Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-331/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və itirilmiş əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.11.2021-ci il tarixli, 2-1(105)-305/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya ş ikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Cavabdeh Başçısının 26.09.2019-cu il tarixli 66 nömrəli əmri ilə 26.09.2019-cu il tarixdən Rayon İcra Hakimiyyətinin başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş və 03.06.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Başçısının 03.06.2020-ci il tarixli 42 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəllər tutduğu Cavabdeh Başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsi üzrə işə bərpa edilməsi və işburaxma dövrü üçün itirilmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Rayon İcra Hakimiyyəti Başçısının 26.09.2019-cu il tarixli 66 nömrəli əmri ilə 26.09.2019-cu il tarixdən RİHB-nin Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş, həmin tarixdən etibarən işlədiyi müddətdə öz vəzifəsinin öhdəsindən şərəflə gəlmiş, işə məsuliyyətlə yanaşaraq, heç bir pozuntuya yol verməmişdir. Buna baxmayaraq, Cavabdeh Başçısı ona qarşı qərəzli münasibət göstərərək onu əsassız və qanunsuz olaraq tutduğu vəzifədən azad etmişdir. Belə ki, 02.06.2020-ci il tarixdə Quba RİHB aparatının şöbə müdiri İlham Quliyev, Təmiz Quba MKTB-nin rəisi Vüqar Əhmədli, Talabıqışlaq İƏD üzrə nümay əndə İddiaçı və Talabıqışlaq bələdiyyəsinin sədri Mahir Məmmədov tərəfindən qanunsuz və İcra Hakimiyyəti Başçısının əsassız göstərişi ilə akt tərtib edilmişdir. Həmin aktda göstərilir ki, guya “Talabıqışlaq İƏD-i əhatə edən kəndlərdə “DOST” İş Mərkəzinin xətti ilə çalışan sosial işçilərin əmək intizamı yoxlanılarkən müəyyən olunmuşdur ki, işçilərdən iki nəfəri İcra Nümayəndəsinin bacısı və qardaşı, bir nəfər yeznəsi və bir nəfər əmisi oğludur. Bundan başqa, dörd nəfər işçi 2 ailəni təmsil edir. Bununla bağlı İƏD üzrə nümayəndəyə əvvəllər irad bildirilmişdir. Bunlar aşağıdakılardır: X12 (bacısı); X22 (yeznəsi); X6 (qardaşı); X2 (əmisi oğlu); X8 (ər); X17 (arvad); X9 (ər); X4 (arvad). X1 ümumiyyətlə işə çıxmır”. Halbuki, aktda göstərilənlərin heç biri həqiqəti əks etdirmir. Əvvəla, akt birtə rəfli qaydada tərtib edilmişdir, buna görə də əsaslı hesab edilə bilməz. Bundan əlavə, aktda göstərilən şəxslər - bacı, qardaşı və digər şəxslər ondan daha öncə 6 ay əvvəl vəzifəyə təyin edilmişdirlər. Həmin şəxsləri o işə götürməmiş, onlar DOST X27 ilə Cavabdeh tərəfindən işə götürülüb. Bundan əlavə, onlar işlərini vicdanla yerinə yetiriblər və əmək haqlarını da özləri alıblar. Həmin aktda göstərilən işçilər onun işçiləri deyildirlər. Onların ona heç bir tabeçiliyi belə olmamışdır. Onlardan bəzisi onun qohumu olsa da, eyni kənddə yaşadığı üçün indidən bir neçə ay əvvəl işə götürülüblər. X21 özünün 1-ci qrup əlil övladı Ömərov Amətə qulluq etdiyinə görə işə götürülüb. Digərləri də ondan əvvəl kənddə müxtəlif işə götürülüblər və işləyirlər. Onlara əmək haqqını da DOST İş Mərkəzi ödəyir. A ktda adı çəkilən Aslanov Qurban da yalnız 02.06.2020-ci ildə bir günlük uşağını Quba şəhər Xəstəxanasına müalicəyə apardığı üçün işdə olmamışdır. Ümumiyyətlə, onlar onun işçiləri olmadığına görə onun onlara hər hansı göstəriş vermək səlahiyyəti olmayıb. Onlar onun tərəfindən işə qəbul edilməmiş və ya hər hansı güzəştlər tətbiq edilməmişdir.
4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçı əmək fəaliyyətini dövlət qulluqçusu kimi Azərbaycan Respublikası Konstitusiyasına, “Dövlət qulluğu haqqında” Qanuna, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və digər qanunlara uyğun həyata keçirməli olsa da və Rayon İcra Hakimiyyətinin başçısının göstərişlərinə əməl etmək vəzifəsi daşısa da, bu öhdəliklə rinə və vəzifələrinə riayət etməyərək qulluq vəzifəsindən sui-istifadə edərək özü və yaxın qohumları üçün imtiyazlar əldə etmişdir. İddiaçının əmrin ləğv edilməsi ilə əlaqədar irəli sürdüyü sübutlar formal xarakter daşıyır və heç bir hüquqi əsası yoxdur. Rayon İcra Hakimiyyəti olaraq pandemiya dövründə əhalinin aztəminatlı, həssas təbəqəsinə dövlət tərəfindən ayrılmış yardımların təyinatı üzrə çatdırılması, açılmış iş yerlərinə həqiqətən ehtiyacı olan şəxslərin yerləşdirilməsi, əməkhaqqı kartlarının birbaşa əmək müqaviləsi bağlanmış şəxslərə verilməsi barədə icra nümayəndələri ilə aparılmış söhbətlərə, onlara verilmiş göstərişlərə böyük ölçüdə riayət edilsə də, bir neçə nümayəndəlikdə, habelə RİHB-nin Talabıqışlaq kənd İƏD üzrə nümayəndəliyində aşkar edilmiş ciddi nöqsanlara dərhal reaksiy a verilmiş və həmin mənfi halların ciddiliyi nəzərə alınaraq vəzifəli şəxs işindən azad edilmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 09.02.2021-ci il tarixli 2-1(118)-207/2021 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) İddiaçı Cavabdehnə qarşı Cavabdeh Başçısının 03 iyun 2020-ci il tarixli 42 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəllər tutduğu Cavabdeh Başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsi üzrə işə bərpa edilməsi və işburaxma dövrü üçün itirilmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı işlədiyi müddət ərzində vəzifəsində yol verdiyi nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilməyib və vəzifəsinin icrası zamanı kobud səhvlərə yol verməyib. Bundan ba şqa, iddiaçının işdən azad olunmasına göstərilən əsas, yəni İddiaçı tərəfindən başqa şəxslərin əmək haqqı kartlarının mənimsənilməsi faktı da məhkəmədə öz təsdiqini tapmamışdır. Belə olduğu tədqirdə İddiaçı işdən azad olunması qanunsuz hesab edilməlidir. Məhkəmə həmçinin Quba rayon prokurorluğunda 89C-20 saylı material üzrə cinayət hadisəsinin olmaması səbəbindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 iyun 2020-ci il tarixli qərara istinad etmişdir
7. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.11.2021-ci il tarixli, 2-1(105 )-305/2021 nömrəli qərarına əsasən (sədrlik edən Zaur Məmmədov, hakimlər İlqar Dəmirov və Fuad Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 09.02.2021-ci il tarixli 2-1(118)-207/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.11.2021-ci il tarixli, 2-1(105)-305/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində etirazda qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin həqiqi halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İddiaçı icra nümayəndəsi olduğu müddətdə, yaxın qohumları (bacısı – X12, qardaşı – X6, yeznəsi – X22, əmisi oğlu – X2) faktiki olaraq onlara təhkim olunan işlərdə fəaliyyət göstərməmiş, bu işlərə isə həqiqətən ehtiyacı olan aztəminatlı ailələr həmin prosesdən kənarda qalmışlar. Eyni zamanda, dörd nəfər (ər X8, arvad X17, ər X7 və arvad X5) işçinin iki ailəni təmsil etdikləri məlum olmuşdur. Adları qeyd olunan şəxslərin əksəriyyətində isə əməkhaqqı kartlarının olmadığı aşkarlanmış, həmin kartların başqa şəxslərdə olduğu bildirilmişdir.
12. Aşkar edilmiş nöqsanların ciddili yi nəzərə alınaraq iddiaçıya iddia edilən əməllər barədə toplanmış məlumatlar qanunla müəyyən edilmiş qaydada tədbir görülməsi üçün rayon prokurorluğuna göndərilmişdir. Quba rayon prokurorluğunun müstəntiqi qeyd olunan məlumatlar əsasında müvafiq araşdırma apararaq qərara almışdır ki, guya ümumiyyətlə belə bir cinayət hadisəsi olmamış və buna görə də cinayət işinin başlanması rədd edilməlidir. Ümumiyyətlə, müstəntiq həmin müraciət əsasında məsələnin həssaslığını və Dövlət başçısının bu kimi mənfi hallarla əlaqədar barışmaz mövqeyini nəzərə alaraq həmin ərazi üzrə qeydiyyatda olan bütün işçilərin bank məlumatlarını, əmək haqqının çıxarılması ilə əlaqədar görüntüləri və zəruri olan digər sübutları əldə etdikdən sonra yekun qərar qəbul etməli idi. Nəticədə cinayət işinin başlanmasının rədd ed ilməsi haqqında Quba Rayon Prokurorluğunun müstəntiqinin 16.06.2020-ci il tarixli qərarından Cavabdeh verdiyi şikayət təmin olunmuş və həmin qərar Quba Rayon Məhkəməsi tərəfindən ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən halları nəzərə almamışdır.
13. Məhkəmə iddiaçıya dövlət qulluqçusu kimi qiymət versə də, əsaslandırmanı həm “Dövlət qulluğu haqqında” Qanuna, həm də Əmək Məcəlləsinə uyğun aparmışdır. Həmçinin, iddiaçı ümumiyyətlə “Dövlət qulluğu haqqında” Qanunun 14-cü maddəsinə uyğun olaraq işə qəbul edilməmiş, ona dərəcə verilməmiş və barəsində sadəcə olaraq staj müddəti təyin edilərək əmr verilmişdir. Həmin staj müddətində isə müəyyən edilmişdir ki, o, təyin edilmiş vəzifəyə uyğun hesab edilmir və onun bu formada dövlət qulluğunda çalışması qanunla tənzimlənməm işdir. Həmin Qanunun 28.10-cu maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir. İddiaçının adına verilmiş belə bir sənəd isə mövcud deyil. Məhkəmə tərəfindən qeyd olunan məsələyə həm “Dövlət qulluğu haqqında” Qanun, həm də Əmək Məcəlləsi ilə qiymət verilməsi təzad təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.11.2021-ci il tarixli, 2-1(105)-305/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. İddiaçı qeyd etmişdir ki, kassasiya şikayətində iddiaçı barəsində əmrin çıxarılmasına əsas kimi onun tərəfindən vəzifə səlahiyyətlərinin icrası zamanı qanunsuz əməllər törədilməsi qeyd edilsə də, məhkəmə araşdırmaları ilə həmin hallar öz təsdiqini tapmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Dövlət qulluğu haqqında” Qanun Maddə
25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə ma aşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. (-) 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. (-)
16. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. (-) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə ape llyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İşin apellyasiya instansiyası məhkəməsində araşdırılmlış hallarından müəyyən olunur ki, iddiaçının işdən azad edilməsinə səbəb “Dost” iş Mərkəzinin xətti ilə Taıqbaşlıq kənd İƏD üzrə nümayəndəliyinin ərazisində çalışan şəxslərin bir qisminin əmək haqqı kartlarının mənimsənilməsi faktlarının aşk ar edilməsi olmuşdur.
21. Cavabdeh iddia ərizəsinə etirazda göstərilən hallara istinad edərək iddiaçının qulluq vəzifəsindən sui-istifadə etdiyini bildirmiş və “Dövlət qulluğu haqqında” Qanuna istinad edərək əmrin əsaslı olduğunu, məhkəmələrin isə işin hallarını tam, hərtərəfli araşdırmadığını qeyd etmişdir.
22. Məhkəmə kollegiyası isə kassatorun bu dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh həm iddia ərizəsinə etirazda, həm də apellyasiya və kassasiya şikayətlərində iddiaçı barəsində əmrin çıxarılmasına əsas kimi iddiaçının vəzifə səlahiyyətlərinin icrası zamanı qanunsuz əməllər törətməsi, iddiaçının “Dövlət qulluğu haqqında” Qanunun tələblərini pozmasına istinad etsə də, nə apellyasiya instansiyası məhkəməsində işə baxılarkən, nə də kassasiya şikayətində həmin halların mövcudluğun a dair mötəbər sübut təqdim etməmişdir.
23. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, iddiaçının öz yaxın qohumlarını sosial işçi kimi işə cəlb etməsi ilə əlaqədar Quba RİH-in müraciəti əsasında rayon prokurorluğunda 89c-20 nömrəli material üzrə araşdırma aparılmış, əməldə cinayət tərkibi olmadığından 31.07.2021-ci il tarixli qərarla cinayət işinin başlanmasını rədd edilmişdir. Həmin qərar məhkəmə tərəfindən ləğv olunduqdan müvafiq material Quba Rayon Prokurorluğuna daxil olmuş və araşdırma davam etdirilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, X8, X7, X12, X6, X22, X3 əməkhaqqı kartlarından əməkhaqlarını özləri çıxarmışdır. Qeyd olunan xüsusat 31.07.2021-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokol, CD diskdə olan müvaf iq bank görüntüləri və alınmış izahatlarla öz təsdiqini tapmışdır.
24. Bundan başqa, birinci instansiya məhkəməsində şahid X22 ifadə verərək bildirmişdir ki, o işə qəbul olandan sonra İddiaçı işə qəbul olmuşdur. Eyni zamanda əməkhaqqı kartı da özündə olub, heç bir şəxsə verməmişdir. Prosesdə iştrak edən digər şahidlər X6 və X7 da eyniməzmunlu ifadə verərək bildirmişlər ki, onların əməkhaqqı kartlarını heç bir şəxs almamış və “DOST iş Mərkəzi” vasitəsilə işə qəbul olunub, işləmişlər.
25. Yuxarıda sadalanan hallardan görünür ki, kassasiya şikayətinin “iddiaçının qulluq vəzifəsindən sui-istifadə etməsi” barədə dəlilləri məhkəmə araşdırmaları ilə öz təsdiqini tapmamışdır. Odur ki, kassatorun həmin dəlilləri əsassızdır.
26. Kassasiya şikayətinin digər dəlilinə münasibətdə isə məhkəmə kollegiyas ı qeyd edir ki, Əmək Məcəlləsinin 5.2-ci maddəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Göründüyü kimi, Əmək Məcəlləsinin özündə bu Məcəllənin dövlət qulluqçularına da şamil edilə bilməsi imkanı nəzərdə tutulmuş, bununla bağlı qadağa qoyulmamışdır.
27. Eyni zamanda, nəzərə alınmalıdır ki, hazırkı işin mübahisəli halı cavabdehin mübahisələndirilən inzibati aktının qanunauyğun olub-olmadığıdır. Apellyasiya insta nsiyası məhkəməsi də bu məqsədlə həm “Dövlət qulluğu haqqında” Qanuna, həm də Əmək Məcəlləsinə istinad edərək hesab etmişdir ki, mübahisələndirilən əmrin əsasını təşkil edən faktlar öz təsdiqini tapmadığı üçün qanunsuzdur. Məhkəmənin hər iki qanunvericilik aktına istinad etməkdə məqsədi cavabdehin əmrinin yalnız “Dövlət qulluğu haqqında” Qanuna deyil, eyni zamanda Əmək Məcəlləsinə də uyğun olmamasını vurğulamaq olmuşdur. Məhkəmə tərəfindən hər iki qanunvericilik aktına istinad edilməsi isə hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusu hesab oluna bilməz. Odur ki, kassatorun bu dəlili də əsassızdır.
28. Göründüyü kimi, İPM-in 14.1-ci maddəsinin tələbinə əsasən sübuetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktik i şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
29. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.11.2021-ci il tarixli, 2-1(105)-305/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.11.2021-ci il tarixli, 2-1(105)-305/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.