016-cı il tarixli, 86 saylı Qərarı ilə Bakı şəhəri, Nəsimi rayon İcra başçısının xx xxxxxxx 2017-ci il tarixli, 263 saylı Sərəncamı arasında heç bir ziddiyyət yoxdur. Qərarın Rayon İcra Hakimiyyətləri tərəfindən icra edilməli olan vəzifələrini müəyyən edən 1.2-ci bəndində göstərilir: «Mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını».

10. Göründüyü kimi Nazirlər Kabinetinin həmin qərarında yalnız dövlət mülkiyyətində olan torpaqlardan söhbət getmir.

11. Eləcə də, Nəsimi RİH başçısının 263 və 264 saylı Sərəncamlarının eyni gündə verilməsini qadağan edən heç bir normativ xarakterli akt yoxdur.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13. 41.2. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə z iddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər; 14. 43.1. məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 15. 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 16. 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 17. 43.2. ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandır ılmış şəkildə təqdim etməlidir.

18. İşin hallarının ilkin araşdırılması isə iddianın böyük ehtimalla uğurlu olacağı barədə hər hansı qənaət formalaşdırmır. Bu nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə də hasil olmur. Əksinə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)109/2020 saylı xx.xx.2020-cı il tarixli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı15, X2, İddiaçı14, İddiaçı13, İddiaçı12, İddiaçı10, İddiaçı17, X4, İddiaçı19 Namıq qızı, İddiaçı21, İddiaçı22, İddiaçı24, İddiaçı27, İddiaçı26, İddiaçı25, İddiaçı29 və İddiaçı30 cavabdeh Nəsimi RİH-ə qarşı (üçüncü şəxs «xxxx» MTK) xx.xx.2017-ci il tarixli 263 nömrəli sərəncamının və əlaqəli aktlarının Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov, 158 ünvana dair hissədə ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

19. Bütün y uxarıda göstərilənlərə əsasən üçüncü şəxs kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-1(103)1774/2020 saylı qərardadını ləğv edərək Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-109/2020 saylı qərardadının qüvvədə saxlanılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

21. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmi şdir. ( xx xxxxxx 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Əsaslandırıcı hissə:

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tə rəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

24. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1774/2020 saylı qərardadla və həmin qərardaddan üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayəti ilə əlaqədar olaraq qeyd edir ki, məlum olduğu kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Cavabdeh ilə «xxxx» MMC arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli qərarı əsasında xx xxxxxxx 2017-ci il tarixində Şirkət tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikilməsinə dair müqavilə bağlanmışdır.

25. Müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh layihəyə razılığı həmin ərazidəki sakinlərlə Şirkət arasında razılaşmalar əldə olunduqdan və müqavilələr imzalandıqdan sonra veriləcək.

26. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-109/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

27. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 10/421 nömrəli ekspert rəyinin nəticəsində göstərilmişdir ki, baxış keçirilən zaman aşkar edilmiş (rəyin tədqiqat hissəsində göstərilən) qüsurların yaşayış binasının faktiki vəziyyətdə dayanıqlığına mənfi təsir göstərməsi vizual olaraq müəyyən edilməsə də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyinin nəticəsinə görə Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 158 saylı ünvanda yerləşən yaşayış binasında, açıq eyvanların müxtəlif inşaat materialları ilə bağlanması və genişləndirilməsi binanın əlavə (layihə üzrə nəzərdə tutulan normadan artıq) yüklənməsinə səbəb olduğu üçün binanın və onun ayrı-ayrı konstruktiv elementlərinin dayanıqlığı üçün potensial təhlükə yaradır.

28. Rəyin tədqiqat hissəsində göstərilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyinin nəticəsinə görə, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 158 saylı ünvanda yerləşən yaşayış binasının yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normaların tələblərin ə cavab vermir.

29. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyinin nəticəsi nəzərə alınmaqla, rəyin tədqiqat hissəsində göstərilmiş şərait və Normativ aktların tələblərinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 158 saylı ünvanda yerləşən yaşayış binası, tikinti-quraşdırma işləri aparılan inşaat meydançasının (Şamil Əzizbəyov küçəsi və Azadlıq prospektində) daimi və potensial təhlükəli faktorlarının təsir zonasında yerləşdiyinə görə binanın istismarı sakinlərin həyat və sağlamlıqları üçün təhlükəlidir.

30. Daha sonra apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadında yazılmışdır ki, «Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına İnzi bati Prosessual Məcəllənin 40.1, 40.2, 40.3 və 43.1-ci maddələrini, «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi»nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2015-cı il tarixli Qərarını tətbiq etməklə belə qərara gəlmişdir ki, müvəqqəti xarakterli müdafiə barədə ərizə əsassız olduğundan təmin edilməməlidir».

31. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə yanlış nəticəyə gəlmişdir.

32. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilm əsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə görə ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə müvafiq olaraq işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər.

35. «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi»nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun xx xxxxx 2015-cı il tarixli Qərarında göstərilmişdir: «Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır».

36. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, apelyasiya ş ikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-109/2020 saylı qərardadı ləğv edilməli, iddiaçılar tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməlidir.

37. Belə ki, Cavabdeh ilə Şirkət arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh layihəyə razılığı həmin ərazidəki sakinlərlə Şirkət arasında razılaşmalar əldə olunduqdan və müqavilələr imzalandıqdan sonra verməlidir.

38. Lakin Şirkətin binanın bütün sakinləri ilə razılığa gələ bilmədiyi işin mübahisəsiz halıdır.

39. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 10/421 nömrəli ekspert rəyinin nəticəsində göstərilmişdir ki, binan tikinti-quraşdırma işləri aparılan inşaat meydançasının (Şamil Əzizbəyov küçəsi və Azadlıq prospektində) daimi və potensial təhlükəli faktorlarının təsir zonasında yerləşdiyinə görə binanın istismarı sakinlərin həyat və sağlamlıqları üçün təhlükəlidir.

40. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxsin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 21(103)-1774/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar