Məhkəmə qərarları › İş №2-1(102)-331/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-331/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-331/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: avtomobilin verilməsinə dair tibbi göstəriş verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı “onun barəsində minik avtomobilinə tibbi göst ərişin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2024-cü il tarixli, 2-1(105)735/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. MN Mərkəzi Hərbi Poliklinikasının 11 yanvar 2021-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsinə əsasən iddiaçı aşağıdakı qaydada şəhadətlənmişdir: Diaqnoz: “Mina partlayışı travması (xx.xx.2020), sağ aşağı ətrafın bud nahiyəsinin yumşaq toxumalarının dəlib-keçən qəlpə yaralanması. Sağ səthi bud arteriyasının və dərin bud venasının autovenoplastikası cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı vəziyyət. Sağ oturaq sinirin kompression-işemik neyrop atiyasının qalıq əlamətləri, funksiyasının cüzi dərəcədə pozulması ilə”... Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.

2. İddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçıya qoyulmuş diaqnoz aşağıdakı kimi olmuşdur: “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Mina partlayışı travması. Sağ aşağı ətrafın bud nahiyəsinin yumşaq toxumalarını dəlib keçən qəlpə yaralanması ümumi bud, dərin bud, səthi bud, dizaltı arteriyası, ön qamış, arxa qamış arteriyaların stenozu qeyd olunur. Sağ bud arteriyasının və dərin bud venasının antovenoplastikası. Hərəkətin v ə yerişin pozulması. Sağ oturaq sinirin postravmatik neyropatiyası. Xroniki qastrit. Dəmir defisitli anemiya. Kardionevroz”

3. İddiaçı minik avtomobilinə tibbi göstərişin müəyyən edilməsi üçün cavabdehə müraciət etmişdir.

4. Cavabdehin xx.xx.2022-ci il tarixli **********7 saylı qərarında qeyd edilmişdir ki, əlillik təyinatına əsas verən diaqnoz NK-nın xx.xx.2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq minik avtomobilinin təyinatına əsas verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində minik avtomobilinə tibbi göstərişin təyin edilm əsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2001-ci il tarixində Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı əsasında işğal olunmuş torpaqların işğaldan azad edilməsi üçün 44 günlük Vətən müharibəsində (2-ci Qarabağ müharibəsində) şücayət göstərmiş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra Füzuli DM-ne göndərilərək orada “Sağ budun orta 1/3-nin dəlib-keçən odlu silah yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi. Sağ bud arteriyasının ve bud venasının hissəvi qopmasına görə aparılmış sağ bud arteriyasın ın PVX boru ilə müvəqqəti suntlanması, sağ bud venasının liqasiyası” cərrahi əməliyyatı icra edilərək xx.xx.2020-ci il tarixdə SQ BKH-na köçürülmüşdür. Sağ aşağı ətrafın bud nahiyəsinin yumşaq toxumalarının dəlib-keçən qəlpə yaralanması. Sağ bud arteriyasının və dərin bud venasının autovenoplastikası, sağ bud sinirinin autovenoplastikası cərrahi əməliyatından (xx.xx.2020) sonrakı vəziyyət. Hemorragik şok, İİİ dərəcə Xroniki eritematoz qastroduodenitin kəskinləşməsi. Sağ oturaq sinirinin kompression işemik neyropatiyasından sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicədə olmuş, SQ BKH-nın ürək-damar cərrahı ilə konsultasiya olunmuşdur. TSEK tərəfindən Mina partlayışı travması. Sağ aşağı ətrafın bud nahiyyəsinin yumşaq toxumalarını dəlib keçən qəlpə yaralanması ümumi bud, dərin bud, sət hi bud, dizaltı arteriyası, ön qamış, arxa qamış arteriyaların stenozu qeyd olunur. Sağ bud arteriyasının və dərin bud venasının antovenoplastikası. Hərəkətin və yerişin pozulması. Sağ ouraq sinirin postravmatik neyropatiyası. Xr qastritş. Dəmir defisitli anemiya. Kardionevroz diaqnozları müəyyən edilmişdir. Bununla bağlı hərbi hospitalda bir sıra müayinələr almışdır. Yuxarıda göstərilən diaqnoza əsasən cavabdeh orqan tərəfindən ona 5 il müddətinə 3-cü dərəcə əlillik (xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı ilədək) müəyyən edilmişdir. Daha sonra xx.xx.2022ci il tarixdə əyani müayinədən sonra avtomobil növbəsinə götürülsə də, “texniki yanlışlıq” səbəbi ilə cavabdeh tərəfindən onun müraciəti təmin edilməmiş və ona dair diaqnoz və onun ağırlaşmasının Azərbaycan Respublikası Nazirlər Kabinetin in 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyi bildirilmişdir.

7. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(118)-2624/2024 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmiş İddiaçı barəsində minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya əlilliyin təyin olunmasına əsas olmuş diaqnoz “sağ aşağı ətrafda pəncəni əhatə edən yüngül distal parez” müəyyən olunmuşdur ki, bu da reabilitasiya vasitələri ilə təmin olunma qaydasına və şərtlərinə uyğun gəlir.

10. Cavabdeh həmin qərardan ap ellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2024-cü il tarixli, 2-1(105)-735/2024 nömrəli qərarı ilə (hakimlər: İ.Quliyev - sədrlik edən və məruzəçi, H.Babayeva və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, İnzibati orqan “sağ aşağı ətrafda pəncəni əhatə edən yüngül distal parez” diaqnozu müəyyən edərək, iddiaçının rəsmi olaraq inzibati orqanın özü tərəfindən müəyyən edilmiş və əli lliyinə əsas olan meyarlarına uyğun olmayan nəticəyə gəlmişdir. Halbuki iddiaçının üçüncü dərəcə əlilliyi dövlət tərəfindən tanınmışdır və əlilliyin müəyyən olunma meyarı kimi “əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi” qeyd olunmuşdur və bu əlillik meyarı da minik avtomobilinə tibbi göstərişin təyinatına əsas verir. Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavənin əvvəlki redaksiyasında (komissiyanın qərarı verilən zaman qüvvədə olan) 57-ci bəndə qeyd edilmişdir ki, minik avtomobilləri “aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” barəsində tibbi göstərişlər olduğu hallarda təyin edilir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayət i verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, “sağ aşağı ətrafda pəncəni əhatə edən yüngül distal parez” ifadəsi ilə “bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” ifadələri fərqli anlayışlardır. Məhkəmə işin hallarını ətraflı və düzgün araşdırmadan, “bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” diaqnozu ilə minik avtomobilinə tibbi göstərişin təyin edilməsini cavabdeh agentliyin üzərinə qoyması qanunauyğun və əsaslı olmamışdır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əlilliyi olan şəxslə rin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

30. Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsi 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi” Şərtləri və Qaydası

1. Ümumi müddəalar 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X1 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyat a keçirilir.

3. Əlilliyi olan şəxslərin minik avtomobili və təkərli oturacaqla (mühərrikli və mexaniki) təmin edilməsi 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X2 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi m üəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»na əlavə

57. Minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir:... 3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;...

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sü butlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstəri lməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və ş ikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etd iyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Kass asiya şikayətinin dəlillərindən aydın olur ki, cavabdeh tərəfindən yeganə mübahisələndirilən hal iddiaçıda olan diaqnozun onu minik avtomobili ilə təmin edilməsi üçün əsas verməməsi ilə bağlıdır.

28. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, iş materiallarında olan sənədlər və qanunvericiliyin müvafiq normaları iddiaçının iddia tələbinin əsaslı olduğuna dəlalət edir.

29. Belə ki, iş materiallarında müəyyən olunur ki, iddiaçıya “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Mina partlayışı travması. Sağ aşağı ətrafın bud nahiyəsinin yumşaq toxumalarını dəlib keçən qəlpə yaralanması ümumi bud, dərin bud, səthi bud, dizaltı arteriyası, ön qamış, arxa qamış arteriyaların stenozu qeyd olunur. Sağ bud arteriyasını n və dərin bud venasının antovenoplastikası. Hərəkətin və yerişin pozulması. Sağ oturaq sinirin postravmatik neyropatiyası. Xroniki qastrit. Dəmir defisitli anemiya. Kardionevroz” diaqnozu üzrə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3-cü bəndi üzrə - əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2)) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 illik müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlilliyin müəyyən olunma meyarı kimi əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi qeyd olunmuşdur.

30. Azərba ycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavənin 57-ci bəndində qeyd edilmişdir ki, minik avtomobilləri “aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” olduğu hallarda təyin edilir.

31. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, iddiaçının əlilliyin müəyyən olunmasına əsas olan “Sol aşağı ətrafın dərin parezi” “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavənin 57-ci bəndində öz əksini tapmışdır.

32. Odur ki, iddiaçının minik avtomobilinə tibbi göstərişin təyini barədə tələbi “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilmiş meyarlara uyğun olduğundan cavabdehin imtinası qanunsuz olmuşdur.

33. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, əlilliyin təyini, bərpası, habelə avtomobil və ya motorlu araba ilə təmin edilməsinə dair rəyin verilməsi Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsin iddiasını təmin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilm əz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

34. Kassasiya şikayətinin bu dəlilini də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, Ali Məhkəmənin bir çox qərarlarında bu arqumentə münasibətdə qeyd edilmişdir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin sə lahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

35. Məhkəmə kollegiyası formalaşmış məhkəmə təcrübəsinə və hazırkı işin hallarına istinad edərək bildirir ki, cavabdehin diskression səla hiyyətləri ilə bağlı kassasiya şikayətində əks etdirdiyi yanaşma da qəbul edilən sayıla bilməz.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi qanuni və əsaslı olduğundan iddia tələbinin rədd edilməsi barədə cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2024-cü il tarixli, 2-1(105)-735/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar