Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3311/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xidmət müddəti nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yenidən hesablanmaya görə müvafiq ödənişin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xidmət müddəti nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yenidən hesablanmaya görə müvafiq ödənişin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(107)-389/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1971-ci ildə anadan olmuşdur.
2. İddiaçı ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüs usi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncunun xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (və dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “33 il 2 ay 13 gün xidmət müddəti nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yenidən hesablanmaya görə müvafiq ödənişin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edilərkən işlədiyi illər tam şəkildə nəzərə alınmamışdır. O, xx.xx.1991-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi polis orqanlarında işləmişdir. xx.xx.2017-ci il tarixdə təqaüdə çıxmışdır. 516.00 manat ona bir zabit kimi təqaüd hesablanmışdır. Bir il müddətdən sonra 2019-cu il may ayında yenidən polis orqanlarında işə başlamışdır. xx.xx.2020-ci ildə yenidən təqaüdə çıxmışdır. Hazırda 918.00 manat təqaüd alır. Onun təqaüdü düzgün hesablanmamışdır. Bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir.
5. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-c i maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. İddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 4 oktyabr 2017-ci il tarixli məlumat vərəqində qeyd olunan 33 il 2 ay 13 gün xidmət müddətinə uyğun olaraq Qanunun 20.14. 1-ci maddəsinə əsasən ona 24 sentyabr 2017-ci il tarixindən Mərkəzi Filial tərəfindən təminat xərcliyinin (677,20 manat) 76,34 faizi 516,97 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun müvafiq tapşırığına uyğun olaraq, 2017-ci ilin 1 iyul tarixinədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: xx.xx.2017-ci il tarixinədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində; xx.xx.2017-ci il tarixindən sonra kı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində. İddiaçının xidmət etdiyi orqandan 23 sentyabr 2017ci il tarixində tərxis olunmağı ilə əlaqədar Mərkəzi Filiala təqdim olunmuş ona dair 4 oktyabr 2017-ci il tarixli məlumat vərəqində xidmət müddəti 33 il 2 ay 13 gün (28 il 1 ay 13 gün təqvimi, 5 il 1 ay güzəştli) göstərilib. Bu halda əmək pensiyasının hesablanması aşağıdakı qaydada müəyyən edilir: İlk olaraq təqvim illəri üzrə stajından xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzindəki stajı (2 ay 22 gün) çıxılır: 28 il 1 ay 13 gün (təqvim ili)-2 ay 22 gün = 27 il 10 ay 21 gün. Beləliklə, adıçə kilən şəxsin xx.xx.2017-ci il tarixinədək güzəştli xidmət müddəti ilə birlikdə stajı ümumilikdə 32 il 11 ay 21 gün (27 il 10 ay 21 gün+5 il 1 ay) təşkil edir. xx.xx.2017-ci il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə - 20 il üçün - təminat xərcliyinin 50 faizi; 12 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci İİ tarixinədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) - hər ilə görə 3 faizi miqdarında olmaqla (12x3) təminat xərcliyinin 36 faizi; 3. xx.xx.2017- xx.xx.2017-ci il tarixləri arasındakı (2 ay 22 gün) müddəti üçün isə; 2 aya görə təminat xərcliyin 0,33 faizi miqdarında müəyyən edilir. Əmək pensiyasının ümumi məbləği tərxis olunduğu günə müəyyən olunmuş təminat xərcliyinin (677,20 ma nat) 86,33 faizi (50+36+0,33) 584,63 manat məbləğində hesablanıb. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 617,76 manat müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 426,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsi 228,80 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 864,80 manat təşkil edib. xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyul tarixli 142 nömrəli Fərmanın 2.5-ci bəndinə və Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Bununla əlaqədar əmək pensiyası təminat xərcliyindəki sonrakı artım zamanı aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmət müddətinin (13 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (13x2) təminat xərcliyinin 26 faizi və natamam ildəki iş stajı aylarının sayına (2 ay) mütənasib olaraq təminat xərcliyinin 0,33 faizi. İddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 76,33 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (677,20 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyinin (864,80 manat) arasındakı fərq məbləğinin (187,60 manat) 76,33 faizi- 143,20 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (584,63 manat) üzərinə əlavə olunmaqla 727,83 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyasının həmin tarixdən 800,61 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 918,30 manata artırılaraq ödənilməkdədir.
6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-780/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – V.Musayev).
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı 33 il 2 ay 13 gün xidmət müddəti nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yenidən hesablanmaya görə müvafiq ödənişin verilməsinə nail olmaqdır. İddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 4 oktyabr 2017-ci il tarixli məlumat vərəqinə əsasən, onun xidmət müddəti 33 il 2 ay 13 gün olaraq göstərilmişdir. Bu xidmət müddətinə uyğun olaraq, ilkin mərhələdə əmək pensiyasının ümumi məbləği, tərxis olunduğu günə müəyyən edilmiş təminat xərcliyinin (677,20 manat) 86,33 faizi (yəni 50% + 36% + 0,33%) hesablanmış və nəticədə 584,63 manat təşkil etmişdir. Daha sonra isə 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2018-ci il tarixli 142 nömrəli Fərmanının 2.5-ci bəndinə və “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq pensiyanın məbləği yenidən hesablanmışdır. Bu hesablama zamanı 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq olan 13 il üçün hər il üzrə 2 faiz olmaqla (13×2) — 26 faiz və natamam xidmət müddəti olan 2 ay üçün mütənasib olaraq — 0,33 faiz nəzərə alınmış və nə ticədə pensiyanın təminat xərcliyinə görə ümumi faiz dərəcəsi 76,33 faiz müəyyən edilmişdir. Bununla yanaşı, cavabdeh xx.xx.2017-ci il tarixinədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qaydasının qanunvericilikdə nəzərdə tutulmadığını əsas gətirərək, iddiaçıya pensiya təyin edilərkən tam il təşkil etməyən dövrü (11 ay 21 gün) nəzərə almamışdır. Göründüyü kimi, cavabdeh xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş maddi hüquq normasının tələblərinə uyğun olaraq, ilkin mərhələdə iddiaçının əmək pensiyasını 20 ildən artıq xidmət müddətinə münasibətdə hər il üçün 3 faiz dərəcəsi ilə düzgün hesablamış, lakin sonradan həmin normada edilmiş dəyişiklikləri əsas götürərək 20 ildən artıq xidmət müddətinə 2 faiz tətbiq etmiş və nəticədə pensiyanın faiz dərəc əsini 76,33 faizə endirmişdir. Məhkəmə hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası həmin dövrdə qanunvericilikdə qüvvədə olmuş maddi hüquq norması olduğundan və iddiaçının əmək pensiyası hüququ məhz həmin müddət ərzində formalaşdığından, həmin hüququn qanunvericiliyin dəyişdirilmiş yeni normasına əsasən sonradan azaldılması yolverilməzdir. Qanunvericilikdə edilmiş müvafiq dəyişiklik xx.xx.2017-ci il tarixindən sonrakı xidmət müddətinə münasibətdə faiz dərəcəsini - 2 faiz müəyyən etmişdir. Qanunverici tərəfindən 3 faiz dərəcəsinin tətbiqi ilə bağlı müddəa ləğv edilənədək qüvvədə olmuş və bu dövrdə formalaşmış hüquqi nəticələr (xidmət müddəti və bu müddətə görə əlavələr) sonrakı dəyişikliklərlə dəyişdirilə bilməz. Əks yanaşma hüquqi sabitliyə və qazanılmış pensiya hüququna müdaxilə ilə nəticələnə bilər. Məhkəmə həmçinin qeyd etmişdir ki, istinad olunan normada 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavənin nəzərdə tutulması tam il başa çatmayan müddət üzrə hesablamanın aparılmasını istisna etmir. Yəni, qanunverici 20 ildən yuxarı hər il üçün hesablanmalı əlavənin məbləğini 3 faiz müəyyən etdiyindən, cavabdeh tamamlanmamış ilə münasibətdə (natamam ildəki iş stajı aylarının sayına mütənasib) əlavəni həmin 3 faizə uyğun hesablamalı idi. Natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmanın aparılmasının konkret mexanizmi müəyyən edilənədək qanunvericilikdə natamam ildəki iş stajı aylarının nəzərə alınması ilə bağlı qadağaned ici norma mövcud olmamış, qanunverici tam il üçün maksimum hədd müəyyən etməklə kifayətlənmiş, müəyyən edilmiş maksimum həddə münasibətdə konkret faizin müəyyən edilməsi isə cavabdeh orqanın səlahiyyətində olmuşdur. Buna görə də, məhkəmə hesab etmişdir ki, cavabdehin xx.xx.2017-ci il tarixdən sonra qanunvericiliyə edilmiş dəyişiklik əsasında həmin tarixədək artıq qazanılmış 20 ildən artıq xidmət müddəti üçün 2 faiz tətbiq etməsi və tam il bitməyən dövrü (11 ay 21 gün) pensiya təyinatı aparılan zaman nəzərə almaması qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Şəki Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(107)-389/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-780/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Həsənov, hakimlər – R.Rəfiyev, T.Musayev).
10. Apellyasiya instansiya məhkəməsi mövqeyini birinci instansiya məhkəməsinin mövqeyinə uyğun əsaslandırmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərarı çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayəti etiraz və apelyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqan larının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir;... 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;... Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular;... 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla ((10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qa nunu ilə (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmişdir). 15. “Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” (15 dekabr 2022-ci il tarixli 1903 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilmişdir.)... 2.5. Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi 33 il 2 ay 13 gün xidmət müddəti nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdır.
20. Apellyasiya instansiya məhkəməsi nəticəyə gələrkən qeyd etmiş dir ki, xx.xx.2017ci il tarixindən sonrakı xidmət müddətinə münasibətdə faiz dərəcəsini - 2 faiz müəyyən etmişdir. Qanunverici tərəfindən 3 faiz dərəcəsinin tətbiqi ilə bağlı müddəa ləğv edilənədək qüvvədə olmuş və bu dövrdə formalaşmış hüquqi nəticələr (xidmət müddəti və bu müddətə görə əlavələr) sonrakı dəyişikliklərlə dəyişdirilə bilməz. Əks yanaşma hüquqi sabitliyə və qazanılmış pensiya hüququna müdaxilə ilə nəticələnə bilər.
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir.
22. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir.
23. Əvvəla qeyd etmək lazımdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinin xx.xx.2024-cü il tarixədək olan redaksiyasına əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır.
24. Bundan əlavə, xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə əsasən, bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi; 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün m üvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilir. 25. xx.xx.2017-ci il tarixdən sonra “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən, bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla - hərbi xidmətdən buraxılanadək 20 təqvimli və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, - yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara - 55 faizi, - 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hes ablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə-3 faizi) miqdarında müəyyən edilir.
26. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 nömrəli fərmanı ilə təsdiq olunmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydasının 2.5-ci bəndində nəzərdə tutulmuşdu ki, 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2% miqdarında əlavə olunmaqla hesablanır.
27. Fərman Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli 1903 nömrəli F ərmanı ilə ləğv edilmiş və bu Fərman 2023-cü il 1 yanvardan qüvvəyə minmişdir. 2023-cü il 1 yanvar tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsində qeyd olunan şərtlərlə pensiya təyin olunan şəxslərə münasibətdə sonrakı artımlar hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əməkhaqqına münasibətdə müəyyən olunan faiz nisbətində onların əmək pensiyasına əlavə olunaraq yenidən hesablanır.
28. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, hərbi qulluqçuya pensiya təyin edilərkən müəyyən xidmət illərindən əlavə illərə görə xx.xx.2017-ci il tarixədək qüvvədə olan qanunvericilik normalarına görə “hər il üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə, xx.xx.2017-ci il tarixdən isə müvafiq təminat xərcliyinin - 2 faizi miqdarında əlavə ( Müdafiə Nazirliyinin hərbi qulluqçuları istisna olmaqla) hesablanır. xx.xx.2018-ci il tarixli Fərmana əsasən hərbi qulluqçunun təminat xərcliyində artım olduğu halda, müəyyən xidmət illərindən əlavə illərə görə 2 faiz miqdarında əlavə hesablanacaqdır.
29. Göründüyü kimi cavabdeh tərəfindən sadalanmış normalara uyğun olaraq hərəkət etməklə təminat xərcliyi əsasında pensiya məbləğləri düzgün hesablanmışdır.
30. Mübahisələndirilən qərardan görünür ki, apellyasiya məhkəməsi yeni normanın tətbiq edilməsini hüquqi sabitliyə və qazanılmış pensiya hüququna müdaxilə ilə nəticələnə biləcəyini qeyd etmişdir.
31. Məhkəmə kollegiyası bildirir ki, həqiqətən kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsə əmək pensiyası, hüququnun yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarına müvafiq təyin olunmalıdır. Qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquq yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələbetmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqdır.
32. Lakin, nəzərə alınmalıdır ki, hazırkı işin halları şəxsə əmək pensiyası təyin edilməsi deyil, məhz pensiya təminat xərcliyinin hesablanması ilə bağlı olduğundan qazanılmış hüquq prinsipini rəhbər tutmaqla qanunun geriyə tətbiq edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi əsassız olmuşdur.
33. Hazırkı işin hallarından göründüyü kimi, iddiaçıya təyin olunmuş əmək pensiyasına təminat xərclərindəki sonrakı artımların hesablanması qaydaları, o cümlədən faizi Fərmanla müəyyən edildiyindən qeyd edilən hal iddiaçının vəziyyətinin ağırlaşması kimi deyil, məhz təminat xərcliyindəki sonrakı artımların hansı qaydada hesablanması kimi qəbul olunmalıdır.
34. Bu mövqeyə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin “natamam iş stajı ilə” bağlı mövqeyini də qəbul etməyərək bildirir ki, xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olmuş qanunvericilikdə ümumiyyətlə natamam ildəki iş stajı aylarının hesablanması müəyyən edilmədiyindən cavabdeh tərəfindən qanunveri ciliyin tələbinə uyğun olaraq xx.xx.2017-ci ildən sonrakı dövrə münasibətdə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanma həyata keçirilməsi qanuni və əsaslı olmuşdur.
35. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq bildirir ki, cavabdeh tərəfindən düzgün olaraq Qanunun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixinədək qüvvədə olan redaksiyasına uyğun təminat xərcliyinin 86,33 faizi miqdarında müəyyən edilmiş, 1 iyul 2017-ci il tarixdən sonrakı müvafiq artımlar isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada hesablanmaqla (76,33 faiz) həmin tarixdən əvvəlki təminat xərcliyinin 86,33 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə edilməklə iddiaçı nın müvafiq kart hesabına köçürülür.
36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalıdır.
37. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(107)-389/2025 nömrəli qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərar qətidir.