Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-331/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması və təyin olunduğu gündən ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablan ması və təyin olunduğu gündən ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(103)1780/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının 28 dekabr 2006-cı il tarixli, 340 nömrəli qərarı ilə iddiaçıya 14 oktyabr 2006-cı il tarixdən 589,23 manat pensiya təyin edilmişdir.
2. Sonradan iddiaçının pensiyasının məbləği pensiya orqanı tərəfindən artırılaraq xx.xx.2014-cü ildən 1463,86 manat, xx.xx.2018-ci ildən 1598,5 manat müəyyən edilmiş, daha sonra is ə 2018-ci ilin avqust ayında pensiyasının məbləği 2024,50 manat müəyyən edilərək həmin pensiyanın 3 il əvvəldən – xx.xx.2015-ci ildən iddiaçıya ödənilməsi barədə Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən sərəncam qəbul edilmişdir.
3. İddiaçı ona təyin olunmuş pensiyasının yenidən hesablanması və pensiya təyin edilən 2006-cı ilin oktyabr ayından etibarən ödənilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə ərizə ilə müraciət etmişdir.
4. Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin 13 sentyabr 2018ci il tarixli, **********9 nömrəli və 23 yanvar 2019-cu il tarixli, **********7 nömrəli imtina məktublarında bildirilmişdir ki, iddiaçının pensiyaya çıxdığı dövrə qədər (xx.xx.2006) son iki illik əmək haqqı əsas götürülərək pensiyası ye nidən hesablanmış, xidmət illərinə görə prokurorluq orqanlarında 25 illik stajına əsasən pensiyasının hesablanmasında vəzifə maaşı, staj əlavəsi, rütbə və müvafiq dövrün mükafatları nəzərə alınmışdır. İddiaçının pensiyasının məbləği xx.xx.2018-ci il tarixdən 2024,50 manat olmuş və ərizə verdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixədək mövcud pensiya qanunvericiliyinə əsasən 3 il müddətə geri tarixdən hesablanaraq yaranmış fərq hər ay pensiya miqdarı qədər ödəniləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
5. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı 22 fevral 2019-cu il tarixdə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, yenidən hesablanmış və müəyyən edilmiş 2024,50 manat həcmində pensiyanın pensiya hüququnun yarandığı gündən, yəni xx.xx.2006-cı il tarixdən başlayaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 iyul 2019-cu il tarixli, 2-1(82)1428/2019 nömrəli qərarı (hakim R.M.Daşdəmirov) ilə iddia təmin edilmiş, iddiaçının yenidən hesablanmış və müəyyən edilmiş 2024,50 manat həcmində pensiyasının, pensiya hüququ yarandığı gündən başlayaraq ödənilməsi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının pensiyasının yenidən hesablanması zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan normaların ı tətbiq etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, iddiaçının pensiyası müraciət edilən tarixdən əvvəlki üç il nəzərə alınmaqla deyil, onun pensiya almaq hüququ yarandığı tarixdən, yəni 14 oktyabr 2006-cı il tarixdən hesablanaraq ödənilməlidir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 oktyabr 2019cu il tarixli, 2-1(103)-2222/2019 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 noyabr 2019cu il tarixli, 2-1(10 3)-2222/2019 nömrəli qərardadı ilə (hakimlər: K.N.Abiyeva /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 iyul 2019-cu il tarixli, 2-1(82)1428/2019 nömrəli qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ayrı-ayrı illərdə iddiaçıya ödənilən pensiya məbləğləri fərqli olduğundan birinci instansiya məhkəməsi işin qeyd olunan halına hüquqi qiymət verməmiş, iddiaçının pensiya hüququnun yarandığı dövrdən pensiya məbləği müəyyən edilmədən iddia tələbi təmin edilmişdir.
12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılmasından ötrü apellyasiya məhkəm əsinə qaytarılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 3 iyun 2020ci il tarixli, 2-1(102)-638/2020 nömrəli qərarı ilə (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və İ.Ə.Şəfiyev) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 noyabr 2019-cu il tarixli, 2-1(103)-2222/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. ç) birinci instansiya məhkəməsində ikinci icraat
14. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək barəsində rayon prokurorunun müavini kimi təyin edilmiş pensiya məbləği üzrə hesablanmamış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci, 20.9-cu və 21. 4-cü maddələrində nəzərdə tutulan müavinətlərin dəyərini, eləcə də ona ödənilən və məcburi sığortaya cəlb edilən digər müavinətlərin verilməsi dəyərini nəzərə alıb, hazırda pensiya həcminin hansı məbləğdə olmasını müəyyən etməklə, almadığı fərqin hesablanması və bunların pensiya hüququ yarandığı xx.xx.2006-cı ildən başlayaraq ümumi dəyərinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, prokurorluq əməkdaşı kimi 25 il xidmət etdiyinə görə xx.xx.2006-cı ildən pensiya hüququnu əldə etmiş və həmin vaxtdan da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi t ərəfindən ona pensiya təyin edilmişdir. 2006-cı ildə hesablama aparılarkən pensiyasının məbləği 1298,45 manat müəyyən edilmişdir. Həmin vaxt cavabdeh pensiyanı hesablayan zamanı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan müvafiq müavinətlərin verilməsi nəzərə alınmamışdır. Bu səbəbdən barəsində pensiyasının yenidən hesablanması haqqında cavabdehə müraciət edilməsinə baxmayaraq cavabdeh əsassız olaraq müraciətini rədd etmişdir. Lakin sonradan o, Baş Prokurorluqdan alınmış arayışı cavabdehə təqdim edərək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh hesablamanı yenidən aparsa da, pensiya məbləği yenə də düzgün hesablanmamışdır. Yəni ona cəmi 2024,50 manat pensiya məbləği müəyyən edilmişdir. Bundan başqa, almadığı pensiya fərqinin ona pensiya hüququ yarandığı xx.xx.2006-cı ildən deyil, cəmi 3 il müddətində ödənilməsi qərara alınmışdır.
16. Bakı İnzibati Məhkəməsində işə baxılan zaman cavabdeh pensiyanın həcmini, təxminən 400 manat azaltmış və bu barədə xx.xx.2021-ci ildə pensiya məbləğinin hesablanmasına dair cədvəl göndərmişdir. Həmin hesablama düzgün aparılmamışdır. Belə ki, 2006-cı ildə hesablama zamanı məhz istədiyi 60 ay müddəti, yəni 1996-2000-ci illərdə Bakı şəhər Sabunçu rayon prokurorun müavini vəzifəsində xidmət etdiyi müddətdə aldığı orta əmək haqqı nəzərə alınmış və onun 80%-i götürülüb pensiya məbləği müəyyən edilmişdir. Buna baxmayaraq cavabdeh 2006-cı ildən 2009-cu ilə qədər müddətində rayon prokurorunun müavini vəzifəsinin maaşını götürsə də, 2009-cu ildən sonra barəsində rayon prokurorunun müavini vəzifəsi əvəzinə rayon prokurorunun böyük köməkçisi vəzifəsinin maaşını və ona müvafiq olaraq qulluq stajına görə əlavələri nəzərə almış və hesablamanı düzgün aparmamışdır. Prokurorluq işçisinin maaşı vəzifə maaşından, rütbəyə və xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Prokuror işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik müavinəti verilir. Bundan başqa, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir.
17. Baş Prokurorluq tərəfindən verilmiş xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018ci il və xx.x x.2021-ci il tarixli arayışlardan görünür ki, ona məzuniyyətə çıxarkən ildə bir dəfə 2 aylıq əmək haqqı məbləğində müavinətlər və müalicə olunması ilə əlaqədar 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilmişdir. 2007-ci ildən hər il mart, oktyabr və dekabr aylarında 1 dəfə aylıq əmək haqqı, 2 dəfə maaş həcmində maddi yardım verilmişdir.
18. Bundan əlavə, Baş Prokurorluğun verdiyi xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, prokurorluq əməkdaşlarının vəzifə maaşı 2002-ci ildə 4 dəfə, 2006-cı ildə 2,5 dəfə, 2014-cü ildə 13,4%, xx.xx.2018-ci ildə 10%, 2020-ci ildə 100% artmışdır. Eləcə də, pensiyanın məbləğinin hesablanması üçün götürdüyü Bakı şəhəri Sabunçu rayon prokurorunun müavininin xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilə qədər əmək haqqının məbləği 642,40 manat, xx.xx.2 006-cı ildən xx.xx.2013-cü ilədək -1338,50 manat, xx.xx.2014-cü ildən xx.xx.2018-ci ilədək – 1584,90 manat, xx.xx.2018-ci ildən xx.xx.2020ci ilədək – 1110 manat, staja görə 45% əlavə 499,50 manat, rütbəyə görə 130 manat, cəmi 1739,50 manat, xx.xx.2020-ci ildən – 1110 manat, staja görə 45% əlavə 499,50 manat, rütbəyə görə 130 manat, cəmi 1739,50 manat, bir aylıq vəzifə maaşı 1110 manat, cəmi 2849,50 manat təşkil etmişdir. Bundan əlavə onun məzuniyyətdən istifadə etmədiyi 1996, 1997, 1999, 2000-ci illər üzrə 2009-cu və 2018-ci illərdə iddiaçıya 7364,70 manat məbləğində vəsait ödənilmişdir və həmin vəsaitdən məcburi dövlət sosial sığorta haqqı tutularaq fonda köçürülmüşdür. Lakin cavabdeh pensiyanın məbləğini müəyyən edərkən məcburi dövlət sığortasına cəlb edilən bu müavinətləri nəzərə almamı şdır. Cavabdehin etirazları:
19. Cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinə etiraz təqdim edilməmişdir.
20. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021ci il tarixli, **********9 nömrəli qərarına əsasən iddiaçıya təyin edilmiş 2024,50 qəpik məbləğində əmək pensiyası azaldılaraq 1674,17 manat təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
21. Bakı İnzibati Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2-1(112)-1261/2021 nömrəli qərarı (hakim M.T.Hacıbəyova) ilə iddia qismən təmin edilmiş, iddiaçıya cavabdeh tərəfindən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələri nəzərə alınmaqla təyin edilmiş pensiyasının (2024,50 manat) məbləğində pensiya müəyyən edilməklə ödənilməsi və həmin pensiya məbləğinin azaldıldığı tarixdən ödənilməmiş fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 2024,50 manat məbləğində pensiya cavabdeh tərəfindən müəyyən edilmiş və bu barədə iddiaçıya məlumat verilmiş, habelə 3 il əvvəlki müddət üçün də həmin pensiya məbləği hesablanaraq iddiaçıya ödənilmişdir. Qeyd edilən pensiyanın məbləği 2021-ci ilə qədər tərəflərin heç biri tərəfindən mübahisələndirilməmişdir. İddiaçı ilə cavabdeh arasında mübahisənin yaranmasına səbəb iddiaçı tərəfindən həmin pensiyanın 2006-cı ildən hesablanmasının cavabdehdən tələb edilməsi olmuşdur.
23. İnzibati işin materiallarına əsasən sonradan cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə id diaçının pensiyasının məbləği 1674,17 manat müəyyən edilsə də (azaldılsa da), məhkəmə cavabdehin bu hərəkətini qanunauyğun hesab etməmişdir. İddiaçıya 2054,50 manat pensiya təyin edilən zaman “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə məlumat verməmişdir.
24. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddiası p rokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla cavabdeh tərəfindən təyin edilmiş pensiyasının (2024,50 manat) məbləğində pensiya müəyyən edilməklə ödənilməsi və həmin pensiya məbləğinin azaldıldığı tarixdən ödənilməmiş fərqin ödənilməsi hissəsində əsaslıdır.
25. Bundan əlavə, məhkəmə onu da qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə min diyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşin faktiki hallarına əsasən isə prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla cavabdeh tərəfindən təyin edilmiş pensiyasının (2024,50 manat) məbləği təyin edildiyi gündən əvvəlki 3 il üçün iddiaçıya ödənilmişdir.
26. Məhkəmə apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsaslanmaqla iddiaçının iddiasını qalan hissədə əsassız hesab etmişdir.
27. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
28. İddiaçı apellyasiya instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşirilməsinə dair ərizə ilə müraciət edərək barəsində rayon prokurorunun müavini kimi təyin edilmiş pensiya məbləği üzrə hesablanmamış, ödənilən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8, 20.9 və 21.4-cü maddəl ərində nəzərdə tutulan müavinətlərin verilməsi dəyərini, eləcə də, ona ödənilən və məcburi dövlət sığortasına cəlb edilən digər müavinətlərin dəyəri nəzərə alınmaqla təyin edilmiş pensiya (2024,50 manat) məbləğində pensiya müəyyən edilməklə ödənilməsi və həmin pensiya məbləğinin azaldığı tarixdən ödənilməmiş fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1780/2022 nömrəli qərarı (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2-1(112)-1261/2021 nömrəli qərarı də yişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxılarkən iddiaçının birinci instansiya məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2-1(112)1261/2021 nömrəli qərarı ilə iddiasının qismən təmin edilməsi ilə razı olaraq şikayət verməmiş olması da nəzərə alınmaqla, ona qismən təmin edilmiş mövcud iddia tələbinin (... pensiya həcminin hansı məbləğdə olmasını müəyyən etməklə, almadığı fərqin hesablanması və bunların pensiya hüququ yarandığı xx.xx.2006-cı ildən başlayaraq ümumi dəyərinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması) mahiyyəti üzrə hüquqi izah verilmiş, aparılan sual-cavablar nəticəsində iddiaçının razılığı ilə iradə ifadəsi dəqiqləşdirilərək, ona xx.xx.2018-ci il tarixdə 2024,50 manat pensiya təyin edilərək əvvəlki 3 il üçün ödənilməsi ilə razı olması, lakin sonradan məhkəmə icraatının davam etdirildiyi müddətdə xx.xx.2021-ci il tarixli qərarla yenidən pensiya məbləğinin 1674,17 manat müəyyən edilərək azaldılmasından narazı olması müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının çatmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq, iddia tələbini qismən təmin etməkdə (... pensiya fərqinin azaldığı tarixdən hesablanaraq ödənilməsi...) haqlı hesab etmişdir.
31. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİR AZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarını əsassız hesab edərək bildirmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən 14 oktyabr 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının müraciətinə əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 2 avqust 2015-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 820,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 369,00 manat, rütbəyə görə əlavə 130,00 manat və digər növ əlavələr 604,54 manat olmaqla orta aylıq əmək haqqı 1923,54 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərb aycan Respublikası 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1923,54 manat) 80 faizi – 1538,83 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2015-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 1855,74 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 9813,99 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir.
33. Bundan başqa, prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 900,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 40 5,00 manat, rütbəyə görə əlavə 130,00 manat, digər növ əlavələr 657,71 manat olmaqla orta aylıq əmək haqqı 2092,71 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2092,71 manat) 80 faizi – 1674,17 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 2024,50 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 11911,22 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir.
34. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 21725,21 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmi şdir. Belə olduğu təqdirdə iddianın təmin edilməsi üçün faktiki və qanuni əsaslar da mövcud deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
35. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1780/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qa nunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, ha belə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə
13. Etimad hüququnun qorunması prinsipi Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
37. Azərbaycan Respublikasının İnzi bati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsas landırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə da ir iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
39. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
41. İşin araşdırılmış hallarına görə, Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının 28 dekabr 2006-cı il tarixli, 340 nömrəli qərarı ilə iddiaçıya 14 oktyabr 2006-cı il tarixdən 589,23 manat pensiya təyin edilmişdir. Sonradan iddiaçının pensiyasının məbləği pensiya orqanı tərəfindən artırılaraq xx.xx.2014-cü ildən 1463,86 manat, xx.xx.2018-ci ildən 1598,5 manat müəyyən edilmiş, daha sonra isə 2018-ci ilin avqust ayında pensiyasının məbləği 2024,50 manat müəyyən edilərək həmin pensiyanın 3 il əvvəldən – xx.xx.2015-ci ildən iddiaçıya ödənilməsi barədə Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən sərəncam qəbul edilmişdir.
42. Həmin xüsusat Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin 13 sentyabr 2018-ci il tarixli, **********9 nömrəli və 23 yanvar 2019-cu il tarixli, **********7 nömrəli məktublarında da iddiaçıya bildirilmiş və izah edilmişdir ki, onun pensiyasın ın məbləği xx.xx.2018-ci il tarixdən 2024,50 manat olmuş və ərizə verdiyi xx.xx.2018-ci il tarixdən 3 il müddətə geri tarixdən hesablanaraq yaranmış fərq hər ay pensiya miqdarı qədər ödəniləcəkdir.
43. Bundan sonra, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli, **********9 nömrəli qərarına əsasən iddiaçıya təyin edilmiş 2024,50 qəpik məbləğində əmək pensiyası azaldılaraq 1674,17 manat təyin edilmişdir.
44. Hazırkı mübahisəyə münasibətdə yuxarıda istinad olunan normaların qeyd edilən tələblərinə cavabdeh inzibati orqan tərəfindən riayət olunduğu iş üzrə materiallarla təsdiq olunmur.
45. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya təyin edilmiş pensiya məbləği xx.xx.2018-ci il tarixdən 2024,50 manat olmuş və inzibati orqan iddiaçının ərizə verdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixədək mövcud pensiya qanunvericiliyinə əsasən 3 il müddətə geri tarixdən hesablanaraq yaranmış fərqi hissəhissə iddiaçıya ödəmişdir. İddiaçı bununla razılaşmamış, pensiya məbləğinin daha artıq olması və pensiya hüququ yaranan tarixdən ödənilməsi ilə bağlı inzibati orqana müraciət etmiş, inzibati orqanın imtinası ilə hazırkı məhkəmə mübahisəsi 22 fevral 2019-cu il tarixdən başlamışdır. Cavabdeh tərəfindən hər hansı icraat aparılmadan, iddiaçının mənafeyinin qorunması təmin edilmədən “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli, **********9 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar iddiaçı barəsində əlverişsiz inzibati akt olmaqla onun hüquqlarının pozulması ilə nəticələnmişdir.
46. Nəzərə al maq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
47. Cavabdeh iddiaçıya 2024,50 manat p ensiya məbləğinin hesablanması barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə hər hansı dəlil təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya 2024,50 manat məbləğində pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur.
48. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1780/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.